Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə19/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

70
vəziyyəti rəsmi Pekinin qonşu ölkələrə iqtisadi və siyasi 
baxımdan  nüfuz  etməsinə  və  möhkəmlənməsinə  güclü 
təsir etmişdir. Özünün strateji maraqları naminə ÇXR İra-
nı daim müdafiə edir. Bu isə təkcə regional deyil, həmçi-
nin beynəlxalq siyasətə də təsir edir. Çinin İranı müdafiə 
etməsi  onun  Yaxın  Şərqdə ABŞ  ilə  rəqabətinin  əsas  ele-
mentidir.  Pekin  Birləşmiş  Ştatların  maraqlarının  əksinə 
olaraq,  Tehranla  öz  siyasi  əlaqələrinə  Vaşinqtona  təzyiq 
vasitəsi  və  onun  regionda  mövqelərinin  zəiflədilməsi 
yolu kimi baxır. İranın ABŞ-dan asılı olmayan azsaylı neft 
və  qaz  mənbələrindən  biri  olması  və  Çinlə  əməkdaşlığı 
Pekinin maraqlarına tam uygundur. 
ÇXR-in getdikcə genişlənən xarici siyasət fəaliyyətində 
Türkiyə Respublikası mühüm yerlərdən birini tutur. İki 
ölkə arasında münasibətləri bir sıra iqtisadi və siyasi amil-
lər şərtləndirir. Türkiyənin əlverişli geostrateji mövqeyi, 
həmçinin  müsəlman  və  türk  dünyasındakı  nüfuzu  Çini 
cəlb edir. Şərq və Qərbdə beynəlxalq mövqelərini güclən-
dirməyə  çalışan  Türkiyə  üçün  Çinin  cəlbedici  cəhətləri 
isə onun iqtisadi və siyasi təsir gücüdür. Türk şirkətləri 
Çində işləməyə xüsusi maraq göstərirlər. Lakin iki döv-
lət arasında münasibətlərə mənfi təsir göstərən məqamlar 
da  mövcuddur.  Bu  mənada  Türkiyəni  Çin  uyğurlarının 
siyasi  və  mədəni  hüquqlarının  qorunması  sahəsindəki 
vəziyyət  narahat  edir.  Buna  baxmayaraq,  Türkiyə  Çin 
Xalq Respublikasının ərazi bütövlüyünə hörmətlə yana-
şır.  Ümumiyyətlə,  Ankara  Çin  ərazisində  yaşayan  türk 
və müsəlman xalqlarına Çin ilə münasibətlərdə “körpü” 
kimi  baxır.  Türkiyə  Pekin-Vaşinqton  münasibətlərində 


71
olan rəqabətə müdaxilə etmir, hər iki tərəflə əməkdaşlıq 
edərək uğurla siyasətini yürüdür. 
ÇXR-in  Mərkəzi  Asiya  ilə  əməkdaşlığı  da  xüsusilə 
diqqəti cəlb edir. Mərkəzi Asiyanın Çinin enerji ehtiyac-
ları üçün mühüm mənbə kimi rolu son dövrlərdə xüsusilə 
artır. Bu da bir sıra amillərlə bağlıdır. Hər şeydən əvvəl 
Fars  körfəzi  ölkələrindəki  qeyri-sabit  vəziyyət  Mərkə-
zi Asiya regionunun Çin üçün əhəmiyyətini artırmışdır. 
Məlumdur ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivə-
sində regionda fəal siyasət yürüdür. Çin bu gün Mərkəzi 
Asiyada ŞƏT vasitəsi ilə iqtisadi inteqrasiyanın başlıca tə-
minatçısıdır.
Yeni  şəraitdə  Çinin  Mərkəzi  Asiya  regionunda  olan 
maraqları kifayət qədər aydın və şəffafdır: birincisi, rəs-
mi Pekini daim narahat edən “Şərqi Türküstan” hərəkatı-
nın qarşısının alınması; ikincisi, Mərkəzi Asiyanın Çinin 
əsas dayaq nöqtəsi olmaq şərtilə təhlükəsizliyinin təmin 
edilməsi; üçüncüsü, regionu xarici ticarət sahəsinin ob-
yektinə və ixrac mənbələrindən birinə çevirmək məqsədi 
ilə çoxplanlı iqtisadi münasibətləri inkişaf etdirmək.
1
 
Qeyd etmək lazımdır ki, Çinin Mərkəzi Asiya siyasə-
tində enerji, maliyyə və təhlükəsizlik məsələləri prioritet 
istiqamətlərə  çevrilmişdir.  Belə  ki,  sürətli  iqtisadi  inki-
şafın nəticəsində enerji daşıyıcılarına və digər təbii ehti-
yatlarına ehtiyacın kəskin şəkildə artması rəsmi Pekinin 
Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yeni səviyyəyə 
çıxarmışdır.  2030-cu  ildə  dünyada  ən  iri  enerji  istehlak-
çısı olacağını proqnozlaşdıran Çin hökuməti enerji idxa-
lında qeyri-sabit Yaxın Şərq regionundan asılılığını azalt-
maq  məqsədi  ilə  şaxələndirmə  siyasətini  həyata  keçirir. 

Ağalar Abbasbəyli. Dünya siyasəti. Bakı, “Nurlan”, 2011, səh.550


72
Mərkəzi Asiya ölkələri hazırda dünyanın ikinci ən böyük 
neft istehlakçısı ÇXR üçün prioritet əhəmiyyət daşıyır. Bu 
səbəbdən rəsmi Pekin təbii sərvətlərin çıxarılması və on-
ları  Çinə  nəql  edəcək  infrastrukturun  yaradılması  üçün 
müvafiq sahələrə çoxmilyardlı sərmayələr yatırır.
Mərkəzi  Asiya  regionu  üzərində  geniş  təsir  vasitələ-
rindən  biri  sayılan  maliyyə  sektorunda  Çin  rəqibləri  ilə 
müqayisədə daha aktiv fəaliyyət göstərir. Belə ki, iqtisa-
diyyatı  zəif  olan  Mərkəzi  Asiya  ölkələrinə  milyardlarla 
ABŞ dolları həcmində uzunmüddətli kreditlər verən ÇXR 
Qərb  dövlətləri  və  Rusiyanın  maliyyə  institutlarının  bu 
sahədə  həmin  ölkələrə  təsir  imkanlarını  azaltmaqdadır. 
ÇXR-in  kreditlərini  cəlbedici  edən  əsas  amillərdən  biri 
onların hər hansı siyasi və ya iqtisadi islahat tələbi ilə bir-
gə  gündəmə  gətirilməməsidir.  Belə  ki,  Qərbin  maliyyə 
institutlarından fərqli olaraq Çin hazırda irihəcmli kredit-
lərin verilməsinə dair danışıqlar zamanı ölkədaxili siyasi 
vəziyyət, insan haqları və iqtisadiyyatın liberallaşdırılma-
sı kimi məsələləri müzakirəyə çıxarmır. Bu da Qərb qarşı-
sında Çinin üstünlüyünü saxlayan amillərdən biridir. 
Çinin Mərkəzi Asiya ölkələri ilə əlaqələrində digər pri-
oritet  sahə  regional  təhlükəsizlik  məsələləridir.  1987-ci 
ildə qəbul edilən ÇXR-in 70 illik Strateji İnkişaf Planının 
üçüncü mərhələsi olan ölkənin Qərb Bölgələrinin İnkişaf 
Strategiyasının tamamlanması üçün Sincan-Uyğur Mux-
tar Rayonunda təhlükəsizlik və sabitliyin təmin olunması 
vacibdir. Belə ki, sözügedən bölgədə fəal olan millətçilərin 
Mərkəzi Asiyadakı uyğur diasporu ilə əlaqələrinin qarşı-
sının alınması, dini ekstremizmin Mərkəzi Asiya ölkələ-
rindən Çinin qərb vilayətlərinə yayılmaması üçün rəsmi 


73
Pekin region ölkələri ilə sıx əməkdaşlıq edir. Həmçinin, 
2001-ci  ildən  etibarən  Əfqanıstana  yüklərin  daşınması 
və  koalisiya  qüvvələrinin  təchizatı  ilə  əlaqədar  ABŞ-ın 
Mərkəzi Asiya ölkələri ilə hərbi sahədə əməkdaşlığı ÇXR-
in ciddi narahatlığına səbəb olmuşdur. Bu səbəbdən regi-
onal təhlükəsizlik və sərhəd məsələləri ilə əlaqədar mü-
vafiq  tədbirlərin  görülməsi  məqsədilə  Çin  tərəfi  Şanxay 
Əməkdaşlıq Təşkilatı çərçivəsində Mərkəzi Asiya ölkələri 
ilə əməkdaşlığı təşviq etməklə mövqelərini möhkəmlən-
dirməyə çalışır. 
Qeyd olunan prioritetlər baxımından ÇXR-in Sədri Si 
Cinpinin  2013-cü  il  3-13  sentyabr  tarixlərində  Mərkəzi 
Asiya ölkələrinə dövlət səfəri, həmçinin Bişkekdə keçiril-
miş  Şanxay  Əməkdaşlıq  Təşkilatına  üzv  ölkələrin  13-cü 
Zirvə Toplantısında iştirakı zamanı əldə edilmiş yüksək 
nəticələr xüsusi əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsin-
də  Qazaxıstanla  30  mlrd.  ABŞ  dolları  həcmində,  Özbə-
kistanla  ümumi  dəyəri  15  mlrd.,  Qırğızıstanla  isə  ümu-
mi dəyəri 3 mlrd. ABŞ dolları həcmində bir sıra sənədlər 
imzalanmışdır.  Ümumilikdə  səfər  çərçivəsində  ümumi 
dəyəri təqribən 60 mlrd. ABŞ dolları həcmində əldə olu-
nan razılaşmalarla Çinin regionda daha da artan iqtisadi 
gücünün  gələcəkdə  siyasi  dividendlər  gətirəcəyi  gözlə-
nilir.  Çinin  genişlənməkdə  olan  ticarət-iqtisadi  əlaqələri 
ölkəyə bir sıra siyasi üstünlükləri gətirir. 
Mərkəzi  Asiyada  yerləşən  Türkmənistan  ilə  Çin  ara-
sında münasibətlər diqqəti cəlb edir. Bu münasibətlərin 
bir  sıra  özünəməxsusluqları  vardır.  Çin-Türkmənistan 
münasibətləri  başlıca  olaraq  2009-cu  ilin  dekabr  ayında 
yeni Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin qaz boru 
kəmərinin  açılması  ilə  müəyyən  olunur.  Çinin  bu  ölkə-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə