Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə7/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   78

25
lində Çin ehtiyatlı siyasi xəttə üstünlük verir, qlobal güc 
mərkəzlərini qıcıqlandırmamağa çalışır. Çin rəsmən “üzvi 
dünya” konsepsiyasına uyğun siyasət həyata keçirir. 
Həmin konsepsiyaya görə, 1980-cı illərdən başlayaraq 
beynəlxalq  münasibətlərdə  “üçüncü  dünya”  ölkələrinin 
geosiyasi çəkisi artır. Belə bir şəraitdə Çinin başlıca vəzifə-
si “üçüncü dünya” ilə sıx əməkdaşlıq qurub ümumilikdə 
üzvi inkişafa nail olmaqdır. Lakin Çin “üçüncü dünya” 
ölkələrinin geosiyasi təsirini onların beynəlxalq təşkilat-
larda birləşərək vahid “antihegemonçu mövqedən” (yəni 
bir  dövlətin  və  ya  dövlətlər  blokunun  hegemonluğuna 
qarşı durmaq) çıxış etməsində görür.
1
Hazırda Çin Xalq Respublikası müstəqil, heç bir ölkə-
dən asılı olmayan xarici siyasət xətti yürüdür. Çinin xarici 
siyasət strategiyası əsasən aşağıdakı istiqamətlərə yönəl-
mişdir:
–  Ölkə çoxqütblü dünyanın formalaşdırılmasına çalışır; 
– səmərəli beynəlxalq siyasi və iqtisadi qaydanın yara-
dılması istiqamətində səy göstərir, hər hansı bir dövlətin 
hegemonluq siyasətinin istənilən təzahürlərinə qarşı çıxış 
edir; 
– həmsərhəd olduğu dövlətlərlə mehriban qonşuluq və 
dostluq  münasibətlərinin  möhkəmləndirilməsində  ma-
raqlıdır;
– qarşılıqlı ikitərəfli münasibətlərdə “Vahid Çin” prin-
sipinin,  yəni  Tayvan  əyalətinin  ÇXR-in  ayrılmaz  hissə-
si olduğunun dövlətlər tərəfindən qəbul edilməsini əsas 
şərt kimi irəli sürür.
XXI əsrdə dünya siyasətində Çinin aparıcı dövlətə çev-

Bax:  Novruz  Məmmədov.  Xarici  siyasət:  reallıqlar  və  gələcəyə  baxış.  Bakı,  2013, 
səh.162


26
rildiyini  görən  dünya  ölkələrinin  əksəriyyəti,  həmçinin 
bir çox əsas regionlar onunla əməkdaşlıq qurmağa çalı-
şırlar. Belə ki, müasir beynəlxalq münasibətlərin yeni for-
malarından biri dünya siyasətinə təkcə dövlətlərin deyil, 
ayrı-ayrı  regionların,  ölkələrin daxili  subyektlərinin  çıx-
ması  və  onların  beynəlxalq  əməkdaşlığa  qoşulmasıdır. 
Son zamanlar belə bir meyil Avropa və Cənub-Şərqi Asi-
yada geniş yayılmışdır.
1
 Bu mənada Çin ilə bir çox regi-
onal təşkilatlar və qruplaşmalar arasında sıx əməkdaşlıq 
möhkəmləndirilməkdədir. 
Çinin  sürətli  iqtisadi  inkişafı  beynəlxalq  nüfuzunun 
artması və əlaqələrinin genişlənməsi ilə bərabər bəzi döv-
lətlərlə problemlərə, yəni onların Çindən müəyyən qədər 
çəkinmələrinə səbəb olmuşdur. Nəticədə “Çin təhlükəsi” 
ideyası formalaşmış və bu barədə bir çox əsərlər meydana 
gəlmişdir. Lakin rəsmi Pekin öz rəqiblərini iqtisadi inkişa-
fının təhlükə yaratmadığına inandırmağa çalışır. Bununla 
belə, bəzi dövlətlərdə «Çin təhlükəsi»nə dair tərəddüdlər 
hələ də qalmaqdadır. 
XXI  əsrin  əvvəllərindən  başlayaraq  Çin  öz  xarici  si-
yasətini Qərb (Avropa Birliyi ölkələri və ABŞ), qonşula-
rı və üçüncü dünya ölkələri (Afrika, Latın Amerikası) ilə 
qarşılıqlı,  faydalı  münasibətlər  qurulması  istiqamətində 
həyata  keçirir.  Bu  da  səbəbsiz  deyildir.  Ölkənin  yüksək 
inkişafı  üçün  daxilində  olan  xammal  kifayət  qədər  de-
yildir. Ona görə də Çin üzünü üçüncü dünya ölkələrinə 
tutur. Xüsusən, enerji ehtiyatlarına ehtiyac getdikcə artır. 
Enerji resurslarına olan tələbatı onun zəngin İran körfəzi 
regionuna da marağını artırmışdır. Beləliklə, Çinin xarici 
1
 
Гасанов A. Современные международные отношения и внешняя политика Азер-
байджана. Bakı: «Şərq-Qərb», 2007, 904 s., s.153


27
siyasətinin bu istiqamətdə araşdırılması onun dünya si-
yasətindəki əsas prioritetlərini, tutduğu yeri və oynadığı 
rolu müəyyən etməyə imkan verir. 
Müasir dünya siyasətinin Çin ilə bağlı olan bir sıra sə-
ciyyəvi  xüsusiyyətləri  vardır.  Bu  xüsusiyyətlər  əsasən 
Şanxay  Əməkdaşlıq  Təşkilatı  (ŞƏT),  BRİCS  (Braziliya, 
Rusiya,  Hindistan,  Çin,  Cənubi  Afrika  Respublikası), 
“İyirmilər Qrupu” və digər təşkilatlarda Çinin liderlik et-
məsi, dünya iqtisadiyyatı və maliyyə sistemində qeyri-sa-
bitliyin mövcud olduğu bir şəraitdə Çinin iqtisadi inkişaf 
sürətinin yüksəlişi, Yaxın Şərqdə, Cənubi və Şərqi Çin də-
nizləri bölgəsində regional münaqişələr şəraitində ölkə-
nin təcavüzkar mövqe nümayiş etdirməməsi, ən əsası isə 
bu dövlətin ABŞ ilə rəqabətindən ibarətdir. Əlverişli sa-
tış bazarlarına və ucuz xammal mənbələrinə yiyələnmək 
uğrunda ABŞ-Çin rəqabəti bu gün də davam etməkdədir. 
Tərəflərdən hər biri üstünlük qazanmaq üçün ciddi səylər 
göstərir. 
Çin  Xalq  Respublikası  Amerika  Birləşmiş  Ştatlarının 
nəhəng və zəngin daxili bazarından asılılığına son qoy-
maq  üçün  Avropa  ölkələri  ilə  əlaqələrinin  möhkəmlən-
dirilməsinə  xüsusi  diqqət  yetirir.  Bu  dövlət  hökumətin 
siyasətinə qarşı etiraz edən 1989-cu il Tyananmen meyda-
nındakı hadisələrdə nümayişçilərə divan tutulmasından 
sonra  Avropa  ölkələrinin  onunla  silah  ticarətinə  tətbiq 
etdiyi embarqonun ləğv edilməsinə çalışır. 
Qeyd etmək 
lazımdır ki, 1989-cu ilin 15 aprel-4 iyun tarixləri arasın-
da tələbələr, ziyalılar və fəhlələr Tyananmen meydanında 
nümayişlər keçirmişdilər. O zaman minlərlə tələbə aclıq 
aksiyasına  qoşulmuşdu.  Ancaq  etirazlar  Çin  hökumə-


28
ti tərəfindən yatırılmış və çoxlu adam qətlə yetirilmişdi. 
Onlar hakimiyyətin meydanı boşaltmaq tələblərinə qarşı 
çıxdıqdan sonra mayın 20-də ölkədə hərbi vəziyyət elan 
edilmişdi. İyunun 3-dən 4-nə keçən gecə isə hakimiyyət 
nümayişçilər  üzərinə  silahlı  əsgərlər  və  zirehli  texnika 
yeritmişdi. Həmin vaxt, rəsmi məlumatlara görə 200-300, 
qeyri-rəsmi məlumatlara görə isə 2-3 min adam qətlə yeti-
rilmişdi. Bu hadisə bütün dünyada geniş əks-səda doğur-
muş və Çinə qarşı tənqidlər artmışdı. Hətta bəzi ölkələr 
aşıq şəkildə Çinə silah embarqosu tətbiq etmişdilər. 
Avropa  ölkələri  ilə  Çin  arasında  münasibətlərin  bəzi 
özünəməxsusluqları  da  vardır.  Belə  ki,  Qərbi  Avropa 
dövlətləri ABŞ-a nisbətən Çindən daha az çəkinirlər. Bu 
ölkələrin  liderlərinin  əksəriyyəti  belə  hesab  edirlər  ki, 
Çin öz təhlükəsizliyinə ABŞ-dan səkkiz dəfə az maliyyə 
vəsaiti xərcləyir və ona görə də yaxın zamanda regionda 
Çinin nüfuz dairəsinin formalaşması mümkün deyildir.
1
 
Belə yanaşma barədə çoxlu mübahisələr etmək olar. Çün-
ki  Çinin  dünya  siyasətində  və  iqtisadiyyatında  rolu  və 
çəkisi getdikcə artmaqda davam edir. Bu ölkə dünyanın 
istənilən regionuna sürətlə daxil ola bilir və orada özünün 
nüfuzunu formalaşdırır. 
Çinin  xüsusi  maraqları  olan  və  gərgin  rəqabətin  get-
diyi  ən  böyük  region  58  dövləti  birləşdirən Asiya-Sakit 
okean regionudur. Əslində bu ad dünya siyasi səhnəsinə 
Sakit okean hövzəsində yerləşən ölkələri və ada dövlət-
lərini əhatə edən siyasi və iqtisadi termin kimi daxil ol-
muşdur. Region daxilində alt regionlar olan Şərqi Asiya, 
Cənub-Şərqi Asiya, bəzən Cənubi Asiya və digər bölgələr 
1
 
Уткин А. Подъем и падение Запада. М.:АСТ издательство, 2008, 761 с., с.576


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə