Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə6/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   78

21
sahiblik iddiasını nə Çin, nə də Tayvan qəbul edir. Bundan 
əlavə,onlar Yaponiyanın Şərqi Çin dənizində birtərəfli şə-
kildə təyin etdiyi məsafə xəttini də rədd edirlər. Çin-Ya-
poniya münasibətlərinə mənfi təsir edən adalar məsələsi-
nin həll edilməməsi başlıca problemlərdən biridir. Digər 
tərəfdən, Cənub-Şərqi Asiya regionunda Çin ilə Yaponi-
ya arasında iqtisadi, siyasi və hərbi maraqları əhatə edən 
ziddiyyətlər də mövcuddur. 
Çin-Şimali  Koreya  Xalq  Demokratik  Respublikası
Strateji  əməkdaşlıq  baxımından  ciddi  bir  problemlərin 
olmamasına  baxmayaraq,  illərdən  bəri  “Yalu”  və  “Tu-
men” çaylarındakı bəzi adalar üstündə mövcud olan mü-
bahisələr iki ölkə arasında həll olunmamış qalır. Hər iki 
dövlətin  eyni  ideoloji  sistemli  ölkə  olmasına  baxmaya-
raq, aralarındakı ərazi mübahisələrini həll edə bilməməsi 
müəyyən problemlər doğurur.
Məlum olduğu kimi, beynəlxalq aləmdə Çin Xalq Res-
publikası üçün ən mühüm məsələ Tayvan ilə əlaqədardır. 
Çin  Xalq  Respublikası  dünya  miqyasında  “vahid  Çin” 
prinsipi ilə çıxış edir. Ona görə də ölkə Tayvanla münasi-
bətlərini indiki halda dondurulmuş vəziyyətdə saxlayır. 
Çin tərəfi son illərdə bir neçə dəfə dənizdə güc nümayiş 
etdirsə  də,  hələlik  özünü  bu  problemi  həll  edə  biləcək 
gücdə görmür və yaxud əlavə problemlər çıxarmağa cəhd 
etmir. Bununla belə, Tayvan ÇXR üçün həyati əhəmiyyət-
li  məsələdir.  Hazırkı  mərhələdə  Çin  Tayvan  problemi-
nin  güc  yolu  ilə  həllinə  üstünlük  vermir  və  beynəlxalq 
hüququn imkanlarından yararlanaraq əsaslar axtarmağa 
çalışır. Çində belə hesab edirlər ki, Tayvan probleminin 
güc vasitəsi ilə həlli ölkənin mövcud xarici siyasət strate-


22
giyasının reallaşdırılmasına mane ola bilər. Bu isə indiki 
halda Çin üçün arzuedilən deyildir. 
Qeyd etmək lazımdır ki, II Dünya müharibəsindən son-
ra Yaponiya müstəmləkəsindən azad olmuş Çində kom-
munistlərlə  Homindan  hakimiyyəti  arasında  mübarizə 
sonuncuların  Tayvan  adasında  məskunlaşması  ilə  nəti-
cələnmişdir.
ABŞ  ilə  SSRİ  arasında  Çində  gedən  diplomatik-siyasi 
mübarizə  ölkələrin  taleyinə  təsir  etmişdir.  ABŞ-ın  Tay-
vanda Çan Kayşini, SSRİ-nin isə Çini müdafiə etməsi nə-
ticəsində “iki Çin” yaranmışdı. İndiyədək davam edən bu 
problem Çinin “Axilles dabanı”na çevrilmişdir. Çin Xalq 
Respublikasının  yaranmasından  sonra  Homindan  haki-
miyyəti ilə ABŞ arasında 1954-cü ildə imzalanmış “Müş-
tərək  müdafiə  sazişi”  nəticəsində  faktiki  olaraq  Tayvan 
adası  Çin  Xalq  Respublikasından  ayrıldı.  O  zamandan 
ötən müddət ərzində 22 dövlət Tayvan ilə diplomatik mü-
nasibətlər  yaratdı.  Lakin ABŞ  tərəfi  Çin  ilə  SSRİ  arasın-
da  ərazi-sərhəd  məsələləri  üstündə  münasibətlərin  gər-
ginləşməsini və Çinin dünyada kommunizmi yaymaqda 
Moskva qədər maraqlı olmadığını görərək strateji məna-
feləri naminə Pekinlə yaxınlaşmaq qərarına gəldi. 1972-ci 
ilin fevral ayında ABŞ Prezidenti Riçard Niksonun ÇXR-ə 
səfəri  zamanı  “Şanxay  Bəyannaməsi”  adlı  sənəd  qəbul 
olunmuş  və  nəticə  etibarı  ilə  ABŞ  rəsmi  Pekini  Çinin 
bütün  ərazisində  qanuni  hökumət  kimi  qəbul  etmişdir. 
Həmin tarixdən etibarən Tayvan da Çinin ayrılmaz his-
səsi kimi bəyan edildi və Ağ Ev bu ada ilə “diplomatik 
əlaqələr”ini kəsdi. Yaranmış şəraitdə Çin hökuməti tarixi 
reallığı  və  ölkənin  milli  maraqlarını  nəzərə  alaraq  Tay-


23
vanla əlaqələri tənzimləyən “sülh yolu ilə birləşmə və ya 
bir  dövlət  -  iki  sistem”  adlı  yeni  konsepsiyanı  irəli  sür-
dü. Həmin konsepsiyanın əsas mahiyyəti aşağıdakı dörd 
maddədən ibarətdir:
1.  Vahid Çin nəzəriyyəsi. Həmin anlayışa görə Tay-
van adası Çin Xalq Respublikasının ayrılmaz hissəsidir, 
mərkəzi hökumət Pekində yerləşir.
2.  İki  sistemin  bir  arada  mövcudluğu  prinsipi.  Bu 
prinsipə  əsasən  Tayvanın  Vahid  Çinin  tərkibində  olma-
sı şərti ilə sosializmin ölkənin əsas hissəsində davam et-
məsi, kapitalizmin isə Tayvanda mövcudluğu və inkişafı 
nəzərdə tutulur.
3.  İdarəetmənin  ən  yüksək  səviyyəsi.  Bu  anlayışa 
görə Tayvan mərkəzi ərazi ilə birləşdikdən sonra xüsusi 
inzibati rayon statusunu əldə edəcək və yüksək idarəet-
mə səviyyəsinə xas olan bütün hüquqlardan istifadə edə 
biləcəkdir.
4.  “Sülh yolu ilə birləşmə və ya bir dövlət - iki sistem 
formatı”. Bu sülh vəd edən konsepsiyanın olmasına bax-
mayaraq, Çin hökuməti məsələlərin həllində lazım gələr-
sə güc tətbiq etməyi də istisna etmir.
Beləliklə,  qonşu  dövlətlərlə  müəyyən  ərazi-sərhəd 
problemləri olsa da, Çinin xarici siyasəti regionda və dün-
yada ciddi münaqişələrdən yayınmaqla öz iqtisadi qüd-
rətini və mövqelərini gücləndirməyə yönəlmişdir. Yaran-
dığı zamandan indiyədək Çin Xalq Respublikasının bey-
nəlxalq münasibətlər sistemində tutduğu yeri və oynadığı 
rolu bir neçə mərhələdə fərqləndirmək olar: Birincisi, XX 


24
əsrin 50-60-cı illəri. Bu mərhələdə bəzi Qərb ölkələri tərə-
findən təzyiqlərlə üzləşən Çin Xalq Respublikası dünya 
birliyi tərəfindən tanınmağa və daha çox Asiyanın sosia-
list ölkələri ilə qarşılıqlı münasibətlər qurmağa yönəlmiş, 
xarici siyasət yürütmək xəttinə üstünlük vermişdir. 
XX  əsrin  70-80-cı  illərini  ikinci  mərhələ  hesab  etmək 
olar. Bu mərhələ iqtisadiyyatın Qərb modelinin nailiyyət-
lərindən yararlanmaqla özünəməxsus Çin modelinin ya-
radılması ilə xarakterizə olunur. Həmin illərdə ÇXR bir 
sıra böyük dövlətlər tərəfindən tanınmışdır. Belə ki, ölkə 
1972-ci ildə Yaponiya, 1978-ci ildə isə ABŞ ilə diplomatik 
münasibətlər qurmuşdur. 
Bu  illərdə  Çin  iqtisadiyyatının  xaricə  açılması  ikinci 
mərhələnin  dönüş  nöqtəsidir.  1978-ci  ilin  dekabr  ayın-
da XI çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitə-
sinin  üçüncü  plenumunda  uzun-uzadı  müzakirələrdən 
sonra  ölkədə  islahatlar  aparmağa  dair  qərar  qəbul  edil-
di. Bu tarixi siyasi məclisdə xarici aləm üçün “açıq qapı” 
prinsipi  qəbul  edildi.  Ölkədə  sosial-iqtisadi  islahatların 
mərhələ-mərhələ  həyata  keçirilməsi  müəyyənləşdirildi.
1
 
Qeyd etmək lazımdır ki, «Açıq qapı» siyasəti Çinin bey-
nəlxalq  fəaliyyətinə,  xüsusən  xarici  iqtisadi  əlaqələrinin 
genişlənməsinə müsbət təsir etdi.
Növbəti mərhələ - 1990-cı illərdən başlayan, sürətlə in-
kişaf edən mərhələdir. «Soyuq müharibə» sona çatdıqdan 
sonra başlayan bu mərhələdə Çin iqtisadi inkişaf sürətinə, 
mühüm iqtisadi göstəricilərinə görə Qərbin əksər dövlət-
lərindən önə keçərək dünyanın iqtisadi liderləri sırasın-
da ilk yerlərdən birini tutmuşdur. Lakin bunun müqabi-
1
 
Bax: Ziyad Səmədzadə. Çin qlobal dünya iqtisadiyyatında. Bakı, 2009, səh.142


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə