Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə11/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

41
saxlaması  və  Markansu  çayı  yaxınlığında  200  kv.km-lik 
digər bir ərazini Çinə verməsi ilə öz həll edilmiş oldu.
1
 
Çinin Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə ərazi-sər-
həd  məsələlərini  həll  etməsi  həm  Şanxay  Əməkdaşlıq 
Təşkilatında çoxtərəfli, həm də həmin ölkələrlə ikitərəfli 
formatda  əməkdaşlığının  genişlənməsinə  təsir  etmişdir. 
Çin bununla da regionda rəqibləri olan digər dövlətlərin 
nüfuzlarının möhkəmlənməsinə mane ola bilmişdir. 
ÇXR-in fəal iştirak etdiyi beynəlxalq qruplaşmalardan 
biri də Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika 
Respublikası  İttifaqından  ibarət  BRİCS-dir.  Bu  assosia-
siya əvvəlcə BRİC adlanırdı, 2010-cu ildə Cənubi Afrika 
Respublikasının qoşulmasından sonra isə qruplaşma BRİ-
CS adını almışdır. BRİC adına ilk dəfə iqtisadi termin və 
ya abreviatura olaraq “Goldman Sachs” şirkətinin 2001-ci 
ilin analitik hesabatında rast gəlinmişdir. İlkin vaxtlarda 
BRİC-ə  iqtisadi  siyasətlərində  heç  bir  əlaqələndirmə  ol-
mayan ayrı-ayrı ölkələrin inkişaf səviyyəsinə görə təsnif-
ləşdirildiyi qrup kimi baxılmışdır. Qeyd etmək lazımdır 
ki,  Qərbin  maraqlarına  xidmət  edən  mərkəzlər  BRİCS-i 
bir qrup deyil, yalnız iqtisadçı Jim O`Neilin (“Goldman 
Sachs”-ın əməkdaşı) yaratdığı ümumi siyasi, iqtisadi ma-
raqları olmayan ölkələrin baş hərflərindən götürülmüş ad 
kimi qəbul edirlər (Does the BRİCS Group matter? Coun-
cil on Foreign Relations. March 30, 2012).
Hazırda dünya ərazisinin 25%-i, əhalisinin 40%-i, ÜDM-
nin 14,6%-i bu qrupa daxil olan ölkələrdə cəmləşmişdir. 
1
 
Парамонов В. Столповский О. Погранично-территориальные проблемы в ки-
тайско-центральноазиастких отношениях: решены окончательно и бесповоротно. 
С.1-7,s.1-http://ceasia.ru/безопасность погранично-территориалные проблемы в 
китайско-йентральноазиатских отношениях решены окончательно и бесповорот-
но. Часть 2.html, (27.08.2014


42
Son 10 ildə qrup ölkələrinin ümumi iqtisadiyyatı 4,2 dəfə 
artmışdır.  Tədqiqatlarda  istinad  edilən  dəqiqləşdirilmiş 
aşağıdakı cədvəldən də göründüyü kimi, həmin ölkələrin 
göstəriciləri onların yeni dünya nəhənglərinə çevrilməsi 
potensialının real olduğunu nəzərə çarpdırır:
Dünya üzrə sıralaması
Braziliya
Rusiya
Hindistan
Çin
Ərazi
5
1
7
3
Əhali
5
9
2
1
İşçi qüvvəsi
5
7
2
1
ÜDM (alıcılıq qabiliyyə ti 
pariteti nəzərə alınmaqla)
7
6
3
2
Qızıl-valyuta ehtiyatları
7
4
6
1
Hərbi xərclər
12
5
10
2
Qeyd etmək lazımdır ki, BRİCS iqtisadi blok kimi ya-
ransa da, üzvləri tərəfindən təşkilatın siyasi ittifaqa çevril-
məsinə, öz iqtisadi gücünü siyasi təsirə çevirməyə cəhdlər 
edilmişdir. Bu prosesi iqtisadi gücün geosiyasi təsirə çev-
rilmək cəhdi kimi də dəyərləndirmək olar. BRİC ölkələ-
rindən ikisinin BMT TŞ-nin daimi üzvü, 3-nün nüvə döv-
ləti olduğunu nəzərə aldıqda qrupun böyük siyasi çəki-
sinin və təsirinin olduğu aydın görünür. Bu mənada as-
sosiasiyanın Çində keçirilən 2011-ci il sammitindən sonra 
Rusiyanın həmin dövrdə prezidenti D.Medvedevin çıxışı 
diqqəti cəlb edir: “Bizim iqtisadi potensialımız və siyasi 
imkanlarımız  müxtəlif  sahələrdə  əməkdaşlığı  genişlən-
dirməyə imkan yaradır”.
1
 
BRİCS ölkələrinin iqtisadiyyatları bir-birini tamamlayır. 
1
 
В Китае состоялся саммит. БРИКС - http://kremlin.ru/news/10937, (14.04.2011).


43
Bu  beşlik  beynəlxalq  aləmdə  inkişaf  etməkdə  olan 
ölkələrin  rolunu  artırmağa  çalışır.  BRİCS  ölkələri  bey-
nəlxalq əməkdaşlıq üsulu kimi “böyük iyirmilik” mexa-
nizmini  müdafiə  edir.  Bu  dövlətlər  beynəlxalq  maliyyə 
sisteminin  də  dəyişdirilməsinə  çalışırlar.  Belə  ki,  BRİCS 
ölkələrinin liderləri bu zərurəti hazırda əsas iqtisadi fəal-
lığın  sürətlə  inkişaf  etməkdə  olan  ölkələrə  keçməsi  ilə 
izah edirlər.
1
 Bu mənada sürətlə inkişaf edən Çinin dünya 
siyasəti və iqtisadiyyatında nüfuzu xüsusilə diqqəti cəlb 
edir. 
Çin tərəfi Şimali Koreyanın nüvə problemi üzrə mütə-
madi olaraq keçirilən altıtərəfli danışıqlarda da həlledici 
rol oynayır. Əslində Koreya müharibəsi ilə əsası qoyulan 
və Asiyada Çin, Rusiya, ABŞ və Yaponiya arasında mü-
barizə şəklində davam edən Koreya problemi Koreya ya-
rımadasında nüvə silahlanması səviyyəsinədək çatmışdır 
(s.198).  Belə  ki,  Şimali  Koreyanın  uranın  zənginləşdiril-
məsi  proqramı  region  ölkələrini,  xüsusilə  Cənubi  Kore-
yanı və regionda maraqları olan ABŞ-ı narahat edir. Ona 
görə də ABŞ Şimali Koreyanı daim təzyiq altında saxla-
maq üçün müxtəlif üsullardan istifadə edir. 
Məlum olduğu kimi, Şimali Koreyanın regionda yeganə 
müttəfiqi və dayağı Çin Xalq Respublikasıdır. Şimali Ko-
reya ilə tarixi, mədəni və ən əsası, ideoloji yaxınlığı və Ko-
reya Xalq Demokratik Respublikasının beynəlxalq aləm-
də  təklənməsi  Çini  bu  ölkənin  müttəfiqinə  çevirmişdir. 
Şimali Koreyanın nüvə hədələri ilə bağlı problemin həlli 
sahəsində ABŞ-ın və digər ölkələrin Çinlə əməkdaşlığının 
səbəbi kimi bu dövlətin Koreyaya güclü təsirə malik olma-
1
 
Саммит БРИКС: Роль стран участниц объединения на международной арене рас-
тет -http://www.cntv.ru/2013/03/27/ARTI1364348117001161.shtml, (27.03.2013)


44
sı göstərilir. Pxenyanın nüvə hədələri isə həqiqətən də re-
gion və bütövlükdə planet üçün böyük təhlükədir. Lakin 
problemin  əsl  səbəbi  regionda  nüfuz  dairələri  uğrunda 
mübarizə hesab olunur. Çin və ABŞ Koreya yarımadasın-
da öz təsirlərini saxlamağın qeydinə qalırlar. Aralarında 
rəqabətə baxmayaraq, ABŞ və Cənubi Koreya Pxenyanın 
qarşısını almaq üçün ÇXR-in nüfuzuna və təsirinə ehtiyac 
duyurlar. Çin də öz növbəsində bu imkandan faydalan-
mağa çalışır. Ona görə də əslində Şimali Koreyanın nüvə 
proqramı regional əməkdaşlığın inkişaf istiqamətinə təsir 
edən amillərdən biridir. 
Məşhur  Amerika  politoloqu  Ziqmund  Bjezinski  he-
sab edir ki, Şimali Koreya tərəfindən nüvə təhlükəsi Şi-
mal-Şərqi Asiyada  regional  əməkdaşlığın  perspektivləri 
üçün sınaq rolu oynayır. Əgər ABŞ bu sahədə irəliləyişə 
nail  ola  bilməsə,  regionda  gərginlik  qaçılmazdır.  Bu  isə 
Amerikanın  Şimal-Şərqi  Asiyadakı  mövqeləri  üçün  bö-
yük zərbə ola bilər. Halbuki Çin, Yaponiya və Rusiyanın 
mövcud vəziyyətə vahid yanaşmasına nail olmaqla, ABŞ 
təhlükəsizlik  sahəsində  daha  böyük  miqyaslı  əməkdaş-
lığa  nail  ola  bilər.
1
  Bu  əməkdaşlığın  davam  etdirilməsi 
üçün ABŞ səyləri gücləndirir, altıtərəfli danışıqlarda nəti-
cə əldə edilməsinə çalışır. Amma qeyd etmək lazımdır ki, 
dəfələrlə danışıqların pozulmasında ABŞ-ın özünün gü-
nahı olmuşdur. Çünki bu dövlət problemin həllini daim 
öz maraqlarına uyğun reallaşdırmağa çalışmışdır. Bu isə 
tərəflər arasında razılığa gəlinməməsinə və danışıqların 
nəticəsiz qalmasına səbəb olur.
1
 
Бзежинский З.К. Выбор: мировое государство и глобальное лидерство, M.:Межд.
отнош., 2005, 288 с., с.164


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə