Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə44/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

166
köçkünlər üçün məktəb və Şəki rayonundakı Dərəcənnət 
kəndində  məktəb  binasının  tikilməsi  həyata  keçirilmiş-
dir
1

Bütövlükdə  ötən  dövr  ərzində  2015-ci  ilədək  Yaponi-
yanın «Ot kökləri və insan təhlükəsizliyi» qrant layihəsi 
əsasında Azərbaycanda ümumi dəyəri 15 milyon 924 min 
ABŞ dolları miqdarında olan 189 layihə başa çatdırılmış-
dır. Həyata keçirilən layihələr qarşılıqlı yardımdan daha 
çox  ölkələrarası  əlaqələrin  genişləndirilməsi,  dostluq  və 
əməkdaşlıq  münasibətlərinin  möhkəmləndirilməsinə 
xidmət etdiyi üçün xüsusilə faydalı olmuşdur. 
Son vaxtlar Yaponiyanın təhsil üzrə yardımlarının mək-
təblərin tikintisi ilə yanaşı, bu sahədə islahatların həyata 
keçirilməsinə  yönəltdiyi  də  müşahidə  olunur.  Təhsil  is-
lahatlarının surətləndirilməsinə maliyyə vəsaiti ayrılması 
ilə Azərbaycan-Yaponiya əlaqələrində yeni mərhələ başla-
nıb. Dünya Bankının 2008-ci ildən etibarən «Azərbaycanın 
ali təhsil sistemində islahatlar layihəsi»ni həyata keçirmək 
üçün maliyyə vəsaitinin ayrılması barədəki təşəbbüsünə 
müsbət reaksiya verən Yaponiya hökuməti bu məqsədlə 
respublika Təhsil Nazirliyinə 430 min ABŞ dolları miqda-
rında maliyyə vəsaiti ayırmışdır. Həmin qrant hesabına 
«ilkin olaraq ali təhsil sisteminin maliyyələşdirilməsi, ali 
məktəblərdə kredit sisteminin, akkreditasiyasının tətbiqi 
məsələlərini əhatə etməsi nəzərdə tutulur. Layihə çərçivə-
sində ali məktəblərdə adambaşına maliyyələşdirmə siste-
minə keçid, ödənişli əsaslarla təhsil almaq üçün kreditin 
ayrılması, hazırkı akkreditasiya qaydalarının modernləş-
dirilməsi» kimi məsələlərin həlli təmin ediləcəkdir.
2
 

Hicran Əkbərova. Yaponiya səfirliyində imzalanma mərasimi. «Azərbaycan müəllimi», 
4 iyul, 2008-ci il
2
  Yaponiya  ali  təhsil  sistemində  islahatlara  qrant  ayıracaq.  «Palitra»  qəzeti,  15 


167
Göründüyü  kimi,  Azərbaycan-Yaponiya  əlaqələrində 
təhsil amili mühüm yer tutur. Yapon təhsil modeli ənə nə-
lə rindən faydalanmaq Azərbaycanda elmi və təhsili inki-
şaf  etdirmək  baxımından  mühüm  əhəmiyyətə  malikdir. 
Daha çox Avropaya inteqrasiya üstündə köklənmiş Azər-
baycan təhsilində Yapon təhsil modelindən də öyrənmək 
milli  təhsilimizin  tam  mənada  dünya  təhsil  sisteminə 
uyğunlaşmasını  təmin  edir.  Təhsil  əlaqələri  ölkələrarası 
əlaqələrin inkişafında mühüm rol oynayır. 
2.6.4. Turizm, səhiyyə və idman əlaqələri
Yaponiya  ilə  keçmiş  Sovet  İttifaqı  arasında  bir  çox 
sahələrdə, o cümlədən turizm sahəsində qarşılıqlı əmək-
daşlıq həyata keçirilmişdir. Turizm sahəsində ölkələrarası 
əlaqələr Yaponiya dövləti ilə Sovet Sosialist Respublika-
ları  İttifaqı  hökuməti  arasında  bağlanmış  «Vizaların  ve-
rilməsində konsulluq yığımlarının qarşılıqlı ləğv edilməsi 
barədə» (26 fevral 1965-ci il), «Hava əlaqəsi haqqında» (21 
yanvar 1966-cı il) və «Konsulluq konvensiyasına dair» (29 
iyul 1966-cı il) qanunları vasitəsilə icra edilmiş və tənzim-
lənmişdir.  Bu  illərdə  Yaponiyadan  turizm  axını  əsasən 
Sovet İttifaqının Moskva və Sankt-Peterburq kimi şəhər-
lərinə  yönəldilmişdir.  Hətta  həmin  məqsədlə  Sovet  İtti-
faqının paytaxtı Moskva şəhərində xüsusi olaraq “Tokio” 
mehmanxanası və restoranı da fəaliyyət göstərməkdə idi. 
Keçmiş  Sovet  İttifaqı  zamanı  müttəfiq  respublkalara,  o 
cümlədən Azərbaycana Yaponiyadan turistlərin gəlməsi 
planlaşdırılmırdı. Bunnula belə, Yaponiyadan Moskvaya, 
avqust, 2008-ci il


168
yaxud  Peterburqa  gələn  turistlərin  həmin  səfər  çərçivə-
sində arzu etdikləri təqdirdə müttəfiq respublikalara qı-
samüddətli gəlişi təmin edilirdi. O cümlədən, Azərbayca-
na da Sovet dövründə cəmi bir neçə dəfə yapon turistlərin 
nümayəndələri gələ bilmişdir. Lakin bu hal sistemli xa-
rakter daşımırdı və Yaponiyadan gələn azsaylı turistlərin 
1-2 gün ərzində konkret obyekt, yaxud sahə üzrə, məsələn 
Qobustanla,  İçərişəhərlə,  Şirvanşahlar  sarayı,  Xalça  mu-
zeyi ilə tanışlığı ilə məhdudlaşırdı. 
Azərbaycanla Yaponiya arasında turizm əlaqələri ölkə-
miz müstəqillik qazandıqdan sonra ardıcıl və sistemli xa-
rakter daşımışdır. Yaponiya-Azərbaycan turizm əlaqələ-
rini yenidən qurmaq üçün, hər şeydən əvvəl, müvafiq qa-
nunvericilik bazası formalaşdırılmışdır. Bu məqsədlə So-
vet İttifaqı zamanı bağlanmış, adları yuxarıda qeyd edilən 
sazişlərə  Azərbaycan  Respublikasının  Milli  Məclisində 
yenidən  baxılmış,  ilkin  mərhələdə  bəzi  zəruri  əlavələr-
lə  həmin  sazişlərin  təsdiq  olunması  təmin  edilmişdir. 
Xüsusən,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin Milli Məclisin təklifi əsasında «Yaponiya ilə So-
vet  Sosialist  Respublikaları  İttifaqı  arasında  bağlanmış 
müqavilələrin  Azərbaycan  Respublikasına  münasibətdə 
hüquqi varisliyi ilə əlaqədar Azərbaycan Respublikası və 
Yaponiya arasında 2005-ci il mayın 30-da mübadilə edil-
miş notalarının təsdiq edilməsi haqqında” Qanunu təsdiq 
etməsi digər sahələrlə yanaşı, turizmin inkişafı üçün də 
münasib  imkanlar  açmışdır.  Bütün  bunlar  ölkələrarası 
turizm əlaqələrinin formalaşmasına özünün müsbət təsi-
rini göstərmişdir. Ona görə də müstəqillik illərində Azər-
baycana Yaponiyadan turizm axını ildən-ilə xeyli artmış-


169
dır. Belə ki, 2003-cü ildə Azərbaycana müxtəlif kanallarla 
Gündoğar  ölkədən  cəmi  767  yapon  vətəndaşı  gəlmişdir 
ki, bu, başlanğıc üçün yaxşı göstəricidir. Qısa müddətdən 
sonra Yaponiya ilə Azərbaycan arasında cəmiyyət həya-
tının digər sahələrində əlaqələrin genişlənməsi turizmin 
də inkişafına təkan vermişdir. Bunun nəticəsidir ki, artıq 
2006-cı  ildə  Yaponiyadan  Azərbaycana  gələn  turistlərin 
sayı 925 nəfərə çatmışdır. Bu rəqəm 2007-ci ildə bir qə-
dər də inkişaf edərək 1036 nəfər olmuşdur.
1
 Ölkəmizə Ya-
poniyadan turist axını 2008-ci ildə daha da genişlənərək 
1500  nəfəri  keçmişdir.  2013-cü  ilin  statistikasına  əsasən, 
il  ərzində  Yaponiyadan  ölkəmizə  gələnlərin  sayı  3  min 
nəfərdən çox olmuşdur. Yaponiya turistləri Bakı şəhəri ilə 
yanaşı Azərbaycanın regionlarına da səfərlər etməyə baş-
lamışlar.
Son illərdə Azərbaycanda baş verən böyük iqtisadi in-
kişaf, xalqın sosial rifahının yaxşılaşması Azərbaycandan 
da Yaponiyaya turist qruplarının yola düşməsinə zəmin 
yaradır.  Artıq  Azərbaycandan  Yaponiyaya  rəsmi  əmək-
daşlıq  münasibətləri  ilə  əlaqədar  gedənlərlə  yanaşı,  sə-
yahət etmək üçün yola çıxanlar da vardır. Hazırda möv-
cud olan fərdi və pərakəndə turizmin tədricən sistemli və 
mütəşəkkil  turizmlə  əvəz  olunması  Yaponiya-Azərbay-
can əlaqələrinin inkişafında yeni mərhələyə çevrilə bilə-
cəkdir. 
Aparılan təhlillər Azərbaycan-Yaponiya turizm əlaqələ-
rinin  qarşıdakı  illərdə  daha  da  genişlənəcəyini  göstərir. 
Son vaxtlarda Azərbaycanın paytaxtı Bakıda, habelə Nax-
çıvan, Şəki, Lənkəran və Qəbələdə yeni və ən müasir tipli 
5 ulduzlu otellərin tikilib istifadəyə verilməsi, ölkəmizdə 
1
 
Gələrsən -görərsən. Mart-aprel, 2008, №2, səh.21 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə