Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə21/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

77
yer tutur. İki ölkə arasında münasibətləri bir sıra amillər 
şərtləndirir. Hər şeydən əvvəl, Azərbaycan-Çin əlaqələri-
nin qədim tarixi kökləri vardır. Azərbaycan qədim İpək 
Yolunun üzərində yerləşdiyinə görə ən qədim dövrlərdən 
Şərqi Asiya, o cümlədən Çin ilə ticarət-iqtisadi və eyni za-
manda mədəni sahədə əlaqələri mövcud olmuşdur. Ümu-
miyyətlə, Azərbaycanın coğrafi mövqeyi onun Avropa və 
Asiya ölkələri ilə əlaqələrinin yaranması və genişləndiril-
məsinə imkan vermişdir. Azərbaycanın əlverişli strateji və 
coğrafi mövqeyi ilə bağlı Ümummilli lider Heydər Əliyev 
demişdir: “Azərbaycan Asiya ilə Avropanı birləşdirən bir 
növ körpü, o cümlədən ticarət körpüsü olmuşdur... Tarix 
və coğrafiya Azərbaycanla Çin arasında əlaqələrin daha 
da inkişaf etdirilməsi üçün çox əlverişli şərait yaratmış-
dır”.
1
 ÇXR BMT təhlükəsizlik Şurasının daimi üzvü kimi 
dünya siyasətində xüsusi yeri və mövqeyi olan bir dövlət-
dir. Bu rolu Azərbaycan ilə münasibətlərə təsir edən amil-
lərdən biridir. 
Sonrakı dövrlərdə də bu əlaqələr davam etmiş və daha 
da  genişlənmişdir.  Qeyd  etmək  lazımdır  ki, Azərbayca-
nın Çinlə qədim tarixə əsaslanan münasibətləri ənənəvi 
ticarət əlaqələri ilə bitmir. İki ölkə arasında siyasi və mə-
dəni əlaqələrin də tarixi zəngindir. Qaynaqlar qədim və 
orta  əsrlər  dövründə Azərbaycan  və  Çin  dövlətləri  ara-
sında siyasi əlaqələr, diplomatik missiyalar mübadiləsi ilə 
bağlı faktlarla zəngindir. Bu iki ölkə arasında ticarət, iq-
tisadi əlaqələrlə yanaşı mədəni təsirin mövcudluğunu da 
sübut edən mənbələr çoxdur. Azərbaycan incəsənəti, ədə-
biyyatı  Çin  ilə  mədəni  əlaqələrin  mövcudluğunu  sübut 
1
  Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir  (çıxışlar,  nitqlər,  bəyanatlar,  məktublar, 
müsahibələr). Birinci kitab. Bakı: Azərnəşr, 1997, s.290 


78
edən nümunələrlə zəngindir. Bundan əlavə, Azərbaycan 
ərazisində mövcud olmuş dövlətlər ilə Çin arasında elm, 
o cümlədən tibb sahəsində əlaqələrə dair çoxsaylı faktlar 
da mövcuddur. 
Tarixi  İpək  Yolunun  bərpası  ilə  daha  da  aktivləşən 
əlaqələr həmin tarixin davamıdır. Bir sözlə, Azərbaycan 
və Çin arasında bu tarixi bağlılıq, aradan min illərin keç-
məsinə baxmayaraq, öz əhəmiyyətini itirməmiş, daha da 
genişlənmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa 
etməsindən sonra Çin ilə əməkdaşlığın inkişaf etdirilməsi 
imkanları daha da artmışdır. Hələ sovet hakimiyyəti döv-
ründə də Çin ilə Azərbaycanın əlaqələri Mərkəzin nəzarəti 
altında var idi. Bu sahədə əsas problem, artıq qeyd edildi-
yi kimi, bütün bu əlaqələrin “mərkəzdən”, yəni Moskva-
dan idarə olunması idi. Müstəqilliyin bərpa edilməsindən 
sonra bu maneə aradan qalxdı. 
Məlum olduğu kimi, Çin Xalq Respublikası Azərbay-
canın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Belə 
ki, ÇXR Azərbaycan Respublikasının dövlət müstəqilliyi-
ni 1991-ci il dekabrın 27-də tanımışdır. İki ölkə arasında 
diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulmuşdur. 
Həmin ilin avqust ayında Çin Xalq Respublikasının Bakı-
da səfirliyi açılmışdır. 1993-cü ildə isə Azərbaycanın bu 
ölkədəki  səfirliyinin  açılması  bütün  istiqamətlərdə  qar-
şılıqlı əlaqələrin güclənməsinə təkan vermişdir. Ulu ön-
dər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə 
Azərbaycan  Respublikasının  dünya  siyasətində  fəallaş-
ması sayəsində Çin ilə münasibətlərdə də yeni, yüksəliş 
mərhələsi başlanmışdır. 


79
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əli-
yevin 1994-cü ilin mart ayında Çin Xalq Respublikasına 
səfərinin iki ölkə arasında bütün sahələrdə tərəfdaşlığın 
genişlənməsində misilsiz rolu olmuşdur.
1
 
İki ölkə arasında siyasi münasibətlərin əsasını ölkələ-
rin  ərazi  bütövlüyünün  və  suverenliyinin  tanınması  və 
müdafiə olunması təşkil etmişdir.
2
 Məlum olduğu kimi, 
1949-cu  ildən  etibarən  Çində  Tayvan  problemi  mövcud 
idi. Tayvan artıq 25 dövlətlə diplomatik əlaqələr qurmuş-
du. Çində Tayvanın iddiaları, Ermənistanın isə Azərbay-
cana  qarşı  təcavüzü Azərbaycan  Respublikası  ilə  ÇXR-i 
yaxınlaşdırırdı. Bu baxımdan Çin və Azərbaycan strateji 
tərəfdaşlara çevrilirdilər. Çinin digər regionlarında da se-
paratçılıq hərəkətləri mövcud idi. 
Danışıqlarda  görkəmli  dövlət  xadimi  Heydər  Əliyev 
Ermənistanın  təcavüzü  və  bu  təcavüzün  ağır  nəticələri 
barədə geniş bəhs etmişdir. Çin tərəfinin Azərbaycan Res-
publikasının ərazi bütövlüyünü tanıdığını və münaqişə-
nin sülh yolu ilə tezliklə həllinə tərəfdar olduğunu bəyan 
etməsi səfərin ən böyük nəticəsi hesab edilməlidir.
3
Heydər  Əliyevin  1994-cü  il  mart  ayının  7-10-da  Çinə 
səfəri zamanı Pekində təşkil olunan mətbuat konfransın-
da verdiyi bəyanat iki ölkə arasında əlaqələrin hərtərəfli 
və müvəffəqiy yətlə inkişaf edəcəyini göstərirdi. Belə ki, 
Prezident  səfərin  ikinci  günü  verdiyi  bəyanatda  bildir-
mişdi: “Çin Xalq Respublikasının müstəqil inkişaf yoluna 
qədəm qoymuş ölkələrin müqəddəratı ilə bağlı mövqeyi 
1
 Qasımov (Qasımlı) M.Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991-1995-ci 
illər) Bakı, Gənclik, 1996, s.80 (140 s.)
2
 Seyidov E. Azərbaycan-Çin münasibətləri. Bakı, 2007, s.15
3
 
Çin-Azərbaycan: Dostluq sərhədləri aşır. Bakı, 2000, s.5


80
məsələsində, döv lətlərin ərazi bütövlüyü, sərhədlərin po-
zulmazlığı, suverenlik, istiqlaliyyət məsələlərində mövqe 
və baxışlarımızın tamamilə uyğun gəldiyini aşkara çıxar-
dıq”.
1
 Səfərin yekunlarının mühüm nəticələrinin təhlili ilə 
əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin bəyanatları dünya ictimaiyyətinin də böyük ma-
rağına  səbəb  olmuşdur.  İmzalanmış  sənədlər  haqqında 
verilmiş  ilkin  şərhlər Azərbaycan-Çin  əlaqələrində  yeni 
mərhələnin  başlanmasını  göstərirdi:  “Biz  Çin  Xalq  Res-
publikasının Sədri və mən ölkələrimiz arasında əməkdaş-
lığın  prinsipləri  haqqında  bəyannamə  imzaladıq.  Döv-
lətlərarası  əlaqələrə  dair  daha  yeddi  sənəd  imzalandı. 
Bu sənədlər Çin ilə Azərbaycan arasında münasibətlərin 
gələcək inkişafını müəyyənləşdirir”.
2
 
Bundan əlavə, mətbuat  konfransında Prezident Azər-
baycanın  başlıca  problemi  olan  Ermənistanın  təcavüzü 
nəticəsində  yaradılmış  Dağlıq  Qarabağ  münaqişəsinin 
həllində Çin Xalq Respublikasının BMT Təhlükəsizlik Şu-
rası çərçivəsində çox prinsipial və ədalətli mövqe tutdu-
ğunu da qeyd etmişdir. 
Səfər  zamanı  Heydər  Əliyev  ÇXR  Sədri  Tszyan  Tsze-
min, Baş Nazir Li Pen ilə rəsmi görüşlər keçirmiş, əlaqələ-
ri daha da möhkəmləndirmişdir.
Çin Xalq Respublikasına Azərbaycan Pespublikası Pre-
zidentinin  səfəri  çərçivəsində  olkələr  arasında  ikitərəfli 
əməkdaşlığa dair 10 mühüm sənəd – dostluq münasibətlə-
rinin əsasları haqqında birgə bəyanat, turizm, sərmayələ-
rin təşviqi və qarşılıqlı qorunması, elmi-texniki, mədəni, 
hava əlaqəsi, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq 
1
 Göstərilən mənbə.
2
 
Çin-Azərbaycan: Dostluq sərhədləri aşır. Bakı, 2000, s.5


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə