Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə39/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

146
milyon dollar 40 il müddətinə ayrılmışdır və ilk on ildə 
Azərbaycan tərəfi heç bir faiz ödəməyəcəkdir. Sonrakı 30 
ildə isə qalan 0,75-i ödəməklə kifayətlənəcəkdir. Bundan 
əlavə,  ərzaq  mallarının  istehsalının  inkişafı  məqsədi  ilə 
Yaponiya Azərbaycana 3 milyon 250 min dollarlıq qrant, 
səhiyyə sahəsində inkişaf və yenidənqurma üçün 1,7 mil-
yon dollar məbləğində humanitar yardım ayırmışdır. Bü-
tün bunlar xüsusən Azərbaycanın müstəqillik qazandığı 
ilk dövrlərdə baş verdiyi üçün mühüm əhəmiyyətə ma-
likdir.  Bununla  Yaponiya  hökuməti  həm  Azərbaycanda 
konkret sahələr üzrə inkişafa kömək etmiş, həm də bü-
tövlükdə  Azərbaycanda  dövlət  müstəqilliyinin  daha  da 
möhkəmləndirilməsinə öz dəstəyini vermişdir. 
Yaponiya  firmaları  Azərbaycanda  neft-qaz  və  enerji 
sənayesində  aktiv  fəaliyyət  göstərir,  həmçinin  ölkəmiz-
də kommunikasiyaların yenidən qurulması və təchizatı, 
ekologiya, infrastruktur və sair sahələrdə yaxından iştirak 
edirdilər.
Azərbaycan-Yaponiya  münasibətlərinin  daha  da  inki-
şaf etdirilməsi məqsədi ilə 1998-ci il martın 10-da “Azər-
baycan Respublikası və Yaponiya arasında əməkdaşlığın 
genişlənməsi haqqında” xüsusi saziş imzalanmışdır. On 
beş hissədən ibarət olan bu sənəd ikitərəfli münasibətlə-
rin inkişafı və möhkəmləndirilməsi sahəsində mühüm bir 
proqram xarakteri daşıyır. Azərbaycan Respublikası Pre-
zidentinin imzaladığı sərəncamda bu əlaqələrin istiqamət 
və  sahələri  konkretləşdirilmiş,  vəzifələr  müəyyən  olun-
muşdur. 
Qısa  müddətdə  Yaponiyanın  köməyi  ilə  Bakı,  Gəncə, 
Sumqayıt, Mingəçevir və başqa şəhərlərdə bir çox müəs-


147
sisələr müasirləşdirilmiş, yeni infrastruktur layihələri hə-
yata keçirilmişdir. Bu əlaqələr Prezident Heydər Əliyevin 
1998-ci ildə Yaponiyaya rəsmi səfərindən sonra ən yüksək 
inkişaf  nöqtəsinə  çatdırılmışdır.  Bu  tarixi  səfər  zamanı 
Azərbaycan  Respublikasının  bir  sıra  iqtisadi  sahələrində 
modernləşmə və yenidən təchizetmə haqqında razılaşma 
əldə edildi. Burada neft-maşınqayırma sektoru xüsusi yer 
tutmuşdur. Bundan sonra ölkələr arasında “Layihə mode-
li üzrə” memorandum imzalandı. Onun da əsas məqsədi 
neft və maşınqayırma sahələri üzrə beynəlxalq standartla-
ra cavab verən Azərbaycan mütəxəssislərinin təlim və ha-
zırlığı məsələlərinin həyata keçirilməsi idi. Bu layihə uğur-
la yerinə yetirilmiş, müsbət nəticələr əldə olunmuşdur.
 
Yaponiyanın  böyük  “İnpex”  şirkətinin  Azərbaycanın 
investisiya  layihələrindəki  fəal  iştirakı  iki  ölkə  arasında 
iqtisadiyyat  sahəsində  əməkdaşlığının  hərtərəfli  geniş-
lənməsində  yeni  mərhələ  oldu.  Bu  şirkət  “Əsrin  müqa-
viləsi” əsasında Azəri-Çiraq-Günəşli layihələrinin işlənib 
hazırlanmasında, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru 
kəmərinin tikintisində fəal iştirak edərək, Azərbaycan-Ya-
poniya əməkdaşlığına yeni səhifələr əlavə etdi. Yaponiya 
ilə  əməkdaşlığın  əhəmiyyətindən  danışarkən,  Azərbay-
can  Respublikasının  Prezidenti  İlham  Əliyev  Yaponiya-
nın “İnpex” şirkətinin prezidenti Kunixio Masuonu qəbul 
edən  zaman  söylədiyi  aşağıdakı  sözlər  görülmüş  işlərə 
verilmiş  qiymətlə  yanaşı,  böyük  perspektivi  də  özündə 
əks etdirir: “ Mən əminəm ki, sizin Azərbaycan dövləti, 
Azərbaycanın neft şirkətləri ilə əməkdaşlığınız gələcəkdə 
də müvəffəqiyyətlə inkişaf edəcək və bizim gələcək birgə 
layihələrimiz üçün yeni perspektivlər açacaqdır”.


148
Yaponiya  mütəxəssislərinin  köməkliyi  ilə  inşa  olunan 
Qarabağ  qaz-kompressor  stansiyası  iki  ölkənin  iqtisa-
di əməkdaşlığında yeni bir mərhələ oldu. Bununla eyni 
vaxtda  ölkəmizdə  uzunluğu  87  kilometr  olan  qaz  boru 
kəməri tikildi. Ən başlıcası ondan ibarətdir ki, bu mühüm 
obyekt Yaponiya tərəfinin 40 il müddətinə, çox aşağı faiz-
lərlə ayırdığı güzəştli kreditlərin sayəsində qurulmuşdur. 
Bu,  Yaponiya-Azərbaycan  səmərəli  əməkdaşlığının  par-
laq bir nümunəsidir. 
Məlum olduğu kimi, 1995-ci ildən Azərbaycan Respub-
likasında  iqtisadiyyatın  sabitləşməsi  mərhələsi  başlandı 
və bununla da “Əsrin müqaviləsi”, Xəzər dənizinin Azər-
baycan  sektorunda  neft  ehtiyatlarının  mənimsənilməsi 
prosesi müvəffəqiyyətlə reallaşdı, Bundan sonra Yaponi-
ya Azərbaycan layihələrinə öz münasibətini fəallaşdırdı. 
Yaponiya  şirkətlərindən  ilk  olaraq  “İtoçi  sedzi”  şirkəti 
Azərbaycan  şelfində  neft  çıxarılmasında  iştirak  etdi.  Bu 
şirkət tarixi “Əsrin müqaviləsi”nin iştirakçısı kimi “Mc-
Dermott” (2,45%) Amerika şirkətinin və qismən “Pennzo-
il”in (1,47%) hissələrini bütünlüklə almaqla nəhəng dün-
ya  neft  korporasiyalarının  beynəlxalq  konsorsiumuna 
daxil oldu. 1996-cı ilin sonlarında “İtoçi” şirkəti daha bir 
neft  müqaviləsində  –  “Dan  Ulduzu”  və  “Əşrəfi”  yataq-
larının kəşfiyyatı və istismarı müqaviləsində iştirakçısına 
çevrildi. Bu müqavilədə Yaponiya tərəfin payı 20% təşkil 
edirdi. 
Bu addımlar Yaponiyanın Xəzər dənizinin neft yataq-
larının  istismarı  prosesinə  fəal  qoşulmasını  təsdiq  edir. 
Araşdırmalar göstərir ki, Yaponiyanın enerji təchizatçıla-
rının sayını artırmaq siyasəti ölkənin istehlak etdiyi bü-


149
tün neftin 90 faizini verən yaxın Şərq ölkələri neftindən öz 
iqtisadiyyatının  asılılığını  azaltmağa  və  gələcəkdə  hətta 
tam aradan qaldırmağa istiqamətləndirilmişdir. Yaponiya 
işgüzar dairələrinin nüfuzlu təşkilatı “Keydanrən”ın (İq-
tisadi Təşkilatlar Federasiyası) nümayəndələrinin göstər-
diyi  kimi,  Azərbaycanda  və  Mərkəzi  Asiya  ölkələrində 
enerji  daşıyıcılarının  alternativ  mənbələrinə  yol  tapmaq 
səyləri XXI əsrdə Yaponiyanın uzunmüddətli enerji təh-
lükəsizliyinin təminatına yönəlmişdir. 
Son  vaxtlar  Yaponiyanın  kapital  qoyuluşunun  müm-
künlüyünün öyrənilməsi məqsədilə bu ölkənin nəinki neft 
istehsalı sahəsindəki, hətta neft-kimya sənayesi, kommu-
nikasiya sahələrində də ixtisaslaşmış böyük şirkətlərinin 
nümayəndələri  Azərbaycana  can  atırdılar.  Azərbaycan 
xalqının Ümummilli lideri Heydər Əliyev öz tərəfindən 
respublikanın Yaponiyanın “regionda ötürülmüş imkan-
ların yerini doldurmaq” cəhdlərini işgüzar layihələrin hə-
yata keçirilməsinə yönəltməklə hər iki ölkə üçün faydalı 
sayıla bilən mühüm nəticələrə nail oldu. 
Yaponiya kapitalının Azərbaycanda və həmçinin güc-
lü mövqe tutduqları Mərkəzi Asiya ölkələrində aktivləş-
məsi nəticəsində ölkənin iqtisadi və siyasi elitası neft və 
qazla zəngin olan bir ölkə ilə münasibətlərin inkişafının 
yeni  strategiyası  müəyyən  etmişdir.  Həmin  strategiyanı 
işləyib hazırlayarkən Yaponiya mütəxəssisləri əsasən aşa-
ğıdakıları nəzərə alırdılar:
– Xəzər dənizinin Azərbaycan sektorunda olan zəngin 
neft və qaz resursları Yaponiyanın marağında olan dünya 
enerji resursları bazarında mühüm faktdır; 
– Azərbaycan öz kommunikasiyaları ilə Avrasiya regio-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə