Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə14/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

52
yaya açılma və geniş iqtisadi əməkdaşlıq siyasətinə keçi-
dinin əsası XX əsrin səksəninci illərində qoyulmuşdur. Bir 
neçə illik hazırlıq işlərindən və başlanğıc tədbirlərindən 
sonra keçən yüzilliyin doxsanıncı illərinin əvvəllərindən 
etibarən  ölkədə  geniş  miqyaslı  iqtisadi  dirçəliş  müşahi-
də olunmağa başlamışdır. Proses tədricən sürətlənmiş və 
Çin Xalq Respublikası dünyanın qüdrətli dövlətlərindən 
birinə  çevrilmişdir.  Beləliklə,  Çin  Xalq  Respublikasının 
daxili və xarici siyasətində baş verən dəyişikliklər bu ölkə-
nin  beynəlxalq  münasibətlərin  bütün  subyektləri  kimi, 
Asiya dövlətləri ilə münasibətlərinə də təsirini göstərmiş-
dir. Ötən müddət ərzində Çin Xalq Respublikası özünün 
Asiya qonşuları ilə mehriban qonşuluq və dostluq müna-
sibətləri qurmağa çalışmış, iqtisadi inkişafa geniş imkan-
lar yaratmaq və maneələrin yaranmasına yol verməmək 
üçün mübahisələrin sülh yolu ilə həlli məqsədini qarşıya 
qoymuşdur. Sürətli iqtisadi inkişafı və dünya siyasətində 
nüfuzu ÇXR-in Asiya ölkələri ilə münasibətlərinin aid ol-
duğu region çərçivəsindən çıxaraq genişlənməsinə səbəb 
olmuşdur. Lakin fəal xarici siyasəti Çin ilə dünyanın di-
gər aparıcı dövlətləri arasında müxtəlif regionlarda nüfuz 
dairələri uğrunda rəqabətə səbəb olmuşdur. Bu mənada 
ÇXR-in əsas rəqibi öz mövqelərini təkcə qlobal deyil, re-
gional miqyasda da itirmək istəməyən Amerika Birləşmiş 
Ştatlarıdır. ABŞ bütün mümkün dinc yollarla Çinin yük-
səlişinin qarşısını almağa çalışır. 
Hazırda  bu  iki  dövlətin  maraqlarının  toqquşduğu, 
Çinin özünün də aid olduğu Şərqi Asiya regionu, xüsu-
silə də onun cənub hissəsi diqqət mərkəzindədir. Çünki 


53
Şərqi Asiyadakı  başlıca  inteqrasiya  prosesləri  məhz  Cə-
nub-Şərqi Asiya regionunda gedir. 
Materik hissə və adalardan ibarət olan bu region əlve-
rişli coğrafi-strateji mövqeyi, quru və su nəqliyyat yolları-
nın əlverişliliyi baxımından misilsiz əhəmiyyətə malikdir. 
Son zamanlar Cənub-Şərqi Asiya regionunda “Çin ami-
li”nin hegemonluq qazanmasının daxili səbəbləri “böyük 
qonşu”nun tarixən həmin regionda iqtisadi və mədəni tə-
siri, eyni zamanda, hərbi-siyasi baxımdan rəqibi olmayan 
böyük dövlət olmasıdır.
1
 
Qeyd  etmək  lazımdır  ki,  bu  regionun  dövlətləri  ara-
sında  inteqrasiya  prosesləri ASEAN  (Cənub-Şərqi Asiya 
Xalqları Assosiasiyası) çərçivəsində başlanmışdır. Bu təş-
kilat 1967-ci ildə yaranmış və ilk olaraq tərkibinə regionun 
5  dövləti  -  İndoneziya,  Malayziya,  Sinqapur,  Tailand  və 
Filippin daxil olmuş, tədricən üzvlərin sayı artaraq bütün 
regionu  əhatə  etmişdir.  Müxtəlif  regional  problemlər,  o 
cümlədən 1997-1998-ci illərin Asiya iqtisadi böhranı bu as-
sosiasiyanın bütövlükdə Şərqi Asiya, həmçinin regionun 
şimal-şərq hissəsi ilə əməkdaşlığının genişlənməsinə sə-
bəb olmuşdur. Əməkdaşlığın güclənməsi ASEAN-ın həm 
təsir coğrafiyasını genişləndirmiş, həm də dünya siyasə-
tində başlıca yerlərdən birini tutmağa kömək etmişdir. 
Hazırda  bu  təşkilatla  ÇXR-in  əlaqələri  yüksək  səviy-
yədədir. ASEAN-ÇXR azad ticarət zonasının yaradılması 
həmin əməkdaşlığın zirvəsini təşkil edir. Bu ticarət zonası 
tərkibinə daxil olan ölkələrin əhalisinin sayına görə dün-
yada ən böyük, ümumi daxili məhsulunun həcminə görə 
isə üçüncü ən böyük zonadır.

R.İsmayıl, N.Axundova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (1945-2000-ci illər), 
I kitab, Bakı: Çaşıoğlu, 2001, 399s., s.155


54
Ümumiyyətlə,  ÇXR-in  ASEAN  ölkələri  ilə  ilk  rəsmi 
əlaqələrinin  qurulması  XX  əsrin  90-cı  illərin  əvvəllərinə 
təsadüf edir. Ticarət-iqtisadi əlaqələrini genişləndirən Çin 
tezliklə ASEAN çərçivəsində müxtəlif qurumlarda fəal iş-
tirak etməyə başladı. 1994-cü ildə Çin bu assosiasiya ilə 
təhlükəsizlik məsələləri üzrə dialoqa - Asiya Regional Fo-
rumu  çərçivəsində  əlaqələrə,  1997-ci  ildə  isə  ASEAN+1 
(ÇXR) formatında ikitərəfli və ASEAN+3 (ÇXR, Yaponiya, 
Cənubi Koreya) formatında çoxtərəfli əməkdaşlığa başla-
mışdır.
 1
 
Çin-ASEAN azad ticarət zonasının yaradılması ideyası 
2002-ci ildə irəli sürülmüş, 2004-cü ildə tərəflər ticarətin 
liberallaşdırılması haqqında saziş imzalamış, 2007-ci ilin 
əvvəllərində  isə  xidmətlər  üzrə  ticarətin  liberallaşdırıl-
ması haqqında razılıq əldə olunmuşdur (Целищев И.С. 
Восточная  Aзия:  новая  война  роста  и  структурная 
трансформация.  Moskva:  İMGMO  RAN,  2012,  118  s., 
s.103).  Nəhayət,  2010-cu  ildə  rəsmi  olaraq  Çin-ASEAN 
azad ticarət zonası yaradılmışdır. Bu hadisə Asiyada və 
bütün  dünyada  əməkdaşlıq  üçün  əhəmiyyət  kəsb  edir. 
Bundan əlavə, Çin-ASEAN azad ticarət zonasının yaradıl-
ması region dövlətlərinin maliyyə böhranı əleyhinə mü-
barizə imkanlarını da artırır. Həmin zonanın yaradılması 
həm də ABŞ-ın regiondakı maraqlarına böyük zərbədir. 
Ona görə də Birləşmiş Ştatlar bütün maliyyə-iqtisadi və 
diplomatik-siyasi vasitələrlə buna mane olmağa çalışır.
Həmin  səylərin  məqsədini  bilən  Çin ASEAN  çərçivə-
sində  təkcə  iqtisadi  deyil,  siyasi,  təhlükəsizlik,  mədəni 
1
 
Лексотюна А.В.СШA-KНР: соперничество в Юго-Восточной Азии обостяется, 
Азия и Африка сегодня. 2012. №3, с.2-9, с.3
 


55
sahələrdə də sıx əlaqələr saxlayır. ASEAN-ın Təhlükəsiz-
lik üzrə Regional Forumu regionda sülh və təhlükəsizli-
yin təminatı ilə bağlı bütün məsələləri əhatə edən siyasi 
qurumdur. 
Artıq qeyd edildiyi kimi, Çin ilə Şərqi və Cənub-Şərqi 
Asiya  ölkələri  arasında  təşkilatlar  səviyyəsində  əmək-
daşlığın inkişafına və Çinin sülhün qorunmasını əsas tu-
tan  xarici  siyasətinə  baxmayaraq,  mübahisəli,  öz  həllini 
tapmamış çoxlu problemlər də qalır. Odur ki, bütövlük-
də Asiya-Sakit  okean  regionunun  bütün  iqtisadiyyatları 
üçün inteqrasiya sahəsi haqqında razılıq əldə edilməmiş-
dir.  Çünki  Asiya  regionunda  Çinin  yeni  mövqeyi  qon-
şuları tərəfindən birmənalı qarşılanmır. Bu səbəbdən də 
ASEAN-Yaponiya  və  ASEAN-Cənubi  Koreya  xətti  üzrə 
sazişlərin  imzalanması  ləngiyir.  Lakin  əvəzində  2005-ci 
ildə fəaliyyətə başlamış Şərqi Asiya İttifaqının yaradılma-
sına yönələn Şərqi Asiya sammitləri genişlənir və fəaliy-
yəti daha təsirli olur. 
ASEAN-ın əhatə etdiyi ölkələr arasında bir sıra mübahisə-
li problemlər hələ də mövcuddur. Ən ciddi problem Çinin 
və bəzi ASEAN ölkələrinin (Vyetnam, Filippin, Malayziya, 
Bruney, Tayvan) Cənubi Çin dənizində yerləşən adalar üs-
tündə bir-birilərinə qarşı ərazi iddiaları irəli sürmələridir.
Cənubi Çin dənizindəki problem Çin, Tayvan və ASE-
AN ölkələri arasında Parasel və Spratli (çincə Nanşa) ada-
larına dair ərazi mübahisələrini əhatə edir.Çin ilə bərabər, 
Parasel  adalarına  Vyetnam  və  Tayvan,  Spratli  adalarına 
isə Vyetnam, Tayvan, Filippin, Malayziya və Bruney iddia 
edirlər. Bütün Parasel adalarına Çin nəzarət edir. Spratli 
adalarından isə 6-sı Çinin, 21-i Vyetnamın, 8-i Filippinin, 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə