Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə16/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   78

60
krallığının baş nazirinin müavini və xarici işlər naziri Hor 
Namhonq 2013-cü il avqustun 21-də Çinin xarici işlər na-
ziri Van İnin Pnompenə səfəri zamanı mətbuat konfran-
sında bəyanatında məlumat vermişdir. Nazirin qeyd etdi-
yinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin ümumi 
həcmi 2012-ci ildə 2,9 milyard dollar təşkil etmişdir. 2017-
ci ildə isə bu rəqəmin 5 milyard dolları ötəcəyi proqnoz-
laşdırılır.
1
 
Çin regionun digər ölkələri ilə də əməkdaşlığa xüsusi 
diqqət yetirir. Bu baxımdan Laos ilə münasibətlər diqqəti 
cəlb edir. Qeyd etmək lazımdır ki, bu dövlət Çinlə həm-
sərhəd  ölkədir  və  Cənub-Şərqi Asiya  ölkələri Assosiasi-
yasının üzvüdür. Çinli analitiklərin fikrincə, Laos Çinin 
ASEAN ilə yaxınlaşmasında mühüm rol oynaya və regi-
onal mübahisələrin həllində vasitəçi ola bilər. Əlavə edək 
ki, Çin Kamboca və Laos ilə iqtisadi tərəfdaş olmaqla bə-
rabər, bu ölkələri Vyetnamın təsirindən də qoruyur. Hə-
min ölkələr arasında olan münasibətlərin hansı məcrada 
inkişaf etməsindən məharətlə yararlanır.
Çin tərəfi ABŞ-ın müttəfiqi olan Tailand ilə də konst-
ruktiv münasibətlər qura bilmişdir. Cənub-Şərqi Asiyanın 
digər  dövlətlərindən  fərqli  olaraq,  ÇXR  ilə  ərazi  müba-
hisələri olmayan Tailand həm ÇXR, həm də ABŞ ilə baca-
rıqla əməkdaşlıq edir.
2
 Aralarındakı ərazi problemləri ilə 
bağlı hələ 2005-ci ildə Tailandın baş naziri Taksin Çinavat 
çinli  jurnalistlərə  müsahibəsində  bildirmişdi:  “Mövcud 

Китай и Комбоджа укрепляет двусторонние отношения. China24news- 
http://china24news.com/politics/419-cambodian-chinese-top-diplomats-advance-ties, 
(22.08.2013).
2  
Лексотюна А.В.СШA-KНР: соперничество в Юго-Восточной Азии обостяется, 
Азия и Африка сегодня. 2012. №3, с.2-9, с.3


61
rəqabət təhlükə doğurmur... Çinin inkişafı digər ölkələr 
üçün təhlükə deyil, şansdır”.

ÇXR-in  regionun  digər  ölkələri  olan  İndoneziya  və 
Malayziya  ilə  münasibətləri  diqqəti  cəlb  edir.  Çinlə  ti-
carət əlaqələrinə baxmayaraq, bu ölkələr rəsmi Pekin ilə 
siyasi yaxınlaşmaya ciddi meyil göstərmirlər. Sinqapur və 
Vyetnam Çinlə yanaşı, ABŞ ilə də genişmiqyaslı əlaqələrə 
meyillidirlər. Qeyd etmək lazımdır ki, bu ölkələr, o cüm-
lədən Filippin və Tailand Cənub-Şərqi Asiya regionunda 
Çinin ən iri ticarət tərəfdaşlarıdır. Əməkdaşlığın genişlən-
məsinə təsir edən digər amillər də vardır. Onlardan biri 
Çin lobbisi və diasporudur. Bu ölkələrdəki çoxsaylı Çin 
lobbisinin  mövcudluğu  da  ÇXR-lə  əlaqələrin  inkişafına 
təkan verir. Belə ki, Cənub-Şərqi Asiya regionu ölkələri-
nin əksəriyyətinin biznes və maliyyə dairələri çinlilərdən 
ibarətdir. Onlar da Çin ilə əməkdaşlığın genişləndirilmə-
sində və bu ölkə mallarının dünya bazarlarına çıxarılma-
sında maraqlıdırlar. 
ÇXR  xarici  siyasət  fəaliyyətində  onun  Asiyada  ciddi 
rəqiblərindən biri olan Hindistan ilə münasibətlərə xüsu-
si yer verir. Əhalisinin sayına görə dünyada lider olan bu 
iki dövlət həm də dünyanın aparıcı iqtisadi güclərindən 
birinə  çevrilməkdədirlər.  Sürətli  iqtisadi  inkişafa  malik 
bu Asiya nəhəngləri beynəlxalq münasibətlərin müxtəlif 
problemləri sahəsində əməkdaşlıq edir, aralarındakı sər-
həd mübahisəsinin kəskinləşməsinə yol vermirlər. Lakin 
onlar  arasında  strateji  əməkdaşlıq,  əlbəttə  ki  mümkün 
deyildir.  Çünki  onlar  geosiyasi  rəqibdirlər.  Gələcəkdə 
1
  Отношения  между  KНР  Таиландом  развивается  в  активном  и  конструктив-
ном  направлении.  Газета  «Женьмин  жибао»  onlayn,  http://russian.people.com.
cn/31521/3504998.html, (29.06.2005).


62
həmin rəqabətin nəticəsinin necə olacağı və regiona necə 
təsir  edəcəyi  geosiyasətçiləri  düşündürən  məsələlərdən 
biridir. 
Çinlə  Hindistan  arasında  siyasi  problemlər  içərisin-
də  Çinin  Pakistanla  atom  energetikası  və  hərbi  sahədə 
əməkdaşlığı  birinci  yerdə  durur.  Ekspertlər  hesab  edir-
lər ki, Çin-Pakistan əməkdaşlığı açıq şəkildə Hindistanın 
əleyhinə  yönəlmişdir.  Çinin  Pakistan  ilə  yeni  olmayan 
tərəfdaşlığına  Dehlidə  artıq  adət  etmişlər.  Ancaq  Çinin 
Hindistanla qonşu olan digər ölkələrdəki nüfuzunu möh-
kəmləndirmək səyləri, təbii ki, rəsmi Dehlini narahat edir. 
Çinin genişmiqyaslı investisiya qoyuluşları həyata keçir-
diyi bu ölkələr isə Şri-Lanka, Maldiv adaları, Myanma və 
Banqladeşdir.
1
 Buna baxmayaraq, Çin və Hindistan mü-
nasibətlərdə iqtisadi inkişafa mane ola biləcək gərginliyə 
yol verməməyə çalışırlar. Ümumiyyətlə, görünür ki, Şərqi 
və  Cənubi  Asiya  regionunda  aparıcı  dövlətlərin  xarici 
siyasəti  mövcud  ziddiyyətləri  dinc  yolla  tənzimləmək, 
problemləri müvəqqəti olaraq kənara qoymaqla daxili in-
kişafa şərait yaratmağa yönəlmişdir. Amma bu taktikanın 
nə zamanadək davam edəcəyi sual doğuran məsələlərdən 
biridir. 
Çin Xalq Respublikası və Yaponiya arasında münasibət-
lər də diqqəti xüsusilə cəlb edir. İki ölkə arasında diplomatik 
münasibətlər 29 sentyabr 1972-ci ildə qurulmuşdur. 2010-cu 
ildə Çin və Yaponiya arasında ticarət dövriyyəsinin ümumi 
həcmi artmışdır. Nəticədə Çin ABŞ-ı da keçərək Yaponiya-
nın ən böyük ticarət tərəfdaşı olmuşdur. Lakin 2012-ci ildə 
Çinlə  Yaponiya  arasında  Diaoyu  Dao/Senkaku  adaları  ilə 
1
 
Баев А. Индия и Китая: экономика против геополитики. Известия. 2011, 31 ав-
густ- http://izvestia.ru/news/499095


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə