Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə10/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

37
tində və ÇXR-in sədri Si Cinpin isə 2013-cü ildə İndonezi-
ya parlamentində çıxış etmişlər. Onlar nitqlərində region 
ölkələri arasında dəniz ticarətinin genişləndirilməsinin va-
cibliyini qeyd etmiş, strateji əhəmiyyətini vurğulamışlar. 
Çinin  ASEAN  ölkələri  ilə  əməkdaşlığı,  genişləndiril-
məkdə və mövqelərini möhkəmləndirməkdə səylərini ar-
tırmasına təsir edən digər bir səbəb də vardır. Buda ABŞ-ın 
ASEAN ölkələrinin bazarında möhkəmlənməsi sərhədləri 
ilə  bağlıdır.  Maraqların  toqquşması  nəticəsində ASEAN 
ABŞ-Çin qarşıdurmasının ən gərgin olduğu məkanlardan 
birinə çevrilmişdir. Mövqelərini qorumaq üçün ABŞ regi-
onun Çin ilə rəqabət aparan və Çinin dənizlərdə adalar 
uğrunda  mübahisəli  məsələləri  olan  dövlətlərinə  mütə-
madi  hərbi  yardımlar  edir.  Həmin  yardımlar  dövlətləri 
gücləndirirsə, Çində isə antiamerikan əhval-ruhiyyəsinin 
artmasına səbəb olur. ABŞ eyni zamanda ASEAN ölkələ-
rinə müxtəlif formada təzyiqlər göstərir. Artıq ASEAN-a 
üzv  olan  bir  sıra  ölkələr  ABŞ-Çin  qarşıdurmasında  Va-
şinqtonu seçmişlər. Çinin regionda ən böyük rəqiblərin-
dən biri olan Hindistanın da ABŞ ilə əməkdaşlığa üstün-
lük verməsi rəsmi Pekini narahat edir. Analitiklər bu mey-
lin gələcəkdə daha da güclənəcəyini proqnozlaşdırırlar.
1
Həmin  dövlətlər  belə  hesab  edirlər  ki,  Çinin  region-
da getdikcə güclənən və artan təzyiqləri qarşısında uzaq 
ABŞ ilə əməkdaşlıq yalnız fayda verər. ABŞ-dan yardım-
lar alan bu ölkələr sosial-iqtisadi inkişafları üçün əmək-
daşlığın  genişləndirilməsini  əhəmiyyətli  hesab  edirlər. 
Bütün bunları yaxından izləyən Çin rəsmiləri ABŞ-ın re-
giondakı təsirlərinə zahirən loyal yanaşır, eyni zamanda, 

Qlobal  siyasət:  təhdidlər,  çağırışlar,  ümidlər  –  /Newtimes.az  analitik  informasiya 
portalının məqalələr toplusu/ Bakı, 2013, səh.220


38
region  dövlətlərində  öz  mövqeyini  genişləndirməyi  heç 
vaxt ikinci plana keçirmir. Beləliklə, region dövlətləri uğ-
runda mövqelər uğrunda ciddi bir rəqabət mövcuddur və 
həmin proses davam etməkdədir. 
Çin  Xalq  Respublikası  iqtisadi  qüdrətinin  artması  di-
gər sahələrdə də özünü göstərir. Çin 2012-ci ildə dünya 
üzrə inşaat və sərmayə sektorunda liderlik qazanmışdır. 
Çinin bu sahədə lider olmasını təmin edən üç inşaat şirkə-
ti  onun  Cənub-Şərqi Asiyada  da  rolunun  güclənməsinə 
səbəb  olmuşdur.  Dəmiryol  tikintisində  Çinin  liderliyini 
“China Railway Construction Cooperation” (CRCC) və“-
China Railway Group Limited” (CRGL) şirkətləri təmin 
etmişdir.  Çinin  “China  Communications  Construction 
Company”  adlı  yükdaşıma  şirkəti  də  bu  ölkənin  bəhs 
olunan regionda möhkəmlənməsində xüsusi rol oynayır. 
Çinin  bu  şirkətləri  dünyanın  həmçinin  müxtəlif  region-
larında nəhəng layihələri öz üzərlərinə götürərək uğurla 
reallaşdırırlar. (Çınar Y. Çin’in Güney Doğu Asya’da Böl-
gesel İşbirliğine Açık Hegemonya Girişiminin Temelleri // 
Uluslararası hukuk ve politika, cilt 9, sayı 34, 2013, s.1-26 
,s.10).  Belə  böyük  layihələrin reallaşdırılması  artıq  dün-
yanın bir çox regionlarında Çinin iqtisadi mövqeyini və 
təsirini  gücləndirmiş,  eyni  zamanda  rəqiblərində  nara-
hatlıqlar doğurmuşdur. 
Məlum olduğu kimi, Çinin regiona və eləcə də dünyaya 
açılması üçün əsas qapı kimi Honkonqun xüsusi rolu var-
dır. Belə ki, Çinin bu muxtar rayonu dünyanın müxtəlif 
bölgələrindən səhmləri özünə cəlb edir. Heç əbəs deyildir 
ki, bir çox dövlətlər Aralıq dənizindən Honkonqa qədər 
olan ərazidə bir-birilərinin ticarətinə və nüfuzuna mane 


39
olmaq  üçün  müxtəlif  vasitələrlə  mübarizə  aparırlar.  Bu 
mübarizədə Çin xüsusi fəallıq göstərir. Çinin yeni regio-
nal və dünya dövləti rolunu reallaşdırma vasitələrindən 
biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu baxımdan 
diqqəti cəlb edir. Hazırda Çin ŞƏT-dən öz maraqları üçün 
istifadə etməyə, geosiyasi tarazlığı və SSRİ-nin dağılma-
sından sonrakı müddət ərzində Mərkəzi Asiya respubli-
kalarının ənənəvi daxili və xarici əlaqələr sistemini dəyiş-
məyə çalışır.
1
 Məlumdur ki, təşkilatın siyasi cəhətdən ma-
raqlandığı problemlər regionda terrorizmə, separatçılığa 
(Şimali  Qafqaz,  Özbəkistan,  Qırğızıstan,  Tacikistan  və 
Çinin Sintszyan – Uyğur Muxtar Rayonunda) mübarizə 
aparmaq, ABŞ və NATO-nun Mərkəzi Asiyada təsirinin 
qarşısını almaqdır.
Beynəlxalq müstəvidə Çin hökuməti bu təşkilata iqti-
sadi və siyasi tərəfdaşlıq təşkilatı kimi baxdığını dəfələr-
lə bəyan etmişdir. Bundan əlavə, Çin region dövlətləri ilə 
sərhəd problemlərini həll edərək təcavüzkar siyasət yü-
rütmədiyini  göstərmiş  və  onların  etimadını  qazana  bil-
mişdir. Bu mənada Pekin ŞƏT-ə bölgədə öz nüfuzunu ar-
tırmaq vasitəsi kimi baxır.
2
 
Nəzərə almaq lazımdır ki, Çinin Mərkəzi Asiya ölkələ-
ri ilə münasibətləri zəngin tarixi təcrübəyə söykənir. Bu 
dövlət həm də Şərqi Türküstanın coğrafi, tarixi və mədə-
ni əlaqələrindən istifadə etməklə regionda strateji üstün-
lük əldə etmək imkanına malikdir. Ona görə də regionda 

Каукенов А. Политика Китая в шанхайской организации сотрудничества // Инте-
грация, Азия и Кавказ, №3 (51), 2007, s.74-89, s.74
2
 
Özdaşlı E. Çin ve Rusya Federasyonunun perspektifinden Şanghay iş birliğinə doğru // 
Mehmet Akif Ersoy Üniversitesi, Sosial Bilimler Enstitüsü Dergisi, sayı 6, 2012, s.110


40
Çin-Rusiya rəqabətinin gücləndiyi görünür. Lakin tarixə 
nəzər salsaq, Rusiyanın bu regiona gəlişinin XIX əsrdən 
başlandığını, Çinin isə bölgənin türk dövlətləri ilə müna-
sibətlərinin tarixinin eramızdan əvvəllərə getdiyi məlum 
olur. Bütün amilləri diqqətdən qaçırmasaq, bir sözlə, Çi-
nin  Mərkəzi Asiyada  geosiyası  üstünlüyü  rəqiblərindən 
daha çox olduğu aydın görünər. Bu baxımdan Çinin ŞƏT 
vasitəsilə Mərkəzi Asiyada təsir imkanları daha genişdir. 
Çin həm maliyyə-iqtisadi, həm də tarixi əlaqələr baxımın-
dan regionda rəqiblərini geridə qoyur. 
Doğrudur,  SSRİ-nin  dağılmasından  sonra  Çin  ilə  ona 
həmsərhəd olan Mərkəzi Asiya ölkələri arasında da sər-
həd  problemləri  ortaya  çıxmışdır.  Lakin  bu  problemlər 
də  düşünülmüş  siyasət  nəticəsində  uğurla  həll  edilmiş-
dir. Məsələn, Qazaxıstan ilə Çin arasında mübahisə 900 
kv.km-dən çox Qazaxıstan ərazisi üstündə idi. Ötən əsrin 
90-cı illərində bu problem həmin sərhəd ərazisinin bölüş-
dürülməsi ilə həllini tapmışdır. Qeyd etmək lazımdır ki, 
bu  zaman  Qazaxıstan  tərəfi  Pekinin  xahişini  yerinə  ye-
tirərək hələ sovetlər zamanında sərhəddə tikilmiş isteh-
kamların sökülməsinə razılıq vermişdi. 
Qırğızıstan ilə də sərhəd problemi bu ölkənin az da olsa 
mübahisəli ərazidən Çinə güzəştə getməsi ilə həll edildi. 
Tərəflər bundan sonra geniş əməkdaşlığa başladılar. La-
kin nisbətən uzun sürən proses Tacikistan ilə ərazi müba-
hisəsinin həlli istiqamətində oldu. 
Belə ki, Pekin bu ölkənin nisbətən çox ərazisinə iddia 
edirdi.  Buna  baxmayaraq,  problem  Tacikistanın  Karzak 
aşırımı  bölgəsindəki  həmin  əraziyə  nəzarəti  öz  əlində 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə