Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə4/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   78

14
bir dövlətə çevrilmişdir. Bu ardıcıl inkişafa hakimiyyətdə 
siyasi-iqtisadi varislik məsələsinin qanunu saxlanılması və 
daha da möhkəmləndirilməsi də özünün müsbət təsirini 
göstərmişdir. Buna görə də ölkənin valyuta ehtiyatı böyük 
sürətlə  artmışdır.  Rəsmi  məlumatlara  görə,  hazırda  Çin 
Xalq  Respublikası  qızıl-valyuta  ehtiyatlarının  həcminə 
görə dünyada lider ölkədir. 2013-cü ilin məlumatlarında 
deyilir  ki,  bu  məbləğ  3,8  trilyon  ABŞ  dolları  həcmində 
olmuşdur.
1
 2014-cü ilin mart ayı üçün isə bu rəqəm 3,95 
trilyon  ABŞ  dolları  təşkil  etmişdir.
2
  Bir  zamanlar  xarici 
borcların
 
içərisində  boğulan  Çin  hazırda  kapital  ixrac 
edən, borc verən bir ölkə kimi qəbul olunur. Hətta ABŞ 
kimi bir dövlətin bu ölkəyə borcu olduğunu nəzərə alsaq, 
Çindəki inkişafın miqyasını təsəvvür etmək çətin olmaz. 
Artıq  Çin  Xalq  Respublikası  sürətli  inkişafı  ilə  bir  çox 
rəqiblərini geridə qoymuşdur. 
Hazırda  bütün  dünya  üçüncü  minillikdə  beynəlxalq 
münasibətlərdə  Çini  ən  mühüm  geosiyasi  amillərdən 
biri kimi görür. Təsadüfi deyildir ki, keçən əsrin 90-cı il-
lərindən başlayaraq ABŞ-da formalaşan bütün geosiyasi 
konsepsiyalarda  Çin  yeni  böyük  güc  kimi  səciyyələnir. 
ABŞ-ın müasir dövr strateqlərindən biri Henri Kissincer 
ərazisinin həcmini, əhalisinin sayını, yeni texnologiyaları 
tətbiq etməsini, ucuz xammal mənbələrinə və işçi qüvvə-
sinə, habelə əlverişli satış bazarlarına sürətlə yiyələnmə-
sini və b. amilləri təhlil edərək Çini yeni dünya nizamını 
quracaq beş əsas gücdən (ABŞ, Avropa, Rusiya, Yaponiya 
və Çin) biri hesab edir
3
. ABŞ-ın keçmiş Dövlət katibi Hil-
1
 
https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2188rank.html
2
 
Селищев А. Валютные резервы Китая увеличились к концу 1-го квартала на 
3,2%-http://itar-tass.com/ekonomika/1121563, (15.04.2014)

Henry Kissinger. Diplomacy. 1995. Simon & Schuster. p.15


15
lari Klinton isə “Çətin seçimlər” adlı kitabında yazır ki, 
“Çinin yüksəlişi bizim dövrün ən mühüm strateji inkişaf 
meyillərindən biridir”.
1
 
Ümumiyyətlə, XX əsrin ikinci yarısında Qərbin aparıcı 
analitik və siyasətşünaslarının əsərlərində Uzaq Şərq re-
gionu və xüsusən Çin başlıca yer tutmuşdur. O cümlədən 
H.Kissencer, S.Hantinqton, Z.Bjezinski, F.Zəkəriyyə kimi 
ABŞ-ın böyük politoloqları Çinin müasir dünya siyasətin-
də oynadığı rola tutduğu yerə və gələcək inkişafına dair 
çoxlu  fikirlər  irəli  sürmüşlər.  Onların  həmin  fikirlərini 
birləşdirən bir tezis vardır – Çin artıq müasir dünyanın 
geosiyasi mühitində ABŞ-a rəqib ola biləcək dövlətə çev-
rilmişdir.
 2
 
Dünya siyasətində Çinin oynadığı nəhəng rolu düzgün 
qiymətləndirməyən siyasətşünas Qərb ölkələrində demək 
olar ki, yoxdur. Lakin həmin qiymətlərin hər birində Çin 
öz inkişaf sürəti ilə ABŞ-a və Avropa İttifaqına rəqib kimi 
qəbul edilir, bəzi hallarda isə həyəcan
 
təbili çalınır. 
Bundan başqa, Çin alimləri də ölkələrinin seçdiyi inki-
şaf yolunu, onun perspektivlərini dərindən təhlil edirlər. 
Məsələn, Qao Şutsin yazır ki, müasir Çin iqtisadi qlobal-
laşma istiqamətində irəliləyir, inkişaf etmiş ölkələrlə iq-
tisadi əlaqələri inkişaf etdirir. Lakin bu dövlət siyasi qlo-
ballaşmanın Qərb yolu ilə getmir, sülh, qarşılıqlı hörmət, 
suverenlik və azad inkişaf yollarının bərabərliyini öz xa-
rici  siyasətinin  əsas  prinsipləri  hesab  edir.
3
  Burada  baş-
lıca məqsəd Çinin dünyada iqtisadi və siyasi fəallığının 
1
 
Hillary Clinton. Hard choices. Penguin, 2014. p.42
2
 Novruz Məmmədov. Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Bakı, 2013, 
səh.158
4
Шуцин Гао. Глобализация: взгляды из Китая // «Азия и Африка сегодня», №11, 
2004, s.9-10, s.10


16
digər ölkələrdə narahatlıq yaratmadığına və təcavüzkar 
məqsəd  daşımadığına  beynəlxalq  ictimaiyyəti  inandır-
maq, ölkəsinin hərbi münaqişələrə qarışmayaraq, iqtisa-
di inkişaf yolunda maneələri aradan qaldırdığını diqqət 
mərkəzinə çəkməkdir. Çinin məhz öz inkişaf modeli yolu 
ilə gərəkli inkişafı və dynyada gedən bəzi proseslərə fərq-
li baxışı Qərbi narahat edən başlıca səbəblərdəndir.
Müşahidələr  göstərir  ki,  dünyada  sürətlə  gedən  qlo-
ballaşma  proseslərinə  Çinin  yanaşması  fərqlidir.  Bu 
ölkə qloballaşma prosesinin iqtisadi və siyasi tərəflərinə 
eyni münasibət bəsləmir. Çin siyasi qloballaşmaya Qərb 
ölkələrinin onun daxili işlərinə qarışması cəhdi kimi bax-
dığını  bəyan  edir.  Məlumdur  ki,  Qərb  dövlətləri  ÇXR-i 
Tibet, Sincan-Uyğur Muxtar Rayonu və Tayvan ilə bağlı 
məsələlərdə demokratiya və insan hüquqlarını pozmaq-
da günahlandırırlar. Hətta başda ABŞ olmaqla bəzi Qərb 
dövlətləri qeyd olunan bölgələri Çin hökuməti əleyhinə 
mübarizəsində müdafiə edirlər. Bu isə əslində Çinin inki-
şafına və dünyadakı iddialarına mane olmaq üçün istifa-
də edilən vasitələrdən biridir. 
İqtisadi  qloballaşmaya  isə  Çin  fərqli  yanaşır.  Bu  ölkə 
iqtisadi qloballaşmanın nəticələrindən çox məharətlə fay-
dalanır. Məsələn, Çinin Ümumdünya Ticarət Təşkilatına 
(ÜTT) cəlb edilməsi qloballaşmanın şərtlərinə uyğun ola-
raq onu dünya bazarından asılı vəziyyətə salmışdır. La-
kin ÇXR-in bu sahədə qazancı daha çox olmuşdur. ÇXR 
Ticarət Nazirliyinin rəsmisi Çun Tsyuanın verdiyi məlu-
mata  görə,  2003-cü  ildə  ÜTT-yə  üzvlüyündən  keçən  10 
il ərzində dünya bazarında Çinin payı 4,3% -dən 10.3%-
ə qədər yüksəlmiş, Çin dünyanın ixracat üzrə birinci və 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə