142
zin gələcək inkişafı və əməkdaşlıq üçün mühüm əsasdır.
Prezident Heydər Əliyevin “İtoçi”, “Nidjimen”, “Mit-
sui”, “Mitsubişi”, “Tomen”, “Sumitomo”, “Marubeni”
kimi dünyada tanınan firmaların prezidentləri, habelə Ya-
poniya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Eksimbankla
apardığı işgüzar görüşlər Azərbaycanın neft sektorunda
Yaponiyanın etibarlı tərəfdaşa çevrilməsi ilə nəticələnmiş-
dir.
Bütövlükdə Prezident Heydər Əliyevin Yaponiyaya
rəsmi səfərində Yaponiya - Azərbaycan münasibətləri-
nin qarşılıqlı faydalı inkişafının əsasını təşkil edən səkkiz
sənəd imzalanmışdır. Bu sənədlər Azərbaycan-Yaponiya
əlaqələrinin möhkəm təməllərini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliye-
vin rəsmi səfəri zamanı əldə olunan razılaşmalara əsasən
2000-ci yanvarın 21-də Azərbaycanda Yaponiyanın səfirli-
yi təsis olundu. Yaponiyanın Azərbaycan Respublikasına
təyin etdiyi birinci səfir T.Xirose özünün etimadnaməsini
respublikanın Prezidenti Heydər Əliyevə təqdim edərkən
ölkələrin qarşılıqlı maraqlarının üst-üstə düşdüyü xüsusi
olaraq qeyd edilmişdir.
Bundan sonra iki ölkə arasında siyasi əlaqələr qarşı-
lıqlı olaraq genişlənirdi. Qeyd etmək lazımdır ki, 1999-cu
ilin may ayında Yaponiyanın xarici işlər naziri Masaxiko
Koumuranın Azərbaycana səfəri ilə ikitərəfli əlaqələrdə
davamlı bir proses təmin olunmuşdur.
Yaponiya dövləti Prezident Heydər Əliyevin Böyük İpək
Yolunun bərpası təşəbbüsünü alqışlayırdı. Bu məqsədlə
də 2002-ci ilin iyul ayında Yaponiyanın xarici işlər nazi-
rinin müavini Şeiken Şuqura Azərbaycana səfər etmişdir.
143
Ondan əvvəl isə 2001-ci ilin iyununda Azərbaycan Res-
publikasının xarici işlər nazirinin Yaponiyaya səfəri təş-
kil olunmuşdu. Aparılan danışıqlar İpək Yolu layihəsinin
həllində birgə fəaliyyətin təmin edilməsində mühüm rol
oynamışdır.
Yaponiya-Azərbaycan münasibətlərində yeni mərhələ
İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçil-
məsi ilə başlanmışdır. Ötən dövr bütünlüklə Ümummilli
lider Heydər Əliyev tərəfindən əsası qoyulan ölkənin si-
yasi kursunun davamlı bir proses kimi qəbul olunduğunu
təsdiq etdi. Buna parlaq nümunələrdən biri də Azərbay-
can Respublikası Prezidenti İlham Əliyevin Yaponiyaya
olan münasibəti idi. 2003-cü il noyabrın 24-də Azərbay-
can Respublikasının Prezidenti cənab İ.Əliyev Yaponiya-
nın xarici işlər nazirinin müavini İçiro Fuçisakeni qəbul
edərək Yaponiya-Azərbaycan münasibətlərinin sarsıl-
maz olduğunu bir daha bəyan etmişdir. Görüş zamanı
İ.Fuçisaki Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə Yaponiyanın baş naziri Y.Koizüminin şəxsi mü-
raciətini çatdırmışdır. Müraciətdə Yaponiyanın gələcəkdə
də ikitərəfli münasibətlərin möhkəmlənməsinə çalışacağı
və bu münasibətlərin yeni mərhələyə çatdırılacağına səy
göstəriləcəyi qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
7-10 mart 2006-cı ildə Yaponiyaya rəsmi səfəri ölkələra-
rası münasibətləri yeni səviyyəyə qaldırmışdır. Yaponiya
Azərbaycanda cəmiyyət həyatının ən müxtəlif sahələrin-
də həyata keçirilən proqramlarda sanballı səkildə təmsil
olunan əsas ölkələrdən biridir. Yaponiya Azərbaycanda
neft sektorunun inkişaf etdirilməsində, “İpək yolu” la-
144
yihəsinin həyata keçirilməsində, sosial-mədəni sahələrdə
yeni texnologiyaya əsaslanan müasir inkişafın təmin olun-
masında yaxından iştirak
edir. Siyasi-diplomatik və iqti-
sadi sahələrdə olduğu kimi sosial-mədəni sahələrdə də
Azərbaycan-Yaponiya əməkdaşlığı böyük fayda verir və
mühüm əhəmiyyət kəsb edir. Hazırda Yaponiyanın Azər-
baycanla ticarət dövriyyəsi bir neçə dəfə artmışdır.
Rəsmi
səfər zamanı imzalanmış sənədlər, aparılmış səmərəli da-
nışıqlar, əldə olunmuş razılaşmalar daha böyük inkişafın
üfüqlərini açmışdır.
2.6.2. Sosial-iqtisadi sahədə əməkdaşlıq
Yaponiya-Azərbaycan əlaqələri Azərbaycanda cə-
miyyət həyatının geniş sahələrini əhatə edir. Bütün əsas
sahələr üzrə bu Gündoğar ölkə ilə əlaqələrin özünəməx-
sus mühüm göstəriciləri vardır. Bununla belə, Azərbay-
can-Yaponiya əməkdaşlığında iqtisadiyyat sahəsindəki
davamlı əlaqələri ayrıca qeyd etmək lazım gəlir. Artıq 20
ildən çoxdur ki, iqtisadiyyat sahəsində ölkələrarası qar-
şılıqlı, faydalı əməkdaşlıq yeni yüksəkliyə doğru inkişaf
edir. Buna görə də iki ölkə arasındakı münasibətlərdən
bəhs edən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev haqlı olaraq demişdir: “Yaponiya-Azərbaycan mü-
nasibətləri yüksək səviyyədədir və Azərbaycan bu müna-
sibətlərin genişlənib möhkəmlənməsində maraqlıdır”.
Yaponiya-Azərbaycan münasibətlərinin çoxillik ta-
rixə malik olmasını qeyd etmək vacibdir. Bu əlaqələrin
bünövrəsinə ilk kərpiclər hələ SSRİ-nin mövcudluğu
dövrdə qoyulmuşdur. 1973-1975-ci illərdə Bakıda Azər-
baycanın rəhbəri Heydər Əliyevin böyük səyi ilə Yapo-
145
niya mütəxəssislərinin iştirakı və yapon texnologiyası-
nın köməyi ilə o dövrlər üçün ultramüasir hesab edilən
məişət kondisionerləri zavodu – “Bakkondiosener” tikilib
istifadəyə verilmişdir. Bu zavod ildə 400 min ədəd kon-
disioner istehsal etmək gücünə malik olan Yaponiyanın
məşhur “Toşiba” kompaniyasının lisenziyası əsasında
keçmiş SSRİ ərazisində qurulan yeganə müəssisə idi. Bu,
Azərbaycan-Yaponiya əməkdaşlığının böyük təməli, həm
də mühüm nailiyyəti idi.
Azərbaycanda Yaponiya ilə əməkdaşlıq nəticəsində qu-
rulmuş digər böyük obyekt 1967-ci ildə tikilmiş “AZON”
zavodu idi. Texniki təchizata görə bu zavodun Sovet İtti-
faqında analoqu yox idi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpa edilməsindən sonra Yaponiya ilə qarşılıqlı müna-
sibətlərdə yeni bir dövr başladı. Yaponiya və Azərbaycan
Respublikası arasında çoxcəhətli əməkdaşlıq həm siyasi,
həm də iqtisadi sahədə sürətlə inkişaf etmək imkanı qa-
zandı. Hər iki ölkə qarşılıqlı ikitərəfli münasibətlərin əsa-
sı yenidən qoyulmuş mərhələsini uğurla yerinə yetirir.
Yaponiya-Azərbaycan arasında iqtisadiyyat sahəsində
əməkdaşlıq Azərbay can Respublikasının Prezidenti Hey-
dər Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı öz təsdiqini
tapdı. Səfər çərçivəsində Yaponiyanın baş naziri Ryütaro
Hasimoto ilə 1998-ci il fevralın 26-da keçirilən danışıqlar-
da qeyd edildi ki, Yaponiya hökuməti “Şimal” buxar-qaz
elektrik stansiyasının tikintisinə və layihələşdirilməsinə
güzəştli şərtlərlə 165 milyon dollar, həmçinin “EP-300”-
ün etil-polietilen zavodunda qurulmasına 75 milyon dol-
lar vəsait ayırmağa razıdır. Həmçinin qeyd olundu ki, 165
Dostları ilə paylaş: |