Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə20/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

74
də neft-qaz sektoru, nəqliyyat, səhiyyə, turizm və ticarət 
sahəsində investisiya qoyuluşları genişlənir. Türkmənis-
tanda Çin ilə digər ölkələr arasında rəqabət də güclənir. 
ÇXR-in Sədri Si Cinpinin yuxarıda qeyd olunan səfə-
ri zamanı Türkmənistan ilə sayca üçüncü təbii qaz boru 
kəmərinin inşasının sürətləndirilməsi və ən qısa zaman-
da 4-cü xəttin inşasına başlanılması, Amu-Dərya çayının 
sağ sahilində və “Qalkınış” qaz yatağında kəşfiyyat axta-
rışı  aparılması  haqqında  razılığa  gəlinmişdir.  Yeni  boru 
kəmərinin Özbəkistan, Tacikistan və Qırğızıstandan keç-
məsi planlaşdırılır. Layihə reallaşacağı təqdirdə Tacikis-
tan və Qırğızıstan Çin hökumətinin səyi ilə həm təbii qaz, 
həm də tranzit ölkə olaraq yeni gəlir əldə etmək imkanı 
qazanacaqdır. Yeni müqavilələrlə Türkmənistandan Çinə 
nəql ediləcək qazın ümumi həcminin ildə 40 mlrd. kub-
metrdən 65 mlrd. kubmetrədək artırılması nəzərdə tutu-
lur.  Mütəxəssislər  tərəfindən  iki  ölkə  arasında  imzalan-
mış sazişlərin ümumilikdə 8 mlrd. ABŞ dolları dəyərində 
olduğu bildirilir. 
Çinin Özbəkistan ilə münasibətləri də diqqəti cəlb edir. 
İki ölkə arasında əməkdaşlıq ŞƏT çərçivəsində genişlənsə 
də, 2005-ci il Əndican hadisələrindən sonra Çinin bu ölkə-
dəki mövqeyi daha da güclənmişdir. Belə ki, Əndican ha-
disələrinə  Özbəkistan  hökumətinin  münasibəti  Qərbdə 
mənfi qarşılandı, Avropa Şurası və ABŞ Konqresi tərəfin-
dən bu ölkəyə qarşı xüsusilə silah satışı sahəsində sank-
siyalar tətbiq edildi. Bu isə Özbəkistanın Qərb ilə müna-
sibətlərində soyuqlaşma və Karşı-Xanabaddakı Amerika 
hərbi bazasının bağlanması ilə nəticələndi. Əvəzində isə 
Çin və Özbəkistan arasında yaxınlaşma daha da sürətlən-
di. Doğrudur, az sonra ABŞ Özbəkistanda yenidən hərbi 


75
baza əldə etdi. Lakin Özbəkistan Çin ilə münasibətlərini 
inkişaf etdirir.
1
 
Çinin Qırğızıstan ilə münasibətləri də inkişaf edir. Bu 
münasibətləri bir sıra amillər şərtləndirir. Hər şeydən əv-
vəl, bu ölkələrin hər ikisi Ümumdünya Ticarət Təşkilatı-
nın üzvləri olduğundan Çin məhsullarının bu ölkəyə daxil 
olması digər Mərkəzi Asiya ölkələrindən daha asandır.
2
 
Çin bu qonşu ölkədə digər ölkələrin, xüsusən ABŞ-ın 
nüfuz  qazanmasına qarşı çıxır.  Bu da səbəbsiz deyildir. 
Məlum olduğu kimi, region ABŞ-ın da maraqlarında xü-
susi  yer  tutur.  Xüsusilə,  ABŞ-da  2001-ci  il  11  sentyabr 
tarixində  törədilən  terror  aktlarından  sonra  Birləşmiş 
Ştatların Əfqanıstanda hərbi əməliyyatlara başlaması ilə 
əlaqədar bölgəyə nəzarət üçün regionun əhəmiyyəti art-
mışdı. Qırğızıstandakı “Manas” aerodromu isə ABŞ hərbi 
təyyarələri üçün mühüm dayaq nöqtəsidir. ABŞ-ın regi-
onda hərbi bazasının mövcudluğu Çin və Rusiyanı ciddi 
şəkildə narahat edir. Çinin ABŞ hərbi bazasının Qırğızıs-
tandan çıxarılması istiqamətində fəal siyasəti heç bir nəti-
cə verməmişdir. Son illərdə Qırğızıstanda baş verən dərin, 
sosial-iqtisadi,  siyasi  proseslərin  nəticəsində  hakimiyyət 
dəyişikliyi, eyni zamanda bu ölkədə böyük ölkələr arasın-
da gedən nüfuz uğrunda mübarizəni dayandırmamışdır. 
Çinin Tacikistan ilə münasibətləri həm ikitərəfli, həm 
də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində genişlənir. 
Bu çərçivədə Tacikistan Çindən 600 milyon dollar güzəştli 
1
 
M.В.Данилович. Китайско-узбекские отношения в 2001-2012. s.26-39// Актуаль-
ные проблемы международных отношений и глобального развития : сб. науч. ст. 
Вып. 1 / сост. Е.А.Достанко; Редкол.: А.М.Байчоров (гл.ред.). [и др.]. — Минск: 
BQU, 2013.-114 с. , с.27. 
2
 
Лузянин С.Г. KНР-Центральная Азия, с.99-102 / Вызовы безопасности Централь-
ной Азии, Москва: İMGMO RAN, 2013, 150 с., с.100. 


76
kredit əldə etmişdir. Həmin məbləğin bir hissəsi Şar-şar 
dağ keçidi altından tunelin çəkilməsinə sərf ediləcəkdir. 
ŞƏT-ə  üzv  ölkələrin  13-cü  Zirvə  Toplantısında  iştirakı 
çərçivəsində  Bişkekə  səfər  etmiş  Tacikistan  Prezidenti 
Emoməli Rəhmon ilə ÇXR Sədrinin görüşü zamanı mü-
zakirələrin  əsas  mövzusu  400  km-lik  hissəsi  Tacikistan 
ərazisindən keçirilməsi planlaşdırılan Türkmənistan-Çin 
yeni qaz boru kəmərinin (4-cü xətt) inşası olmuşdur. Bu 
layihə  Çinin  enerji  təhlükəsizliyi  üçün  əhəmiyyətli  ol-
maqla yanaşı Tacikistanın iqtisadi inkişafında da mühüm 
rol oynayacaqdır. Belə ki, həmin çərçivədə Çinin Tacikis-
tana  3  mlrd.  ABŞ  dollarından  artıq  sərmayə  yatıracağı 
gözlənilir. Çin bu ölkənin yüngül sənayesinin inkişafına 
da  kömək  göstərir.
1
  Siyasi  sahədə  isə  Çin  bütün  region 
dövlətləri kimi Tacikistanın da daxili işlərinə qarışmamaq 
siyasəti yürüdür. Bu da digər iddialı ölkələrlə müqayisə-
də ÇXR-ə müəyyən üstünlüklər verir. 
Beləliklə, Çinin xarici siyasətinin qarşısında duran əsas 
məqsəd ölkənin daxili inkişafı və xalqın daha yaxşı yaşa-
masını təmin etmək üçün əlverişli beynəlxalq və regional 
şəraitin yaradılması, rəqiblərinin regionda təsirinə mane 
olmaq, eyni zamanda, xüsusilə də enerji ehtiyatlarına olan 
tələbatı təmin etməyə yönəlmişdir. Onun əksər dövlətlər-
lə, o cümlədən Asiya ölkələri ilə münasibətlərinin əsasın-
da  məhz  bu  məqsədlər  durur.  Rəsmi  Pekin  yürütdüyü 
siyasətlə rəqiblərinin təsirinin yayılmasına mane ola bilir. 
1.3. Azərbaycan Respublikası- Çin əməkdaşlığı
Beynəlxalq əlaqələrini sürətlə genişləndirən ÇXR-in xa-
rici  siyasətində  Azərbaycan  Respublikası  özünəməxsus 

Лузянин С.Г. KНР -Центральная Азия, с.99-102 / Вызовы безопасности Централь-
ной Азии, Москва: İMGMO RAN, 2013, 150 с., с.102.


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə