Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə36/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

134
ASEAN ölkələri xalqlarının qarşılıqlı anlaşma şəraitinin 
dərinləşməsi üçün şəxsi əlaqələrin yaradılmasına yardım 
göstərmək niyyətindədir. Bu sahədə bütün fəaliyyətin ko-
ordinasiyası 1986-cı ilin fevral ayında Yaponiya Xarici İşlər 
Nazirliyi  nəzdində  yaradılan  Cənub-Şərqi Asiya  ölkələ-
rinə münasibətdə iqtisadi problemlərin öyrənilməsi Şura-
sına həvalə olundu. 
Xarici işlər naziri S.Abe tərəfindən 1986-cı ilin iyunun-
da elan edilən doktrina Yaponiyanın və Cənub-Şərqi Asi-
ya siyasətinin inkişafında və güclənməsində yeni addım 
idi. Yeni doktrina elan edilənə qədər Yaponiyanın ASEAN 
olkələri  ilə  qarşılıqlı  əlaqələrində  müəyyən  problemlər 
var idi. Tailand və Filippin kimi bir sira dövlətlər ticarət-
də qeyri-tarazlıqdan daima əziyyət çəkirdilər. İndoneziya 
ASEAN ölkələrinə Yaponiya investisiyalarının azalmasın-
dan narahatlıq keçirirdi. Onlar belə bir fikir söylədilər ki, 
Yaponiya bu ölkələrin maraqları ilə hesablaşmayaraq an-
caq öz məqsədini güdür. S.Abe doktrinası ona görə təyin 
olunmuşdu  ki,  bir  tərəfdən,  Yaponiyanın  məqsədlərinə 
qarşı  Cənub-Şərqi  Asiya  ölkələri  ictimaiyyətini  sakitləş-
dirsin, digər tərəfdən isə Yaponiya-ASEAN münasibətləri-
nin səviyyəsi proqramını göstərsin. O, 80-ci illərin reallı-
ğını  əks  etdirən  Fukuda  doktrinasının  əsas  müddəalara 
bağlılığını təsdiq edirdi. Doktrinada deyilirdi ki, ASEAN 
ölkələri  Yaponiyanın  yardım  proqramlarında  prioritet 
olacaqdır. Bununla belə, hər bir konkret ölkənin sosial-iq-
tisadi  inkişafı  məqsədilə  yardım  göstəriləcək;  Yaponiya 
bütün ASEAN ölkələri ilə münasibətlərin və dialoqların 
təkmilləşməsi mexanizminə, ticarət sahəsində isə bir sıra 
ölkələrlə olduğu kimi qeyri-tarazlığın aradan qaldırılma-
sına çalışacaqdır. 


135
XX  əsrin  90-cı  illərinin  başlanğıcında  Yaponiya  haki-
miyyəti mövcud olan ziddiyyətləri və Cənub-Şərqi Asiya 
ölkələri ilə əməkdaşlığı təkcə iqtisadi sahədə deyil, həm 
də daha sıx siyasi qarşılıqlı əlaqələr sahəsində möhkəm-
ləndirməyə çalışırdı. Yaponiyanın baş naziri Marixiro Xo-
sokava  30-40-cı  illərdə  Yaponiyanın  hərəkətlərinə  görə 
Asiya dövlətlərindən ölkəsi adından üzr istədi. Sonralar 
Çinə, Koreyaya, ASEAN ölkələrinə səfəri zamanı M.Xo-
sokava və xarici işlər naziri S.Xata bir daha üzr istədilər. 
M.Xosokavanı  əvəz  edən  T.Muroyama  1994-cü  ilin 
avqust ayında Filippin, Sinqapur, Malayziya və Vyetna-
ma  ona  görə  rəsmi  səfər  etdi  ki,  keçmişdə  Yaponiyanın 
təcavüzünə görə üzr istəsin və bu ölkələrə gələcəkdə iqti-
sadi yardım göstərilməsi haqqındakı vədə əməl etsin. 
Xarici İşlər Naziri Y.Kononun xarici siyasətdəki fəallı-
ğı həmçinin hansısa müddətdə əsasən Asiya-Sakit okean 
hövzəsinə cəmlənmişdi. O, nəinki keçmişə görə üzr istə-
di,  habelə  çalışdı  ki,  “yeni  eranın  yaradılması”  uğrun-
da  region  ölkələri  ilə  birlikdə  Yaponiyanın  maraqlarını 
maksimum dərəcədə qeyd etsin. Onun səylərinin bir is-
tiqaməti də inkişaf etmiş ölkələr və ASEAN ilə qarşılıqlı 
inamsızlığının aradan götürülməsi idi. 1995-ci ilin avqust 
ayında  Y.Kono  Bruneydə ASEAN-ın  regional  forumun-
da  iştirak  etdi.  Öz  növbəsində  Yaponiyanın  baş  naziri 
T.Murayama kapitulyasiya haqqında imperator reskripti-
nin ildönümündə çıxış edərkən Yaponiya təcavüzündən 
əziyyət çəkmiş bütün Asiya ölkələrindən qəti şəkildə üzr 
istədi. Bu xarici siyasət aksiyaları ilə Yaponiya tərəfi Cə-
nub-Şərqi Asiya ölkələrinin hakimiyyəti və ictimaiyyəti-
nin gözündə bəraət qazanmaq və etimadsızlığını aradan 
qaldırmaq istəyirdi. 


136
Hazırda Yaponiya Cənub-Şərqi Asiya ölkələrinin baş-
lıca ticarət ortağı kimi çıxış edir.
1
 O, İndoneziyanın 37% 
ixrac və 24% idxal, Malayziyanın 26% idxal və 16% ixrac, 
Sinqapurun 21% idxal və 17% ixracını təmin edir. Yaponi-
ya şirkətləri Cənub-Şərqi Asiya ilə elmi-texniki əməkdaş-
lığı  və  sənaye  kooperasiyasının  inkişafını  genişləndirir, 
bir sıra məhsulların istehsalını qonşu ölkələrə keçirməyə, 
özü isə texnoloji çətin məhsulların istehsalı və mənimsə-
nilməsi sahəsində diqqətini cəmləşdirməyə çalışır. Nəti-
cədə dünyanın Asiya hissəsində elmi-texniki və sənaye-
nin bir-biri ilə qarşılıqlı əlaqədə yapon-sentrist modeli göz-
dən keçirilir. 80-ci illərin ortalarında Yaponiya kapitalının 
Cənub-Şərqi Asiya ölkələrinə yerləşdirilməsinə başlandı. 
Yaponiya  kapitalının  bu  regiona  qoyulması  yerli  adam-
larla  yapon  iş  adamları  və  digər  ölkələrdən  olan  tərəf-
daşları  arasında  mürəkkəb  istehsal  ixtisaslaşdırılmasına 
və  müxtəlifyönlü  münasibətlərin  yaranmasına  gətirib 
çıxardı. Rəsmi yardımın xeyli hissəsi, təqribən 60%-i Asi-
ya regionunun ənənəvi inkişafına yönəldi. Yardımın çox 
hissəsini ÇXR, Hindistan, Banqladeş, Tailand, Filippin və 
İndoneziya alır. 
Mövcud  şəraitdə  Şimali-Şərqi  Asiya  ilə  Cənub-Şərqi 
Asiya  ölkələrinin,  həmçinin  Yaponiyanın  mədəni-siya-
si  və  iqtisadi  baxımdan  yaxınlaşması Avropa  İttifaqı  və 
NAFTA kimi beynəlxalq iqtisadi bloklara qarşı durmaq, 
həmçinin Cənib-Şərqi Asiya ölkələrinin dünya birliyində 
layiqli  yer  tutması  kimi  obyektiv  zərurətə  əsaslanır.  Bu 
mütləqlik regionun bir çox ölkələri tərəfindən dərk edi-
lir və bu da Sinqapurda 2000-ci ilin noyabrında ASEAN-a 

Rza Talıbov. Azərbaycan-Yaponiya əməkdaşlığı müasir mərhələdə. Bakı, “Çaşıoğlu”, 
2005, səh.72.


137
daxil olan dövlət başçılarının qəbul etdiyi son qərarlarına 
şahidlik edir. Çin, Yaponiya və Cənubi Koreyanın rəhbər-
liyi ilə Cənub-Şərqi Asiya ölkələrinin liderləri yalnız Cə-
nub-Şərqi Asiya regionu çərçivəsində deyil, belə demək 
olarsa, Tokio, Pekin, Seul daxil olmaqla Böyük Şərqi Asi-
ya miqyasında azad ticarət zonası yaratmaq qərarını bə-
yan  etdilər.  Belə  bəyanatların  nə  qədər  həqiqətə  uyğun 
olub-olmadığı bir neçə ildən sonra məlum olacaqdır. Belə 
ki, adı çəkilən ölkələrin bu yaxınlaşmaya meyilləri artıq 
mövcuddur.  Yaponiya  həmin  əlaqələrin  yaranmasında 
maraqlı tərəflərdən biridir. 
Bütövlükdə Yaponiya beynəlxalq aləmdə əsas söz sahi-
binə, dünyanın yeni cazibə qüvvəsinə çevrilmişdir. 
2.6. AZƏRBAYCAN-YAPONİYA MÜNASİBƏTLƏRİ
2.6.1. Siyasi-diplomatik əlaqələr 
Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk 
dövlətlərdən  biri  Yaponiya  olmuşdur.  Yaponiya  1991-ci 
il  dekabrın  28-dən  Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyinin  tanınması  haqqında  bəyanat  verdi.  Bu, 
gənc Azərbaycan dövlətinin böyük qələbəsi idi. Belə ki, 
Yaponiya bütün dünyada böyük siyasi, iqtisadi gücə ma-
lik olan və ən güclü inkişaf edən dövlətlərdən biri hesab 
edilir.  “Səkkizlər”  qrupuna  daxil  olan  ən  inkişaf  etmiş 
ölkələrdən biri olaraq onun səsi bütün dünyada eşidilir. 
Bir  müddət  keçdikdən  sonra,  1992-ci  il  sentyabrın  1-də 
Azərbaycan Respublikası ilə Yaponiya arasında diploma-
tik əlaqələr quruldu. Azərbaycanda Yaponiyanın səfirliyi 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə