147
sisələr müasirləşdirilmiş, yeni infrastruktur layihələri hə-
yata keçirilmişdir. Bu əlaqələr Prezident Heydər Əliyevin
1998-ci ildə Yaponiyaya rəsmi səfərindən sonra ən yüksək
inkişaf nöqtəsinə çatdırılmışdır. Bu tarixi səfər zamanı
Azərbaycan Respublikasının bir sıra iqtisadi sahələrində
modernləşmə və yenidən təchizetmə haqqında razılaşma
əldə edildi. Burada neft-maşınqayırma sektoru xüsusi yer
tutmuşdur. Bundan sonra ölkələr arasında “Layihə mode-
li üzrə” memorandum imzalandı. Onun da əsas məqsədi
neft və maşınqayırma sahələri üzrə beynəlxalq standartla-
ra cavab verən Azərbaycan mütəxəssislərinin təlim və ha-
zırlığı məsələlərinin həyata keçirilməsi idi. Bu layihə uğur-
la
yerinə yetirilmiş, müsbət nəticələr əldə olunmuşdur.
Yaponiyanın böyük “İnpex” şirkətinin Azərbaycanın
investisiya layihələrindəki fəal iştirakı iki ölkə arasında
iqtisadiyyat sahəsində əməkdaşlığının hərtərəfli geniş-
lənməsində yeni mərhələ oldu. Bu şirkət “Əsrin müqa-
viləsi” əsasında Azəri-Çiraq-Günəşli layihələrinin işlənib
hazırlanmasında, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru
kəmərinin tikintisində fəal iştirak edərək, Azərbaycan-Ya-
poniya əməkdaşlığına yeni səhifələr əlavə etdi. Yaponiya
ilə əməkdaşlığın əhəmiyyətindən danışarkən, Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyev Yaponiya-
nın “İnpex” şirkətinin prezidenti Kunixio Masuonu qəbul
edən zaman söylədiyi aşağıdakı sözlər görülmüş işlərə
verilmiş qiymətlə yanaşı, böyük perspektivi də özündə
əks etdirir: “ Mən əminəm ki, sizin Azərbaycan dövləti,
Azərbaycanın neft şirkətləri ilə əməkdaşlığınız gələcəkdə
də müvəffəqiyyətlə inkişaf edəcək və bizim gələcək birgə
layihələrimiz üçün yeni perspektivlər açacaqdır”.