Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə8/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

29
xüsusilə seçilir. Malakka körfəzindən keçən dəniz yolları 
Şimal-Şərqi Asiya ölkələrini neft və digər mühüm ehtiyat-
larla təmin edir. Bu dəniz yolları həm də region dövlətlə-
rinin dünya bazarlarına hazır məhsullar ixrac etdiyi əsas 
arteriyadır. Ümumilikdə ÇXR Asiyanın şərqinə və cənu-
buna xüsusi diqqət yetirir. Çünki ÇXR-ə idxal olunan bü-
tün malların 85%-i, o cümlədən enerji idxalının 80%-i bu 
yolla həyata keçirilir. Ona görə də ölkənin xarici siyasət 
fəaliyyətində ən ciddi məsələlərdən biri Malakka boğazı-
nın  təhlükəsizliyini  təmin  etməkdən  ibarətdir.  Malakka 
boğazının təhlükəsizliyinə qarşı törədilə biləcək hər hansı 
bir təhdidi Çin heç nədən çəkinmədən dəf etmək əzmin-
dədir.  Bu,  artıq  beynəlxalq  münasibətlərdə  açıq  bilinən 
tendensiyadır.
Məlum  olduğu  kimi,  Asiya-Sakit  okean  regionunun 
aparıcı  dövlətləri  Çin,  Rusiya,  Hindistan,  iki  Koreya  və 
ABŞ-dır. Regionda Çinin müttəfiqləri ilə yanaşı, araların-
da kəskin ziddiyyətlərin, hətta tarixi düşmənçiliyin möv-
cud olduğu dövlətlər də var. Ziddiyyətlərin başlıca səbəbi 
isə regionun təbii ehtiyatlarına yiyələnmək və nüfuz da-
irələri  qazanmaq  uğrunda  mübarizə,  eyni  zamanda,  ta-
rixdən gələn ərazi mübahisələridir. 
Ümumiyyətlə, Tayvan problemi, ikiyə ayrılmış Koreya, 
Cənubi Çin dənizi və Spratli adaları, ASEAN-ın getdikcə 
siyasi təşkilat kimi etimad qazanması, ABŞ-ın Vyetnam ilə 
yaxınlaşması, Orta Asiya respublikalarından neft və təbii 
qaz  alınması  istiqamətində  ABŞ-ın  fəaliyyəti,  Birləşmiş 
Ştatların  Hindistan  və  Yaponiya  ilə  sıx  əlaqələrinin  get-
dikcə intensivləşməsi kimi məsələlər iki ölkəni qarşı-qar-
şıya  qoya  bilər.  Çin  həmçinin  NATO-nun  Şərqə  doğru 


30
genişlənməsinə  ehtiyatla  yanaşır.  Bu  da  səbəbsiz  deyil-
dir. NATO-nun Şərqə doğru genişlənməsinə isə Çin tərə-
fi ABŞ-ın Asiya-Sakit okean bölgəsində yeni strategiyası 
kimi baxır (Yılmaz S. Yükselen güç Çinin Güvenlik politi-
ka ve stratejileri // Stratejik araştırmalar dergisi, Sayı 1 (2), 
2008, s.77-98, s.81). Çin üçün enerji məsələsinin siyasi və 
təhlükəsizlik tərəfləri də getdikcə daha çox əhəmiyyət da-
şıdığına görə onun enerji mənbələri uğrunda mübarizədə 
də ABŞ ilə qarşı-qarşıya gəlməsi qaçınılmazdır.
1
Dünyada formalaşmaqda olan yeni dövlətlərarası mü-
nasibətlər  göstərir  ki,  III  minillikdə  Çinin  beynəlxalq 
münasibətlər  sistemində  mövqeyi  ilk  növbədə  müxtəlif 
regionlarda  Çin-ABŞ  qarşıdurması  ilə  müəyyən  olunur. 
Dünya  ölkələri  təkqütblülükdən  imtina  edirlər  və  yeni-
dən çoxqütblü modelə qayıdırlar. Bu prosesdə Çin Xalq 
Respublikası ən mühüm rol oynayır. Artıq qeyd edildiyi 
kimi, müasir dövrdə Çin-ABŞ münasibətləri 1972-ci ilin 
fevral  ayında  ABŞ  Prezidenti  Riçard  Niksonun  ÇXR-ə 
səfəri  ilə  başlamışdı.  Bu  səfər  zamanı  qəbul  olunmuş 
“Şanxay Bəyannaməsi” adlı sənəd ÇXR ilə ABŞ arasında 
diplomatik  əlaqələrin  yaranmasının  əsasını  qoymuşdu. 
1978-ci ildə rəsmi diplomatik əlaqələr qurulmuş və nəticə 
etibarı ilə ABŞ rəsmi Pekini Çinin bütün ərazisində qanu-
ni hökumət kimi qəbul etmişdi. Bu tarixdən etibarən Tay-
van da Çinin ayrılmaz hissəsi kimi bəyan edilmiş və Ağ 
Ev bu ada ilə “diplomatik əlaqələr”ini kəsmişdi. 
 Bütün bunlara bütövlükdə təsir edən bir sıra amillər 
var idi. Hər şeydən əvvəl, 1978/1979-cu illərin İran inqila-
bından sonra ABŞ bu ölkədən çıxarıldıqdan və 1970-cu ildə 

Yılmaz S. Yükselen güç Çinin güvenlik politika ve stratejileri // Stratejik araştırmalar 
dergisi, Türkiyə, Ankara, №1-2, 2008, s.77-98.


31
SSRİ  Əfqanıstana  hərbi  müdaxilə  etdikdən  sonra  ABŞ-
Çin münasibətlərində istiləşmə baş verdi. ABŞ ilə yana-
şı Çinin də Əfqanıstana sovet müdaxiləsini açıq şəkildə 
pisləməsi Vaşinqton-Pekin əməkdaşlığına yeni bir impuls 
gətirdi. Bu münasibətlər sonrakı on ildə də davam etdiril-
di. Soyuq müharibənin başa çatması və SSRİ-nin dağılma-
sından sonra isə beynəlxalq münasibətlərdə yeni çalarlar 
yaranmağa başladı. Bu zaman ABŞ-ın təkqütblü dünyaya 
keçidə səy göstərməsi Çin tərəfindən birmənalı qarşılan-
madı.
Məlum olduğu kimi, Barak Obamanın Prezident seçil-
məsindən sonra ABŞ xarici siyasətində “Asiyaya qayıdış” 
istiqaməti prioritetlərdən biri olaraq elan olundu. İki ölkə 
arasında dialoq intensivləşdi və qarşılıqlı səfərlərin sayı 
artdı. Yüksək səviyyəli rəsmi səfərlərin tərkibi və müza-
kirə edilən mühüm məsələlər ABŞ ilə yanaşı, dünya həya-
tında Çinin də rolunun artdığını göstərirdi. Belə ki, 2009-
cu  ilin  noyabrın  15-18-də ABŞ  Prezidenti  Barak  Obama 
Çin Xalq Respublikasına səfər etmiş, bundan sonra 2011-
ci ilin yanvarın 19-da isə ÇXR-in Sədri Hu Tzintao ABŞ-da 
rəsmi səfərdə olmuşdur. Bu səfərlər ikitərəfli münasibət-
lərdə mühüm hadisələr olmaqla böyük əhəmiyyət daşı-
yırdı. Danışıqlar bir çox dünya problemlərinə yanaşmada 
tərəflər arasında müəyyən fikir ayrılığının olduğunu da 
göstərmişdir. 
Qarşılıqlı  münasibətlərdə  növbəti  addım  2013-cü  ilin 
iyunun  7-8-də  ÇXR-in  Sədri  Si  Cinpinin ABŞ  Preziden-
ti Barak Obama ilə Kaliforniyada keçirilən görüşü oldu. 
Danışıqlar zamanı hər iki ölkədə daxili vəziyyət və döv-
lət idarəetmə təcrübəsi, Çin-ABŞ münasibətlərinin möv-


32
cud  vəziyyəti  və  perspektivləri,  beynəlxalq  və  regional 
məsələlər,  siyasi  və  təhlükəsizlik,  iqtisadi  və  maliyyə 
məsələləri,  habelə  kiber  təhlükəsizlik,  iqlim  dəyişikliyi 
kimi mövzular ətrafında müzakirələr apardılar. Bu, bü-
tövlükdə dünya ölkələri üçün də çox əhəmiyyətli olan bir 
dialoq  idi.  Bu  dialoq  eyni  zamanda  Çin  Xalq  Respubli-
kasının da beynəlxalq münasibətlərdə artıq söz sahibinə 
çevrildiyini göstərirdi. 
İki ölkə arasında münasibətlərdə növbəti addım 2013-
cü ilin dekabrın 3-4-də ABŞ-ın vitse-prezidenti Cozef Bay-
denin ÇXR-ə səfəri oldu. Səfər çərçivəsində əsasən Şərqi 
Çin dənizində hava hücumundan müdafiə zonasının ya-
radılması, Tayvan və Tibet məsələləri müzakirə olundu. 
Aparılan danışıqlar tərəflər arasında çoxlu fikir ayrılıqla-
rının  olduğunu  göstərdi.  Belə  ki,  Çin  tərəfi ABŞ-ın  Şərq 
Çin dənizində hava hücumlarından müdafiə zonası yarat-
masının əleyhinə çıxır və Tayvan və Tibet məsələlərində 
tutduğu mövqe ilə tam razı deyildi. Pekinin mövqeyinə 
görə, Tibet məsələsinin insan hüquqları ilə əlaqələndiril-
məsi əsassızdır. Bu məsələ ilə Çinin özü məşğul olmalıdır, 
digər dövlətlər problemə müdaxilə etməməlidirlər. 
Fikir  ayrılıqlarına  baxmayaraq,  iki  ölkə  arasında  qar-
şılıqlı münasibətlər davam etdirildi. Bunun bir nümunə-
si  2014-cü  ilin  aprelin  7-10-da  ABŞ  müdafiə  naziri  Çak 
Heyqelin Çinə səfəri oldu. Səfər zamanı o, ÇXR-in Səd-
ri Si Cinpinlə görüşdü. Tərəflər Sakit okean regionunda 
yaranmış gərgin şəraitə görə bir-birinə qarşılıqlı iradları-
nı bildirirlər. Danışıqlar zamanı Çinin qonşuları ilə ərazi 
mübahisəsi, Şimali Koreya və kiber təhlükəsizliyi ilə bağlı 
ümumi razılıq əldə olunmasa da, dialoqun davam etdiril-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə