Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə18/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

67
mövcuddur. Bu konsensusa görə, hüquqi dövlətin siyasi 
azadlıqları, prinsiplərinin inkar edildiyi şəraitdə də iqti-
sadi inkişaf mümkündür və uğurların əldə edilməsi üçün 
ABŞ-ın hakim olduğu kapitalist sisteminin bir hissəsi ol-
maq vacib deyildir.
1
 Başqa sözlə, bu model ABŞ təsirindən 
azad olmaq istəyən ölkələr üçün ideal bir çıxış yolu kimi 
qəbul edilir. Təbii olaraq Birləşmiş Ştatlar «Pekin konsen-
susu»na qarşı çıxır. 
Çinin  ərəb  ölkələri  ilə  münasibətləri  beynəlxalq  siya-
si şəraitlə əlaqədar olaraq bir neçə sınaq mərhələsindən 
keçmişdir. Belə sınaqlardan birincisi 1990-1991-ci illərdə 
Körfəz müharibəsi zamanı oldu. Qeyd etmək lazımdır ki, 
müharibə aparan tərəflərin hər biri ilə Çinin sıx əlaqələri 
var idi. İqtisadi sahədə Çin həm İraq, həm də Küveytlə 
müqavilələr bağlamışdı. Lakin o zaman bütün dövlətlər 
İraqa qarşı embarqo tətbiq etdiyindən Çin də embarqoya 
qoşulmuşdu.
2
 Bu addımı atmaqla ÇXR beynəlxalq aləm-
dəki  imicini  qorumuş,  beynəlxalq  hüquqa  tərəfdar  çıx-
mışdı. Lakin ümumilikdə, Çin bitərəf mövqedə idi. 
Belə  mövqeni  tutması  nəticəsində  2003-cü  ildə  İraq 
hadisələrindən  sonra  ÇXR-in  ərəb  ölkələrindəki  nüfuzu 
sürətlə  artmağa  başladı.  Belə  ki,  bu  zaman  Çin  ABŞ-ın 
siyasətinə  qarşı  əvvəlki  müharibədə  olduğundan  daha 
qətiyyətli mövqe nümayiş etdirdi. Onun bu qətiyyətinin 
səbəbi  bölgədəki  səbirsizlikdən  zərər  çəkə  biləcəyi  təh-
lükəsi ilə bağlı idi. Belə ki, son dövrlərdə bu ölkənin iq-
tisadi  inkişafını,  yəni  enerji  ehtiyaclarının  ödənilməsini 

Пекинский консенсус - http://dictionary-economics.ru/word/Pekinskiy-Konsensus,

Пахомова М.A. Политика Китая в странах Арабского Востока (1978-2012 гг.) Дис-
сертация. Москва:Институт Востоковедения RAN, 2013, с.129.


68
ərəb ölkələri ilə əməkdaşlıq olmadan düşünmək çətindir.
1
 
Doğrudur,  Çinin  karbohidrogen  ehtiyatları  əldə  etməsi 
üçün  alternativ  mənbələr  də  mövcuddur.  Məsələn,  bu 
ölkənin İran və son zamanlar Mərkəzi Asiya siyasətinin 
fəallaşmasının səbəbi məhz enerji ehtiyatları əldə etmək 
məqsədi ilə bağlıdır. Lakin ərəb ölkələri ilə münasibətlə-
rin bu baxımdan Çinin xarici siyasətində xüsusi yeri var-
dır. Çin ərəb ölkələri ilə və İran ilə enerji sahəsində əmək-
daşlıq etməklə əslində manevr imkanlarını da artırır. 
ÇXR-in Sədri Hu Tszintaonun 2004-cü ildə Yaxın Şərq 
regionuna səfəri bu dövlətin ərəb ölkələri ilə münasibət-
lərində  mühüm  hadisə  olmuşdur.  Səfər  gedişində  Hu 
Tszintao  Ərəb  Dövlətləri  Liqasının  (ƏDL)  Qahirədəki 
iqamətgahını  ziyarət  etmiş  və  ƏDL-in  baş  katibi  Əmir 
Musa, həmçinin liqa üzvü olan 22 ölkənin təmsilçisi ilə 
danışıqlar  aparmışdır.  Nəticədə  Çin-Ərəb  Əməkdaşlıq 
Forumunun  yaradıldığı  elan  olunmuşdur.  Əməkdaşlıq 
Şurasının ali idarə orqanı isə nazirlər səviyyəsində görüş 
müəyyənləşdirilmişdir.
2
 
Ümumiyyətlə, ÇXR-in ərəb ölkələri ilə hərtərəfli əlaqə-
lərində bu forumun rolu böyükdür. Məhz həmin forum 
vasitəsi ilə Çin Orta Şərqdə gedən proseslərə müsbət mə-
nada  öz  təsirini  göstərə  bilir.  Çin-Ərəb  Əməkdaşlıq  Fo-
rumunun  2014-cü  ilin  iyun  ayında  Pekində  keçirilən  VI 
Nazirlər  Konfransında  etdiyi  çıxışında  ÇXR-in  Sədri  Si 
Cinpin demişdir: “Sərhədləri 1967-ci ildə müəyyən edilən 
və  paytaxtı  Şərqi  Qüds  olan  müstəqil  Fələstin  dövlətini 
1
 
Fidan G. Çin-Arap dünyası ilişkileri: Eski köye yeni adet // 21. Yüzyıl, 2011, Mart, 
Sayı:27, s.53-59.
2
 
Пахомова М.A. Политика Китая в странах Арабского Востока (1978-2012 гг.). 
Москва: Институт Востоковедения RAN, 2013, с.129.


69
dəstəkləyirik”. O, Çinin Suriyadakı problemin siyasi yol-
la  həllinə  tərəfdarı  olduğunu,  İordaniya  və  Livan  kimi 
bölgə ölkələrində yerləşmiş suriyalı qaçqınlar üçün yar-
dımlar göndəriləcəyini qeyd etmişdir (Çin-Arap İşbirliği 
Forumu’nda  Şi’den  Filistin’e  destek,  Anadolu  ajansı,  05 
Ha ziran,  2014-http://www.aa.com.tr/tr/dunya/340299  - 
cin-  arap  –  isbirligi  -forumunda  -  siden-filistine-destek, 
(05.06.2014)). Beləliklə, Çinin ərəb Şərqində fəal xarici si-
yasət yürütməsi sayəsində ərəb ölkələri ilə tərəfdaşlıq və 
hərtərəfli əməkdaşlığı genişlənir. Ərəb ölkələri Çinin dinc 
müdaxiləsinə  suveren lik lə rinə  hörmət  və  daxili  işlərinə 
qarışmama kimi baxırlar və bu dövlətlə əlaqələrin geniş-
ləndirilməsində maraqlıdırlar. 
Çin  Xalq  Respublikasının  ərəb  ölkələrinə  münasibəti 
kimi, İran İslam Respublikasına olan marağının əsasında 
da enerji ehtiyacı durur. Bu gün Çin iqtisadiyyatının üç 
əsas neft təchizatçısı OPEK-in üzvləri olan Səudiyyə Ərə-
bistanı, Anqola və İrandır. Bu səbəbdən Pekin İrana qarşı 
sanksiyaların tətbiq olunmasına baxmayaraq, onun əsas 
ticarət  tərəfdaşı  olaraq  qalır.  Məsələn,  2008-ci  ildə  BMT 
Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı qəbul edilmiş 
sayca IV olan 1803 №-li qətnamə İrana qarşı sanksiyalar 
rejiminin  kəskinləşdirilməsini  nəzərdə  tutur.  Buna  bax-
mayaraq, Çinin neft şirkətləri hələ də İranın neft yataqları 
axtarışına dair müqavilələri imzalamaqda davam edirlər.
1
BMT-nin  İrana  qarşı  sanksiyalar  tətbiq  etməsi  Çinin 
regionda yürütdüyü siyasətin fəallaşmasına və fayda gö-
türməsinə  səbəb  olmuşdur.  İran-ABŞ  münasibətlərinin 

Пастухова Г. Сотрудничество Китае и Иран «Индекс безопасности», №2 (89), 
Tom 15, с.49-63, с.49 - http://xnjtbhwghdp7a.xn--p1ai/kosdata/page_doc/p1893_1.pdf.


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə