Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə9/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

33
məsinə qərar verildi. Eyni zamanda, tərəflər arasında hu-
manitar sahədə və piratçılığa qarşı mübarizədə əməkdaş-
lığın gücləndirilməsi barədə razılığa gəldilər. Si Cinpin ilə 
görüş zamanı ABŞ-ın müdafiə naziri XXI əsrdə dünyanın 
inkişafının  müəyyən  mənada  ABŞ-Çin  münasibətlərin-
dən asılı olduğunu vurğuladı. Qeyd edək ki, ABŞ müda-
fiə nazirinin Çinə səfəri ilə eyni zamanda ABŞ-da qəbul 
edilən  bir  qanun  münasibətlərə  ciddi  təsir  etdi.  Belə  ki, 
ABŞ konqresinin nümayəndələr palatası tərəfindən Tay-
vana  silah  satışına  icazə  verilməsinə  dair  qanun  layihə-
si qəbul edildi. Bununla bağlı çinli nazir ABŞ həmkarına 
kəskin  etirazını  bildirdi, ABŞ-ı  öhdəliklərini  pozmaqda, 
Çinin  daxili  işinə  qarışmaqda,  Tayvan  boğazında  sülhə 
mane olmaqda ittiham etdi. ABŞ müdafiə naziri isə bü-
tün bunlara cavab olaraq, Çinin ərazi bütövlüyünün ABŞ 
tərəfindən dəstəkləndiyini qeyd etdi. Danışıqlar zamanı 
Çin tərəfi bölgədə ABŞ-Yaponiya alyansının yaranmasın-
dan ehtiyat etdiyini bildirdi, ABŞ tərəfi isə Çinin Şimali 
Koreyaya təsirinin artırılmasının zəruriliyini qeyd etdi. 
Beləliklə,  həm  müzakirə  edilən  məsələlərə  dair  tərəf-
lər  arasındakı  fikir  ayrılıqları,  həm  də  əlverişli  bazalara 
yiyələnmək  uğrunda  mübarizə  göstərir  ki,  Çin  ilə  ABŞ 
arasında  münasibətlər  öz  gərginliyi  ilə  seçilir.  Region-
da,  xüsusən  Şərqi  Çin  dənizində  zaman-zaman  tərəflər 
bir-birilərinə güc nümayiş etdirirlər. ABŞ regionda Çin ilə 
müxtəlif xarakterli problemi olan dövlətlərin təminatçısı 
rolunda çıxış edir və Çinin regional nüfuzunun artması-
na mane olmağa çalışır. Lakin iqtisadi sahədə ABŞ Çinin 
ixracının artması prosesinin qarşısını ala bilmir. Çin isteh-
sallı məhsullar nəinki Cənub-Şərqi Asiya - Sakit okean re-


34
gionunda, hətta ABŞ-ın öz daxili bazarında böyük mövqe 
qazanmışdır.  Çin  məhsullarının  sürətli  şəkildə  ABŞ-ın 
daxili  bazarında  möhkəmlənməsi  narahatlıq  doğuran 
məsələlərdən biridir.
Dünya siyasətində Çin Xalq Respublikası ilə Rusiya Fe-
derasiyasının əlaqələri mühüm rol oynayır. Bu ölkələrin 
əlaqələri  hələ  SSRİ  dövründən  möhkəm  təməllərə  ma-
lik olmuşdur. ÇXR keçmiş SSRİ-nin ən etibarlı müttəfiqi 
sayılırdı.  Rusiya  müstəqillik  qazandıqdan  sonra  da  Çin 
Xalq Respublikası ilə əlaqələri nəinki qoruyub saxlamış, 
hətta daha da möhkəmləndirmişdir. Beynəlxalq münasi-
bətlərdə bu iki ölkə əksər məqamlarda vahid mövqedən 
çıxış  edir. Amerika  ilə  münasibətlərin  gərginliyi  Çin  və 
Rusiyanı  daha  da  yaxınlaşdırır.  Birləşmiş  Millətlər  Təş-
kilatının Təhlükəsizlik Şurasında Çin-Rusiya münasibət-
lərinin  yaxınlığı  daha  aşkar  hiss  olunur.  Bundan  başqa, 
ölkələr  arasında  qarşılıqlı  olaraq  ticarət-iqtisadi,  turizm 
və mədəni əlaqələr də inkişaf etdirilir. Hazırda Çin-Rusi-
ya əlaqələrinə Hindistanın da qoşulmaq meyli müşahidə 
edilir.  2014-cü  ildən  Rusiya-Çin  və  Hindistan  üçbucağı 
məsələsi  geosiyasətdə  diqqət  mərkəzinə  çəkilməkdədir. 
Bu, dünyanın qütbləşməsində yeni mənzərə yarada bilə-
cək faktordur. 
Çinin Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Uzaq Şərq və 
Cənubi Çin dənizi regionlarında uzunmüddətli iqtisadi və 
siyasi məqsədləri artıq aydın hiss olunur. ÇXR XXI əsrin 
başlanğıcından ümumi Asiya Ticarət İttifaqına rəhbərliyə 
başlamışdır.  Dünyanın  ən  sürətlə  inkişaf  edən  regionu 
olan Şərqi və Cənub-Şərqi Asiyanın iqtisadi inkişaf şərt-
lərini, demək olar ki, Çin müəyyən edir. ÇXR Sinqapur, 


35
Tailand,  Malayziya,  Filippin,  İndoneziya  kimi  ölkələrdə 
mövqelərini möhkəmləndirmiş, nüfuz sahibinə çevrilmiş, 
zəngin Çin diasporu tərəfindən iqtisadi və siyasi yardım 
alır. Güclü Çin diasporu region dövlətlərinin Çinmeyilli 
siyasətinə öz təsirini göstərir. Belə ki, Cənub-Şərqi Asiya 
ölkələrinin əksəriyyətinin ticarət və maliyyə mənbələrinə 
çinlilər nəzarət edir. Beləliklə, Çin Şərqi və Cənub-Şərqi 
Asiya  regionunda  mövqeyini  ABŞ-ın  ona  qarşı  bütün 
tədbirlərinə baxmayaraq, artıq, demək olar ki, möhkəm-
ləndirmişdir. Çinin bu region ilə əlaqələri həm ayrı-ayrı 
dövlətlər, həm də regional təşkilatlar vasitəsilə genişlən-
dirilir. Hər iki formatda Çin ilə digər dövlətlərin rəqabət 
aparması xeyli çətindir. Bu prosesdə Çin Xalq Respubli-
kası öz üstünlüyünü qoruyub saxlayır. 
Ümumiyyətlə,  dünya  siyasətində  beynəlxalq  təşkilat-
lar böyük rol oynayırlar. Bəhs olunan təşkilatlarda Çinin 
iştirakı və ya üzvləri ilə münasibətləri bu dövlətin regi-
ondakı siyasətinin üzvi tərkib hissəsidir. Asiya-Sakit oke-
an regionunda beynəlxalq münasibətlərin tənzimlənmə-
sinin norma və mexanizmləri Çinin aparıcı rol oynadığı 
ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası), Asi-
ya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Şanxay Əməkdaşlıq 
Təşkilatı və başqa qurumlar tərəfindən müəyyən olunur.
ASEAN-ın təhlükəsizik problemləri üzrə Regional Foru-
munda da Çin fəal və həlledici rol oynayır. Bu qurum Asi-
ya-Sakit okean regionunda sülh və təhlükəsizliyin təmin 
edilməsi  ilə  bağlı  olaraq  bütün  məsələlərlə  bağlı  müza-
kirələr keçirir. Ümumiyyətlə, Çin və ASEAN iqtisadi, si-
yasi, mədəniyyət, humanitar və təhlükəsizlik sahələrində 
geniş əlaqələrə malikdirlər. 


36
ASEAN ölkələrinin Çin ilə münasibətlərə xüsusi diqqət 
yetirməsinin digər səbəbləri də vardır. Həmin səbəblərin 
içərisində Asiya ölkələrinin geniş bazar olması, regionda-
kı təsir imkanları ilə yanaşı 2001-ci ildə Ümumdünya Ti-
carət Təşkilatına üzvlüyünü də qeyd etmək olar. Çinin bu 
təşkilata üzvlüyü onun Cənub-Şərqi Asiya regionu ölkələ-
ri arasında etimad qazanmasına səbəb olmuşdur (Çınar 
Y. Çin’in Güney Doğu Asya’da Bölgesel İşbirliğine Açık 
Hegemonya  Girişiminin  Temelleri//Uluslararası  hukuk 
ve politika, cilt 9, sayı 34, 2013, s.1-26, s.4). 2010-cu ildə 
rəsmi olaraq Çin-ASEAN azad ticarət zonası yaradılmış-
dır. Qeyd etmək lazımdır ki, belə bir azad ticarət zonası-
nın yaradılması təklifi hələ ötən əsrin 90-cı illərində irəli 
sürülmüşdü. Həmin təklifdən keçən 10 il ərzində bu is-
tiqamətdə geniş danışıqlar aparılmış, sazişlər bağlanmış-
dır. 2010-cu ildə ASEAN-ın baş katibi Surin Pitsuvan jur-
nalistlərə verdiyi müsahibələrindən birində qeyd etmişdi 
ki, Çin-ASEAN azad ticarət zonasının yaradılması təkcə 
Asiya deyil, dünya iqtisadiyyatının böhrandan çıxmasına 
kömək edəcəkdir.
1
 Beləliklə, Çinin regionda iqtisadi və si-
yasi nüfuzunun artması onun ASEAN ilə əlaqələrinin get-
dikcə inkişafına və Çinin bu ölkələrin bazarında möhkəm 
yer tutmasına səbəb olmuşdur.
«Böyük  İpək  Yolu»nun  fəaliyyətində  mühüm  rol  oy-
nayan Çin, həmçinin xüsusilə ASEAN ölkələrini də əhatə 
edən dövlətlər də daxil olmaqla yeni “Dəniz İpək Yolu”-
nun qurulmasının marağındadır. Bu təşəbbüslə Çinin baş 
naziri Li Keçyan Bruneydə keçirilən 16-cı ASEAN sammi-
1
 
Создание зоны свободной торговли Китай-АСЕАН – образы взаимовыгодного 
регионального сотрудничества - http://russian.people.com.cn/95181/6857733.html, 
(02.01.2010)


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə