Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə42/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

158
manitar sahəni əsasən aşağıdakı istiqamətlər üzrə əhatə 
edir:
1. Təhsil sahəsində Azərbaycan-Yaponiya əməkdaşlığı 
əlaqələri; 
2. Turizm, səhiyyə və idman sahələrində əlaqələri;
3. Mədəni əlaqələrin inkişafı;
4. Ədəbi əlaqələr.
Qeyd  olunan  sahələrdən  hər  biri  üzrə  artıq Azərbay-
canda müəyyən məsafə qət olunmuş, təcrübə əldə edil-
mişdir.  Həmin  istiqamətlərdən  hər  biri  üzrə  baş  verən 
proseslərin  və  əldə  olunmuş  nəticələrin  öyrənilməsi  bir 
çox ümumiləşmiş nəticələrin çıxarılmasına imkan verir. 
2.6.3.  Təhsil  sahəsində  Azərbaycan-Yaponiya  əmək-
daşlığı
Yaponiya  dünyada  həm  də  ən  qabaqcıl  elm  və  təhsil 
ölkəsi kimi qəbul olunur. İkinci Dünya müharibəsi döv-
ründə böyük dağıntılara məruz qalmış, iqtisadi cəhətdən 
geri  salınmış  Yaponiya  müasir  inkişaf  səviyyəsinə  daha 
çox  elm  və  təhsil  sahəsində  keçirdiyi  islahatlar,  habelə 
ölkədə  yeni  texnologiyaların  yaradılması  və  tətbiqinin 
genişləndirilməsi  üzrə  atdığı  böyük  addımlar  nəticəsin-
də gəlib çata bilmişdir. Ona görə də dünyada Yaponiya-
nın elm və təhsil sahəsindəki təcrübəsinin öyrənilməsinə 
böyük maraq vardır. O cümlədən də Yaponiya ilə təhsil 
sahəsində qarşılıqlı əməkdaşlıq Azərbaycan üçün də əhə-
miyyətli  əlaqə  formalarından  biri  kimi  müəyyən  olun-
muşdur.
Müstəqillik mərhələsində Yaponiya ölkəsi ilə əlaqələri-
miz yalnız iqtisadi sahədə deyil, elm, təhsil, mədəniyyət, 


159
turizm, səhiyyə, idman sahələri üzrə də formalaşmış, mü-
hüm nəticələr əldə edilmişdir. 
Yaponiya ilə əlaqələrimizdə xüsusi yer tutan istiqamət-
lərdən biri də təhsil sahəsi ilə bağlıdır. Bunun aşağıdakı 
səbəbləri vardır: 
1. Özünəmxsus üstün xüsusiyyətlərə malik olan Yapo-
niya təhsil sisteminin ənənələrindən öyrənmək və imkan-
larından  faydalanmaq  müstəqil  Azərbaycan  dövlətinin 
təhsil siyasətinin ana xətlərindən birini təşkil edir.
2. Yaponiya dövlətinin beynəlxalq aləmdə təhsilə dəstək 
proqramlarını həyata keçirməkdə marağı vardır. 
Yuxarıda qeyd olunan hər iki səbəb ölkələrimizin təh-
sillə bağlı maraqlarının üst-üstə düşdüyünü və bir-birini 
tamamladığını  göstərir.  Bunun  nəticəsidir  ki,  Yaponiya-
nın təhsil inkişafına dəstək proqramları 2000-ci ildən eti-
barən Azərbaycanda da uğurla həyata keçirilməkdədir. 
Bu vaxtadək Azərbaycanla Yaponiyanın təhsil nazirlik-
ləri arasında əməkdaşlığa dair hər hansı müqavilə və ya 
razılaşma  sənədi  imzalanmasa  da,  dövlət  başçıları  tərə-
findən qəbul edilmiş sənədlərdə elm, təhsil və yeni tex-
nologiyaların  tətbiqi  ilə  əlaqədar  məsələlərin  öz  əksini 
tapması ölkəmizdə həmin istiqamətdə müəyyən layihələ-
rin həyata keçirilməsinə şərait yaratmışdır. Yaponiyanın 
təhsillə əlaqədar Azərbaycanda həyata keçirdiyi layihələr 
özünün xarakterinə görə çoxplanlı olub, bir çox əsas is-
tiqamətləri  əhatə  edir.  Həmin  sahələri  aşağıdakı  kimi 
qruplaşdırmaq mümkündür:
1. Təhsilin inkişafına dəstək üçün yardım layihələrinin 
həyata keçirilməsi;


160
2. Ümumtəhsil məktəblərinin təmir edilməsi və tikintisi 
üzrə əməkdaşlıq;
3. Müəllim və tələbə mübadiləsi proqramlarının yerinə 
yetirilməsi;
4. Yeni texnologiyaların tətbiqi.
Azərbaycan-Yaponiya birgə əməkdaşlığı əsasında təh-
silin  inkişafına  dəstək  üzrə  yardım  layihələrinin  həyata 
keçirilməsi sahəsində artıq müəyyən addımlar atılmışdır. 
Yaponiya höküməti 2003-cü ildə Bakı Dövlət Universite-
tində yapon dili laboratoriyasının yaradılması məqsədilə 
30 min, Bülbül adına Musiqi Məktəbinin yeni və müasir 
musiqi avadanlıqları ilə təchiz olunmasından ötrü 61.189 
min, 2005-ci ildə isə Yevlax Şəhər İdman Məktəbinin id-
man ləvazimatları ilə təchizatına 87.975 min ABŞ dolları 
həcmində maliyyə vəsaiti sərf etmişdir. Təhsilin inkişafına 
dəstək vermək üçün yardım layihəsi Yaponiya hökuməti-
nin dünyada, o cümlədən ölkəmizdə həyata keçirdiyi «Ot 
kökləri və insan təhlükəsizliyi» qrant proqramı hesabına 
gerçəkləşdirilmişdir. Bundan başqa, Yaponiya hökuməti 
Beynəlxalq İnkişaf Assosiasiyası vasitəsi ilə Azərbaycan-
da İkinci Təhsi İslahatı layihəsini hazırlanmasına 483 min 
ABŞ dolları həcmində qrant maliyyə yardımı ayırmışdır 
ki, bu vəsaitə də 2002-2011-ci illərdə Azərbaycan Respub-
likasında təhsil üzrə strategiyanın və prioritet istiqamət-
lərin,  habelə  islahat  proqramlarının  hazırlanmasına  sərf 
olunmuşdur. Milli təhsilə dəstək üçün Yaponiya hökumə-
ti tərəfindən ayrılmış yardımlar daha çox ölkəmizdə təh-
sil sahəsinin müasirləşdirilməsinə yönəldilmişdir. 
Bakı  Dövlət  Universitetində  fəaliyyət  göstərən  Yapon 
dili mərkəzi öz fəaliyyətini genişləndirərək həm də Yapo-


161
niya  təhsil  və  mədəniyyət  mərkəzinə  çevrilmişdir.  Uni-
versitetdə həmin ixtisas üzrə təhsil alan tələbələr Yaponi-
yada kurslarda iştirak etmiş, ölkənin təhsil sistemi və mə-
dəniyyəti ilə də yaxından tanış ola bilmişlər. Bakı Dövlət 
Universitetinin Yapon dili və mədəniyyəti mərkəzi geniş 
mənada Yaponiya üzrə vəzifələrini də yerinə yetirir.
Göründüyü kimi, təhsilin inkişaf etdirilməsi sahəsində 
Azərbaycan-Yaponiya  əlaqələrində  Yaponiya  hökuməti-
nin «Ot kökləri və insan təhlükəsizliyi» qrant proqramı-
nın həyata keçirilməsi üstünlük təşkil edir. Bu proqram-
da məktəblərin tikintisi və təmiri ilə bağlı məsələlər daha 
geniş yer tutur. Qeyd olunan layihənin həyata keçirilməsi 
üzrə  2000-2008-ci  illərdə  Bakı  şəhərində  və Azərbaycan 
Respublikasının müxtəlif rayonlarında qaçqınlar və məc-
buri köçkünlər üçün olan tikililər də daxil olmaqla 5 mil-
yard 282 milyon 718 min yen həcmində iş icra olunmuş-
dur.  Yaponiyanın  Azərbaycandakı  səfirliyi  Azərbaycan 
Respublikasının  Təhsil  Nazirliyi  ilə  qarşılıqlı  razılaşma 
əsasında ölkəmizin ayrı-ayrı regionlarında 82 layihə hə-
yata keçirmişdir. Layihənin icrasının təhlili göstərir ki, Ya-
poniya hökuməti daha çox ucqar rayonlarda məktəblərin 
tikintisinə və təmirinə diqqət yetirmişdir. Belə ki, 2005-ci 
ilədək icra olunan 40 layihədən yalnız 7-si Bakı şəhərini, 
ətrafını  və  Sumqayıt  şəhərini  əhatə  etmişdir.  Mərkəzdə 
yalnız Bakı şəhərinin Suraxanı rayonundakı 2 saylı uşaq 
evinin  istilik  və  su  sisteminin  yenidən  qurulması,  Sən-
gəçal  qəsəbəsində  uşaq  bağçasının  bərpa  olunması,  Ba-
kıdakı 225 saylı məktəbin, Avropa liseyinin və Qaradağ 
rayonundakı Buta qəsəbə orta məktəbinin təmiri, habelə 
Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün təh-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə