Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə37/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

138
yaradılmış, Azərbaycan Respublikasının Milli Məclisində 
dostluq və əməkdaşlıq üzrə Yaponiya-Azərbaycan parla-
ment qrupu təşkil olunmuşdur. 
Yaponiya  və  Azərbaycan  arasındakı  münasibətlər 
görkəmli  dövlət  xadimi,  Ümummilli  lider  Heydər  Əli-
yevin  respublikada  1993-cü  ildə  hakimiyyətə  gəlişin-
dən sonra ardıcıl və səmərəli surətdə inkişaf etdirilmiş-
dir.  Beləliklə, Azərbaycanla  Yaponiya  arasında  geniş  və 
hərtərəfli  əlaqələrin  inkişafına  dövlət  səviyyəsində  cid-
di  təkan  verilmişdir.  Yaponiyanın  Beynəlxalq  İqtisadi 
Əməkdaşlıq  Fondunun  çətin  şəraitdə Azərbaycana  mü-
nasibətdə  göstərdiyi  xoşməramlı  münasibət  əlaqələrin 
formalaşmasında  mühüm  rol  oynamışdır.  Azərbaycan 
Respublikasının Prezidenti Heydər Əliyev 17 yanvar 1998-
ci il tarixində Yaponi ya nın Beynəlxalq İqtisadi Əməkdaş-
lıq Fondunun nümayəndə heyətini qəbul etmişdir. Bu gö-
rüşdə ölkəmizin rəhbəri Azərbaycan dövlətinin Yaponiya 
ilə əməkdaşlığa xüsusi diqqət verdiyini qeyd etmiş, həm-
çinin Azərbaycan və Yaponiyanın bütün fəaliyyət sahələ-
rində yaxşı tərəfdaş olmaq imkanlarını diqqət mərkəzinə 
çəkmişdir. Yaponiya nümayəndə heyətinin rəhbəri Akiro 
Nişiqaki də öz növbəsində iki ölkə arasında əməkdaşlığın 
inkişafına maksimum səy göstərəcəyini bildirmişdir. Bu, 
ikitərəfli əməkdaşlıqda böyük təməl rolunu oynamışdır. 
Azərbaycan Respublikası karbohidrogen ehtiyatları ilə 
bərabər, böyük təbii resurslara malik bir dövlətdir. Bu da 
dünyanın  bir  çox  aparıcı  dövlətlərinin  diqqətini  özünə 
cəlb edir və onlarla bütün səviyyələrdə yaxınlaşmaq üçün 
münasib şərtlərin zəruriliyini yaradır. Yaponiya dövləti-
nin Azərbaycana olan marağı iqtisadi faktorla yanaşı, si-


139
yasi  amilləri  də  əhatə  edir.  Azərbaycan  Respublikasının 
neft-qaz  ehtiyat la rı  ilə  yanaşı,  Qafqazda  və  Orta  Şərqdə 
mühüm  geosiyasi  mövqe  tutması  Yaponiyanı  ölkəmizə 
cəlb edən məsələlər içərisində mühüm yer tutur.
Azərbaycan-Yaponiya  münasibətlərindəki  hərtərəf-
li  inkişaf  1998-ci  il  yanvarın  26-dan  fevralın  1-nə  qədər 
Azərbaycan  Respublikasının  Baş  naziri Artur  Rəsizadə-
nin Yaponiyaya dövlət səfəri ilə davam etmişdir. Yanva-
rın 27-dən Tokioda Azərbaycan Respublikası üzrə Dünya 
Bankı  konsultativ  qrupunun  ikinci  iclası  işə  başladı.  İc-
lasda on dörd ölkə və Almaniya, Belçika, Misir, Türkiyə, 
Pakistan, İngiltərə, ABŞ, İsveçrə kimi doqquz beynəlxalq 
maliyyə  təşkilatlarının  nümayəndələri  və  həmçinin Av-
ropa Yenidənqurma və İnkişaf Bankı,  BVF,  Dünya  Ban-
kı və s. qurumlar iştirak edirdi. Bu, beynəlxalq miqyasa 
malik rəsmi yığıncağın 28 yanvar 1998-ci il tarixdə Dün-
ya Bankı Maliyyə Korporasiyası qrupu tərəfindən təşkil 
edilmiş investisiya konfransı Azərbaycana həsr edilmişdi. 
Bu konfransda beynəlxalq maliyyə təşkilatları, korporasi-
yalar, kompaniyalar və firmaların nümayəndələri iştirak 
edirdilər. Konfransın gedişi zamanı məlum oldu ki, xarici 
biznesmenlər, böyük maliyyəçilər Azərbaycandakı “özəl 
sektorun  inkişafına  investisiya  qoyulması”  proqramına 
böyük maraq göstərirlər. Nəticədə böyük siyasi maraqlar 
yüksək səviyyədə sazişlərin bağlanmasına gətirib çıxardı. 
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 
uzaqgörən  siyasəti  nəticəsində  keçirilmiş  bu  beynəlxalq 
tədbir  ölkəmizin  Yaponiya  ilə  əlaqələrində  uğurlu  start 
rolunu həyata keçirmişdir. 


140
Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin 1998-ci il fevralın 24-dən 28-nə qədər Ya-
poniyaya ilk rəsmi səfəri yalnız iki ölkə arasında qarşılıqlı 
münasibətlərdə deyil, həmçinin Azərbaycan Respublikası 
ilə Cənub-Şərqi Asiya dövlətləri arasında siyasi və iqtisa-
di əlaqələrin tarixində də yeni səhifə açmışdır.
Qeyd etmək lazımdır ki, Çin və Mərkəzi Asiya ölkələri 
uzun illər Yaponiya iqtisadiyyatı və maliyyə inteqrasiyası 
prosesində yaxından iştirak edirdilərsə, Azərbaycan Res-
publikası Yaponiya işgüzar dairəsinin səmərəli fəaliyyət 
sahəsinə yenicə daxil olmuşdur. Buna baxmayaraq, Azər-
baycan və Yaponiya arasındakı münasibətlər son zaman-
lar kifayət dərəcədə müvəffəqiyyətlə inkişaf edir. Hər iki 
ölkə  bütün  sahələrdə  yaxınlaşmağa  və  sıx  əməkdaşlığa 
böyük maraq göstərir. Azərbaycan Respublikasının Pre-
zidenti Heydər Əliyev Yaponiyada rəsmi səfərdə olarkən 
bu  ölkənin  siyasi  və  işgüzar  dairələri  ilə  çoxlu  sayda 
səmərəli görüşlər keçirdi. Onların arasında öz əhəmiyyə-
tinə görə Yaponiyanın İmperatoru Akixito, baş nazir Ryü-
taro Hasimoto, xarici işlər naziri Keyzo Obuti, xarici ti-
carət və sənaye naziri Mistio Xoroçi, Yaponiya İdxal-İxrac 
Bankının prezidenti Yasuda Xeroşi və başqaları ilə görüş 
və söhbətlər xüsusi yer tuturdu. 
Yaponiyanın imperatoru ilə danışıqlar zamanı ikitərəfli 
münasibətlərin genişlənməsinə, Ermənistanın hərbi təca-
vüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişə-
sinin sülh yolu ilə nizamlanmasına xüsusi diqqət yetiril-
mişdir. 
Fevralın 26-da ölkələr arasında ikitərəfli sənədlərin im-
zalanması mərasimi keçirilmişdir. Prezident Heydər Əli-


141
yev və baş nazir Ryütaro Hasimoto “Azərbaycan Respubli-
kası və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqın-
da birgə bəyanat”a imza atdılar və həmçinin “Azərbaycan 
Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyat 
sahəsində birgə bəyanat” qəbul edildi. 
Azərbaycan Respublikası və Yaponiya arasında dostluq 
və əməkdaşlıq haqqında birgə bəyanatda göstərilirdi ki, 
hər iki tərəf ikitərəfli münasibətlərini müstəqilliyə hörmət 
və bir-birinin ərazi bütövlüyü və müstəqilliyi, bir-birinə 
inam, qarşılıqlı etibar və əməkdaşlıq üzərində quracaqlar. 
Sənəddə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni 
və digər sahələrdə əlaqələrin qarşılıqlı maraqlar əsasında 
həyata  keçirilməsinin  vacibliyi  öz  əksini  tapmışdır.  Bir-
gə sənəd də Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda 
bütün  səylərin  TransAv ro pa -Asiya  dəhlizinin  inkişafına 
yönəlməsindən bəhs edilirdi.
Azərbaycan  Respublikası  Prezidentinin  Yaponiyaya 
səfəri zamanı “Azərbaycan Respublikası Xarici İşlər Na-
zirliyi  və  Yaponiya  Xarici  İşlər  Nazirliyi  arasında  məs-
ləhətləşmələr haqqında birgə rəsmi məlumat”, “Azərbay-
can  və  Yaponiyanın  xarici  ölkələrlə  iqtisadi  əməkdaşlıq 
Fondu  arasında  kredit  razılaşması”,  “Şimal”  buxar-qaz 
elektrik  stansiyası  tikintisinin  layihəsi  haqqında  notalar 
mübadiləsi baş tutmuşdur. 
Səfər zamanı Yaponiya dövlətinin ayırdığı kənd təsərrü-
fatı texnikasının alınması üçün yardım haqqında notalar 
mübadiləsi, habelə Azərbaycan Respublikası Dövlət Neft 
Şirkəti və Yaponiyanın Misui Neft Şirkəti arasında iştirak 
payının verilməsi haqqında razılaşma da imzalanmışdır. 
Tarixi əhəmiyyət kəsb edən bu sənədlər bizim ölkələrimi-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə