Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə43/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

162
sil şəraitinin yaşılaşdırılması, layihələrin yerinə yetirilmə-
sidir. «Ot kökləri və insan təhlükəsizliyi» qrant proqram-
larının əhatə etdiyi digər layihələr Azərbaycan Respubli-
kasının Astara, Lənkəran, Lerik, Yardımlı, Qax, İsmayıllı, 
Şəki, Xaçmaz, Qusar, Zərdab, Beyləqan, Göyçay və s. ra-
yonlarında həyata keçirilmişdir. Rayonlarda əsasən mək-
təblər  təmir  olunmuş,  avadanlıqlarla  təchiz  olunmaqla 
istilik sistemləri yenidən qurulmuşdur. Bununla yanaşı, 
Yaponiya hökuməti qrant proqramı çərçivəsində bir neçə 
rayonda  -  Ley  (Lənkəran),  Çarxı  və  Qaraçuq  (Xaçmaz), 
Şahsevən (Beyləqan), Çayrəsullu (Gədəbəy), Mollavaizli 
(Saatlı),  Qoruqbağı  (Zərdab),  Molla  və  Arsila  (Yardım-
lı), Güllük (Qax), Alpoud (Göyçay), Kərimbəyli (Salyan), 
Axura (Astara), Uludaş (Qəbələ) kəndlərində yeni mək-
təb binaları tikilib istifadəyə verilmişdir. Layihədə məc-
buri köçkünlər və qaçqınlar üçün məktəblərin tikintisi və 
ya  təmiri  xüsusi  yer  tutur.  Sumqayıt  şəhərində, Ağdam 
və  Bərdə  rayonlarında,  Bakının  Sulutəpə  qəsəbəsində 
məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün yeni 
məktəb binaları tikilib və təhsil ocaqları müasir tipli ava-
danlıqlarla təchiz olunmuşdur. 
Yaponiya  hökuməti  2005-ci  ildən  sonra  “Ot  kökləri 
və insan təhlükəsizliyi” proqramı əsasında təhsil müəs-
sisələrinin tikintisini və təmirini daha da sürətləndirmiş-
dir. Belə ki, 2005-2008-ci llərdə respublika üzrə «ot köklə-
ri» proqramı çərçivəsində 42 layihə həyata keçirilmişdir. 
Məktəblərin  tikintisi  və  təmiri  sahəsində  əvvəlki  illərdə 
formalaşmış ənənə davam etdirilmiş, daha çox məcburi 
köçkünlərin  və  qaçqınların  məskunlaşdığı  ərazilərdə  və 


163
ucqar rayonlarda layihələrin gerçəkləşdirilməsinə üstün-
lük verilmişdir. 
Azərbaycanın Şəki rayonunda «Ot kökləri və insan təh-
lükəsizliyi» qrant layihəsi ilə 2000-2014-cü illər arasında 
14 layihə həyata keçirilmişdir. Layihələrin bir çoxu mək-
təb və bağça təhsilini əhatə etmişdir. 
Bu layihə üzrə ikinci mərhələ ölkəmizdə 2010-2015-ci 
illər üzrə həyata keçirilməkdə davam etdirilir. Yaponiya 
hökuməti Azərbaycan rayonlarında tikib istifadəyə verdi-
yi təhsil müəssisələrini həm də müasir yapon texnologi-
yası və avadanlıqları ilə də təchiz edir. 
Müəllimlərin  və  tələbələrin  mübadiləsi  sahəsində  də 
Azərbaycanla  Yaponiya  arasında  faydalı  əməkdaşlıq 
proqramı həyata keçirilir. Yaponiya dövlətinin müəyyən 
etdiyi «Orta məktəb müəllimləri üçün tədris səfəri» proq-
ramı çərçivəsində 2002-ci ildən başlayaraq Bakı şəhərinin 
ümumtəhsil  məktəblərinin  nümayəndələri  Yaponiyada 
olmuş, bu ölkənin təhsil sistemi, mədəniyyəti və cəmiy-
yəti ilə yaxından tanış olmaq imkanı qazanmışlar. Azər-
baycanın ayrı-ayrı rayonlarının məktəbliləri də Yaponiya-
ya səfər etmişlər. Yaponiyanın İto şəhəri ilə qardaşlaşmış 
Azərbaycanın İsmayıllı rayonunun şagirdləri 2014-cü ildə 
Tokioda və ölkənin regionlarında yapon məktəblilərlə gö-
rüşmüşlər. Məktəb şagirdlərinin görüşləri təcrübə müba-
diləsi ilə yanaşı, yeni nəslin dünyagörüşünün inkişafına, 
habelə  dostluq  əlaqələrinin  möhkəmlənməsinə  xidmət 
edir. 
Azərbaycan müəllimlərinin Yaponiya səfərləri yeni nə-
sil pedaqoqlarının dünyagörüşünün daha da inkişaf etdi-
rilməsində mühüm rol oynayır. Bununla belə, orta mək-


164
təb müəllimləri müqayisədə ali məktəblərin müəllimləri 
və  tələbələri  daha  geniş  şəkildə  Yaponiya  universitetlə-
rinin  imkanlarından  faydalanmaq  şansı  qazana  bilirlər. 
İndiyədək müxtəlif illərdə Bakı Dövlət Universitetinin və 
Naxçıvan  Dövlət  Universitetinin  nümayəndə  heyətləri 
Yaponiya ali məktəblərinin iş təcrübəsini öyrənmək üçün 
Gündoğar ölkəyə səfər etmişlər. Bakı Dövlət Universiteti-
nin rektoru, akademik Abel Məhərrəmovun səfəri zamanı 
Gündoğar ölkənin ali təhsil müəssisələrinin rəhbərləri ilə 
qarşılıqlı olaraq Azərbaycan və Yaponiya üzrə mütəxəs-
sis hazırlığı məsələləri müzakirə olunmuşdur. Naxçıvan 
Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli 
və hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovdan ibarət 
olan  nümayəndə  heyəti  2012-ci  ildə  Tokio  şəhərindəki 
universitetlərin  iş  təcrübəsini  öyrənməklə  yanaşı,  qarşı-
lıqlı  əlaqələrinin  qurulmasına  dair  razılaşmalar  da  əldə 
etmişlər.
1
  Həyata  keçirilən  səfərlər  eyni  zamanda Azər-
baycan  universitetlərinin  Yaponiyada  tanıdılması  baxı-
mından da əhəmiyyətli olmuşdur. 
Bundan başqa, ölkəmizdə Yaponiyada ali təhsil almağa 
marağın artdığı da müşahidə edilməkdədir. Bu vaxtadək 
Azərbaycan  ali  məktəblərində  müsabiqə  əsasında  seçil-
miş onlarla tələbə bakalavr və «Monbukadakuso» adlan-
dırılan proqram üzrə magistrlər Yaponiya Universitetlə-
rində təhsil almaq imkanı əldə etmişdir. Azərbaycan Res-
publikasının  Prezidenti  İlham  Əliyevin  xarici  ölkələrdə 
ali təhsil şəbəkəsinin genişləndirilməsi haqqındakı sərən-
camına  uyğun  olaraq  2007-ci  ildən  başlayaraq  bir  sıra 
dünya ölkələrində, o cümlədən Yaponiyada azərbaycanlı 
1
 
 Bax: Mehriban Sultan. Yaponiya səfəri maraqlı görüşlərlə zəngin olub. «Azərbaycan 
müəllimi» qəzeti, 18 may, 2012-ci il


165
tələbələrin geniş miqyasda ali təhsil almaları təmin edi-
lir. Bu isə öz növbəsində Azərbaycan Respublikası üçün 
Yaponiyada təhsil almış yüksək ixtisaslı mütəxəssislərin 
hazırlanmasına ciddi təkan verəcəkdir. 
Azərbaycan təhsil sistemində yeni texnologiyaların tət-
biqi baxımından da Yaponiyanın müəyyən köməyi möv-
cuddur.  Əvvəla,  «Ot  kökləri  və  insan  təhlükəsizdiyi» 
proqramı  əsasında  tikilmiş,  yaxud  təmir  olunmuş  mək-
təblərə  Yaponiyanın Azərbaycandakı  səfirliyi  tərəfindən 
kompüter dəstləri, müasir tipli məktəb ləvazimatları, la-
boratoriya  avadanlıqları  hədiyyə  olunmuşdur.  Bundan 
başqa,  Yaponiya  hökumətinin  qrant  layihəsi  əsasında 
Şəki şəhərində ayrıca kompüter tədris mərkəzi yaradılmış 
(2001), Bakı Dövlət Universitetinin yapon dili laboratori-
yası ən yeni informasiya texnologiyaları və müasir labo-
ratoriya  avadanlıqları  ilə  təchiz  edilmişdir  (2003).  Yeni 
texnologiya ilə təchizat Azərbaycanda modern təhsil sis-
temi yaratmağa kömək edən vasitə kimi əhəmiyyətlidir. 
Yaponiyanın Azərbaycandakı səfirliyi 2008-ci ilin yanvar 
ayında respublika Təhsil Nazirliyi ilə «Ot kökləri və insan 
təhlükəsizliyi» proqramını qraşıdakı mərhələ üçün yeni-
dən imzalamışdır. Deməli, 2000-2007-ci illəri əhatə edən 
birinci  mərhələdə  özünü  doğrultmuş  bu  səmərəli  proq-
ram bundan sonra da davam etdiriləcəkdir. Buna görədir 
ki, Yaponiya səfirliyi 2008-ci ilin iyun ayında 2-ci dəfə Ya-
poniya hökumətinin «Ot kökləri və insan təhlükəsizliyi» 
qrant layihəsi əsasında Azərbaycan Respublikasının Təh-
sil Nazirliyi ilə müqavilə imzalamışdır. Müqavilə əsasın-
da  Ağcabədi  rayonunun  Taxtakörpü  kəndində  məcburi 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə