Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə46/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

174
Yaponiya dövləti ölkəmizdə Şərq yönlü idman növləri-
nin daha da inkişaf etdirilməsində maraqlıdır. Cüdo, əl-
bəyaxa döyüş, karate tipli idman oyunları Yaponiyada da 
geniş  yayılmışdır.  Azərbaycan  Respublikasının  Gənclər 
və İdman Nazirliyi ilə Yaponiyanın respublikamızdakı sə-
firliyi arasında 1999-cu ildə bağlanmış müqaviləyə əsasən 
ölkəmizdə Şərq əlbəyaxa döyüş idman növünün genişlən-
dirilməsinə və inkişaf etdirilməsinə 400 min ABŞ dolları 
miqdarında maliyyə vəsaiti ayrılmışdır. Həmin maliyyə 
vəsaiti Bakıda Şərq əlbəyaxa döyüş idman növünün təşki-
linə xidmət edən müasir tipli idman bazasının yaradılma-
sına, mövcud idman müəssisələrinin yeni avadanlıqlarla 
təchiz olunmasına, yarışların keçirilməsinə xərclənmişdir. 
Nəticədə Azərbaycanda idmanın bu sahəsinə maraq daha 
da artmış, həmin çətin idman növünə gənclər daha çox 
qoşulmuş, müsbət nəticələr əldə olunmuşdur. 
Azərbaycan  idmançıları  Yaponiyada  keçirilən  idman 
yarışlarında  da  fəal  iştirak  edirlər.  Cüdo  idman  növü-
nün banisi Ciqaro Komonun şərəfinə 2008-ci ilin dekabr 
ayında Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş 
xatirə turnirində baş məşqçi Ağayar Axundzadənin rəh-
bərlik etdiyi Azərbaycan yığma komandasının iştirakı id-
man sahəsindəki əməkdaşlığın yeni mərhələdəki uğurlu 
bəhrəsi sayılmağa layiqdir. İdmançılarımızın 81 kiloqram 
çəki dərəcəsində Zaur Paşayevin, 66 kiloqram çəki dərə-
cəsində  isə  Sərxan  Əhmədovun  cüdoçuların  Tokio  gö-
rüşlərində əldə etdikləri müsbət nəticələr Azərbaycan id-
manının beynəlxalq aləmdə tanınması baxımından daha 
bir  əhəmiyyətli  addıma  çevrilmişdir.
1
  Bir  sözlə,  Yaponi-
1
 
Yaponiyaya yollanan heyət. “İki sahil” qəzeti, 4 dekabr 2008-ci il, №230 (4789)


175
ya-Azərbaycan idman əlaqələri ölkəmizdə idmanın daha 
da inkişaf etdirilməsinə və respublikamızın idman şöhrə-
tinin dünyada təbliğinə uğurla xidmət edir. 
Göründüyü  kimi,  humanitar  sahədə  Yaponiya-Azər-
baycan əlaqələri ictimai həyatın əksər sahələrini əhatə et-
məklə səciyyələnir. Humanitar sahədəki əlaqələr və birgə 
əməkdaşlıq qarşılıqlı şəkildə ölkələrin və xalqların bir-bir-
lərini daha yaxından tanınmalarına şərait yaradır. Dünya-
nın  qabaqcıl  ölkələrindən  olan  Yaponiya  ilə  əməkdaşlıq 
layihələrinin  həyata  keçirilməsi  Azərbaycanın  müstəqil 
bir dövlət kimi dünyada tanıdılmasına geniş üfüqlər açır. 
Eyni  zamanda,  humanitar  sahədə  ölkələrimiz  arasında 
genişlənməkdə olan əlaqələr mədəniyyət, təhsil və turizm 
üzrə Yaponiya təcrübəsinin Azərbaycana da axınına şəra-
it  yaradır.  Turizm,  səhiyyə  və  idman  əlaqələri  qarşılıqlı 
olaraq Azərbaycanın da müstəqil bir dövlət kimi Yaponi-
yada daha yaxından tanıdılmasına xidmət edir. Qrant la-
yihələri həm də ölkələrimizdə birgə proqramların işlənib 
hazırlanması  və  həyata  keçirilməsi  sahəsində  biliklərin, 
təcrübənin, vərdişlərin formalaşmasında da əhəmiyyətli 
rola malikdir. 
2.6.5. Mədəni əlaqələr
Çoxsaylı elmi ədəbiyyatlarda Yapoinya daha çox yeni 
texnologiyanın vətəni kimi səciyyələndirilirsə də bu ölkə-
nin  özünəməxsus  bənzərsiz  mədəniyyətə  malik  olması 
həmişə etiraf olunmuşdur. Bu özünəməxsusluq, hər şey-
dən  əvvəl,  Yapon  mədəniyyətində  keçmişlə  müasirliyin 
vəhdətində
1
 və Qərblə Şərqin sintezində
2
 özünü göstərir. 
1
 
Образ Японии. Токио, 2000, стр.18
2
 
Kaori Shoji. Tokio görüntüləri (ingilis dilində). Yapoinya, Tokio, 2005, səh.84


176
Şərq-Qərb sintezi əsasında formalaşmış Yapon mədəniy-
yətində  folklordan,  milli  etnoqrafiyadan  gələn  ənənələ-
rin böyük payı vardır. Yapon mədəniyyətində millilik və 
qədimlik  qorunub  saxlanılmışdır.  Elmi  ədəbiyyatlarda 
yapon  mədəniyyəti  aşağıdakı  kimi  xarakterizə  olunur: 
«Yaxından  tanış  olduqda  aydın  olur  ki,  sənayeləşmiş 
Qərb cəmiyyətinin qarşısında ənənələrə əsaslanan Yapo-
niya  özünün  dəyişilməzliyi  ilə  dayanır.  Əvvəllərdə  ol-
duğu kimi, indi də ölkədə ənənəvi incəsənət növlərinin 
çoxusu yaşayır, qədim ənənələr bütün hallarda cəmiyyət 
həyatında və biznes sahəsində əvəzedilməz rol oynayır. 
«Yapon ruhu» isə gündəlik həyatda hakim rola malikdir.
1
 
Məhz bu cəhətlər Yapon mədəniyyətininin dünya mə-
dəniyyətindəki özünəməxsus yerini müəyyən edir. Avro-
pa  ilə  Asiyanın  qovşağında  yerləşən  Azərbaycanın  mə-
dəniyyətində  də  Şərq-Qərb  sintezinin  və  köklü  folklor 
ənənələrinin üstünlüyü bir-birindən uzaq məsafədə yer-
ləşən bu iki ölkənin mədəniyyətlərinin tipoloji yaxınlığını 
nəzərə çarpdırır. 
Mədəniyyət  üzrə  əməkdaşlıq  Azərbaycan-Yaponi-
ya  əlaqələrində  özünəməxsus  yer  tutur.  Bu  sahəyə  dair 
əlaqələrin  inkişafında  ilk  növbədə  Yaponiya  dövlətinin 
Azərbaycanda musiqi mədəniyyətinin daha da inkişaf et-
dirilməsinə  göstərdiyi  qayğını  ayrıca  qeyd  etmək  lazım 
gəlir. Belə ki, Yaponiya hökuməti 2004-cü ilin yanvar ayın-
da Azərbaycan Dövlət Opera və Balet Teatrının işıqlandır-
ma sisteminin yenidən qurulmasına 354 min ABŞ dolları 
həcmində qrant ayırmışdır. Həmin qrant layihəsinin hə-
yata keçirilməsi Opera və Balet Teatrında işıqlandırma və 
1
 Япония от Айкидо до Акитори. Москва, «Восток-Запад», 2007, стр.7


177
elektrik sisteminin müasir tələblər səviyyəsində təşkilinə, 
bu sahənin zəruri yeni texnologiya ilə təmin edilməsinə 
şərait yaratmışdır. Bu isə öz növbəsində Opera və Balet 
Teatrında tamalaşaların daha canlı təqdiminə normal şə-
rait yaratmağa xidmət etmişdir. 
Fikrimizcə, Yaponiyanın Azərbaycan Dövlət Opera və 
Balet Teatrının inkişaf etdirilməsinə xüsusi diqqət göstər-
məsi heç də təsadüfi olmayıb, bu teatrda milli mədəniy-
yət  ənənələrinin  qorunub  saxlanılmasına  əməli  kömək 
məqsədini  izləyir.  Yaponiya  hökumətinin  Azərbaycan 
Dövlət Simfonik Orkestri üçün musiqi alətlərinin alınma-
sına göstərdiyi dəstək böyük ənənələrə malik olan bu or-
kestrin  maddi-texniki  bazasının  daha  da  möhkəmləndi-
rilməsinə təkan vermişdir. Eyni zamanda, Üzeyir Hacıbə-
yov adına Bakı Musiqi Akademiyasına alınmış fortepiano 
və royallar həm bu ali təhsil ocağında musiqi təhsilinin 
müasir  tələblər  səviyyəsində  qurulmasına,  həm  də  mu-
siqi mədəniyyətinin inkişafına köməyin ifadəsinə çevril-
mişdir. Yaponiya dövlətinin əlamətdar tarixi günlərində 
Bakı Musiqi Akademiyasında Azərbaycanda yaşayan ya-
poniyalılar, habelə Yaponiyanın ölkəmizdəki səfirliyinin 
əməkdaşları üçün təşkil edilən konsertlər mədəni əlaqələ-
rin inkişafına özünün lazımi töhfəsini verir. Eyni zaman-
da, Bakıdakı Yaponiya səfirliyində Azərbaycan və Yapo-
niya musiqiçilərinin birgə iştirakı ilə keçirilən konsertlər 
ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaş-
dırılmasına və mədəniyyət sahəsində inteqrasiyanın inki-
şaf etdirilməsinə müsbət təsir göstərir. 
Azərbaycandakı  kitabxanaların  inkişaf  etdirilməsinə 
də  Yaponiya  hökuməti  lazımi  diqqət  yetirmişdir.  İlk 
növbədə Yaponiya  hökumətinin  dəstəyi ilə  2004-cü  ildə 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə