Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə28/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

102
viyyəsinə görə dünyada ən aparıcı yerlərdən birini tutan 
Yaponiya beynəlxalq proseslərdə də özünün siyasi rolu-
nun güclənməsinə çalışır. Doğrudur, son 10 ili Yaponiya 
üçün «itirilmiş 10 illik» adlandırırlar. Çünki ölkə tarixin-
də ən dəhşətli təbii fəlakətlər, sunami qasırğaları və atom 
elektrik stansiyasında baş verən dəhşətli faciə Yaponiya 
iqtisadiyyatına da təsirsiz ötüşmədi. Lakin bu keçid döv-
ründən  sonra  yeni  inkişaf  mərhələsinin  olacağı  barədə 
nikbin proqnozlar da səslənirdi. «Ekonomist» jurnalının 
ekspertləri yazırlar: «Yaponiya yenidən doğulmanın həz-
zini yaşayır. Ötən 20 ilin çox hissəsi ərzində qiymətlərin 
aşağı düşməsi iqtisadiyyat üçün bir fəlakət idi, lakin Ya-
poniya Bankının pul çapetmə əməliyyatı valyuta kursunu 
aşağı saldı, qiymətləri isə qaldırdı – bu, adətən, naraha-
tedici bir kombinasiyadır, lakin deflyasiyaya meyilli olan 
Yaponiyada yox».
1
 
Müasir  dövrdə  Yaponiya  Asiya-Sakit  okean  regionu 
ölkələri arasında iqtisadi cəhətdən ən çox inkişaf etmiş-
dir. Siyasi və iqtisadi inkişafın “Yaponiya modeli” istehsa-
lat və idarəçilik üsullarının və strukturunun Qərb texno-
logiyaları əsasında özünün mədəni sərvətlərini və tarixi 
xüsusiyyətlərini qorumaqla regionun digər ölkələrinə də 
nümunə  olmuşdur.  SSRİ  dağıldıqdan  sonra  yaranan  və 
müstəqillik qazanmış ölkələrlə beynəlxalq münasibətlərin 
qurulmasında da Yaponiya özünəməxsus mövqe nüma-
yiş etdirmişdir. Ölkə yeni qurulmuş müstəqil dövlətlərin 
yaranmasını dəstəkləmiş, lakin həmin ölkələrlə diploma-
tik münasbətlərin qurulmasında, iqtisadi-mədəni əlaqələ-
rin yaradılmasında təmkinli davranışla addımlar atmağa 
üstünlük vermişdir. 
1
 “Economist – Dünya” jurnalı, Bakı, «Şərq-Qərb» 2014, səh.24.


103
Məşhur  amerikan  politoloqu  Z.Bjezinskinin  dediyi 
kimi,  Yesidanın  prinsiplərini  həyata  keçirərək  Yaponi-
ya “Amerika xarici sayasətinin davamı” olmuşdur. Elmi 
ədəbiyyatlarda  deyildiyi  kimi,  həqiqətən  də  «Yaponiya 
Birləşmiş Ştatlarla əlaqələrin prioritetliyini mütləq şəkil-
də qəbul edir».
1
 Amerika Birləşmiş Ştatları ilə yaradılan 
dərin münasibətlər sayəsində xüsusi təhlükəsizliyini tə-
min etmək zərurətindən azad olan Yaponiya özünün bü-
tün  gücünü  iqtisadi  nəticələrin  yüksəlməsinə  sərf  edir. 
Belə ki, iqtisadi baxımdan güclü dövlət olaraq “gündoğan 
ölkə” özünün xarici siyasət kursunun bəzi müddəalarına 
yenidən baxılmasının, xüsusilə, dünyada Yaponiyanın si-
yasi rolunu gücləndirmək, beynəlxalq təşkilatlarda ölkə-
nin  iştirakını  fəallaşdırmaq  və  onun  təsirini Asiya-Sakit 
okean regionunda yüksəltməyin vacibliyini başa düşdü. 
Bütün görülən bu işlər qısa tarixi müddət ərzində Yaponi-
yanın çiçəklənən ölkəyə çevrilməsinə imkan verdi. 
Bu gün Yaponiya dünyanın ən çox inkişaf etmiş ölkələ-
rindən biridir. Yer kürəsi əhalisinin 2,5%-ni, sahəsinin isə 
0,3%-ni təşkil edən Yaponiya hazırda iqtisadi potensialı-
na görə ABŞ və Çin Xalq Respublikası ilə eyni səviyyədə 
dayanır.  Əhalinin  sayına  düşən  ümumdaxili  məhsulun 
həcminə görə Yaponiya hətta ABŞ-ı da ötüb keçir. Dünya 
sənaye istehsalının 12%-i Yaponiyanın payına düşür. Gə-
milərin, avtomobillərin, traktorların, metal istehsal edən 
avadanlıqların,  texniki  məişət  avadanlıqlarının  və  yeni 
texnologiyaların istehsalına görə bu ölkə dünyada birinci 
yerdədir.
1
 Джеймс Л. Мак-Клейн. Япония. От сегуната Токучавы – в XXI век. Москва, 
АСТ, Астгель, 2007.


104
Yaponiyanın  qızıl-valyuta  ehtiyatları,  2012-ci  ilin  mə-
lumatına  görə,  1,250  trilyon  ABŞ  dollaradır  çoxdur.  Bu 
göstəriciyə görə Yaponiya dünyada yalnız Çin Xalq Res-
publikasından geridədir. Yüksək dərəcədə inkişaf etmiş 
kənd təsərrüfatı ölkənin 130 milyondan çox olan əhalisini 
lazımlı ərzaqla təmin edir. 
Yaponiya hər il digər ölkələrin inkişafı üçün rəsmi döv-
lət  yardımına  on  bir  milyard  dollardan  çox  vəsait  sərf 
edir. Yaponiya dünyada ən iri donor dövlətdir. Bu, dövlət 
inkişaf  edən  ölkələrin  iqtisadiyyatına  böyük  sərmayələr 
qoyur. Bundan əlavə, Yaponiya bütün dünya iqtisadiyya-
tının sabitliyinin təmin olunmasına təsir edir. Bu ölkə hər 
il Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna hamı-
dan çox üzvlük haqqı ödəyir.
“Gündoğan  ölkələr”in  dünya  təsərrüfatındakı  müasir 
mövqeyi XX əsrin ikinci yarısından sonrakı iqtisadi inki-
şafının nəticəsidir. Qeyd etmək lazımdır ki, 1950-ci ildə 
dünya ümumdaxili məhsulunda Yaponiyanın payı 1 faiz-
dən artıq deyildisə, indi onun payı 17 faizdir.
XX əsrin axırlarında Yaponiya dünyanın başqa ölkələ-
rinin  inkişaf  sürətini  qabaqlayan  yüksək  iqtisadi  artımı 
dünyaya nümayiş etdirmişdir. Yaponiyanın inkişaf sürəti 
1960-1973-cü illərdə bir il üçün 10,1%, ABŞ-da 3,9% , AFR-
də 4,5%, Britaniyada 3,1%, Fransada 5,6%, İtaliyada isə 5% 
təşkil edirdi. Bir neçə illər ərzində yaranmış vəziyyət 60-
70-ci  illərdə  baş  verən  Yaponiyanın  “iqtisadi  möcüzə”si 
haqqında ilk nəşrlər dalğasını yaratdı. Artıq yapon iqtisa-
di möcüzəsi yer üzündə model olaraq qəbul edilir. Yapo-
niyanın ümumdaxili məhsulu 2000-ci ildə 511.835.9 mil-
yard yenə çatmışdır. Son onillikdə ölkədə bir neçə dəfə 


105
təbii fəlakətlərin baş verməsinə baxmayaraq Yaponiyada 
iqtisadi artım yüksələn xətlə inkişaf edir. 
Yaponiyanın sürətli iqtisadi inkişafının başlıca səbəbləri 
aşağıdakılardır: İşğal olunan illərdə sosial-iqtisadi sahədə 
həyata keçirilən bir sıra ciddi islahatlar; kapitalın bütün-
lüklə yenilənməsi və torpaq islahatı nəticəsində daxili ba-
zarın genişləndirilməsi; ən əsası, ölkədə yeni texnologiya-
nın inkişaf etdirilməsi. Yaponiyanın ABŞ-ın əvvəlcə Ko-
reyada,  sonra  Vyetnamda  müharibəsi  üçün  aldığı  hərbi 
sifarişlər,  həmçinin  ümumdaxili  məhsulun  milli  gəlirin 
ancaq 1%-ni təşkil edən hərbi xərclərin az bir hissəsi kapi-
talın artmasına təsir etmişdir. Belə ki, müharibədən son-
rakı ilk onilliklərdə iqtisadi inkişaf mineral xammalın sa-
bit aşağı qiyməti şəraitində baş vermişdir. Yaponiya idxa-
la əsaslanaraq güclü enerjitutumlu və sərmayəyönümlü 
istehsalatı yarada bilmişdir: qara və əlvan metallurgiya, 
neftçıxarma, gəmiqayırma və sair sahələrdə ölkə dünya 
iqtisadi məkanında yeni rekordlar göstərir.
İqtisadi  inkişafın  Yaponiya  modelinin  əsas  xarakterik 
əlamətlərindən biri milli ənənələrin və işçi qüvvəsinin im-
kanlarından  səmərəli  istifadə  etməsidir:  əməyin  yüksək 
məhsuldarlığı, Qərb ölkələri ilə müqayisədə əmək haqqı-
nın  aşağı  səviyyəsi,  bütün  növ  işçilərin  zəhmətsevərliyi 
onların  özlərini  müəssisələrinin  bir  hissəsi  kimi  hiss  et-
mələri, bütün imkanlarını və enerjisini tanıdaraq çalışdı-
ğı sahəyə həsr etməsi ilə əlaqədardır. Çünki onların şəxsi 
rifahları, praktikaları, ömürlük məşğulluqları və təqaüd-
lərin məbləği ümumi uğurdan çox asılıdır. 
Xarici elmi-texniki nailiyyətləri əldə tutaraq Yaponiya 
təkcə ölkədə istehsal olunan yeni texnikasını ixrac etmir-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə