Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə34/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

126
buna görə də müəyyən olunmuş çərçivədə Yaponiya SSRİ 
ilə  vəziyyətin  yaxşılaşdırılmasında  diplomatik  çeviklik 
göstərir, onu dörd adanın qaytarılmasına sövq edirdi. 
Yaponiya ilə münasibətlərin yaxşılaşdırılması sahəsin-
də SSRİ bir dəfə də olsun 1956-cı ildəki birgə bəyannamə 
əsasında  sülh  müqaviləsindəki  Xabomaye  və  Şikotan 
adalarının qaytarılmasına hazır olduğunu bəyan etmədi. 
Yaponiyaya  iki  digər  adanın  qaytarılmasının  mümkün-
lüyünü  və  yaxud  onları Yaponiya  ərazisi  kimi  tanımağı 
SSRİ heç vaxt qəbul etmədi. Əksinə, Yaponiya hər zaman 
özünün Kunaşir və İturup adalarına olan qanuni hüquq-
larını sübuta yetirirdi. Münasib bildiyi zamanda onların 
Xabomaye və Şikotan adaları ilə birgə geri qaytarılmasına 
çalışırdı. 
Keçən əsrin 80-ci illərdə Yaponiya-SSRİ münasibətləri 
daha da kəskinləşdi. Sovet ordusunun Əfqanıstana yeri-
dilməsi  ilə  bağlı  dünyanın  digər  aparıcı  qüvvələri  kimi 
Yaponiya  hökuməti  də  sanksiyalara  qoşuldu.  Bu,  rəsmi 
tərəfdən bütün əlaqələri pozdu, bağlanmış sazişlərin ye-
rinə  yetirilməsini  dondurdu,  dövlət  xətti  ilə  kreditlərin 
verilməsini dayandırdı, SSRİ-yə yeni texnika və texnologi-
yaların göndərilməsinə məhdudiyyət qoydu. Yaponiyada 
amerikalıların hərbi müstəqillik və siyasi aksiyalarda fəal 
iştirakından narahat olan SSRİ münasibətlərin inkişaf et-
dirilməsində maraqlı deyildi. 
XX  əsrin  80-ci  illərinin  ikinci  yarısında  SSRİ  və  Qərb 
ölkələri arasında qarşıdurma bir qədər zəiflədi. Bu da ya-
pon-sovet münasibətlərində istilik yaratdı. Bütün səviy-
yələrdə  ikitərəfli  danışıqların  başlanğıcına  start  verildi. 
Moskva  və  Tokio  ərazi  problemləri  də  daxil  edilməklə 


127
bütün problemləri müzakirə etdilər. Qarşılıqlı səfərlər və 
əmtəə  mübadiləsi  artdı.  1988-ci  ildə  ölkələr  arasında  ti-
carət genişləndi. SSRİ və Yaponiya arasında münasibətlə-
rin yaxşılaşmasına əyani sübut SSRİ tarixində ilk dəfə ola-
raq 1991-ci ilin aprel ayında SSRİ-nin prezidenti M.S.Qor-
baçovun Tokioya səfər etməsi oldu.
Beləliklə, 1991-ci ilin dekabrında SSRİ-nin dağılması və 
suveren Rusiya Federasiyasının yaranması rus-yapon mü-
nasibətlərinin tənzimlənməsində, xarici siyasətində yeni 
prinsiplər ortaya çıxardı. Bundan sonra tərəflər bir-birini 
daha az günahlandırmağa başladılar. Mətbuatda iki ölkə 
arasında qeyri-normal münasibətlərin və köhnədən qal-
mış narazılıqların aradan qaldırılması və vəziyyətin ay-
dınlaşdırılmasına dair elmi dairələrdə məqalələr çap edil-
məyə  başlandı.  Qarşılıqlı  münasibətlərdə  normallaşma 
meyilləri hiss olunurdu. 
90-cı  illərin  əvvəllərində  Mixayıl  Qorbaçov  və  Boris 
Yeltsin arasında hakimiyyət uğurundakı mübarizə xarici 
siyasətə,  xüsusilə  də  Kuril  adaları  məsələsinə  təsir  etdi. 
B.Yeltsin tərəfdarları xüsusi şərtlərlə adaların Yaponiya-
ya geri verilməsinə tərəfdar kimi çıxış edirdilər. Bu fəa-
liyyətin nəticəsi olaraq 1990-cı ildə Yaponiyaya səfərində 
beşmərhələli  “ərazi  məsələsi  planı”  qəbul  edildi.  Plana 
əsasən aşağıdakı məsələlər daxil edilmişdi:
1)  “Problemin”  rəsmi  tanınması;  2) Adaların  hərbsiz-
ləşdirilməsi;  3)  Azad  sahibkarlıq  zonası  elan  olunması; 
4) Sülh sazişinin imzalanması və “adalar üzərində “birgə 
idarəetmə”ni  həyata  keçirmək;  5)  Gələcək  nəsil  siyasət-
çilər üçün axtarış yollarının tamamilə həll olunması.
1
1
 
Bax:  Rza  Talıbov.  Yaponiya-Azərbaycan  əməkdaşlığı  müasir  mərhələdə.  Bakı, 
“Çaşıoğlu”, 2005,səh.58.


128
Sonrakı illərdə Rusiya Federasiyasının Prezidenti Boris 
Yeltsin  “beşmər hə lə li  plan”ı  gündəliyindən  düşürmədi. 
Lakin rəsmi səviyyədə bu barədə danışmırdı. Bununla ya-
naşı, B.Yeltsin və icraçı hakimiyyətin müxtəlif səviyyələr-
də ki  hərəkətləri  deməyə  əsas  verirdi  ki,  bu  plan  sarsıl-
mazdır, ancaq buna baxmayaraq, bəzi düzəlişlərlə yerinə 
yetirilirdi. Bundan əlavə, hesab etmək olardı ki, bu plan 
Kremlin Kuril problemi kimi adlandırılan əsas siyasətinin 
“məxfi planı” idi.
1993-cü ildə Boris Yeltsin Yaponiyaya səfər etdi. Səfərin 
gedişində Tokio bəyannaməsi qəbul edildi. Bu sənəd iki 
ölkə arasında ərazi ziddiyyətlərinin mövcudluğunu təs-
diq edirdi. Bəyannamədə yazılırdı: “...Tərəflər razılaşır ki, 
iki ölkə arasında danışıqları sülh sazişi ilə bitirmək üçün 
İturup, Kunaşir, Çikotan və Xabomaye adalarının tarixi, 
hüquqi amillər əsasında mövcudluğunu və həmçinin iki 
ölkə arasında işlənmiş sənədlərin əsasında, ədalət və qa-
nun prinsipləri çərçivəsində ikitərəfli münasibətləri tam 
şəkildə normallaşdırmaq vacibdir”.
İkitərəfli  münasibətlərin  yenidən  yüksəlməsi  üçün 
“qalstuksuz  görüş”  çərçivəsində  prezident  B.Yeltsin  ilə 
baş  nazir  R.Hasimonun  1997-ci  ildə  Krasnoyarskda  gö-
rüşü oldu. Görüşdə prinsipcə vacib olan yapon liderinin 
irəli sürdüyü Rusiya ilə münasibətləri novatorcasına qur-
maq planı idi. Bu plan “Haşimoto planı” adlandırılır. 
Son illərdə Rusiya-Yaponiya münasibətlərində Çin ami-
linin  rolu  artmışdır.  Çin  Xalq  Respublikası  ilə  qarşılıqlı 
münasibətlər uzun illər Yaponiya tərəfindən xeyirxahlıqla 
müzakirə olunurdu. SSRİ-nin qəti düşməni və “sovet təh-
lükəsi”nin əks ağırlığı, yəni, əgər müttəfiq deyilsə, onda 


129
ən azından düşmən kimi, SSRİ-nin dağılması və Rusiyanın 
Uzaq Şərqdəki hərbi qüvvələrinin ixtisar edilməsi və ASH-
nin bütünlüklə Çinin güclü iqtisadi inkişafı ilə əlaqəsi və 
onun hərbi gücünün artması güclərin tarazlığını regionda 
onun xeyrinə dəyişmişdi. Bundan əlavə, Moskva və Pekin 
keçmiş illərin düşmənçiliyinə son qoymadılar, həmçinin 
strateji əməkdaşlığa keçidi elan etdilər. Ona görə də Ru-
siya ilə əməkdaşlıq və regionda strateji tarazlığı qorumaq 
vacibdir. Yaponiya üçün BMT-nin daimi üzvü olan Rusi-
yanın bu orqanın yenidən qurulmasında dəstəyi çox va-
cib idi. 
Krasnoyarskda keçirilən qeyri-rəsmi görüşün nəticələ-
rinə görə tərəflər yeni, geniş əməkdaşlıq imkanlarını mü-
zakirə etdilər. 2000-ci ilin sonlarınadək yeni sülh müqa-
viləsini  bağlamaq  üçün  əllərindən  gələn  səyləri  göstər-
mək,  nikbinliyi  təlqin  etmək  haqqında  ümumi  razılığa 
gəldilər. Havanada keçirilən qeyri-rəsmi görüş də bu cür 
müsbət  ruhda  keçdi.  Orada  yapon  tərəfi  problemlərin 
əvvəllər Rusiya üçün qəbuledilməz olan yeni həllini, sər-
hədlərin ayrılması formulasını təqdim etdi.
İlk dəfə əsrin sonlarında - 1998-ci ilin noyabrında Ya-
poniyanın  baş  naziri  Keydzo  Obudinin  Rusiyaya  rəsmi 
səfəri baş tutdu. Bu hadisə əsasında yüksək səviyyədə da-
nışıqların  yekunlarına  görə  Moskva  bəyannaməsi  qəbul 
olundu. Danışıqların nəticəsində ölkələr “yaradıcı əmək-
daşlıq” haqqında razılığa gəldilər. 
Yaponiya ilə dialoqu davam etdirmək məsələsi Rusiya-
nın yeni prezidenti V.Putinin üzərinə düşmüşdü. 2000-ci 
ilin sentyabrında onun Yaponiyaya səfərinin nəticəsi bəzi 
analitiklərin düşüncəsinə görə, Rusiya-Yaponiya münasi-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə