Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə3/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   78

10
Dünyanın digər bir nəhəngi olan Rusiyanın da stra-
teji planlarında Asiya ölkələri ilə münasibətlər önə keç-
mişdir. Son illərdə yaranmış Rusiya-Qərb qarşıdurması, 
xüsusilə Ukrayna hadisələrindən sonra Rusiyanın gələ-
cəklə  bağlı  planlarında  ilk  növbədə  Çin  başda  olmaq-
la  Şərqi Asiya  ölkələri,  eləcə  də  Cənubi Asiya  regionu 
prioritet  təşkil  edir. Artıq Asiyanın  neft  və  qaz  bazarı 
Rusiyanı daha çox maraqlandırır. Asiya ölkələrinin, xü-
susən Çinin yaxın gələcəkdə karbohidrogen ehtiyatları-
nın ən mühüm idxalçılarına çevriləcəyini nəzərə alsaq, 
bu əməkdaşlığın böyük perspektivləri görünür. 
Yaranmış şəraitə təsir edən digər bir amil də vardır. 
Bu da Qərbdə daha çox hiss olunan qlobal, iqtisadi böh-
ranın  təsirləridir.  Ondan  narahat  olan  Asiya  ölkələri 
qlobal iqtisadi böhrandan sonra doğan təhlükələri dərk 
edərək üzlərini Şərqə doğru çevirmişlər. Bu, həm neft-
lə  zəngin  körfəz  ölkələrinə,  həm  də  Hindistan  başda 
olmaqla sürətlə inkişaf edən digər Asiya nəhənglərinə 
aiddir.  Təsadüfi  deyildir  ki,  Hindistanın  dövlət  strate-
giyası geniş maraqları özündə birləşdirən “Şərqə bax” 
adlanır.
Qeyd etməliyik ki, dünyanın ağırlıq mərkəzinin Asiya-
ya doğru dəyişəcəyi ilə bağlı proqnozlarla yanaşı bunun 
əksini  iddia  edənlər  də  vardır.  Məsələn,  “Economist” 
jurnalı  2014-cü  ilə  dair  irəli  sürdüyü  proqnozlarında 
(The Economist-Dünya, 2014. Bakı) XXI əsrin ortaların-
da  Qərbin  liderliyini  əldən  verməməsi  ilə  bağlı  tutarlı 
faktlar ortaya qoyur. Bu jurnalın ekspertləri belə bir qə-
naətə gəlirlər: “2014-cü ildə qlobal iqtisadi inkişafa ABŞ 
Çindən (bazar valyuta kursları ilə), Yaponiya da Hindis-


11
tandan daha çox töhfə verəcəkdir. Ucuz şist qazı enerji 
xərclərini aşağı salır və bununla da ABŞ istehsalını daha 
rəqabətqabiliyyətli edir. Son beş il ərzində dayanmadan 
pul  çap  edən  Federal  Ehtiyat  Sistemi  iqtisadiyyat  bər-
pa olunduğuna görə 2014-cü ildə çapı yavaşıdacaq. Bu, 
Amerika dollarını gücləndirəcək. Zəif düşmüş Avropa 
dövlətləri kəsirləri yarıya qədər azaltmışdır”.
1
 
Qərbin  inkişafına  dair  nikbin  proqnozlarını  davam 
etdirən “Economist” jurnalının ekspertləri bir qədər də 
irəli gedərək vurğulayırlar ki, Çin və Hindistan bankları 
böyük borc altındadırlar və vəsaitləri investorlar və borc 
alanlar  arasında  əksər  hallarda  tənzimləyicilərin  görə 
bilməyəcəyi  dərəcədə  təhlükəli  işlədərək  hərəkət  etdi-
rirlər. Onların fikrincə, zəifləmiş Qərb bankları az sonra 
güclənəcək, inkişaf edən ölkələrdə isə banklar borcları-
nı ödəyə bilməyən müştərilərini təqib etməli olacaqlar. 
Qlobal  inkişaf  tədricən  artdıqca,  yaxşı  xəbərlərin  çoxu 
Qərbdən gələcəkdir”.
2
Beləliklə,  müxtəlif  fikirlərin  olmasına  baxmayaraq, 
hadisə  və  proseslərin  inkişaf  dinamikası  göstərir  ki, 
yeni  minillikdə  dünya  siyasətində  Asiyanın  geosiyasi 
çəkisi daha da artacaqdır. Son illərin təcrübəsindən ay-
dın görünür ki, Çin və Hindistan dünyada yeni bazarlar 
uğrunda Qərb ölkələri ilə rəqabətdə getdikcə daha çox 
üstün mövqe qazanırlar. Xüsusilə Afrika qitəsinə müna-
sibətdə  Çinin  uzun  müddətli  strategiyası  mövcuddur. 
Artıq bu qitədə Çin ən böyük investordur. Digər dövlət-
lərin bu qitə ilə rəqabət aparması çətinləşir. 
1
 
“Ekonomist-Dünya” jurnalı, Bakı, 2014, səh.16
2
 
Yenə orada


12
Azərbaycan Respublikası Şərq ilə Qərb arasında yer-
ləşdiyindən və «qızıl körpü» rolunu oynadığından ölkə-
mizin Asiya qitəsi ölkələrinin beynəlxalq münasibətlər 
sistemində  tutduğu  yerin  və  oynadığı  rolun  oyrənil-
məsi həm siyasətşünaslıq elmimizdə olan boşluğu dol-
durmaq, həm də ali təhsil müəssisələrində bakalavr və 
magistrlərin ehtiyaclarını ödəmək baxımından aktuallıq 
kəsb edir. Bundan başqa, beynəlxalq münasibətlər sis-
temində  Asiya  ölkələrinin  yerinin  və  mövqeyinin  im-
kan daxilində sistemli şəkildə təqdim edilməsi kitabın 
tədqiqatçılar və siyasətçilər üçün də müəyyən mənbəyə 
çevrilmək imkanlarını artırır. 


13
1. ÇİN XALQ RESPUBLİKASI BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ
1.1. Dünya siyasəti və Çin Xalq Respublikası
Belə məlum olduğu kimi, XX əsrin əvvəllərində Çində 
dərin  sosial-iqtisadi  və  böyük  siyasi  böhran  müşahidə 
olunmuşdur. Hətta tədqiqatçılar həmin dövrdə bu ölkədə 
mövcud  olan  reallıqları  «faciəli  vəziyyət»
1
  kimi  təqdim 
etmişlər.  Həmin  vəziyyət  XX  əsrin  ortalarına  qədər 
davam  etmiş,  Çin  ağır  sosial-iqtisadi  cəhətdən  geridə 
qalmış  ölkələrdən  biri  hesab  olunmuşdur.  Lakin  keçən 
yüzilliyin  ikinci  yarısından  etibarən  iqtisadi  cəhətdən 
zəif kommunist dövləti – Çin Xalq Respublikası bu qısa 
müddətdə  böyük  yüksəlişə  nail  olmuşdur.  Bu  sürətli 
inkişafın  əsasında  Çin  Kommunist  Partiyasının  lideri 
Mao Tsze Dunun və onun ardıcılı Den Syaopinin uğurlu 
sosial-iqtisadi  və  xarici  siyasət  strategiyası  dururdu. 
“Çin  səciyyəli  sosializm”  yolu  tutmuş  ÇXR-in  seçdiyi 
özünəməxsus iqtisadi inkişaf xəttinin bu dərəcədə uğur 
gətirəcəyini  ölkə  liderlərinin  özləri  belə  gözləmirdilər. 
Lakin sosializm çərçivəsində bazar iqtisadiyyatına keçidə 
yer  verilməsi,  azad  iqtisadi  zonaların  yaradılması,  bir 
sözlə,  iki  əks  qütbü  əhatə  edən  iqtisadi  sistemin  yanaşı 
fəaliyyətinin təmin olunması qısa müddət ərzində ölkədə 
müsbət nəticələr vermişdir. XX əsrin əvvəllərində xarici 
dövlətlərin  məngənəsində  əzilən  Çin  qısa  bir  zamanda 
dünya iqtisadiyyatında xüsusi nüfuza malik olan qüdrətli 
1
 
Евдакимова А.А. История стран Востока в новое время. Россия, Ростов на Дону, 
«Феникс», 2011, стр.115


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə