Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə45/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   78

170
sosial-mədəni servis xidmətinin dünya standartlarına uy-
ğun  yenidən  qurulması,  respublikamızın  hava  nəqliyya-
tında böyük dəyişikliklərin baş verməsi müxtəlif ölkələr-
dən, o cümlədən Yaponiyadan Azərbaycana turist axınının 
qısa müddətdə bir neçə dəfə artacağını proqnozlaşdırma-
ğa əsas verir. Ölkələrarası münasibətlərdə ən səmərəli və 
sərfəli sahə olan turizm əlaqələrinin inkişaf etdirilməsi bü-
tövlükdə Yaponiya ilə Azərbaycan arasında çoxcəhətli mü-
nasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanda  səhiyyə  sahəsinin  inkişaf  etdirilməsində 
və müasirləşdiril mə s i n  də də Yaponiya ilə əlaqələrin mü-
hüm  rolu  müşahidə  olunur.  Səhiyyə  sahəsində  Yaponi-
yanın Azərbaycandakı səfirliyinin vasitəsi və dəstəyi ilə 
həyata keçirilən tədbirlər aşağıdakı istiqamətləri əhatə et-
mişdir:
1. Səhiyyə müəssisələrinin yenidən qurulmasına dəstək 
göstərilməsi; 
2. Səhiyyə sahəsində yeni texnologiyanın tətbiqi; 
3. Səhiyyə maarifçiliyinin təşkili.
Aparılmış təhlillər göstərir ki, Yaponiya hökuməti ölkə-
mizdə 1999-2001-ci illərdə daha çox səhiyyə müəssisələ-
rinin yenidən qurulması və təmir edilməsi məsələlərinə 
diqqət yetirmişdir. 2001-2005-ci illərdə isə səhiyyə sahə-
sində  maddi-texniki  bazanın  möhkəmləndirilməsi  işinə 
köməklik göstərilmişdir. 2000-ci ildən sonrakı mərhələdə 
isə səhiyyə üzrə Yaponiya ilə əlaqələrdə yeni texnologiya-
ların tətbiqinə üstünlük verildiyi müşahidə olunur. 
Qeyd  olunduğu  kimi,  Yaponiya  dövləti  Azərbaycanda 
səhiyyə müəssisələrinin – xəstəxanaların, uşaq evlərinin, 
qadın  məsləhətxanalarının  və  poliklinikaların  əsaslı  şə-


171
kildə  yenidən  qurulması  və  yeni  texnologiya  ilə  təchiz 
edilməsi  sahəsində  Azərbaycan  Respublikasında  dövlət 
səviyyəsində  aparılan  tədbirlərin  daha  da  genişləndiril-
məsini diqqət mərkəzində saxlamışdır. Gəncə şəhərində-
ki Qadın məsləhətxana-poliklinikasının, Sumqayıt şəhə-
rindəki Psixonevroloji dispanserin, Bakı şəhərinin Türkan 
qəsəbəsindəki Əlil uşaqlar evinin, Ramana qəsəbəsindəki 
uşaq  evinin,  Bakı  şəhərindəki  2  saylı  uşaq  evinin  əsaslı 
şəkildə yenidən qurulması və müasir texnologiya ilə tə-
chiz  edilməsi,  istilik  sisteminin  yeniləşdirilməsi  Yapon 
dövlətinin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi 
diqqəti və qayğını əks etdirir. 
Səhiyyə  sistemində  maddi-texniki  bazanın  möhkəm-
ləndirilməsi baxımından da Yaponiya ilə əlaqələr mühüm 
əhəmiyyət kəsb edir. Bu sahədə həyata keçirilən tədbirlər 
əsasən Yaponiya dövlətinin ayırdığı qrant layihələri he-
sabına  səhiyyə  müəssisələri  üçün  tibb  avadanlıqlarının 
alınması məsələlərini əhatə edir. Qeyd etmək lazımdır ki, 
Yaponiyanın qrant layihələri əsasında yenidən qurulmuş 
səhiyyə müəssisələrinin hamısına həm də müəyyən tibbi 
avadanlıqlar da alınmışdır. Bununla belə, bir sıra səhiy-
yə ocaqlarında müəyyən qrant layihəsi xüsusi olaraq yeni 
tibbi  cihazların  və  avadanlıqların  alınmasına  yönəldil-
mişdir. Yaponiya 1999 -cu ildə Azərbaycan Elmi-Tədqiqat 
Fizioterapiya  və  Pulmonol o gi y a  İnstitutuna  müasir  ava-
danlıqların alınması üçün 2 milyon ABŞ dolları həcmində 
qrant ayırmışdır. 
1
Sonrakı illərdə Yaponiya dövləti tərəfindən ayrılmış 4,2 
milyon ABŞ dolları hesabına Bakı şəhərindəki Ş.Ələsgəro-
1
 Abbasov Ç.M. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolları. Bakı, “Elm”, 
2014, səh. 263


172
va adına 5 saylı Doğum evi, 1 saylı Bakı şəhər xəstəxanası, 
Abdulla Qarayev adına Uşaq klinik xəstəxanası ən müa-
sir tibb avadanlıqları ilə təchiz edilmişdir. Bundan başqa, 
Bakı şəhərindəki Ş.Ələsgərova adına 5 saylı Doğum evin-
də xüsusi laboratoriyanın  yaradılması təmin edilmişdir. 
Həmin  laboratoriyanın  təşkili  və  fəaliyyəti  üçün  Yapo-
niya dövlətinin ayırdığı 2 milyon ABŞ dolları həcmində 
olan qrant layihəsi əsasında laboratoriya ən müasir ava-
danlıqlarla təchiz edilmiş, bu laboratoriyada çalışan hə-
kimlərə treninqlər keçirilmişdir. Eyni məqsədlə müəyyən 
olunmuş 2 milyon dollarlıq qrant vasitəsilə Azərbaycan 
Ciyər xəstəlikləri xəstəxanasında yeni tibb avadanlıqları 
quraşdırılmışdır.  Bundan  başqa, A.Qarayev  adına  Uşaq 
xəstəxanasında  da  2  milyon ABŞ  dolları  həcmində  yeni 
laboratoriyalar  yaradılmışdır.
1
  Respublikanın  səhiyyə 
müəssisələrinə ən müasir tibb avadanlıqlarının alınması, 
yeni laboratoriyaların təşkili bu sahənin müasir tələblər 
səviyyəsində yenidən qurulmasına əhəmiyyətli dərəcədə 
müsbət  təsir  göstərmişdir.  Bu  isə  Azərbaycan dan  xarici 
ölkələrə xəstə axınının qarşısının alınmasını təmin etməyə 
imkan vermişdir. Bütün bunlar son nəticədə Azərbaycan-
da səhiyyə sisteminin dünya standartlarına yaxınlaşdırıl-
ması yollarında mühüm addımlara çevrilmişdir.
Yaponiya tərəfindən ayrılmış qrant layihələrinin bir his-
səsi səhiyyə maarifçiliyi sahəsinə yönəldilmişdir. Bu yol-
la Azərbaycan həkimləri Yaponiyanın ölkəmizdəki səfir-
liyi vasitəsilə Bakıda keçirilən treninqlərə cəlb olunmuş, 
yaxud  Yaponiyada  tibb  müəssisələrində  stajirovka  keç-
1
 Azernews, Bakı, iyul 2001, 21


173
mişlər.  Aparılmış  səhiyyə  maarifçiliyi  respublikamızda 
yeni texnologiyaya bələd olan, elmin son nailiyyətlərinə 
yiyələnmiş yüksək ixtisaslı tibb kadrlarının formalaşdırıl-
ması prosesinin daha da sürətləndirilməsinə təkan verir. 
Məlum olduğu kimi, Yaponiya dünyada həm də fərqli 
idman ölkəsi kimi tanınır. Bir çox oyun növlərinin vətə-
ni yalnız Yaponiyadır. Buna görə də Yaponiyanın idman 
ənənələrini öyrənməyə beynəlxalq aləmdə böyük maraq 
vardır. Yaponiya-Azərbaycan əlaqələrində idman sahəsi-
nin də müəyyən yer tutması bütün bunlarla əlaqədardır. 
Əvvəla, Yaponiya dövlətinin səhiyyə - sağlamlıq sahə-
sində apardığı tədbirlər həm də idmanın inkişafı ilə bağ-
lıdır.  Bununla  belə,  konkret  olaraq  Yaponiya  dövlətinin 
Azərbaycanda idmanın inkişafına yönəltdiyi tədbirlər də 
müşahidə  olunmaqdadır.  Digər  sahələrdə  olduğu  kimi, 
idman sahəsində də Yaponiya daha çox ölkəmizdə idman 
komplekslərinin yeni avadanlıqlarla, müasir texnologiya 
ilə təmin olunmasına köməklik göstərməyə üstünlük ve-
rir. Yaponiyanın 1999-cu ildə Azərbaycanda idman komp-
leksinin  inkişaf  etdirilməsinə  49,3  milyon  yen  (450  min 
ABŞ dolları) həcmində yönəltdiyi maliyyə vəsaitinin əsas 
hissəsi  ən  zəruri  yeni  texnologiyanın  və  avadanlıqların 
alınmasına sərf edilmişdir. Həmin layihə əsasında Bakı-
dakı ən mühüm idman mərkəzləri texnologiya baxımın-
dan  yenidən  qurulmuş  və  müasir  avadanlıqlarla  təchiz 
olunmuşdur.  Eyni  zamanda,  Azərbaycan  Respublikası 
Gənclər və İdman Nazirliyi üzrə də yapon qrant layihələ-
ri əsasında idman və yanğın təhlükəsizliyi avadanlıqları 
əldə edilmişdir.
1
 
1
 
Тураев Б.А. Глобальные выводы человечеству. М., 2002, стр.19 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə