Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə12/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

45
Çinin marağının artdığı regionlardan biri də Fars körfə-
zi ölkələridir. Hazırda siyasi sabitlik və etibarlı istehlakçı-
ya ehtiyac duyan Fars körfəzinin neft ixracatçısı olan döv-
lətləri də Çinə meyil edirlər. Belə ki, ABŞ-dan fərqli olaraq 
ÇXR sabitliyi demokratiyadan
 
daha vacib hesab edir və 
özünün etibarlı həmkar olduğunu nümayiş etdirir. 
Ekspertlərin  fikrincə,  Yaxın  Şərq  regionunun  siyasi 
cəhətdən  ABŞ-dan  ayrılaraq  Çinə  doğru  yönəlməsi  At-
lantik  əməkdaşlığı  üçün  də  təhlükə  yaradaraq,  Avro-
pa ölkələrinin Birləşmiş Ştatlar ilə münasibətlərinə təsir 
göstərə bilər.
1
 Belə hesab edirlər ki, ABŞ-ın region ölkələ-
rinə  münasibətdə  yürütdüyü  siyasət  və  hərbi  təcavüzü 
burada  neft  maraqları  olan Avropa  ölkələrinin  mənafe-
yinə toxunur. Yaranmış belə şəraitə baxmayaraq, Avropa 
dövlətləri ABŞ-a qarşı açıq çıxış etmir, təmkinlik nümayiş 
etdirirlər. 
Artıq qeyd edildiyi kimi, aralarında ərazi mübahisələ-
rinin mövcudluğuna baxmayaraq, Çin qonşuları ilə mü-
nasibətlərini  gərginləşdirmək  niyyətində  deyildir.  Çin 
diplomatiyasının fəaliyyəti nəticəsində Rusiya, Qazaxıs-
tan, Qırğızıstan, Tacikistan, Vyetnam, Laos və Hindistan 
ilə ərazi mübahisələri həll edilmiş və ya müvəqqəti olaraq 
dayandırılmış,  münasibətlər  tənzimlənmişdir.  Nəticədə 
Çin münaqişəli ərazilərin yalnız 50 %-nə sahib olmuşdur. 
Əslində belə vəziyyət indiki mərhələ üçün Çini qane edir. 
Hazırda Çinin Senkaku, Parasel, Spratli adaları kimi mü-
bahisəli ərazilər uğrunda qonşularına olan təzyiqi kifayət 
qədər  zəifləmiş,  onların  arasında  gərginlik  azalmışdır. 
Əvəzində  həmin  ölkələrdə  Çinin  iqtisadi  fəaliyyəti  ge-
1
 
Уткин A. Подъем и падение Запада. M.: AСT изд-во, 2008, 761 s., s.535


46
nişlənmişdir. Bu isə Çinin arzu etdiyi fəaliyyət azadlığı-
na şərait yaratmışdır
1
. Əlbəttə, yuxarıda qeyd olunanlar 
Çinin bu ərazilərə iddialardan əl çəkməsi demək deyildir. 
Sadəcə, ÇXR hərtərəfli inkişafına maneə ola biləcək siya-
si gərginliklərdən müvəqqəti olaraq uzaqlaşmağa çalışır. 
Bunun  əvəzində  Çin  həmin  ölkələrə  iqtisadi  cəhətdən 
daha güclü nüfuz edir, çinlilərin məskunlaşması isə artır. 
Çin Xalq Respublikası Rusiyaya Asiya-Sakit okean re-
gionunda əsas oyunçu kimi baxmır. Hazırda Rusiya tərə-
fi Çin üçün yalnız ŞƏT üzrə əməkdaş və Koreya üzrə al-
tıtərəfli  danışıqların  “iştirakçısı”  olaraq  əhəmiyyət  kəsb 
edir. Bundan əlavə, Rusiya Asiya-Sakit okean əməkdaş-
lığının üzvü kimi bu forumda az əhəmiyyətli rola malik-
dir.
2
  İki  ölkə  arasındakı  münasibətlərə  gəldikdə  isə  sül-
hün saxlanması uğrunda və bir dövlətin hegemonluğuna 
qarşı mübarizə kimi ümumi strateji maraqlarının üst-üstə 
düşməsi ilə yanaşı, bir sıra ziddiyyətlər də qalır. Rusiyanı 
ölkənin Uzaq Şərq bölgəsinə çinli mühacirlər və ticarət-
çilərin getdikcə artan axını narahat edir. Belə ki, bu axın 
həmin  bölgənin  kütləvi  şəkildə  çinlilər  tərəfindən  məs-
kunlaşması təhlükəsini yaradır. Hətta sakit həyata keçi-
rilən Çin ekspansiyası onunla nəticələnər ki, XXI əsrin or-
talarında Rusiya Federasiyasında 10 milyondan artıq çinli 
yaşaya bilər. Bu da ruslardan sonra çinlilərin ikinci yerdə 
olmasına gətirib çıxara bilər.
3
 Digər tərəfdən, Çin Koreya-
nın birləşməsini öz himayəsi altında reallaşdırmaq cəhdi 
ilə də Rusiyanın Uzaq Şərqi üçün təhlükə törədir. Bundan 
1
 
Уткин A. Подъем и падение Запада. M.: AСT изд-во, 2008, 761 s., s.527
2
 
Михиев В. Внешняя политика Китая при новом руководстве. Журнал. Азия и 
Африка сегодня, 2005, №12, стр.7.
3
 Ağalar Abbasbəyli. Dünya siyasəti. Bakı, 2011, səh.439


47
əlavə, Çin ilə Rusiya arasındakı ərazi mübahisəsi də öz 
həllini tapmamışdır.

XX əsrdə sosialist düşərgəsi daxilində təzadlı və mürək-
kəb inkişaf yolu keçmiş Çin-Rusiya (keçmiş SSRİ) müna-
sibətləri 1990-cı illərdən başlayaraq tədricən yaxınlaşma 
istiqaməti götürmüşdür. ÇXR Rusiya ilə münasibətlərini 
inkişaf  etdirməyə  xüsusi  əhəmiyyət  verir.  Bu  dövlətlər 
bir-birinə strateji tərəfdaş kimi baxırlar. Artıq qeyd edil-
diyi kimi, Çin Rusiya ilə Şanxay Əməkdaşlıq Təşkilatında 
sıx əməkdaşlıq həyata keçirir, xüsusilə ABŞ-ın hegemon-
luğuna  qarşı  mübarizə  aparmaq  məqsədilə  çoxqütblü 
dünyanın  formalaşdırılmasında  Rusiya  ilə  eyni  mövqe-
dən çıxış edir. Buna baxmayaraq həm Rusiya, həm də Çin 
ABŞ ilə münasibətlərinin pozulmasına maraq göstərmir-
lər. Hətta hazırda Ukrayna probleminə görə ABŞ-ın sank-
siyalar  tətbiq  etdiyi  dövrdə  də  Rusiya Amerikaya  qarşı 
münasibətini  tam  sərtləşdirməmiş,  ehtiyat  üçün  müəy-
yən yer saxlamaqda davam edir. ABŞ-ın Rusiya və Çin-
də insan hüquqlarının pozulmasına dair bu ölkələrin ün-
vanına söylədiyi kəskin tənqidin əleyhinə olaraq, Rusiya 
Sintzyan probleminin həllində Çini dəstəkləyir və Çin də 
Rusiyanın Çeçenistan probleminə eyni anlayışı nümayiş 
etdirir. Bir çox beynəlxalq məsələlər üzrə Rusiya və Çinin 
mövqeyi üst-üstə düşür. Belə yanaşma əslində beynəlxalq 
səviyyədə ABŞ-ın hegemonluğuna qarşı yaranmış format 
kimi qəbul olunur. 
İki ölkə arasında hərbi sahədə əməkdaşlıq fəal inkişaf 
edir. Rusiya Çinə silah satışında qabaqcıl yerlərdən birini 
tutur. Qeyd olunan sahədə əməkdaşlığın inkişafı onunla 
1
 Василенко И.А. Геополитика современного мира. М.:Гардарики, , 2006, 
317с., с.276


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə