Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə33/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

122
Yaponiya “daxiletmə” siyasətinə əməl edir və özünü sa-
dəcə ABŞ, Çin Xalq Respublikası, Yaponiya üçbucağında 
vasitəçi və tənzimləyici rolunda görür. Əgər Çinin iqtisadi 
gücü olduqca çox güclənərsə, üçbucaq iki yerə bölünəcək-
mi? Bu sualın cavabını ancaq gələcək göstərəcəkdir. XXI 
əsrin reallıqları göstərir ki, dövlətlərarası münasibətlərdə 
Yaponiya-Çin  əlaqələri  ilə  müqayisədə  Yaponiya-Amer-
ika münasibətləri daha möhkəmdir. Amerika Çinə qarşı 
rəqibi, Yaponiyaya münasibətdə isə müttəfiqi kimi dav-
ranır. Rusiya-Çin münasibətlərinin daha da yaxınlaşması 
Yaponiyanın da Amerika ilə əlaqələri inkişaf etdirməsinə 
ciddi təkan verir. 
2.4. Yaponiya-Rusiya əlaqələri 
Yaponiyanın Rusiya ilə münasibətləri XIX əsrin sonla-
rından etibarən yaranmağa başlamışdır. İlk dəfə Yaponi-
ya və Rusiya arasında rəsmi dövlət münasibətləri 1855-ci 
ildə ölkələr ticarət və sərhədlər haqqında Simod Traktat 
sazişi  imzaladıqdan  sonra  yaranmışdır.  O  zaman  Yapo-
niya və Rusiya arasında dövlət sərhəd xətti təbii şərtlərlə 
aparılmışdır. Tərəflər Kunaşir, İturup, Şikotan və Xabo-
may adalarını Yaponiya ərazisi, Urup və ondan şimalda 
olan digər on yeddi adanı isə Rusiya adaları hesab etməyə 
razılaşmışdılar. Saxalinin yaponların və rusların birgə ya-
şadığı  ərazi  kimi  hesab  edilməsi  qərara  alınmışdır.  Az 
müddətdən sonra çətin beynəlxalq vəziyyətdə ərazi prob-
lemləri ətrafında gedən münasibətlər yeni güc ilə artmağa 
başladı. 
1875-ci ildə Yaponiya və Rusiya Saxalinin bütünlükdə 
Rusiya imperiyasına, bütün Kuril adalarının isə Yaponi-


123
yaya  keçməsi  haqqında  saziş  imzaladılar.  1904-1905-ci 
illər Rus-Yapon müharibəsində Rusiyanın məğlub olma-
sından  sonra  Portsmut  sülh  müqaviləsinə  görə,  Cənu-
bi  Saxalin  Yaponiyaya  verildi.  Bununla  əlaqədar  olaraq 
Rusiya Nazirlər Şürasının sədri S.Y.Vitte öz gündəliyin-
də yazırdı ki, belə aşağılayan saziş Rusiyada hələ olma-
mışdır  və  bu,  gec-tez  aradan  götürüləcəkdir.  Doğrudan 
da İkinci Dünya müharibəsinin yekununda, 1945-ci ildə 
SSRİ Cənubi Saxalini, Kuril adalarını və həmçinin Kuna-
şir, İturup, Şikotan və bir sıra Xabomai adaları qrupunu 
öz ərazilərinə qatdı.
Sonralar Cənubi Kuril problemi sovet-yapon, SSRİ da-
ğılandan  sonra  isə  Rusiya-Yaponiya  münasibətlərindəki 
sabitsizliyin başlıca səbəbi oldu. İndinin özündə bütün-
lükdə bu münasibətlər normallaşmamışdır. 
XX əsrin birinci yarısında Uzaq Şərqdə və Asiya-Sakit 
regionunda Yaponiyanın keçirdiyi hərbi zəncirvarı aksi-
yalar, ərazilər haqqında fikir ayrılığı, həmçinin ruslar və 
yaponlar arasındakı çoxdan yaranmış ədavət Rusiya-Ya-
poniya münasibətlərinin uzun illər ərzində formalaşma-
sına gətirib çıxardı.
Nəhayət, 1951-ci ildə SSRİ San-Fransiskodakı konfrans-
da iştirak etdi. Yaponiya və onunla vuruşan ittifaq ölkələri 
arasında kollektiv sülh müqaviləsi imzalandı. Müttəfiqlə-
rin bir çoxu sülh müqaviləsini imzaladılar. Lakin SSRİ bu 
sənədə imza atmadı. Ona görə ki, bu saziş Kuril adaların-
dakı sovet hakimiyyətinin hökmranlığına hüquqi cəhət-
dən cavab vermirdi. Beləliklə, Yaponiya və Sovet İttifaqı 
arasında münasibətlər tənzimlənməmiş qaldı. 1951-ci ildə 
ABŞ  ilə  ilk  “təhlükəsizlik  sazişi”ni  imzalayaraq  iki  əks 


124
düşərgənin  “soyuq  müharibə”ni  başladığı  dövr  ərzində 
Yaponiya “barrikada”nın digər tərəfində – “azad dünya” 
tərəfində idi. Bu da SSRİ və Yaponiya arasında qarşılıqlı 
narazılığı  daha  da  gücləndirdi.  Bu  münaqişəni  süni  şə-
kildə ABŞ “soyuq müharibə” məntiqi ilə tənzimləyənləri 
“qızışdırırdı”. 
Rusiya-Yaponiya  münasibətlərinin  son  dərəcə  kəskin-
ləşməsinə səbəb Sovet İttifaqı tərəfindən rəsmi surətdə ta-
nınmış beynəlxalq hüquqi normaların qəbul olunmasına 
baxmayaraq, on il ərzində Yaponiyadan olan hərbi əsirlə-
rin çox çətin katorqa şəraitində, Sibirin tikintilərində və 
SSRİ-nin digər sərt iqlimi olan ərazilərində işlədilməsi idi. 
1955-ci ildə “soyuq müharibə” dövründə SSRİ Yaponi-
ya ilə münasibətlərin normallaşmasına tərəfdar olan kimi 
çıxış etdi. Danışıqlarda başlıca məsələ Cənubi Kuril və ya 
yaponların adlandırdığı kimi “Şimal əraziləri” idi. Yapo-
niya öz ərazilərinin geri qaytarılmasını tələb edirdi. SSRİ 
isə bu tələblərə etiraz edirdi. Nəticədə SSRİ Yaponiyaya 
Xobomei və Şikotan adalarını geri qaytarmağa hazır ol-
duğunu bildirdi. Öz növbəsində Yaponiya Kunaşir və İtu-
rup adalarının da problemini həll etməyi tələb etdi. Uzun 
danışıqlardan sonra tərəflər 1956-cı ildə kompromis qə-
rar qəbul edərək razılığa gəldilər ki, ilk öncə diplomatik 
münasibətləri bərpa etsinlər, daha sonra sülh müqavilə-
si, Kunaşir və İterup adalarının taleyini də həll etsinlər. 
1956-cı ilin oktyabr ayında Yaponiya və SSRİ arasında hö-
kumətlərarası bəyannamə qəbul edildi. Həmin sənədlər-
də  diplomatik  münasibətlərin  qurulması,  Xabomaye  və 
Şikotan adalarının sülh müqaviləsi imzalandıqdan sonra 
qaytarılmasının labüdlüyü orada öz əksini tapırdı.


125
Bundan sonra 1960-cı ildə SSRİ Yaponiya ilə yeni müqa-
vilə  bağlayaraq  Xabomaye  və  Şikotan  adalarını  Yaponi-
ya ərazilərindən bütün xarici, o cümlədən ABŞ orduları 
çıxarılmayana  qədər  qaytarmayacağını  bəyan  etdi.  Bir 
müddət  keçdikdən  sonra  SSRİ  öz  mövqeyini  dəyişərək 
Yaponiyaya özünün ərazi məsələlərinin çoxdan həll edil-
diyini və onunla heç bir danışığa getməyəcəyini bildirdi. 
Bununla SSRİ birtərəfli şəkildə öhdəsinə götürdüyü öh-
dəlikləri pozdu. Ona görə də Yaponiya və Sovet İttifaqı 
arasındakı münasibətlər kifayət qədər soyuq oldu. Qar-
şılıqlı  münasibətlər  əsasən  iqtisadiyyat  və  mədəniyyət 
sahəsində əməkdaşlıq məsələlərini əhatə edirdi. Siyasi və 
digər istənilən qarşılıqlı əlaqə “Şimal əraziləri” problemi 
ilə çətinliyə salınırdı. Məsələnin həlli ona görə çətinləşirdi 
ki, münasibətlərin inkişafında müxtəlif motivlər önə gəti-
rilirdi. Hər iki tərəf öz maraqlarını müdafiə etməyə çalı-
şırdı. 
Məlum olduğu kimi, obyektiv səbəblərə görə Yaponiya 
heç vaxt sovet siyasətinin Asiyadakı əsas prioriteti olma-
mışdır. Lakin tədricən SSRİ-nin Yaponiya ilə münasibət-
lərinin  yaxşılaşmasında  strateji  əsaslar  ortaya  çıxmışdır. 
Məhz  bu,  SSRİ-nin  əsas  məqsədlərinin  gücləndirilməsi 
idi.  Sərhəd  problemlərinin  nizama  salınması  SSRİ  üçün 
qarşıya qoyulmuş məqsədə çatmaq idi. Yaponiya ilə mü-
nasibətləri yaxşılaşdırmaq məqsədi ilə SSRİ sərhəd çək-
mək problemində xüsusi fəallıq göstərirdi. 
Yaponiyanın  strateji  məqsədlə  SSRİ  ilə  yaxınlaşması 
xüsusi  şəraitdə  sərhədçəkmə  problemini  nizama  salma-
ğa yönəlmişdi. Bu mənada SSRİ ilə münasibətlərin yaxşı-
laşması Yaponiya üçün əsas məqsədinə çatmaq idi. Məhz 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə