Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə26/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

94
Azərbaycan  ilə  Çin  arasında  iqtisadi  sahədə əməkdaşlı-
ğı genişləndirmək üçün Azərbaycan-Çin Ticarət-İqtisadi 
Əməkdaşlıq  üzrə  Hökumətlərarası  Komissiya,  eləcə  də 
Azərbaycan  Respublikası  və  Çin  Xalq  Respublikasının 
Sincan-Uyğur  Muxtar  Vilayəti  (SUMV)  arasında  ticarət 
və  iqtisadi  əməkdaşlıq  üzrə  İşçi  Qrupu  fəaliyyət  göstə-
rir. Hökümətlərarası Komissiya və İşçi Qrup iclaslarında 
əməkdaşlığın  yeni  sahələrini  müəyyənləşdirir,  inkişafa 
mane olan məsələlərin aradan qaldırılması üçün tədbir-
lər görür. Bu isə özünün konkret nəticəsini verir. Belə ki, 
Azərbaycan-Çin  ticarət  əlaqələrində  əhəmiyyətli  hadisə 
2013-cü il aprelin 18-də Azərbaycanda İxracın və İnvesti-
siyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 
Azərbaycan-Çin biznes forumunun keçirilməsi olmuşdur. 
Forumun gedişində tərəflər arasında anlaşma memoran-
dumu imzalanmış, əməkdaşlıq üçün daha bir imkan ya-
radılmışdır. Memorandum iki  ölkə  arasında  ticarət-iqti-
sadi sahədə əməkdaşlığın inkişafına daha bir təkana çev-
rilmişdir.  Ümumiyyətlə,  belə  layihələr  ölkələr  arasında 
əməkdaşlığın  potensialının  və  inkişaf  perspektivlərinin 
böyük olduğunu göstərir. Çində aparılan islahatların təc-
rübəsinin  öyrənilməsi  və  mümkün  variantların  yaradıcı 
şəkildə öyrənilərək ölkəmizin maraqlarına uyğun surətdə 
tətbiq edilməsi Azərbaycan-Çin əməkdaşlığını yeni key-
fiyyət səviyyəsinə çatdırdığını göstərir.
1
 
Azərbaycan-Çin  əlaqələri  arasındakı  əhəmiyyətli  bir 
əməkdaşlıq  istiqaməti  də  mədəniyyət  sahəsidir.  Azər-
baycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  hələ 
2005-ci ildə Çin səfəri çərçivəsində atılan ən mühüm ad-
1
 Qasımov (Qasımlı) M.Azərbaycanın xarici siyasəti. Bakı, “Mütərcim”, 1997, s.80


95
dımlardan biri də Azərbaycan Respublikası və Çin Xalq 
Respublikası mədəniyyət nazirlikləri arasında 2005-2009-
cu illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq 
haqqında protokolun imzalanması idi.
1
 Bu əməkdaşlıq ha-
zırda da uğurla davam etdirilir. Həmin protokolun yerinə 
yetirilməsi nəticəsində 2008-ci və 2012-ci illərdə Çin Xalq 
Respublikasında Azərbaycan mədəniyyət günləri, 2011-ci 
ildə isə Azərbaycanda Çin mədəniyyət günləri keçirilmiş-
dir. Mədəniyyət günləri hər iki ölkə arasında anlaşmanın, 
bir-birilərini daha yaxından tanımanın formalarından biri 
kimi əhəmiyyətli olmuşdur. 
2012-ci ildə Azərbaycan Respublikası ilə Çin Xalq Res-
publikası  arasında  diplomatik  əlaqələrin  yaradılması-
nın  20  illiyi  geniş  qeyd  olunmuşdur.  Qeyd  edilmişdir 
ki, Azərbaycan və Çin Xalq Respublikası həm ikitərəfli, 
həm də çoxcəhətli formatda səmərəli əməkdaşlıq edirlər. 
Əməkdaşlığın  istiqamətləri  daim  genişlənir  və  inkişaf 
edir. Belə istiqamətlərdən biri təhsil sahəsində əməkdaşlıq 
idi.  Müstəqil  münasibətlər  qurulduqdan  keçən  müddət 
ərzində  iki  ölkə  arasında  təhsil  sahəsində  əməkdaşlığın 
istiqamətləri  və  formaları  müəyyənləşdirilmişdir.  Məhz 
həmin  sənədlərin  əsasında Azərbaycan  və  Çin  arasında 
təhsil sahəsində qarşılıqlı tələbə mübadiləsi də davam et-
dirilir.  Bakı  Dövlət  Universitetinin  şərqşünaslıq  fakültə-
sində Çin dili öyrədilir, Azərbaycan Dillər Universitetin-
də isə Çin dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 
Çində azərbaycanlı tələbələr təhsil alırlar. 
2014-cü ilin aprelində Bakıda Çin dili və mədəniyyəti 
mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ilə Çin arasında 
1
 Manafova M. Azərbaycanın Şərqi Asiya ilə mədəni əlaqələri, Bakı, Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universiteti, 2008, s.28


96
diplomatik  əlaqələrin  qurulmasının  21-ci  ildönümünə 
həsr  olunan  təntənəli  mədəniyyət  tədbiri  keçirilmişdir. 
Həmin il may ayının 12-də isə Azərbaycan Dillər Univer-
sitetində  Ümummilli  lider  Heydər  Əliyevin  90  illik  yu-
bileyinə həsr olunmuş «Azərbaycan-Çin ictimai əlaqələ-
rinin  perspektivləri  və  tarixi»  mövzusunda  keçirilmiş 
konfransda əldə olunmuş nailiyyətlərə nəzər salınmışdır. 
Azərbaycan ilə Çin arasında bütün sahələrdə əməkdaşlı-
ğın  böyük  perspektivlərinin  olduğu  xüsusi  olaraq  qeyd 
edilmişdir. 
Bundan başqa, Bakı Dövlət Universitetində yaradılmış 
Konstitusiya mərkəzi də təhsil və elmi əməkdaşlıq sahə-
sində  Azərbaycan-Çin  əlaqələrinin  inkişafına  səmərəli 
töhfə verir. Konstitusiya mərkəzi eyni zamanda Azərbay-
can üçün çinşünaslıq üzrə yüksək ixtisaslı mütəxəssislə-
rin hazırlanmasında mühüm rol oynayır. Həmçinin Çin 
Xalq Respublikası üçün azərbaycanşünas mütəxəssislərin 
hazırlanmasına da xüsusi diqqət yetirilir. 
Çin və uyğur ədəbiyyatlarından Azərbaycan dilinə edil-
miş tərcümə əsərlərinin Azərbaycanda nəşrinə də diqqət 
artmışdır.  Bundan  başqa,  ölkəmizdə  uyğur  dili  və  mə-
dəniyyətinə  dair  tədqiqatların  aparılması  sahəsində  də 
müəyyən nailiyyətlər əldə olunmuşdur. 
Beləliklə, bütövlükdə Xəzər hövzəsi ölkələri, o cümlə-
dən də xüsusən Azərbaycan ilə əməkdaşlıq Çin üçün əhə-
miyyətlidir. Xüsusilə son dövrdə Çinin əsas enerji mənbə-
yi olan Fars körfəzi ölkələrindəki münaqişələr səbəbindən 
Çin üçün alternativ enerji mənbəyi olaraq Xəzər hövzəsi-
nin rolu daha da artmışdır. Həm də Azərbaycanın əlveriş-
li coğrafi-siyasi mövqeyi Asiyanı Avropa ilə əlaqələndirən 


97
çox  əlverişli  boru  kəməri  marşrutlarının  açılmasına  im-
kan verir. Ona görə də Fars körfəzinin neft ehtiyatlarına 
alternativ  olaraq  enerji  dövriyyəsi  baxımından  Mərkəzi 
Asiya ölkələri, o cümlədən Qazaxıstan və Türkmənistan 
ilə birlikdə Azərbaycan da Çinin xüsusi maraq dairəsinə 
daxildir. Azərbaycan  Böyük  İpək  Yolunun  bərpası  üzrə 
TRASEKA layihəsinin reallaşdırılması sahəsində də əsas 
qüvvədir. Bu yol Çini Avropa ilə əlaqələndirən ən rahat 
və Çin üçün sərfəli olan yoldur. Bütün bu amillər Azər-
baycan  dövlətini  Çinin  öz  xarici  siyasət  kursunda  xü-
susi önəm verdiyi bir ölkəyə çevirir və ölkələri daha da 
yaxınlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi də 
bütövlükdə Asiya ölkələri ilə birlikdə Çinin də Azərbay-
canla,  Qafqaz  ölkələri  ilə,  Türkiyə  və Avropa  dövlətləri 
ilə əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq-
dır.  Azərbaycanın  rəhbərlik  etdiyi  Bakı-Tbilisi-Qars  də-
mir yolu layihəsinin Dəmir İpək Yolu adlandırılması da 
təsadüfi  olmayıb,  bu  layihənin Avropa  ilə Asiya  arasın-
da möhkəm və etibarlı körpüyə çevrilə biləcəyi mənasını 
ifadə edir. Heç şübhəsiz ki, Bakı-Tbilisi-Qars Dəmir İpək 
Yolu Azərbaycan-Çin iqtisadi əlaqələrinə də özünün bö-
yük töhfəsini verəcəkdir.
Bütövlükdə Azərbaycan-Çin əlaqələri beynəlxalq mü-
nasibətlərdə və ölkəmizin Asiya əlaqələrində böyük əhə-
miyyətə malikdir.


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə