Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə17/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

63
bağlı münaqişənin gərginləşməsi nəticəsində iki ölkə arasın-
da ticarət dövriyyəsinin həcmi sonrakı illərdə azalmışdır. İki 
ölkə arasında siyasi münasibətlərin səviyyəsi daim işgüzar 
əməkdaşlığa müvafiq təsirini göstərmişdir. 
Qeyd etmək lazımdır ki, Yaponiyanın Senkaku, Çinin 
isə Diaoyu Dao adlandırdığı adalar Şərqi Çin dənizində 
yerləşir. Arxipelaqın  ümumi  sahəsi  7  kv.  km  təşkil  edir.
Yaşayış olmayan 5 adadan və 3 qayadan ibarətdir. Tarixi 
baxımdan  adalar  Çin,  Yaponiya  və ABŞ-ın  nəzarəti  altın-
da olmuşdur. Adalar üzərində inzibati nəzarət 1972-ci ildə 
ABŞ tərəfindən Yaponiyaya təhvil verilmişdir. Bu addımı 
ÇXR qanunsuz hesab edir. 
Qeyd etmək lazımdır ki, 1969-cu ildə BMT-nin Asiya və 
Uzaq Şərq üzrə iqtisadi komissiyası adalarda neft və qaz 
ehtiyatlarının mövcud olduğunu ehtimal etmişdir. Yapo-
niya 1999-cu ildə transmilli şirkətlərlə birgə (ÇXR-in iştirakı 
olmadan) adaların yaxınlığında təxminən 200 milyard ku-
bmetr həcmində təbii qaz ehtiyatlarının tapıldığını bəyan 
etmişdir. Bu isə iki ölkə arasında münasibətləri gərginləş-
dirmişdir.
ÇXR  hesab  edir  ki,  Yaponiya  həmin  adaları qanunsuz 
tutmuşdur.  Yaponiya  vaxtilə  Qahirə  Bəyannaməsi  (1943) 
və Potsdam Bəyannaməsi (1945) əsasında Tayvan üzərində 
hüquqlarından imtina etdiyi kimi, sözügedən adaları da 
qaytarmalıdır. Bununla əlaqədar ÇXR 1992-ci ildə “ÇXR-
in dəniz və ona yaxın əraziləri”, 2012-ci ildə isə “ÇXR-in 
sahilyanı  adalarının  qorunması”  kimi  qanunları  qəbul 
etmiş  və  bu  qanunlarda  sözügedən  adaların  ÇXR-ə  aid 
olduğunu bəyan etmişdir. Buna baxmayaraq rəsmi Pekin 
Yaponiya ilə hər hansı bir qarşıdurmadan qaçınır. Belə ki, 


64
hazırda Çin  Şərqi Asiyanın  iqtisadi  gücü  olan  Yaponiya 
ilə tarixi düşmənçiliyi müvəqqəti də olsa “unudaraq”, bu 
ölkə ilə əməkdaşlığı genişləndirməyə çalışır. Hətta ABŞ-
ın Asiyada əsas müttəfiqi olan Yaponiya Çindən Amerika-
dan idxal etdiyindən daha çox məhsul idxal edir (Уткин 
A.  Подъем  и  падение  Запада.  M.: AСT  изд-во,,  2008, 
761 str., s.528). Əlbəttə, bu siyasət hər iki ölkəyə fayda ve-
rir. Çünki Çinin öz tarixi rəqibi olan Yaponiya ilə müna-
sibətlərinin  gərginləşdirməsi ABŞ-ın  xeyrinə  olardı.  Çin 
ilə hərbi gərginlik Yaponiyaya da sərfəli deyildir. Hərbi 
gərginlik ölkədə sosial-iqtisadi, siyasi şəraitə mənfi təsir 
edər, inkişafa mane olar. 
Şərqi Asiyanın daha bir münaqişəli bölgəsi olan Koreya 
yarımadası da Çinin diqqət mərkəzindədir. Çin əslində 
yarımadada  status-kvonun  saxlanmasında  maraqlıdır. 
Başqa  sözlə,  Koreyanın  birləşməsi  Çinə  sərfəli  deyildir. 
Çünki  Koreya  birləşərsə,  Amerika  və  Yaponiyanın  tə-
sir dairəsinə düşə bilər. Bu isə Pekinin siyasi məqsədləri 
üçün güclü zərbə ola bilər.
1
 Ona görə də Çin bölünmüş bu 
iki ölkə arasında ziddiyyətlərdən məharətlə istifadə edir. 
Öz növbələrində həm Koreya Respublikası, həm də Ko-
reya Xalq Demokratik Respublikası Çinin regionda ma-
raqlarını nəzərə alırlar. Rəsmi Seulun əsas marağı Çinin 
KXDR-ə göstərdiyi təsirdir. Çinin KXDR-ə təzyiq göstər-
məklə ondan müəyyən güzəştlər əldə edə bilməsi bu gün 
Seulda reallıq kimi qəbul edilir. Hazırda Çin və Koreya 
Respublikası arasında münasibətlər əsasən iqtisadi xarak-
ter daşıyır və Koreya sərmayəsinin yatırıldığı ölkə kimi 
Çin ABŞ-dan sonra ikinci yeri tutur. Bu ölkə bazarları uğ-
runda gərgin ÇXR-ABŞ rəqabəti vardır. 
1
  Василенко И.А. Геополитика современного мира. Москва: 2002, с.275.


65
Koreya  Xalq  Demokratik  Respublikası  isə  dünya  ilə 
əlaqələrin qurulması üçün Çini mühüm vasitə hesab edir. 
Çin  Xalq  Respublikası  KXDR-in  nüvə  proqramları  ilə 
mövqeyini  dəfələrlə  bəyan  edərək  bildirmişdir  ki,  ÇXR 
Koreya yarımadasının nüvə silahından azad zona statusu 
əldə etməsinə tərəfdar durmaqla bunu zəruri hesab edir. 
Bu təklifi ilə Çin həm də regionda digər dövlətlərin hərbi 
mövcudluğuna qarşı çıxır. 
Çinin Asiya ölkələri ilə münasibətlərində ərəb ölkələri 
xüsusi yer tutur. Bu ölkələr ilə münasibətlərində iqtisa-
diyyat başlıca amildir. Bu ölkənin xarici siyasətində Ərəb 
Şərqinə  maraq  ötən  əsrin  ortalarından  başlamışdır  və 
onun ərəb dövlətlərinə marağının əsasında enerji ehtiyat-
larına tələbat durur.
Yarandığı ilk illərdən Çin Xalq Respublikası ərəb ölkələ-
ri ilə münasibətlər qursa da, 1993-cü ilə qədər Çinə Ərəb 
Şərqindən enerji ehtiyatları axını çox deyildi. ÇXR yalnız 
Oman  və  Yəməndən  neft  idxal  edirdi.  1993-cü  ildən  eti-
barən  vəziyyət  dəyişdi.  Həmin  ildən  tədricən  ÇXR  neft 
idxalçıları  qrupuna  qoşulduqdan  sonra  isə  artıq  1996-
cı ildə bu ölkənin idxal etdiyi neftin yarıdan çoxu Yaxın 
Şərqin payına düşürdü. Çin artıq 90-cı illərdə Ərəb Döv-
lətləri Liqasının bütün üzvləri ilə əməkdaşlıq münasibətlə-
ri qurmuşdu. Bu isə Çinin ticarət-iqtisadi əməkdaşlığının 
genişlənməsinə və icracının artmasına gətirib çıxarmışdır. 
XXI əsrin əvvəllərindən etibarən dünyada baş verən də-
yişikliklərlə  əlaqədar  olaraq  Çin-ərəb  münasibətlərində 
də yeni mərhələ başlanmışdır. Ərəb ölkələri həm coğrafi, 
həm də Çinin sürətlə artan enerji ehtiyatlarının ödənilmə-
si üçün mühüm mənbə olması baxımından Çinin diqqət 


66
mərkəzindədir. Çin həmin ölkələrdən əsasən enerji ehti-
yatları, xüsusən neft idxal edir.
Münaqişələrdən qaçan Çin sabitliyi sosial-iqtisadi inki-
şafın başlıca amillərindən biri hesab edir, demokratiyanı 
arxa planda görür. Rusiyalı tarixçi A.Utkin yazır: “Çin sa-
bitliyi demokratiyadan daha vacib hesab edir və özünün 
etibarlı  həmkar  olduğunu  nümayiş  etdirir”.
1
  Bu  baxım-
dan siyasi sabitlik və etibarlı istehlakçıya ehtiyac duyan 
Fars körfəzi ölkələrinin də Çinə meyli artmaqdadır. Sabit-
sizlikdən heç bir fayda götürməyəcəklərini bilən Körfəz 
ölkələri buna görə də Çinin mövqelərini müdafiə edirlər. 
Bu baxımdan İordaniyanın mövqeyi diqqəti cəlb edir. 
İor da ni ya  şahzadəsi  Əl-Həsən  bin  Təlal  2000-ci  ildə  Pe-
kində ke çiri lən “Qloballaşma və mədəniyyət. Çin və ərəb 
dünyası” möv zu sun da beynəlxalq konfrans zamanı ver-
diyi  bəyanatda  Çin  ilə  sıx  əməkdaşlığın  ərəb  dünyası-
na  böyük  fayda  gəti rə cə yini  və  ərəb  ölkələrinin  bir  çox 
sahələrdə, o  cümlədən azad iqtisadi  zo nalar  yaradılma-
sı  istiqamətində  Çinin  təcrübəsindən  çox  şey  öyrənməli 
olduğunu  bildirmişdi  (Address  by  His  Ro yal  High ness 
Prince El Hassan bin Talal of The Hashimite Kingdom of 
Jordan,  June,  2000,  Bejjing,  7pp.,  s.2-  http://www.  chan-
nelingreality.  com/Environment/ClubofRome_China_Sa-
udis.pdf).
Məlum  olduğu  kimi,  dünya  ölkələri  arasında  iqtisadi 
inkişaf  modelləri  seçimi  sahəsində  “Pekin  konsensusu” 
ifadəsi  məşhurdur.  Qeyd  etmək  lazımdır  ki,  bu  model 
ərəb  ölkələri  üçün  daha  cəlbedici  görünür.  “Pekin  kon-
sensusu”  “Vaşinqton  konsensusu”na  alternativ  olaraq 
1 
Уткин А. Подъем и падение Запада. Москва: «Астрель», 2008, 761с.


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə