107
ra isə bu göstərici ildırım sürəti ilə artdı. 1981-1986-cı il-
lərdə ABŞ-a yapon mallarının ixracatı iki dəfədən çox art-
mışdır.
Amerika və Avropa ölkələri ilə ticarətdə böyük müsbət
saldo kəskin münaqişələrə və Yaponiya üçün dövlətləra-
rası iqtisadi əlaqələrin əsas məsələsinə çevrildi. 1985-ci
ildə “Plaza” otelində məşhur razılaşma qəbul olunduq-
dan sonra ölkənin əsas valyutası olan yenin qiyməti sürət-
lə bahalaşdı. Bununla əlaqədar olaraq daxili istehsalın
maya dəyəri kəskin surətdə artdı və müvafiq olaraq, Ya-
poniyanın ixrac etdiyi məhsulların da qiyməti artdı. Belə-
liklə, ixracata yönəldilmiş modelin artımına son qoyuldu.
Tədqiqatçılar müşahidə etmişdilər ki, qonşuları olan
Asiya ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi Yaponi-
yanın xarici və daxili siyasətində mühüm yer tutur. Həmin
yolla regionda sülh və sabitliyin, həm də iqtisadi əmək-
daşlığın təmin olunması prosesi baş verir. Məsələnin bu
cəhəti
dünya siyasəti üçün də,
region dövlətlərindən ötrü
də əhəmiyyətlidir. Buna görədir ki, XX əsrin axırlarından
etibarən Yaponiya şirkətləri özlərinin istehsal bazalarını
Asiya ölkələrinə daşımağa başladılar və bu qitəyə böyük
həcmdə investisiyalar yatırdılar. Vəziyyət elə gətirdi ki,
ağır istehsal Yaponiyanın xaricinə daşındı, onun özündə
isə əsasən yüksək texnologiyalı istehsal qaldı. Beləliklə, öz
investisiyaları və texnologiyalarını Asiya ölkələrinə ver-
məklə Yaponiya bu ölkələrin texniki təchizat səviyyəsini
artırdı və sənayeləşmələrini həyata keçirdi. Bu yolla XXI
əsrdə Yaponiya dünyanın lider ölkəsi iddiasında olmaq
şansını çoxaltmışdır. Bu güclü iqtisadi nəhəngin Ümumi