Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə5/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   78

17
idxalat üzrə isə ikinci dövlətinə çevrilmişdir. Bu rəqəmlər 
10 illik bir müddət üçün dünyada ən yüksək göstəricidir. 
Bundan əlavə, ÜTT-yə üzvlükdən keçən 10 il ərzində Çi-
nin ÜDM-nin həcmi də dünyada 6-cı yerdən 2-ci yerədək 
yüksəlmişdir.
1
 Bu mənada Çinin dünya bazarına daxil ol-
ması həm onun özü, həm də ortaqları üçün böyük mən-
fəətlə nəticələnmişdir. Bir çox rəqibləri isə ölkənin bu in-
kişafından narahat olmağa başlamışlar. 
Həmin nailiyyətlərin davamlı və möhkəm olması üçün 
ÇXR-in əhatəsində yerləşən dövlətlər ilə mehriban qonşu-
luğa, sülhə, müttəfiqləri və iqtisadi tərəfdaşları, eləcə də 
rəqibləri ilə dinc və sabit münasibətlərə ehtiyacı vardır. 
Bu baxımdan Çinin mövqeyini təhlil edən məşhur polito-
loq Z.Bjezinskinin fikirləri diqqəti cəlb edir. O yazır: “Çin 
üçün ən düzgün xarici siyasət kursu öz gücünü qənaətlə 
sərf etmək, gələcək iqtisadi inkişaf üçün şərait yaratmaq, 
ehtiyatla  Asiya  ölkələrinin  ittifaqını  formalaşdırmaq  və 
gələcəkdə Yaponiyanı da bu ittifaqa cəlb etməkdir”.
2
 Bunu 
dərk edən Çin liderləri iqtisadi inkişafı ləngitməmək na-
minə ən gərgin şəraitlərdə belə diplomatik vasitələrlə sül-
hün və əmin-amanlığın təmin olunmasına, əməkdaşlığın 
isə davam edilməsinə çalışırlar. Bu, iqtisadi inkişaf üçün 
zəruri olan davamlılıq prinsipinin daha da möhkəmlən-
məsinə xidmət edir. 
Məlum  olduğu  kimi,  Çin  Xalq  Respublikası  Qərbin 
SSRİ ilə «soyuq müharibə» dövrünün bitməsindən sonra 
ABŞ-ın liderliyində yaranmış şəraitdən ən çox yararlanan 
1
 
Чун Цханъ: oб экonoмикe KНР зa 10 лeт в ВTO-http://russian.china.org.cn/
exclusive/txt/2011-12/13/content_24139493.htm,(13-12-2011).
2
 
Бжeзинский З. Выбoр: мирoвoe гoсудaрствo или глoбaлнoe лидeрствo. M.: 2005, 
288 с., с.160


18
ölkə olmuşdur. Lakin buna baxmayaraq, qərblilərin Çinə 
öz dəyərlərini qəbul etdirmək cəhdləri baş tutmamışdır. 
Çinin gələcək inkişafına dair verilən proqnozlara görə, bu 
ölkə tezliklə dünyanın böyük gücləri ilə mübarizə üçün 
öz xarici siyasət strategiyasını əzmlə inkişaf etdirəcək, iq-
tisadi qüdrətini daha da artırmağa nail olacaqdır. 
Buna baxmayaraq, Çinin ətrafında mövcud olan geosi-
yasi şərait digər böyük dövlətlərlə müqayisədə xeyli qa-
rışıq və mürəkkəbdir. Dünyada ən çox qonşusu olan ölkə 
kimi  Çinin  ətrafında  planet  əhalisinin  40%-nin  yaşadığı 
29 ölkə yerləşir və Çin 15 ölkə ilə həmsərhəddir.
1
 Həmin 
ölkələr ilə Çin arasında qarşılıqlı münasibətlərdə müəy-
yən  problemlər  mövcuddur.  Buna  baxmayaraq,  qədim 
və zəngin ənənələri olan Çin diplomatiyası mövcud olan 
bütün gərgin şəraitlərdən bacarıqla çıxmağı bacarmış və 
regiondakı  rəqibləri  ilə  münasibətlərini  tənzimləyə  bil-
mişdir. Belə ki, aparılan məqsədyönlü siyasət nəticəsində 
bəzi dövlətlərin Çini açıq münaqişələrə qatmaq cəhdləri 
uğursuzluğa düçar olmuşdur. 
Müasir  tarixi  şəraitdə  Çinin  xarici  siyasətinin  əsas  is-
tiqaməti daha çox qonşu dövlətlərlə münasibətlərdə gər-
ginliyin aradan qaldırılmasına yönəldilsə də, bu ölkənin 
bir çox qonşuları ilə problemləri hələ də qalır. Lakin Çin 
Xalq  Respublikası  iqtisadi  inkişafın  möhkəmləndirilmə-
si naminə həmin problemlərin həllinə təmkinli, dözüm-
lü münasibət bəsləyir, hər zaman hərbi-siyasi prosesləri 
arxa plana keçirməyə səy göstərir.
Nəzərə almaq lazımdır ki, Çinin demək olar ki, bütün 
qonşuları  ilə  ərazi  mübahisələri  vardır.  Bu  mübahisələr 
1
 Ekrem E. Çinin Orta Asya politikaları, Ankara: Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak 
Üniversitesi, 2011, 80 s., s.12-13


19
Rusiya, Yaponiya, Hindistan, Pakistan, Vyetnam, Buxan, 
Myanma,  Birma,  Tailand  və  başqa  ölkələrlə  mövcud-
dur və arabir qabarıb-çəkilir. Mübahisəli hesab edilən 
ərazilər Tsin imperiyasının “İtirilmiş fotoqrafı” sayılır. 
Bu, bütövlükdə böyük əraziləri əhatə edir. Doğrudur, 
hazırda bu iddialar xarici siyasət fəaliyyətində səslən-
dirilmir, lakin ölkə daxilində məsələyə dair tarixi əsər-
lər yazılır, müəyyən fikirlər nəzərə çarpdırılır. Çin ilə 
qonşu  ölkələr  arasında  mövcud  olan  transsərhəd  xa-
rakterli problemləri əsasən aşağıdakı kimi qruplaşdır-
maq olar: 
Çin-Hindistan: Kəşmir məsələsi üstündə gərginliyin 
azaldılması istiqamətində danışıqların davam etməsinə 
baxmayaraq,  regionun  3  hissəsi  –  faktiki  olaraq  Çinin 
nəzarətində olan “Aksai Çin”, Hindistanın nəzarətində 
olan  “Cammu  və  Kəşmir”  və  Pakistanın  nəzarətində 
olan “Azad Kəşmir və şimal əraziləri” arasında gərgin 
hərbi şərait hələ də davam edir. Hindistan 1964-cü ildə 
tarixi Kəşmir ərazilərinin Pakistan tərəfindən Çinə ve-
rilməsini qəbul etmir və tanımır. Çin Hindistanın “Aru-
naçal Pradeş” bölgəsinin çox hissəsinin Himalay ərazi-
sinin bir hissəsi olduğunu iddia edir. Beynəlxalq müstə-
vidə və ölkələr səviyyəsində bu bölgədəki sərhədi təs-
vir və ya müəyyən edən heç bir saziş yoxdur. Ona görə 
də  iki  ölkə  arasında  ərazi  mübahisəsinin  mövcudluğu 
və sərhəd müqaviləsinin imzalanmaması münasibətlərə 
mane olan başlıca amildir. 
Çin-Butan:  Butan  Çinlə  müqayisə  ediləcək  ölkə  de-
yildir. Lakin neçə illərdir ki, Butanın şimal-qərb ərazilə-
rinin  böyük  hissəsini  “Çumbi”  çıxıntısı  boyunca  əhatə 


20
edən kartoqrafik uyğunsuzluğa görə əmələ gəlmiş ərazi 
münaqişəsinin  həlli  istiqamətində  ortaq  sərhəd  xəttinin 
müəyyənləşdirilməsi  üçün  ikitərəfli  danışıqlar  davam 
etdirilir. Bu vəziyyət indi də Çinin xarici siyasətinə təsir 
edən amillərdən biridir.
Çin-Myanma: Çinin ətraf mühit və sosial problemləri 
nəzərə alaraq “Salven” çayı üzərində layihələndirilmiş 13 
su  dambasının  tikintisini  təxirə  salmasına  baxmayaraq, 
elektrik enerjisi azlığından əziyyət çəkən Myanma regi-
onal və beynəlxalq etirazlara məhəl qoymadan Tailandın 
dəstəyi ilə 5 hidro-elektrik damba inşa etmək niyyətində-
dir. Bu fəaliyyət iki ölkə arasındakı geosiyasi və iqtisadi 
münasibətlərə müəyyən dərəcədə təsir edir.
Bundan başqa, Cənubi Çin dənizinin sahilyanı ölkələr 
ilə mübahisəli məsələləri də öz həllini tapmamışdır. Belə 
ki,  Cənubi  Çin  dənizində  beynəlxalq  sərhəd  xətlərinin 
müəyyənləşdirilməməsi  səbəbindən  Çin  ilə  Vyetnam 
arasında  problemlər  mövcuddur.  Çin  tərəfi  Filippin  və 
Tayvan ilə yanaşı “Skarboro Rif” üzərində, Malayziya, Fi-
lippin, Tayvan, Vyetnam və Bruneylə yanaşı isə “Spratli 
adaları”nın üzərində öz suverenliyini bəyan edir. 2002-ci 
ildə tərəflər arasında qəbul olunan “Tərəflərin Davranış-
ları Bəyannaməsi” Spratli adaları üzərindəki gərginliyin 
azalmasına gətirib çıxardı. Çin, eyni zamanda, Tayvan və 
Vyetnam tərəfindən də iddia edilən “Parasel adaları”nı öz 
nəzarəti altında saxlayır. Bu vəziyyət də Çinin qonşula-
rı ilə əməkdaşlığına və beynəlxalq fəaliyyətinə öz təsirini 
göstərir. 
Çin-Yaponiya:  İnsan  yaşamayan  ərazidən  ibarət  olan 
“Senkaku-şoto”  (Diaoyu)  adaları  üzərində  Yaponiyanın 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə