Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə15/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

56
3-ü Malayziyanın, 1-i isə Tayvanın nəzarətindədir. Qeyd 
olunan adalara nəzarət dünyada əhəmiyyətinə görə ikin-
ci beynəlxalq dəniz yolu sayılan marşruta nəzarət etmək 
imkanı verir. Bu isə əlverişli ticarət yolu olduğundan döv-
lətlər  arasında  ziddiyyətləri  də  kəskinləşdirir.  Dövlətlər 
həmin yola təkcə iqtisadi deyil, həmçinin strateji əhəmiy-
yətli kommunikasiya xətti kimi baxırlar. 
Qeyd olunan adalara mübahisələrin səbəblərindən biri 
də adaların akvatoriyasında hədsiz balıq resurslarının ol-
ması, eləcə də Cənubi Çin dənizinin kontinental şelfində 
neft-qaz  yataqlarının  tapılmasıdır.  Buna  görə  də  Çinin 
ASEAN bölgəsində liderlik iddiası region ölkələri tərəfin-
dən isti qarşılanmır. Həll olunmamış münaqişələrin qal-
ması isə regionun təhlükəsizliyi təmin edilməsi və inteq-
rasiya proseslərinin dərinləşməsi üçün əlavə problemlər 
yaradır. Hər bir dövlətin enerji mənbələrindən daha çox 
pay almaq və enerji təhlükəsizliyini təmin etmək məqsəd-
ləri rəqabəti gücləndirir. 
Şərqi Asiya sammitlərində isə ASEAN ölkələri ilə yana-
şı Avstraliya, Yeni Zelandiya və Hindistan da iştirak edir-
lər. 2011-ci ildən etibarən region ölkələrinə ABŞ və Rusiya 
da  qoşulmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  son  zaman-
lar  keçirilən  görüşlərdə ABŞ-ın  irəli  sürdüyü  Sakit  oke-
an əməkdaşlığı ideyası ətrafında danışıqlar gedir (Tиxo-
oкeaнsкaя  Aзия:  пpoблeмa  oтвeтствeннoгo  лидeрствa 
(среднесрочный  прогноз  экономического  развития. 
Oтв.  ред.  В.Б.Aмиров,  В.В.Mихеев.  Moskva:  İMGMO 
RAN,  2011,  89  s.,  s.4).  Göründüyü  kimi,  Birləşmiş  Ştat-
ların  regionda  öz  mövqeyini  saxlamaq  üçün  fəaliyyət 
istiqamətlərindən biri də bu tipli layihələrdir. Həmin la-


57
yihələrin reallaşdırılması ilə ABŞ rəqiblərini sıxışdırmaq 
niyyəti güdür. 
ABŞ-ın Çinin regional təsirinin qarşısını almaq səylərinə 
baxmayaraq,  rəsmi  Pekin  hətta  regional  müttəfiqləri  ilə 
münasibətlərini  tənzimləyə  bilmişdir.  Məsələn,  ASEAN 
çərçivəsində Yaponiya, Cənubi Koreya, Tailand, Sinqapur 
və s. dövlətlərlə çoxtərəfli əməkdaşlığa başlanmışdır. Bu 
isə ABŞ-ı fəaliyyətində daha diqqətlə olmağa vadar edir. 
1997-1998-ci  illərdə  Asiyada  iqtisadi  böhran  dövrü 
ASEAN və Çin münasibətlərində xüsusi bir mərhələ təş-
kil edir. Regionun demək olar ki, bütün ölkələri iqtisadi 
böhrandan  zərər  görərək,  ağır  vəziyyətə  düşdülər.  Belə 
bir şəraitdə Pekin cəsarətli bir addım atdı. Həmin ölkələrə 
yardım  göstərilməsi  haqqında  qərar  qəbul  edildi.  Çinin 
iqtisadi böhrandan zərər çəkmiş İndoneziya, Malayziya, 
Filippin,  Tailand  və  Vyetnam  kimi ASEAN  dövlətlərinə 
yardım  göstərməsi  ÇXR-in  Assosiasiya  iştirakçıları  ara-
sında  nüfuzunun  artmasına  səbəb  olmuşdur.  Eyni  za-
manda  həmin  ölkələrin  əhalisi  Çinə  isti  münasibət  bəs-
ləməyə başlamışlar. Bu isə rəsmi Pekinə əlavə imkanlar 
vermişdir. Çin region dövlətlərinə münasibətdə “ictimai 
diplomatiya”dan da istifadə edir və bu istiqamətdə Cə-
nub-Şərqi Asiya ölkələri ilə tələbə mübadiləsini genişlən-
dirir.
1
  “İctimai  diplomatiya”  Çinin  regionda  nüfuzunun 
artırılmasında istifadə olunan başlıca vasitələrdən birinə 
çevrilmişdir. Bu diplomatiya Çinə marağı artırmışdır.
Çin  regionun  nisbətən  kasıb  dövlətləri  olan  Myanma, 
Kamboca və Laos ilə münasibətlərə xüsusi diqqət yetirir. 
1
 
Лексотюна А.В.СШA-KНР: соперничество в Юго-Восточной Азии обостяется, 
Азия и Африка сегодня. 2012. №3, с.2-9, с.3


58
Rəsmi Pekinin Hind okeanına çıxışını təmin edən Myanma 
ilə münasibətlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət 
kəsb edir. Bundan əlavə, Myanma Çinin enerji daşınma-
sında gərgin Malakka boğazına alternativ nəqliyyat yolu 
ilə də təmin edilməsinə şərait yaradır. Ona görə də Çin bu 
ölkə ilə münasibətlərin möhkəmləndirilməsində daim ma-
raqlıdır. 
Qeyd etmək lazımdır ki, Myanma 1989-cu ilə kimi Bir-
ma adlanırdı. Ümumiyyətlə, “Birma” adı xarici mənşəli-
dir və ölkə daxilində istifadə edilmir. Coğrafi mövqeyinə 
görə  bu  ölkə  Çin,  Hindistan  və  Cənub-Şərqi  Asiyanın 
Banqladeş, Laos və Tailand kimi ölkələri arasında strate-
ji zonadır. Ölkənin Benqal körfəzi və Andaman dənizinə 
çıxışı vardır, sahil ərazisi isə Malakka boğazınadək uza-
nır. Göründüyü kimi, belə əlverişli mövqeyi Myanmanı 
regionun cəlbedici dövlətinə çevirir. 
Myanmada baş verən daxili ictimai-siyasi proseslər, ha-
kimiyyəti hərbçilərin ələ alması bu ölkənin Qərb dövlətlə-
ri tərəfindən təcrid olunmasına, 1997-ci ildən isə ona qarşı 
sanksiyaların tətbiqinə səbəb olmuşdur. Lakin əvəzində 
elə həmin il Myanma ASEAN-a üzv qəbul olunmuşdur. 
Yaranmış şərait Çin üçün olduqca əlverişli idi. Nəticədə 
ÇXR Myanmanın əsas müttəfiqinə çevrildi. Rəsmi Pekin 
Myanma-Qərb  münasibətlərinin  soyuqlaşmasından  öz 
maraqlarını reallaşdırmaq naminə bacarıqla istifadə etdi. 
Həmin  zamandan  etibarən  bu  iki  ölkə  arasında  yüksək 
səviyyəli görüşlər mütəmadi olaraq keçirilir. 2010-cu ildə 
ÇXR-in baş naziri Ven Tszyabao və az sonra ÇXR-in Sədri 


59
Hu Tszintaonun bu ölkəyə səfəri Çin və Myanma arasın-
da əlaqələrin genişlənməsinə daha bir təkan verdi.
1
Myanma ilə iqtisadi əməkdaşlığın genişlənməsi ilə ya-
naşı, Çin tərəfindən bu ölkəyə edilən hərbi yardımlar da 
artır. Çinin Myanmaya hərbi yardımları xüsusilə Hindis-
tan və ABŞ-ın narahatlığına səbəb olmuşdur. Çünki Hin-
distanı təkcə Myanmanın qaz ehtiyatları deyil, öz enerji 
təhlükəsizliyi də narahat edir. ABŞ isə ümumiyyətlə, Çi-
nin regiondakı aktivliyindən, eyni zamanda da Myanma 
kimi strateji əhəmiyyətli və qaz ehtiyatına malik əraziyə 
nəzarət etməsindən narazıdır. ABŞ-da belə hesab edirlər 
ki, Çin ilə Myanma arasında enerji sahəsində əməkdaşlıq 
ABŞ-ın maraqlarına ziyan vurur. 
Myanma  ilə  hərbi  əməkdaşlıq  Çinə  bu  ölkənin  sahi-
lindəki  hərbi  obyektlərə  çıxış  imkanı  yaradır.  Dərindən 
baxdıqda Çinin məqsədi Malakka körfəzinə nəzarəti əldə 
saxlamaqdır. Bu isə Çinə Yaponiyanın Yaxın Şərq neftinə 
və Avropa bazarlarına çıxışını nəzarətdə saxlamaq imkanı 
verir.
2
 Nəticədə Çin başlıca rəqiblərindən biri olan Yapo-
niyanın dünya bazarlarına çıxışına əngəllər törətmiş olur. 
ÇXR  regionda  ABŞ  ilə  münasibətləri  gərgin  olan 
ölkələrlə  məharətlə  əməkdaşlıq  qura  bilmişdir.  Belə  ki, 
rəsmi Pekin hələ 1990-cı illərdə ABŞ ilə ticarətdə problem-
ləri olan Laos və Kambocaya kömək etmişdir. Hazırda isə 
Çin Kambocanın mühüm ticarət tərəfdaşlarından biridir. 
Çin ilə əlaqələrin inkişaf dinamikası haqqında Kamboca 
1
  Матвеева Д.В. Отношения между Китаем и Маями в контексте энергетической 
дипломатии KHP- journals.tsu.ru/uploads/import/869/files/356-075.pdf s.75-78, s.75
2
 Василенко И.А. Геополитика современного мира. М.: 2002. с.275


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə