Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə40/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

150
nu, Şimal-Cənub, Qərb-Şərq ölkələri ilə əlaqələrdə körpü 
rolunu oynaya bilər;
– Mərkəzi Asiyanın suveren ölkələri və Cənubi Qafqaz 
ölkələrinin  dövlət  quruculuğu  prosesində  Yaponiyanın 
fəal yardımının böyük əhəmiyyəti olacaq, nəticədə Yapo-
niya nəinki ən yeni müstəqil ölkələr, habelə onların qon-
şuları – Rusiya Federasiyası, ÇXR, həmçinin Türkiyə və 
İran ilə XXI əsrdə Avrasiya regionunda özünün siyasi və 
iqtisadi təsirini əhəmiyyətli dərəcədə genişləndirəcəkdir. 
Artıq qeyd edildiyi kimi, Yaponiyanın “Avrasiya diplo-
matiyası” adını alan yeni xarici siyasət strategiyası ilk dəfə 
1997-ci ilin iyulunda Yaponiyanın keçmiş baş naziri Ryu-
taro Hasimoto tərəfindən rəsmi şəkildə irəli sürülmüşdür. 
Bu xarici siyasət sənədində Yaponiya üçün Mərkəzi Asiya 
və Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafının 
dəqiq konsepsiyası dürüst ifadə olunmuşdur.
Elan olunmuş strategiya çərçivəsində Yaponiya Mərkə-
zi  Asiya  və  Cənubi  Qafqaz  ölkələrinə  münasibətdə  bu 
ölkələrlə əlaqələrinin möhkəmləndirilməsinə yönələn xa-
rici siyasət kursunu reallaşdırır. Bu sənəddə Azərbaycan 
Respublikasına xüsusi yer ayrılmışdır. Yaponiyanın yeni 
xarici  siyasət  doktrinasında  bu  əlaqələrin  inkişafının  üç 
əsas istiqaməti müəyyən olunmuşdur:
– gələcək inam və qarşılıqlı anlaşmanın əsası üçün siya-
si dialoq;
– təbii ehtiyatların öyrənilməsi sahəsində iqtisadi əmək-
daşlıq;
– nüvə silahının yayılmaması, demokratikləşmə və sa-
bitləşmə vasitəsi ilə regionda sülhə nail olmaq.


151
Yaponiya Nazirlər Kabinetinin 1998-ci ilin yanvar ayın-
da qəbul etdiyi Böyük İpək Yolunun Diplomatiyası fəa-
liyyət  Proqramı  “Avrasiya  diplomatiyası”  strategiyasını 
ifadə  edir.  Yaponiya  Azərbaycan  Respublikasına  İpək 
Yolunun üstündə yerləşən əsas ölkə kimi baxır, Azərbay-
canın güclənməsi Avropa və Asiyanın bir çox ölkələrinin 
ümumi maraq dairəsindədir. Bununla əlaqədar Azərbay-
can ilə iqtisadi və siyasi əlaqələrin inkişafı Yaponiyanın 
“Avrasiya diplomatiyası”nda xüsusi yer tutur. 
Prezident Heydər Əliyevin Yaponiyaya səfəri bu ölkə-
nin şirkətlərinin Azərbaycanla iqtisadi əməkdaşlığına, hər 
şeydən əvvəl, iqtisadiyyatın neft sektorunda əməkdaşlığa 
təkan verdi.
Yaponiyadan qayıtdıqdan sonra Azərbaycan Respubli-
kasının Prezidenti Heydər Əliyev ikitərəfli əməkdaşlığın 
hərtərəfli  inkişafının  stimullaşdırılmasına  kömək  edən 
“Azərbaycan  və  Yaponiya  arasında  əməkdaşlığın  geniş-
ləndirilməsinə dair” xüsusi sərəncam imzaladı. Bu sərən-
cam Azərbaycan dövlətinin Yaponiya ilə qarşılıqlı müna-
sibətləri genişləndirmək üçün konkret tədbirlərin görül-
məsini nəzərdə tuturdu. 
Bundan  sonra  1999-cu  ilin  may  ayında  Yaponiyanın 
xarici işlər naziri Masaxiko Komura Azərbaycana rəsmi 
səfərə gəldi. Masaxiko Komuro və Azərbaycanın Baş na-
ziri Artur  Rasizadə  arasında  olan  danışıqlar  zamanı  bir 
çox vacib razılaşmalar əldə olundu. O cümlədən, tərəflər 
2000-ci ildə Bakıda Yaponiya səfirliyinin açılması haqqın-
da razılığa gəldilər. Bundan əlavə, M.Komuronun sözlə-
rinə görə, nəqliyyat sisteminin inkişafına yardım çərçivə-
sində avtomobil yollarının yenidən qurulması və tikintisi 


152
üçün maşın və texnikanın alınmasına Azərbaycana 1 mil-
yard yen miqdarında vəsaitin verilməsi məsələsi Yaponi-
yada müzakirə olunmuş və müsbət qarşılanmışdır. 
Dövlətlərarası ikitərəfli əlaqələr və onların inkişafı Ya-
poniyanın  yeni  iqtisadi  strategiyasının  reallaşmasının 
əsas hissəsi oldu. Belə ki, 1998-ci ildə Heydər Əliyevin Ya-
poniyaya səfəri zamanı “Misui” şirkəti Azərbaycan Res-
publikasının Dövlət Neft Şirkəti ilə ehtiyatı 500-800 mln. 
barel qiymətləndirilən Kürdaşı neft yataqlarının gələcək 
istismarında 15 faizlik iştirakına dair müqavilə imzaladı.
1998-ci ilin dekabr ayında ilk dəfə Azərbaycanda Ame-
rika və Avropa şirkətlərinin iştirakı olmadan, ancaq Ya-
poniya  şirkətlərindən  ibarət  konsorsium  təşkil  olundu. 
Bu konsorsium ARDNŞ ilə Yanan-Tava, Muğan dəniz və 
Atəşgah  yataqlarının  birgə  paritet  əsaslarla  istismarına 
dair saziş imzaladı. Onların ehtiyatları mütəxəssislər tərə-
findən 100 milyon ton həcmində qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il fev-
ralın 5-də imzaladığı sərəncama görə Yaponiya və Azər-
baycan arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komis-
siyası yaradıldı. Baş nazirin müavini Abid Şərifov başda 
olmaqla yaradılan  komissiyanın  tərkibinə Azərbaycanın 
aparıcı  sahələrinin  rəhbərləri  daxil  edildi.  Yaponiyada 
müvafiq komissiyaya “Nitimen” korporasiyasının prezi-
denti Akira Vatari başçılıq edirdi. Bu komissiyanın işində 
Azərbaycanla iqtisadi əlaqələrdə və respublikaya, xüsu-
silə neft sektoruna investisiya qoymaqda maraqlı olan Ya-
poniyanın xarici ticarət və sənaye nazirliyinin, Yaponiya-
nın xarici işlər nazirliyinin, həmçinin 19-dan artıq iri Ya-
poniya şirkətlərinin nümayəndələri iştirak edirdilər. 


153
Bakıda ilk dəfə 1999-cu ilin mart ayında iqtisadi əmək-
daşlıq  üzrə  ikitərəfli  komissiyanın  iclası  keçirildi.  Onun 
nəticələrinə görə Yaponiya Azərbaycana iki xəstəxana təc-
hizatının və respublikanın yeyinti sənayesinin inkişafının 
təmin edilməsi məqsədi ilə qrant ayırdı. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliye-
vin Yaponiyaya səfəri Azərbaycana yapon investisiyasının 
qoyulması və infrastruktur layihələrinin gerçəkləşməsinə 
geniş imkan yaratdı. Yaponiyanın xarici ticarət və səna-
ye nazirinin 1996-cı ildə qəbul etdiyi qərara əsasən, Azər-
baycanda sığorta sisteminin daha da genişləndirilməsinə 
imkan yaradıldı. Bir qayda olaraq, Yaponiya şirkətləri öz 
kapitallarını dövlət tərəfindən zəmanəti olan yüksək risk 
kateqoriyasına aid olan ölkələrə qoymağa üstünlük verir-
lər və Yaponiya tərəfinin qiymətləndirməsinə görə, Azər-
baycan da artıq belə ölkələrin siyahısına daxil olmuşdur. 
Qəbul  olunan  qərara  əsasən,  Yaponiyanın  İdxal-İxrac 
Bankı (Eksimbank) bu ehtiyaclar üçün 100 milyon dollar 
həcmində kredit açmışdır. Sonralar Yaponiya biznesmen-
lərinin qeyd etdikləri kimi, məhz dövlətin zəmanəti əsas 
fakt  olaraq  onların Azərbaycanda  işə  başlamalarına  im-
kan vermişdir. 
Bu  qərar  iki  ölkə  arasında  ticarət-iqtisadi  əlaqələrin 
yaxşılaşmasına səbəb oldu. 1996-cı ilə qədər iki ölkə ara-
sında ticarət mübadiləsi rəmzi xarakter daşıyırdı. Xarici 
ticarət  razılaşmalarında  Yaponiyanın  payı  Azərbaycanın 
əsas idxalatçıla rı nın  sırasında  30-cu  yerdən  yuxarı  qalxa 
bilmirdi. Azərbaycan  Yaponiyadan  əsasən  avtomobillər, 
məişətdə işlənən elektrik cihazları və kompüter texnikası 
idxal edirdi. 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə