Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə41/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

154
1998-ci ildə Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaş-
lıq  Fondu  Bakı  ətrafında  50-ci  illərin  əvvəlində  tikilən, 
paytaxtı elektrik enerjisinə olan tələbatının demək olar ki, 
yarısı  ilə  təmin  edən  “Şimal”  İES-in  yenidən  qurulması 
üçün  165  milyon  dollar  həcmində  illik  ödənişi  0,75  faiz 
olan və 50 il müddətinə və 10 ili güzəştli şərtlər altında 
olmaqla  ayrılmış  kredit  layihəsinin  ümumi  dəyəri  310 
milyon dollar idi. Bu, keçən əsrin doxsanıncı illəri üçün 
əhəmiyyətli rəqəm sayılırdı.
Öz  növbəsində,  “Nitimen”  korporasiyası  Sumqayıtda 
Azərkimya Dövlət Konserninə daxil olan və ümumi dəyə-
ri 95 milyon təşkil edən etilen istehsalı üzrə iri neft-kimya 
kompleksinin  modernləşdirilməsi  layihəsində  yaxından 
iştirak edir. Bu məbləğdən 15 milyon dolları “Nitimen” 
korporasiyası verir, qalan məbləğ isə Yaponiyanın Eksim-
bankı tərəflərindən müxtəlif şirkətlərin işə cəlb edilməsi 
yolu ilə ödənilir. Artıq ilkin mühüm nəticələr əldə olun-
muş, inkişaf baş vermişdir.
  “İtoçi”  və  “Cey  Ci  Si”  Yaponiya  şirkətləri ARDNŞ-ə 
müzakirə üçün “Azneftyanacaq” İstehsalat Birliyinin (İB) 
modernləşdirilməsinin  baş  planını  təqdim  etmişdir.  Bu 
birlik ildə 300 min tona qədər benzin istehsal edir. 1997-
ci ilin əvvəllərindən Azərbaycanın bütün neft emal edən 
kompleksinin “mazut rejimi”nə keşməsi ilə əlaqədar ola-
raq (enerji böhranının qarşısını almaq üçün) birlik hər ay 
350  min  tona  qədər  mazut  istehsal  etməyə  başlamışdır. 
Layihənin  Yaponiya  dövlətinin  kredit  xəttinin  köməkli-
yi  ilə  maliyyələşdirilməsi  nəzərdə  tutulur.  Bu  layihənin 
iki  mərhələdə  həyata  keçirilməsi  planlaşdırılır:  birinci 
mərhələdə - köhnəlmiş avadanlığı dəyişdirmək, ikincidə 


155
- yeni komplekslərin tikintisi. Hər iki mərhələ üzrə nəzər-
də  tutulmuş  işlər  həyata  keçirilmiş,  nəticədə  istehsalın 
modernləşdirilməsi  baxımından  mühüm  irəliləyişə  nail 
olunmuşdur. 
Rəsmi  şəxslərin  məlumatına  görə,  Yaponiya  “Avro-
pa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin ayrı-ayrı hissələri-
nin qurulması üçün kapital qoymaqda maraqlı olan ölkə-
dir.  Bu  layihənin  reallaşması  Azərbaycana  “Qərb-Şərq” 
iqtisadi körpüsünə qoşulmağa imkan verəcək və ölkəyə 
milyonlarla dollar xeyir gətirəcəkdir. İkitərəfli əlaqələrin 
inkişafı Yaponiyaya imkan verdi ki, Azərbaycanı – Yapo-
niya “İnkişaf ehtiyacları üçün rəsmi kömək” – İRK prese-
dent ölkələri siyahısına salsın. İRK çərçivəsində Yaponiya 
hökuməti Azərbaycana kənd təsərrüfatı, səhiyyə, habelə 
xırda və orta biznes sahələrində əvəzsiz yardım göstərir.
Yaponiya-Azərbaycan  birgə  layihələrinin  siyahısı  on-
ların  iri  həcmli  olacağına  da  əminlik  yaradır.  Yaponiya 
1997-ci ildən etibarən “Xəzərneftqaz” beynəlxalq sərgisi-
nin daimi iştirakçısıdır. İki ölkə arasında mal dövriyyəsi 
artmışdır. Belə ki, əgər 1996-cı ildə mal dövriyyəsi ancaq 
2,6 milyon dollar təşkil edirdisə, cəmi 3 ildən sonra, yəni 
1999-cu ildə Yaponiya və Azərbaycan arasında mal dövriy-
yəsi 55,9 milyon dollara çatmışdır. 2001-ci ildə bu rəqəm 
demək  olar  ki,  67  milyon  dollara  qədər  artmış,  2003-cü 
ildə isə ticarət dövriyyəsi 122 milyonu keçə bilmişdir.
Yaponiya tərəfi Azərbaycanda kənd təsərrüfatının inki-
şafı üçün də kreditlər verir. Belə ki, 1995-ci ildə Yaponiya 
hökuməti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı 
Nazirliyinə kənd təsərrüfatının inkişafı üçün 1,2 milyard 
yen  həcmində  iki  qrant  ayırmışdır.  1999-cu  ildə  elə  bu 


156
məqsədlər üçün yenə 390 milyon yen (3,2 milyon dollar-
dan artıq) həcmində daha bir qrant da vermişdır. Bu məb-
ləğə  30  taxılbiçən  kombayn,  13  traktor,  12  toxumsəpən 
və  traktorlar  üçün  12  kotan  alınmasını  nəzərdə  tutulur. 
Bütün  texnika  həmin  fermerlərə  4  il  müddətinə  icarəyə 
verilir  və  onun  dəyərini  bütünlüklə  ödədikdən  sonra, 
icarədarın əmlakı hesab olunacaqdır. Öz tərəfindən Azər-
baycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  əvvəlki 
Yaponiya qrantlarından sonra texnikanın icarəsindən 500 
milyon manat gəlir əldə etmişdir. Həm də Azərbaycanda 
yeni yaradılmış fermer təsərrüfatları inkişaf etmək imka-
nı qazanmışdır. 
Bundan əlavə, Yaponiya hökuməti Azərbaycana qaçqın-
ların  yaşayış  yerlərində  məktəb  və  xəstəxana  tikintisinə 
200  milyon  dollar  həcmində əvəzsiz yardım ayırmışdır. 
Ayrılmış qrantlar təyinat üzrə xərclənmiş, qaçqınların so-
sial məsələləri müəyyən dərəcədə həll olunmuşdur. 
Yaponiyanın xarici siyasət kursunun prioritet istiqamət-
lərindən biri XXI əsrin astanasında postsovet məkanının 
ölkələri ilə əlaqələrin qurulması və inkişafı məsələləridir. 
Lakin  Yaponiyanın  yeni  müstəqil  dövlətlər  ilə  qarşılıqlı 
əlaqələrinin inkişafı kifayət qədər fərqli xarakter daşıyır. 
Rusiya  ilə  ərazi  mübahisələri,  Yaponiya  kapitalının  fəal 
nüfuz etməsi və bu ölkələrin əsas sənaye sahələrinin Ya-
poniya iqtisadiyyatına artan bağlılığı Yaponiyanın gənc, 
müstəqil  dövlətlərlə  müəyyən  siyasi  ehtiyatlılığının  ya-
ranmasına  səbəb  oldu.  Lakin  proses  tədricən  nizamlan-
mış, dövlət müstəqilliklərini möhkəmləndirən ölkələr Ya-
poniya ilə daha sərbəst şəkildə əlaqələr qurur və qarşılıqlı 
maraqları nəzərə almaqla münasibətləri inkişaf etdirmək-


157
də davam edirlər. Azərbaycan Respublikası da Yaponiya 
ilə ikitərəfli və çoxcəhətli əməkdaşlığı uğurla davam etdi-
rir. 
Hazırda  Azərbaycanda  19  Yaponiya  şirkəti  fəaliyyət 
göstərir. İndiyədək ölkələrimiz arasında dövlət səviyyə-
sində 17 mühüm sənəd imzalanmışdır. Azərbaycan Res-
publikasının İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri-
nin qardaşlaşması haqqında 2013-cü ildə protokolun im-
zalanması  və  əməkdaşlıq  əlaqələrinin  regionlar  üzrə  də 
genişləndirilməsi ölkələrarası münasibətlərdəki inkişafın 
real göstəricilərdəndir. Bakının Xəzər rayonu ilə Yaponi-
yanın  Kitakunşu  şəhəri  arasında  dostluq  və  tərəfdaşlıq 
sazişinin  bağlanmasına  dair  razılaşmanın  əldə  edilməsi 
əlaqələrin davamlı prosesə çevrildiyini təsdiq edir.
Müasir mərhələdə Azərbaycanla Yaponiya arasında iq-
tisadiyyatla yanaşı, humanitar istiqamətdə də əməkdaşlıq 
genişlənir və inkişaf edir. 
Çoxaspektli xarakterə malik olan Azərbaycan-Yaponi-
ya əlaqələrində humanitar sahə də əhəmiyyətli yer tutur. 
Ölkələrimiz arasında bu istiqamətdəki əlaqələr Azərbay-
canda mədəniyyət, elm, təhsil, səhiyyə, idman sahələrin-
də dünyaya inteqrasiyanın daha da genişlənməsinə müs-
bət təsir göstərir. Bu isə öz növbəsində ölkəmizdə digər 
sahələrlə  yanaşı,  humanitar  sahənin  də  inkişafına  ciddi 
təkan verir. Yaponiyanın təcrübəsi və dəstəyi respublikamı-
zın humanitar probleml ə  rinin həllində ən müasir yanaşma-
ların tətbiqinə, yeni texnologiyaların və ideyaların təcrü-
bədə özünə yer almasına münbit şərait yaradır. 
Humanitar  sahədə  Azərbaycan-Yaponiya  əlaqələrinin 
əhatə dairəsi genişdir. Azərbaycan-Yaponiya əlaqələri hu-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə