Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə47/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

178
M.F.Axundov adına Respublika Kitabxanasının audio-vi-
zual sistemi yenidən qurulmuşdur.
1
 Bu, ölkəmizdə kita-
bxana işinin müasirləşdirilməsi baxımından mühüm ad-
dım olmuşdur. Bundan başqa, Yaponiyanın ölkəmizdəki 
səfirliyi ilə birgə həyata keçirilən qrant layihəsi əsasında 
M.F.Axundov  adına  Respublika  Kitabxanasında  elekt-
ron kataloq sistemi yaradılmışdır ki, bu da öz növbəsin-
də oxucuların kitabxanadan istifadəsini asanlaşdırmış və 
yaxşılaşdırmışdır.  Respublika  kitabxanasında  elektron 
kataloqun yaradılması dünyanın ayrı-ayrı ölkələrində bu 
kitabxananın imkanlarından istifadə üçün müraciətlərin 
meydana çıxmasına şərait yaratmışdır. Bu isə son nəticə-
də həm də Azərbaycan Respublikasının beynəlxalq aləm-
də tanıdılmasına və təbliğinə də meydan açmışdır. 
Keçirilmiş tədbirlərin bir qismi də yapon mədəniyyə-
tinin təbliğinə həsr olunmuşdur. Bakıda 2007-ci ildə təş-
kil olunmuş Yapon kuklaları sərgisi bu cəhətdən mühüm 
əhəmiyyət  kəsb  etmişdir.  Yaponiya  hökumətinin  bütün 
dünyada nümayiş etdirdiyi Kukla sərgisi bu ölkənin ta-
rixi-mədəni  əlaqələrini  təbliğ  etmək  məqsədini  izləyir. 
Çünki, mətbuatda qeyd olunduğu kimi, «Yaponiya ölkə-
nin tarixini, adət və ənənələrini, hətta əfsanələrini özün-
də əks etdirən zəngin kukla mədəniyyətinə malikdir. Qə-
dim zamanlardan başlayaraq gündəlik həyatın bir hissəsi 
olan kuklaların hər birinin həyatla bağlı xüsusi məna və 
məqsədi vardır».
2
Bundan  başqa,  2006-cı  ildə  Yaponiyanın Azərbaycan-
dakı səfirliyinin Bakıda təşkil etdiyi «Ekibano» sərgisin-
də yapon xalqının tarixi ənənələrə malik olan Gül buketi 
düzəltmə sənəti sahəsindəki nailiyyətləri nümayiş etdiril-
1
 
Bax: Yaponiyanın Azərbaycandakı səfirliyinin arxivi
2
 
Yapon kuklaları Bakıda. «Yeni Azərbaycan» qəzeti, 21 iyun 2007-ci il


179
mişdir.  Həmçinin  2007-ci  ildə Azərbaycan  Respublikası 
ilə Yaponiya dövləti arasında diplomatik münasibətlərin 
yaradılmasının 15 illiyi münasibətilə «Azərbaycan-Yapo-
niya dostluq əlaqələri» adlı poçt markasının buraxılması 
ölkəmizdə mədəni hadisə kimi qeyd olunmuşdur. 
Eyni zamanda, 2013-2014-cü illərdə Bakıda Rəşid Beh-
budov adına Mahnı Teatrında, Muğam Mərkəzində təşkil 
olunan mədəniyyət tədbirləri, İncəsənət Muzeyində açıl-
mış Yapon rəsm əsərləri sərgisi mədəniyyət əlaqələrinin 
yeni səviyyəsini nümayiş etdirmişdir.
Yaponiya  dövləti  öz  ölkəsində  Azərbaycanı  tanıtmaq 
üçün maraqlı və əhəmiyyətli sərgilər təşkil edir. Həmin 
sərgilərin təşkili mədəni əlaqələrin inkişafına da öz töhfə-
sini verir. Belə ki, 25 fevral 2007-ci ildə Yaponiya-Azərbay-
can Dostluq Cəmiyyətinin Yaponiyanın Osaka şəhərində 
Azərbaycandakı  Xocalı  soyqırımının  15  illiyi  münasibə-
tilə təşkil və nümayiş etdirdiyi sərgidə dəhşətli faciəni əks 
etdirən  fotomaterialla  yanaşı, Azərbaycan  rəssamlarının 
mövzu ilə əlaqədar rəsm əsərləri də nümayiş etdirilmiş-
dir. Tədbir zamanı Xocalı faciəsi ilə əlaqədar sənədli filmin 
nümayiş etdirilməsi Azərbaycanda erməni təcavüzünün 
acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq baxımın-
dan  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Osaka  şəhərində 
Xocalı soyqırımı ilə əlaqədar sərginin təşkili həm də Azər-
baycan xalqının vaxtilə Yaponiyada baş vermiş Xirosima 
faciəsi ilə həmrəyliyi kimi səslənmişdir. Naxçıvan Dövlət 
Universiteti nümayəndə heyətinin 2012-ci ildə Xirosima 
Sülh muzeyinə səfəri də bu nadir və ibrətamiz muzeylə 
tanışlıqdan başqa həm də Xocalı-Xirosima faciələrinə mü-
nasibətdə həmrəyliyin ifadəsi idi. 
XX  əsr  ərzində  Azərbaycan  rəssamlarının  yaradıcılı-


180
ğında Yaponiya mövzusu, xüsusən Xirosima və Naqasaki 
motivləri geniş yer tutmuşdur. Azərbaycanın xalq rəssamı 
Tahir Salahovun yağlı boya ilə çəkilmiş «Xirosima» əsərin-
də bu şəhərdə torədilmiş faciənin bütün dünya üçün ibrət 
dərsi  olması  fikri  aşılanmışdır.  Görkəmli  fırça  ustasının 
Yaponiya  mövzusunda  çəkilmiş  qrafika  əsərlərində  bu 
ölkənin ən səciyyəvi cəhətləri öz əksini tapmışdır. Dünya 
şöhrətli rəssamın 1979-cu ildə Yaponiyanın paytaxtı To-
kio  şəhərində  nümayiş  etdirilmiş  fərdi  sərgisi Azərbay-
can təsviri sənətinə böyük şöhrət qazandırmışdır.
1
Son  illərdə  də  Azərbaycan-Yaponiya  münasibətlərin-
də  rəssamlıq  sahəsində  yaradıcılıq  təşkilatları  arasında 
əlaqələrin yaranması və inkişaf etdirilməsini ayrıca qeyd 
etmək lazımdır. Xüsusən, Azərbaycan Rəssamlar İttifaqı-
nın Yaponiya ilə əlaqələrdə daha fəal mövqe nümayiş et-
dirməsi XX əsr boyu formalaşmış ənənələrin yeni şəraitdə-
ki davamı kimi səslənir. Azərbaycan rəssamlarının 2007-
ci ildə Yaponiyada təşkil edilmiş rəsm sərgisi Gündoğar 
ölkədə ölkəmizin təsviri sənətinə böyük maraq oyatmış-
dır. Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqı Yapo-
niyanın Mədəniyyət Assosiasiyası ilə birlikdə 2007-ci ildə 
bir neçə qrant layihəsi həyata keçirmişdir. Bu layihələrin 
həyata keçirilməsi Azərbaycan və Yaponiya rəssamlarının 
birgə  əməkdaşlığının,  qarşılıqlı  əlaqələrinin  təmin  edil-
məsi baxımından mühüm əhəmiyyətə malik olmuşdur.

Eyni  zamanda,  2008-ci  ilin  dekabr  ayında  Bakıda  Ya-
poniya İmperatoru Akihitonun doğum günü münasibə-
tilə  keçirilmiş  tədbir  də  özünün  xarakterinə  görə  daha 
1
 Тахир Салахов (сосиавитель А.М.Коляденько). Москва, «Советский художник», 
1986, стр.201
2
APA Azeri-Press Agency. 14 avqust 2007-ci il


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə