Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə32/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

118
poniyanın  cavabdehliyini  şübhə  altına  alırdı.  Çin  tərəfi-
nin kəskin etirazları nəticəsində 1991-ci ildə baş nazir Ta-
kesida rəsmi şəkildə üzr istəməyə məcbur oldu.
Artıq qeyd edildiyi kimi, hələ 1972-ci ildə diplomatik 
münasibətlərin  pozulmasına  baxmayaraq  Yaponiya  ilə 
Tayvan  arasında  yüksək  səviyyədəki  rəsmi  münasibət-
lər Çində narazılıq doğururdu. 1989-cu ildə Yaponiya və 
Tayvan arasındakı ticarət dövriyyəsi 29,4 milyard dollar 
təşkil  edirdi.  Bu  da  Çin  Xalq  Respublikası  ilə  Yaponiya 
arasında ticarətin həcmini 23,8% keçirdi.
Çin tərəfi Yaponiya bazarının daha da genişlənməsini, 
bəzi məhsulların daşınmasına qoyulan məhdudiyyətlərin 
aradan götürülməsini tələb edirdi. Çin Yaponiyadan yük-
sək səviyyəli texnologiya və maşınların gətirilməsinə qo-
yulmuş məhdudiyyətə görə kəskin etiraz etdi, təhlükəli 
rəqib olaraq dünya bazarında Çinin qarşısını almaq üçün 
Yaponiya  sənaye  məhsullarının  bəzi  növlərinin  ixracına 
ara verdi. Çində tədricən yaranmış ziddiyyətlərin nəticəsi 
kimi antiyapon əhval-ruhiyyəsi gücləndi. 1985-ci ildə Sa-
kit okeanda müharibənin sona çatması və Yaponiya mili-
tarizminin darmadağın edilməsi münasibətilə geniş təd-
birlər keçirilirdi. Çin Xalq Respublikasının böyük şəhərlə-
rində Yaponiya əleyhinə şüarlar ilə nümayiş və mitinqlər 
keçirildi. 1988-ci ilin avqust ayında aparılmış ümumxalq 
rəyinin  nəticələrinə  görə  44%  çinlilər  Yaponiyaya  qarşı 
inamsız olduqlarını elan etdilər. 
Eyni vaxtda Yaponiyada da Çinə qarşı münasibət də-
yişməyə başladı. Bir sıra mühafizəkar qruplar Pekinə qar-
şı  daha  təmkinli  münasibət  göstərməyi  tələb  edirdilər. 
1989-cu  ilin  iyun  ayında  Yaponiya  hökuməti  Pekindəki 


119
hökumət  əleyhinə  olan  tələbə  çıxışlarının  nəticəsi  kimi 
Çinlə iqtisadi əlaqələrə bəzi məhdudiyyətlər qoyulduğu-
nu elan etdi. Lakin Yaponiya “Yeddilik” adlanan aparıcı 
kapitalist dövlətlərindən daha əvvəl bütün məhdudiyyət-
ləri aradan götürdü. 
XX əsrin 80-ci illərinin sonlarında Çin öz güclənmiş iq-
tisadi potensialını hərbi qüdrətinin və siyasi təsirinin inki-
şaf etdirilməsinə yönəltdi. Çin Xalq Respublikasının rolu-
nun və çəkisinin artması Sovet İttifaqının dağılması, “so-
yuq müharibə”nin sonu ilə üst-üstə düşdü. Bu hadisələr 
regionda gücün tətbiq olunması imkanlarını dəyişdirdi. 
Təbii  olaraq  öz  ardınca  ikitərəfli  əlaqələrin  inkişafında 
dəyişikliklərə gətirib çıxardı. Bu baxımdan Yaponiya-Çin 
münasibətləri də istisna deyildi. Baş nazirlərin bir sıra gö-
rüşlərindən sonra, 1992-ci ildə Çin Kommunist Partiyası 
Mərkəzi Komitəsinin baş katibi Czyan Szemin Yaponiya-
da səfərdə oldu. Elə həmin ildə Çinə Yaponiyanın impe-
ratoru Akixito səfər etdi. Pekinə səfəri zamanı imperator 
İkinci Dünya müharibəsi dövründə yapon ordusunun iş-
ğal zamanı Çin xalqını ağır vəziyyətə saldığına görə for-
mal  şəkildə  şifahi  üzr  istədi.  Hadisələrin  belə  gedişi  iki 
ölkə arasında münasibətlərin istiləşməsinə gətirib çıxardı. 
Lakin 1996-cı ildə Tayvan boğazında Çinin üç nüvə sila-
hının sınaqdan keçirilməsi Yaponiya tərəfinin kəskin eti-
razına  səbəb  oldu.  Nəticədə  Yaponiya  tərəfi  Çinə  etdiyi 
yardımı dayandırdı. Həll edilməmiş ərazi məsələləri üs-
tündə yenə də soyuqluq əmələ gəldi. İlk növbədə Cənu-
bi Çin dənizində neftlə zəngin Spratli adasının ərazisinin 
mənsubiyyətinə dair Çin və Yaponiya arasındakı müba-
hisə qızışdı. 1995-ci ilin may ayında dənizaltı ehtiyatların 


120
tədqiqatı ilə məşğul olan Çin tədqiqatçıları Senkako ada-
ları yaxınlığında Yaponiyanın ərazi sularına daxil olaraq 
bir  sıra  xırda  münaqişələr  yaratdılar.  1996-1997-ci  illər-
də Yaponiya və Amerika arasında əməkdaşlığın daha da 
möhkəmlənməsi Çinin ciddi narazılığına səbəb oldu. 
1997-ci il sentyabrın 23-də Nyu-Yorkda Amerika və Ya-
poniya arasında “Müdafiə sahəsində Yaponiya-Amerika 
əməkdaşlığının əsas istiqamətləri” haqqında ikitərəfli ra-
zılaşma imzalandı. Razılaşmada qeyd olunurdu ki, nəinki 
Yaponiyaya hücum zamanı, əvvəllər olduğu kimi, həm-
çinin  “yanındakı  ərazilərdə  də  fövqəladə  hallarda”  hər 
iki  tərəf  razılaşaraq  hərəkət  edəcəkdir.  Baxmayaraq  ki, 
bu ərazilərin coğrafi mövqeləri qeyd olunmamışdı, aydın 
görünürdü ki, onlar Koreya yarımadasını və Tayvanı işğal 
edirlər.
Beləliklə,  Tayvan  problemi  bir  daha  Çin  ilə  “gündo-
ğan  ölkə”  arasındakı  qarşılıqlı  münasibətlərdə  dolaşa-
raq qaldı. 1997-ci ildə Honkonqun 1999-cu ildə Makao ilə 
Çin  Xalq  Respublikasının  birləşməsindən  sonra  Tayvan 
məsələsi Çinin xarici siyasətinin prioritet məsələlərindən 
biri oldu. Bu məsələnin həllində Çin hər cür, hətta hərbi 
üsullardan da istifadə ilə olsa belə hazır olduğunu bildir-
mişdi. Beləliklə, Tayvan yarımadasının yeni ABŞ-Yaponi-
ya hərbi razılaşmasına daxil edilməsini Çin onun daxili 
işlərinə  qarışmaq  kimi  qiymətləndirdi.  “Əsas  istiqamət-
lərə” yenidən baxışı, özünümüdafiə qüvvələrini güclən-
dirməsi,  Yaponiyanın  RƏM  sistemini  inkişaf  etdirməsi 
Çini ayıq, ehtiyatlı olmağa çağırırdı. Yaponiya hakimiy-
yəti  hələ  1972-ci  ildə  qəbul  olunan  Tayvana  qarşı  rəsmi 
mövqeyi təsdiq etməyə tələsirdi. 


121
ABŞ ilə birgə hərbi ittifaqın yenilənməsinə baxmayaraq, 
1997-ci ildə Yaponiya diplomatiyasının manevrləri Toki-
onun Vaşinqtona olan əvvəlki birtərəfli meyilləməsindən 
Tokionun uzaqlaşdığını göstərirdi. Çinin güclənməsini və 
Cənub- Şərqi Asiyada dominant gücə çevrildiyini görən 
Yaponiya özünün xarici siyasət doktrinasına mövcud si-
yasi reallıqlar əsasında yenidən baxılmasının vacibliyini 
başa düşdü. 
Tokionun Pekinə münasibətlərinin yeni gedişi, əvvəllər 
təyin  olunmuş  Moskva  ilə  hərtərəfli  əlaqələrin  yaxşılaş-
masına dair kursu 1997-ci ildə Yaponiyanın baş naziri R.
Hasimotonun özü ilə gətirdiyi “Avrasiya diplomatiyası”-
nın əsası oldu. Baş nazirin sözlərinə görə, Çin ilə qarşılıqlı 
əlaqələr  bundan  sonra  “qarşılıqlı  anlaşmanın  dərinləş-
məsi, dialoqların genişlənməsi, əməkdaşlığın inkişafı və 
yeganə regional qaydaların formalaşdırılması” üzərində 
qurulacaqdır.
Son illərdə Yaponiyada vəziyyət daha da kəskinləşmək-
də davam edir. Üstəlik, adalar məsələsində də qarşıdur-
ma meyilləri gündəmə gəlir. Ona görə də Yaponiya-Çin 
və Amerika münasibətlərində müəyyən gərginlik yaran-
maqdadır.  Bir  tərəfdən  Yaponiya  ABŞ-ın  strateji  müttə-
fiqidir. Ona görə də bu ölkənin Çinə olan münasibəti və 
siyasəti nəhəng müttəfiqinin mövqeyi ilə təyin edilir. Di-
gər tərəfdən, Çin rəsmi Tokio üçün nəhəng ticarət müttə-
fiqi və güclü qonşudur. Bu dövlət vəziyyətdən asılı olaraq 
həm mehriban, həm də təhlükəli qonşu ola bilər. Yapo-
niyada şübhə etmirlər ki, son 10-15 ildə Şərqi Asiyadakı 
mövcud  qüvvə  dəyişəcək.  Söylənən  fikirlərə  görə,  əgər 
Çin Xalq Respublikası ABŞ-ı ərazidən çıxartmağa müvəf-
fəq olmasa, sadəcə bu ölkəni sıxışdırıb çıxardacaqdır. 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə