Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Yaponiya və ABŞ strateji əməkdaşlığı



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə30/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

110
2.2. Yaponiya və ABŞ strateji əməkdaşlığı
Dünyanın yeni cazibə qüvvələrindən biri olan Yaponi-
yanın ən böyük strateji müttəfiqi Amerika Birləşmiş Ştat-
larıdır. Yarım əsrdən çoxdur ki, yapon hökumətinin hər 
bir başçısı belə bir formulanı daim təsdiq edir: “ABŞ ilə 
münasibətlər yapon xarici siyasətinin təməl daşıdır”. Bir-
ləşmiş Ştatlar XX əsrin ikinci yarısından etibarən “Gündo-
ğan ölkənin” əsas müttəfiqi rolunda çıxış edir. Yaponiyanı 
bu ölkə ilə bağlayan, hər şeydən əvvəl, iki ölkənin qar-
şılıqlı  iqtisadiyyatını  yaradan,  son  dərəcə  sıx,  çoxtərəfli, 
geniş miqyaslı iqtisadi və ticarət münasibətləridir. ABŞ və 
Yaponiyanın qarşılıqlı ticarət əlaqələri həcminə görə dün-
yada  ABŞ-Kanada  “cütlüyü”ndən  sonra  ən  iri,  mühüm 
bir “cütlüyü” təmsil edir. Hələ keçən əsrin əllinci illərinin 
əvvəllərində qanuniləşdirilmiş hərbi-siyasi ittifaq Yaponi-
yanın milli təhlükəsizliyini təmin edərək, bu ölkəni Asi-
ya-Sakit okean regionunda ABŞ-ın hərbi-siyasi iştirakının 
əsasında  özünün  vacib,  qlobal  müttəfiqinə  çevirmişdir. 
Nyu-Yorkdakı  Binqamton  Universitetinin  tədqiqatçısı 
Covani Erikin fikrincə, Yaponiyanın güclü sənaye və ma-
liyyə ölkəsinə çevrilməsi ölkənin ABŞ ilə əvvəlki siyasi və 
iqtisadi  münasibətlərindəki  vassal  münasibətlərini  ara-
dan qaldırmışdır.
SSRİ-nin dağılması və “soyuq müharibə”nin sona çat-
ması  Yaponiyanın  və  Yapon-Amerika  əməkdaşlığının 
gələcək taleyi haqqında sual doğururdu. ABŞ-dan fərqli 
olaraq  Yaponiya  bu  tarixi  hadisəyə  əhəmiyyətli  dərəcə-
də təmkinlə yanaşdı. Bu zaman Yapon cəmiyyətində və 
ziyalıların dairəsində gələcək dünyada Yaponiyanın yeri 


111
haqqında mübahisələr yenidən başladı. SSRİ dağılana qə-
dər Şərqi Asiyada ABŞ-ın dinc müttəfiqi rolunda olması-
na baxmayaraq, bu vəziyyət artıq həm yapon siyasi elita-
sı, həm də ictimai dairələr üçün qənaətbəxş deyildi. Hamı 
Yaponiyanın  beynəlxalq  mövqelərinin  gücləndirilməsi 
fikrini, ölkənin iqtisadi və siyasi nüfuzunun bərabərliyi-
nin vacibliyini tez-tez söyləyirdi. Nəticədə 1990-cı illərdə 
Yaponiyanın böyük həcmdə müxtəlif modellərini müda-
fiə edən bir neçə elmi məktəb yarandı. Həmin məktəblər-
də Yaponiyanın daxili ictimai-siyasi, hərbi-iqtisadi, mədə-
ni həyatına dair məsələlərlə yanaşı, xarici siyasətinə aid 
bütün problemlər müzakirə edilirdi. “Xeyriyyə hegemon-
luğu” adı altında ABŞ ilə birlikdə dünyanı idarə etmək, 
iki ölkənin bitkin iqtisadi inteqrasiyası və birmənalı ya-
pon üstünlüyü bu müzakirələrin başlıca qayəsi idi. Hətta 
Yaponiyanın “qlobal qeyri-hərbi dövlət” konsepsiyası da 
mövcud idi. Buna görə ölkə gələcəyin bir nümunəvi mo-
del dövləti olmalı idi. Bütün bu konsepsiyaların mənbəyi 
Yaponiyanın ciddi siyasi roluna cavab verməyən nəhəng 
iqtisadi gücü idi. Ona görə də bu ölkə dünya üçün müxtə-
lif  vasitələrdən  istifadə  edirdi.  Lakin  dünya  siyasətində 
Yaponiyanın rolunun artırılmasına mane olmağa çalışan 
dövlətlər  də  var  idi.  Lakin  Yaponiya  rəqabət  mühitində 
radikal  yox,  liberal  mövqe  nümayiş  etdirməklə  onları 
zərərsizləşdirdi.
Keçən əsrin 90-cı illərinin əvvəllərində bəzi məsələlərə 
görə Yaponiya-ABŞ münasibətlərində soyuqluq hiss olu-
nurdu.  Buna
 
nümunə  olaraq  –  Fars  körfəzi  müharibə-
sində  Yaponiyanın  rolunu,  ölkədə  ABŞ  hərbi  gücünün 
qüvvətlənməsini,  Çin  və  digər  Asiya  ölkələrində  insan 


112
hüquqlarının qorunmasına dair Amerika siyasətinə qarşı 
Yaponiya tərəfinin mövqeyini, Yaponiyanın sülhməram-
lı əməliyyatlarda və iqtisadi münasibətlərdə, hər şeydən 
əvvəl, ticarətdə iştirakını göstərmək olar. ABŞ hökuməti, 
xüsusən Bill Klinton hakimiyyəti dövründə Yaponiyadan 
böyük güzəştlər tələb edirdi. 1993-cü ildə ABŞ Yaponiya 
ilə iyirmidən çox iqtisadi-ticarət razıılaşması imzalamışdı. 
Öz növbəsində Yaponiya tərəfi onlara inadla müqavimət 
göstərirdi. 1994-cü ilin martında Bill Klinton Yaponiyaya 
qarşı  ciddi  sanksiyaların  yeridilməsinə  dair  ona  hüquq 
verən qərarı imzaladı. Yaponiya da cavab tədbirləri qəbul 
etdi. XX əsrin 90-cı illərinin ortalarında narazılıq o dərə-
cəyə  çatdı  ki,  bir  sıra  siyasi  xadimlər Amerikanın  hərbi 
müdaxiləsinin labüdlüyünə dair proqnozlar səslənməyə 
başladı. Əgər 1985-ci ildə amerikalıların 87%-i Yaponiyaya 
mehribancasına yanaşırdılarsa, 1993-cü ildə onların sayı 
47%-ə enmişdi. Yaponiya cəmiyyətində də münasibətlə-
rin kəskin dərəcədə aşağı düşməsi müşahidə edilirdi. La-
kin Amerika prosesləri dəyişmək məcburiyyətində qaldı. 
Ona görə də 1992-ci ilin yanvarında ABŞ Prezidenti Corc 
Buşun  Yaponiyaya  səfəri  Yaponiya-Amerika  münasibət-
lərində  yeni  keyfiyyət  nümayiş  etdirərək  qlobal  əmək-
daşlıq səviyyəsinə qalxdı. Amerika Birləşmiş Ştatlarının 
Asiya-Sakit  okean  regionuna  diqqəti  XX  əsrdə  daha  da 
artdı. ABŞ dövlət katibinin köməkçisi U.Lord əsassız ol-
mayaraq bəyan etdi ki, bu gün Birləşmiş Ştatlar üçün Asi-
ya-Sakit okean regionundan vacib heç nə yoxdur. Sabah, 
XXI əsrdə bu meyil tam olaraq qorunacaqdır. Ona görə 
də doxsanıncı illər boyunca bütün Yaponiya baş nazirləri 
köhnə əlaqələrə sədaqəti təsdiq etdilər. Belə ki, 1992-ci il 


113
yanvarın 24-də proqram nitqi ilə parlamentdə çıxış edən 
Yaponiyanın 78-ci baş naziri Kiti Miyadzava bildirdi ki, 
bizim Birləşmiş Ştatlarla təhlükəsizliyə dair razılaşmamız 
Asiya-Sakit okean regionunda sülhün və çiçəklənmənin 
əvəzolunmaz əsası hesab olunur və Yaponiya buna cid-
di surətdə riayət edəcəkdir”. Öz nitqi zamanı Yaponiya-
nın xarici işlər naziri Yukixiko İkeda Yaponiyanın ABŞ və 
BMT ilə əməkdaşlığında sözsüz sadiqliyini qeyd etdi. İke-
da  “soyuq  müharibə”nin  sona  yetməsini,  geniş  həcmdə 
təhlükəli münaqişələrin azaldılmasını qeyd edərək, «so-
yuq müharibə» sisteminin iflasının yer kürəsinin bir çox 
nöqtələrində qeyri-sabitliyə gətirəcəyini söylədi. Bundan 
yararlanaraq o, Yaponiyanın ABŞ ilə hərbi əməkdaşlıqdan 
imtina etməsinin qeyri-mümkün olduğunu və hər şeydən 
əvvəl, müxtəlif regionlarda münaqişəli şəraitin yaranma-
sına gətirib çıxacağını nəzərə çarpdırdı. Yarım ildən sonra 
nüfuzlu “Japan Quarterly” jurnalında əsası ABŞ ilə strateji 
əməkdaşlığa toxunan Asiya və Sakit okean regionundakı 
siyasətdən bəhs edən xarici işlər nazirinin çıxışı çap olun-
du. O bildirirdi ki, Yaponiya hər şeydən əvvəl, regionda 
sabitliyi və təhlükəsizliyi təmin edən mühitdə mövcud ol-
malı və inkişaf etməlidir. 
Yaponiyanın  baş  naziri  Hasimoto  Ryutaro  tərəfindən 
1996-cı il aprelin 17-də birgə Yaponiya-ABŞ təhlükəsizlik 
bəyannaməsi qəbul edildi. O, yalnız hər iki tərəfin möv-
cud  siyasətdə  bağlılığını  deyil,  həm  də  yapon  və  ABŞ 
əməkdaşlığının  Asiya-Sakit  okean  regionunda  strateji 
rolunu təsdiq edirdi. 90-cı illərin birinci yarısında daxili 
siyasətdəki iqtisadi və xarici ticarətdən ziyan çəkən Yapo-
niya-Amerika  münasibətlərindəki  fəallıq  və  yaxınlaşma 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə