Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə24/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

87
Rəsmi danışıqlar prosesində Çin tərəfi Azərbaycana 15 
milyon  yuan  məbləğində  birdəfəlik  təmənnasız  yardım 
edəcəyini bildirmişdir.
1
 Danışıqlardan sonra iki ölkə ara-
sında sənədlər imzalanmış, qarşılıqlı münasibətləri yeni 
səviyyəyə çıxarmaq üçün addımlar atılmışdır. Səfər çərçi-
vəsində Azərbaycan-Çin biznes forumu da keçirilmiş, sa-
hibkarlığın inkişafına hesablanmış tədbirlər keçirilmişdir. 
Səfəri ÇXR Sədri Hu Tszintao iki ölkə arasında münasi-
bətlərin tarixində mühüm hadisə kimi qiymətləndirmiş-
dir. Çin Xalq Respublikasının rəhbəri Azərbaycanın Cə-
nubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən 
razı qaldığını bəyan etmişdir. Azərbaycan Respublikası-
nın Prezidenti İlham Əliyev də öz növbəsində Çin işgüzar 
dairələrinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələ-
rinə  sərmayə  qoymasına  kömək  göstərəcəyini  razılıqla 
qarşıladığını ifadə etmişdir. Bu səfərdən sonra qarşılıqlı 
münasibətlərdə yeni və geniş səhifələr açılmışdır.
2
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
2008-ci il avqustun 8-də XXIX Pekin Yay Olimpiya Oyun-
larının  təntənəli  açılış  mərasimində  iştirak  etmək  üçün 
ÇXR-ə səfər etmişdir. Avqust ayının 10-da Pekində «Chi-
na World Hotel»də XXIX Yay Olimpiya Oyunları çərçivə-
sində «Azərbaycan günü» keçirilmiş və Prezident İlham 
Əliyev mərasimdə çıxış etmişdir (http://www.president.
az/).  Prezident  Azərbaycan  Respublikasının  müstəqil 
dövlət kimi artıq dördüncü dəfədir ki, Olimpiya oyunla-
rında iştirak etdiyini qeyd etmiş və bu oyunların qlobal 
1
 
Geniş tərkibdə Azərbaycan-Çin danışıqları. – Azərbaycanın xarici siyasəti: sənədlər 
məcmuəsi. 2005. I hissə, s.114-115
2
 Turan A. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri nəticəsində 
iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. “Azərbaycan” qəzeti, 2014-
cü il, 24 may, №168


88
miqyasda əhəmiyyətindən, Azərbaycanda idmanın inki-
şafına göstərilən diqqətdən söz açmış və idmançılarımı-
za uğurlar arzulamışdır.
1
 Bu səfər Azərbaycanın dünya-
da qlobal əhəmiyyətli proseslərə qoşulmasını, ölkəmizin 
beynəlqalq  aləmə  geniş  inteqrasiya  etdiyini  göstərir  və 
dövlətlərarası əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət 
kəsb edirdi. 
Artıq  qeyd  edildiyi  kimi,  beynəlxalq  təşkilatlarda  da 
Azərbaycan  və  Çin  bir-birini  dəstəkləyir,  qarşılıqlı  ma-
raqlara hörmətlə yanaşır, mövqelər qarşılıqlı şəkildə mü-
dafiə olunur. Çinin Azərbaycana dəstək verdiyi mühüm 
məqamlardan  biri  də  Azərbaycanın  BMT  Təhlükəsizlik 
Şurasına qeyri-daimi üzv seçilməsi olmuşdur.
Çin  Xalq  Respublikası  Azərbaycan  Respublikasının 
müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hör-
mət  edir  və  dünya  ictimaiyyəti  ilə  birlikdə  Ermənis-
tan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh 
yolu ilə həll edilməsinə tərəfdardır, həmçinin BMT Təh-
lükəsizlik Şurasının müna qişəyə dair qəbul etdiyi müva-
fiq  qətnamələrin  həll  edilməsini  dəstəkləyir.  Öz  növbə-
sində Azərbaycan Respublikasının hökuməti də ÇXR-in 
vahid  Çin  siyasətinə  hörmət  bəsləyir  və  Tayvanı  Çinin 
tərkib hissəsi kimi qəbul edir. Azərbaycan Respublikası 
Tayvan adlı dövlət tanımır, onunla heç bir diplomatik və 
ya digər münasibətləri yoxdur. Tayvanın beynəlxalq təş-
kilatlara üzvlüklə bağlı qaldırdığı məsələlərdə Azərbay-
can Respublikası yalnız vahid Çin prinsipindən çıxış edir 
və ancaq ÇXR-i təmsil edən qurumları tanıyır. 
1
 
Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir. 
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. “Azərbaycan” qəzeti, 
2008, 12 avqust.


89
Belə  mövqe  iki  ölkənin  daha  səmərəli  əməkdaşlıq  et-
məsinə müsbət təsir edir. Ona görə də ölkələr beynəlxalq 
və  regional  təşkilatlar  çərçivəsində  bir-birilərinə  dəstək 
verirlər. Bu baxımdan Prezident İlham Əliyevin Asiyada 
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə-
nin IV Zirvə Toplantısında iştirak etmək üçün 2014-cü il 
may ayının 19-da Çin Xalq Respublikasına növbəti işgü-
zar səfəri yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin 
münasibətlərinin tarixində mühüm hadisəyə çevrilmişdir.
Səfər  zamanı  ÇXR  Sədri  Si  Cinpin  ilə  görüşən  Prezi-
dent İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad 
Tədbirləri  üzrə  Müşavirənin  artıq  sülhün,  sabitliyin  və 
əməkdaşlığın  təşviq  olunması  sahəsində  nüfuzlu  bey-
nəlxalq  foruma  çevrildiyini  və  bu  müşavirədə  sədrliyin 
Çin  tərəfinə  keçməsinin Asiyada  sülh  və  təhlükəsizliyin 
daha da möhkəmlənməsinə səbəb olacağını bildirmişdir. 
Prezident Azərbaycanın da terrorizmin qurbanı olduğu-
nu qeyd edərək, erməni terrorunun Azərbaycan üçün ağır 
nəticələrindən danışmışdır.
1
 
Ümumiyyətlə, bütün xarici səfərlərdə, beynəlxalq təş-
kilatlardakı  çıxışlarında  və  ölkəmizdə  keçirilən  yüksək 
səviyyəli görüşlərdə, o cümlədən də Çin Xalq Respubli-
kasında olduğu bütün səfərləri zamanı Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin çıxışının mühüm 
bir  hissəsini  Ermənistanın  ölkəmizə  təcavüzü,  erməni 
terroru, xalqımıza qarşı törədilən vəhşiliklər, Xocalıdakı 
soyqırımı haqqında bəyanat təşkil edir. Bu isə Azərbay-
can  həqiqətlərinin  dünyaya  çatdırılması  üçün  ən  əsas 
vasitələrdən biri idi. O cümlədən, 40-dan artıq dövlət və 
1
Turan A. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri nəticəsində 
iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu”. “Xalq qəzeti”, № 108, 2014, 
24 may 



Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə