Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə23/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

84
ilə Çin Xalq Respublikası hökuməti arasında Çinin Azər-
baycana güzəştli kredit verməsi haqqında çərçivə sazişi-
nin imzalanması ilə nəticələndi. 
1998-ci  il  sentyabrın  8-də  Bakıda  Heydər  Əliyevin 
təşəbbüsü ilə Böyük İpək Yolunun bərpası üzrə TRASE-
KA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçı-
larının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans 
da iki ölkə arasında münasibətlərin daha da inkişafını tə-
min edən hadisələrdən biri idi. Bundan sonra Azərbay-
canla Çin arasında əməkdaşlıq daha da genişlənmişdir. 
2000-ci ilin iyun ayında Ümumçin Xalq Nümayəndələri 
Yığıncağı Daimi Komitəsinin sədri Li Penin Azərbaycana 
səfəri zamanı ÇXR-in Azərbaycandakı səfirliyinin binası-
nın təməlqoyma mərasimi keçirildi. 
Li Peni 2000-ci il iyunun 23-də Heydər Əliyev qəbul et-
mişdir
1
. Daha sonra nümayəndə heyətləri arasında geniş 
tərkibli  danışıqlar  oldu.  Danışıqlarda  Çin Azərbaycanın 
ərazi bütövlüyünü dəstəklədiyini, sərhədlərin dəyişdiril-
məsinin əleyhinə çıxdığını bildirir, təkqütblü dünyanı qə-
bul etməyərək çoxqütblü dünya yaradılması üçün səylər 
edirdi
2
. Çinin mövqeyinə görə, hər bir ölkə dini və milli 
inkişaf  yolunu  özü  istədiyi  kimi  müəyyənləşdirməlidir. 
Danışıqlarda  Çin  tərəfi  siyasi,  iqtisadi  və  mədəniyyət 
sahələrində əməkdaşlıq etməyə və onu genişləndirməyə 
hazır olduğunu bəyan etdi.
1
  Heydər  Əliyevin  Ümumçin  Xalq  Nümayəndələr  Məclisi  Daimi  Komitəsinin 
Sədri Li Pen ilə təkbətək görüşdə söhbəti. 23 iyun 2000-ci il. – Müstəqilliyimiz 
əbədidir. XXVIII kitab. Bakı, 2009, s.285-286

Heydər  Əliyevin. Azərbaycan  Respublikasının  nümayəndə  heyəti  ilə  Ümumçin  Xalq 
Nümayəndələri  Məclisi  Daimi  Komitəsinin  Sədri  Li  Penin  başçılıq  etdiyi  nümayəndə 
heyəti arasında danışıqlar. 23 iyun 2000-ci il. – Müstəqilliyimiz əbədidir. XXVIII kitab, 
s.287-293.


85
2002-ci  ildə  Azərbaycan  ilə  Çin  arasında  diplomatik 
münasibətlərin qurulmasının on ili tamam oldu. Ötən il-
lər ərzində münasibətlər inkişaf etimş və əməkdaşlıq də-
rinləşmişdi. 
Bu münasibətlə Heydər Əliyev ÇXR Sədri Tzyan Tse-
minə  göndərdiyi  təbrik  məktubunda  keçən  illlər  ərzin-
də iki ölkə arasında münasibətlərdə dostluq və qarşılıqlı 
surətdə faydalı əməkdaşlıq əlaqələrinin təşəkkül tapdığı-
nı, bu əlaqələrin dairəsinin genişləndiyini və səviyyəsinin 
yüksəldiyini xüsusi qeyd etmişdir. Tzyan Tsemin isə Hey-
dər Əliyevə ünvanladığı təbrik məktubunda Çin ilə Azər-
baycanı  qədim  İpək  Yolu  dövründən  etibarən  dostluq 
münasibətlərinin bağladığını, diplomatik münasibətlərin 
qurulmasının yeni səhifə açdığını diqqət mərkəzinə çək-
mişdir. ÇXR Sədri iki ölkənin müstəqilliyinin, suverenlik 
və ərazi bütövlüyünün qorunması, habelə iqtisadiyyatının 
inkişaf  etdirilməsi  naminə  səylərdə  qarşılıqlı  anlaşmanı 
və əməkdaşlığı dəstəklədiklərini, dostluq və həmrəyliyin 
saxlanılmasının  və  inkişafının  hər  iki  ölkənin  və  xalqın 
mənafelərinə uyğun olduğunu nəzərə çatdırmışdır. 
Çin  Azərbaycan  ilə  enerji  sahəsində  də  əməkdaşlığa 
daim maraq göstərmişdir. Bu baxımdan 2002-ci ilin iyun 
ayında  ARDNŞ  ilə  Çin  Neft-Kimya  Korporasiyasının 
törəmə müəssisəsi olan və ölkənin 500 ən iri şirkəti arasın-
da altıncı yeri tutan Şengli şirkəti arasında qarşılıqlı anlaş-
ma memorandumunun imzalanması əhəmiyyətli hadisə 
olmuşdur. Bu, ikitərəfli münasibətəlrin maddi təməllərini 
daha da möhkəmləndirirdi. Qeyd etmək lazımdır ki, 27 
milyon  illik  neft  hasilatı  olan  bu  şirkət  çoxşahəli  fəaliy-
yətə malik olub kəşfiyyat, işlənmə, saxlanma, nəql, emal 


86
və karbohidrogen satışı ilə məşğul olmaqla fərqlənmişdir. 
Çin Azərbaycanın  ərazi  bütövlüyünü  dəstəkləmək  is-
tiqamətində  konkret  addım  atmışdır.  Belə  ki,  2002-ci  il 
2 dekabr tarixində «BMT və ATƏT arasında əməkdaşlıq 
haqqında qətnamə»yə Azərbaycan tərəfindən hər il irəli 
sürülən düzəliş üzrə BMT Baş Məclisində keçirilmiş səs-
vermədə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında 
ÇXR ərazi bütövlüyünə dair düzəlişin lehinə səs verən ye-
ganə dövlət olmuşdur. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
də yeni, qüdrətli Azərbaycanın quruculuğu siyasətini da-
vam etdirərək, ölkəmizin beynəlxalq aləmdə rolunun qo-
runub saxlanması və daha da gücləndirilməsi istiqamə-
tində  uğurlu  siyasət  həyata  küçirir.  İlham  Əliyevin  yü-
rütdüyü xarici siyasət kursunda da dünyanın ən böyük 
dövlətlərindən olan və dünya siyasətində xüsusi nüfuza 
malik Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verilir.
Bunun nəticəsidir ki, 2005-ci il 17-19 mart tarixlərində 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
bu ölkəyə dövlət səfəri iki ölkə arasında çoxcəhətli əmək-
daşlıq baxımından mühüm bir addım olmuşdur.
1
 Martın 
17-də  ÇXR  parlamentində  –  Ümumçin  Xalq  Nümayən-
dələri Məclisində İlham Əliyevin rəsmi qarşılanma məra-
simi təşkil edilmişdir. Daha sonra keçirilən danışıqlarda 
tərəfləri maraqlandıran ikitərəfli, regional və beynəlxalq 
məsələlər müzakirə edilmişdir.
2
 
1
Azərbaycan Respublikasının
 
Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət 
səfəri  – Azərbaycanın  xarici  siyasəti:  Sənədlər  məcmuəsi:  Bakı,  2005.  «QARİSMA» 
MMC, 2009, s.113. (648 s.)
2
 
Geniş  tərkibdə Azərbaycan-Çin  danışıqları.  – Azərbaycanın  xarici  siyasəti:  sənədlər 
məcmuəsi. 2005. I hissə, s.114-115


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə