Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə22/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

81
haqqında sazişlər, kinematoqrafiya, radio verilişləri və te-
leviziya sahəsində əməkdaşlığa dair protokol imzalandı. 
ÇXR Azərbaycana 60 milyon yuan həcmində əmtəə kredi-
ti ayırdı. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişlən-
dirilməsinin vacibliyi vurğulandı. 
Martın 9-da Heydər Əliyev Pekində Beynəlxalq Ticarə-
tin İnkişafına Yardım Komitəsində çıxış etmişdir. Çıxışda 
iki ölkə arasında tarixi əlaqələr, Azərbaycanın coğrafi-si-
yasi mövqeyi, tarixi, problemləri, Ermənistanın təcavüzü 
və müharibənin törətdiyi çətinliklər, eyni zamanda Azər-
baycanın hərtərəfli inkişaf imkanı və perspektivlərindən 
geniş söz açmışdır. Prezident bu səfərin ilk görüş və ta-
nışlıq olduğunu, lakin Azərbaycanın Çin ilə əməkdaşlıq 
arzusunun böyük olduğunu qeyd etmişdir. Dövlət başçısı 
Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsi ilə bir-
başa əlaqənin yarandığını, müvafiq şirkətlərin, firmaların 
rəhbərləri ilə ünsiyyətin qurulduğunu əhəmiyyətli hadisə 
kimi qiymətləndirmişdir.
1
 
İki  ölkə  arasında  qarşılıqlı  münasibətlərdə  yeni  bir 
mərhələnin  başlanğıcını  qoyan  bu  səfərin  böyük  tarixi 
əhəmiyyəti var idi. Heydər Əliyev özü bu böyük səfərin 
nəticələrini Bakıya qayıdarkən Almatıda jurnalistlər qar-
şısında  çıxışı  zamanı  aşağıdakı  kimi  dəyərləndirmişdir: 
“Hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz bö-
yük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında 
heç  vaxt  bu  səviyyədə  əlaqələr  olmamışdır.  Doğrudur, 
tarixən müəyyən əlaqələr, “Böyük İpək yolu” və s. oldu-
ğunu xatırlayırıq. İndi isə dövlətlərarası sıx münasibətlə-
rin yaranması ilk növbədə Azərbaycan Respublikası üçün 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, məktublar
müşahidələr) – Birinci kitab. Bakı, Azərnəşr, 1997, səh. 29


82
böyük  hadisədir”.  (Azərbaycan  Respublikasının  Prezi-
denti  Heydər  Əliyevin  Çin  Xalq  Respublikasına  rəsmi 
səfəri  (7-10  mart  1994-cü  il)  /”Heydər  Əliyev  irsi”  Bey-
nəlxalq  Elektron  Kitabxanası-http://lib.aliyev-heritage.
org/az/32490422.html). 
Azərbaycan  Prezidentinin  ÇXR-ə  səfərinin  tarixi  əhə-
miyyəti  var  idi.  Bu  səfər  iki  ölkə  arasında  münasibətlə-
rin inkişafı üçün təmas nöqtələrinin axtarılaraq müəyyən 
edilməsində  və  əlaqələrin  yeni  əməkdaşlıq  istiqamətinə 
daxil  olmasına  şərait  yaratmaqla  ikitərəfli  münasibətlə-
rin inkişafında yeni mərhələ açır, münasibətlərin gələcək 
perspektivlərinin  müəyyənlən dirilməsinə  imkan  verir-
di. Bununla əlaqədar olaraq Heydər Əliyev deyirdi: «…
Azərbaycanla Çin kimi böyük dövlət arasında yüksək sə-
viyyətdə əlaqələr yaradılmış və münasibətlərimizin daha 
da müvəffəqiyyətlə inkişaf etməsi üçün perspektiv açıl-
mışdır. Biz buna böyük əhəmiyyət veririk, çünki Çin Xalq 
Respublikası dünya iqtisadi sistemində mühüm yer tutur, 
beynəlxalq həyatda və dünya siyasətində böyük nüfuza 
malikdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür»
1

Qeyd  etmək  lazımdır  ki,  Çin  Azərbaycanın  dövlət 
müstəqilliyini  hələ  1991-ci  ildə  tanımasına  baxmayaraq, 
iki dövlət arasında münasibətlər 1994-cü ildə Azərbaycan 
Respublikasının Prezidenti Heydər Əliyevin Çinə rəsmi 
səfərindən sonra formalaşmağa başladı. İlkin mərhələdə 
ticarət münasibətləri toxuculuq və məişət avadanlıqların-
dan ibarət olsa da, sonradan Çin özünün enerji təmina-
tının  diversifikasiyasına  nail  olmaq  üçün  Azərbaycanın 
xam neftinə və təbii qazına maraq göstərirdi. 
1
Heydər Əliyev. Çin Xalq Respublikasına rəsmi səfər zamanı Pekində konfransında 
bəyanat. 8 mart 1994-cü il. – Müstəqilliyimiz əbədidir. I kitab, s.458. 



83
Heydər Əliyevin ÇXR-ə səfərindən sonra münasibətlər 
yeni inkişaf mərhələsinə qədəm qoydu. Qarşılıqlı müna-
sibətlərin maddi təməllərinin və hüquq-müqavilə əsasla-
rının möhkəmləndirilməsi istiqamətində mühüm addım-
lar atıldı. 1994-cü il mayın 14-də Azərbaycan Respublika-
sı hökuməti və Çin Xalq Respublikası hökuməti arasında 
ÇXR-dən Azərbaycan Respublikasına mallar göndərilmə-
si üçün dövlət krediti ayrılması haqqında saziş imzalandı. 
Müstəqilliyin ilk illərində Çinlə mədəni əlaqələrin ye-
nidən qurulmasında rol oynamış bir sıra qarşılıqlı səfərlər 
təşkil  olundu.  1994-cü  ilin  sentyabrında  Ümumçin  Xalq 
Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti-
nin dəvəti ilə “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr 
Mərkəzinin prezidenti Nəbi Xəzri başda olmaqla ziyalı-
lardan  ibarət  bir  qrup  ÇXR-də  səfərdə  olmuş,  qarşılıqlı 
surətdə mədəniyyət ongünlüklərinin keçirilməsi, müba-
dilə səfərlərinin təşkili haqqında razılıq əldə edilmişdir. 
Eyni zamanda, görüşdə Çinin Dalyan şəhəri ilə Bakı şəhər-
lərinin qardaşlaşması barədə təklif də irəli sürülmüşdür. 
Görüş zamanı qaldırılmış məsələlər öz həllini 1995-ci ildə 
Çin nümayəndə heyətinin Bakıya səfərində tapmışdır.
1
Əməkdaşlıqda növbəti addım 1997-ci il avqustun 30-da 
Ümumçin Xalq Nümayəndələri Məclisi sədrinin müavi-
ni Van Binsyanın rəhbərlik etdiyi nümayəndə heyətinin 
Azərbaycana  səfəri  olmuşdur.  Danışıqlarda  əsasən  iki 
ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi 
məsələləri müzakirə edildi. Hər iki tərəf iqtisadi əlaqələ-
rin genişləndirilməsində maraqlı idi. Bu niyyət 1998-ci il 
iyunun 18-də Bakıda Azərbaycan Respublikası hökuməti 

Manafova M. Azərbaycanın Şərqi Asiya ilə mədəni əlaqələri, Bakı: Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universiteti, 2008, s. 36


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə