Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə38/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

142
zin gələcək inkişafı və əməkdaşlıq üçün mühüm əsasdır. 
Prezident Heydər Əliyevin “İtoçi”, “Nidjimen”, “Mit-
sui”,  “Mitsubişi”,  “Tomen”,  “Sumitomo”,  “Marubeni” 
kimi dünyada tanınan firmaların prezidentləri, habelə Ya-
poniya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Eksimbankla 
apardığı işgüzar görüşlər Azərbaycanın neft sektorunda 
Yaponiyanın etibarlı tərəfdaşa çevrilməsi ilə nəticələnmiş-
dir.
Bütövlükdə  Prezident  Heydər  Əliyevin  Yaponiyaya 
rəsmi  səfərində  Yaponiya  -  Azərbaycan  münasibətləri-
nin qarşılıqlı faydalı inkişafının əsasını təşkil edən səkkiz 
sənəd imzalanmışdır. Bu sənədlər Azərbaycan-Yaponiya 
əlaqələrinin möhkəm təməllərini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliye-
vin rəsmi səfəri zamanı əldə olunan razılaşmalara əsasən 
2000-ci yanvarın 21-də Azərbaycanda Yaponiyanın səfirli-
yi təsis olundu. Yaponiyanın Azərbaycan Respublikasına 
təyin etdiyi birinci səfir T.Xirose özünün etimadnaməsini 
respublikanın Prezidenti Heydər Əliyevə təqdim edərkən 
ölkələrin qarşılıqlı maraqlarının üst-üstə düşdüyü xüsusi 
olaraq qeyd edilmişdir. 
Bundan sonra iki ölkə arasında siyasi əlaqələr qarşı-
lıqlı olaraq genişlənirdi. Qeyd etmək lazımdır ki, 1999-cu 
ilin may ayında Yaponiyanın xarici işlər naziri Masaxiko 
Koumuranın Azərbaycana  səfəri  ilə  ikitərəfli  əlaqələrdə 
davamlı bir proses təmin olunmuşdur. 
Yaponiya dövləti Prezident Heydər Əliyevin Böyük İpək 
Yolunun  bərpası təşəbbüsünü  alqışlayırdı.  Bu  məqsədlə 
də 2002-ci ilin iyul ayında Yaponiyanın xarici işlər nazi-
rinin müavini Şeiken Şuqura Azərbaycana səfər etmişdir. 


143
Ondan əvvəl isə 2001-ci ilin iyununda Azərbaycan Res-
publikasının xarici işlər nazirinin Yaponiyaya səfəri təş-
kil olunmuşdu. Aparılan danışıqlar İpək Yolu layihəsinin 
həllində birgə fəaliyyətin təmin edilməsində mühüm rol 
oynamışdır. 
Yaponiya-Azərbaycan  münasibətlərində  yeni  mərhələ 
İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçil-
məsi ilə başlanmışdır. Ötən dövr bütünlüklə Ümummilli 
lider Heydər Əliyev tərəfindən əsası qoyulan ölkənin si-
yasi kursunun davamlı bir proses kimi qəbul olunduğunu 
təsdiq etdi. Buna parlaq nümunələrdən biri də Azərbay-
can  Respublikası  Prezidenti  İlham  Əliyevin  Yaponiyaya 
olan münasibəti idi. 2003-cü il noyabrın 24-də Azərbay-
can Respublikasının Prezidenti cənab İ.Əliyev Yaponiya-
nın xarici işlər nazirinin müavini İçiro Fuçisakeni qəbul 
edərək  Yaponiya-Azərbaycan  münasibətlərinin  sarsıl-
maz  olduğunu  bir  daha  bəyan  etmişdir.  Görüş  zamanı 
İ.Fuçisaki Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevə Yaponiyanın baş naziri Y.Koizüminin şəxsi mü-
raciətini çatdırmışdır. Müraciətdə Yaponiyanın gələcəkdə 
də ikitərəfli münasibətlərin möhkəmlənməsinə çalışacağı 
və bu münasibətlərin yeni mərhələyə çatdırılacağına səy 
göstəriləcəyi qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
7-10 mart 2006-cı ildə Yaponiyaya rəsmi səfəri ölkələra-
rası münasibətləri yeni səviyyəyə qaldırmışdır. Yaponiya 
Azərbaycanda cəmiyyət həyatının ən müxtəlif sahələrin-
də həyata keçirilən proqramlarda sanballı səkildə təmsil 
olunan  əsas  ölkələrdən  biridir.  Yaponiya Azərbaycanda 
neft  sektorunun  inkişaf  etdirilməsində,  “İpək  yolu”  la-


144
yihəsinin həyata keçirilməsində, sosial-mədəni sahələrdə 
yeni texnologiyaya əsaslanan müasir inkişafın təmin olun-
masında yaxından iştirak
 
edir. Siyasi-diplomatik və iqti-
sadi  sahələrdə  olduğu  kimi  sosial-mədəni  sahələrdə  də 
Azərbaycan-Yaponiya əməkdaşlığı böyük fayda verir və 
mühüm əhəmiyyət kəsb edir. Hazırda Yaponiyanın Azər-
baycanla ticarət dövriyyəsi bir neçə dəfə artmışdır.
 
Rəsmi 
səfər zamanı imzalanmış sənədlər, aparılmış səmərəli da-
nışıqlar, əldə olunmuş razılaşmalar daha böyük inkişafın 
üfüqlərini açmışdır.
2.6.2. Sosial-iqtisadi sahədə əməkdaşlıq
Yaponiya-Azərbaycan  əlaqələri  Azərbaycanda  cə-
miyyət həyatının geniş sahələrini əhatə edir. Bütün əsas 
sahələr üzrə bu Gündoğar ölkə ilə əlaqələrin özünəməx-
sus mühüm göstəriciləri vardır. Bununla belə, Azərbay-
can-Yaponiya  əməkdaşlığında  iqtisadiyyat  sahəsindəki 
davamlı əlaqələri ayrıca qeyd etmək lazım gəlir. Artıq 20 
ildən çoxdur ki, iqtisadiyyat sahəsində ölkələrarası qar-
şılıqlı, faydalı əməkdaşlıq yeni yüksəkliyə doğru inkişaf 
edir.  Buna  görə  də  iki  ölkə  arasındakı  münasibətlərdən 
bəhs edən Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev haqlı olaraq demişdir: “Yaponiya-Azərbaycan mü-
nasibətləri yüksək səviyyədədir və Azərbaycan bu müna-
sibətlərin genişlənib möhkəmlənməsində maraqlıdır”. 
Yaponiya-Azərbaycan  münasibətlərinin  çoxillik  ta-
rixə  malik  olmasını  qeyd  etmək  vacibdir.  Bu  əlaqələrin 
bünövrəsinə  ilk  kərpiclər  hələ  SSRİ-nin  mövcudluğu 
dövrdə  qoyulmuşdur.  1973-1975-ci  illərdə  Bakıda Azər-
baycanın  rəhbəri  Heydər  Əliyevin  böyük  səyi  ilə  Yapo-


145
niya  mütəxəssislərinin  iştirakı  və  yapon  texnologiyası-
nın köməyi ilə o dövrlər üçün ultramüasir hesab edilən 
məişət kondisionerləri zavodu – “Bakkondiosener” tikilib 
istifadəyə verilmişdir. Bu zavod ildə 400 min ədəd kon-
disioner  istehsal  etmək  gücünə  malik  olan  Yaponiyanın 
məşhur  “Toşiba”  kompaniyasının  lisenziyası  əsasında 
keçmiş SSRİ ərazisində qurulan yeganə müəssisə idi. Bu, 
Azərbaycan-Yaponiya əməkdaşlığının böyük təməli, həm 
də mühüm nailiyyəti idi. 
Azərbaycanda Yaponiya ilə əməkdaşlıq nəticəsində qu-
rulmuş digər böyük obyekt 1967-ci ildə tikilmiş “AZON” 
zavodu idi. Texniki təchizata görə bu zavodun Sovet İtti-
faqında analoqu yox idi. 
Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin 
bərpa  edilməsindən  sonra  Yaponiya  ilə  qarşılıqlı  müna-
sibətlərdə yeni bir dövr başladı. Yaponiya və Azərbaycan 
Respublikası arasında çoxcəhətli əməkdaşlıq həm siyasi, 
həm də iqtisadi sahədə sürətlə inkişaf etmək imkanı qa-
zandı. Hər iki ölkə qarşılıqlı ikitərəfli münasibətlərin əsa-
sı yenidən qoyulmuş mərhələsini uğurla yerinə yetirir. 
Yaponiya-Azərbaycan  arasında  iqtisadiyyat  sahəsində 
əməkdaşlıq Azərbay can Respublikasının Prezidenti Hey-
dər Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı öz təsdiqini 
tapdı. Səfər çərçivəsində Yaponiyanın baş naziri Ryütaro 
Hasimoto ilə 1998-ci il fevralın 26-da keçirilən danışıqlar-
da qeyd edildi ki, Yaponiya hökuməti “Şimal” buxar-qaz 
elektrik  stansiyasının  tikintisinə  və  layihələşdirilməsinə 
güzəştli şərtlərlə 165 milyon dollar, həmçinin “EP-300”-
ün etil-polietilen zavodunda qurulmasına 75 milyon dol-
lar vəsait ayırmağa razıdır. Həmçinin qeyd olundu ki, 165 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə