------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
7
Növbəti ayədə Allah-taala digər bir nemətinə işarə edərək buyurur:
ا
ً
جا
َّ
ج
َ
ث ًءا َم ِتا َ ِ
صِ ْع ُم
ْ
لا
َ
ن ِم ا
َ
ن
ْ
ل
َ
ز
ْ
ن
َ
أ َو
14. “(Küləklərin sıxdıqı, təzyiq göstərdiyi) topa halında bir-birinə sıxılmış
buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik”.
Bu ayədə, günəş nuru və hərarəti qədər əhəmiyyəti olan buludlar və
yağışdan söhbət açılır. Yağışın önəmli faydalarına toxunaraq buyurur:
ا
ً
تا َب
َ
ن َو ا ًّب
َ
ح ِهِب
َج
ِر
ْ
خ
ُ
ن ِل
15. “(Belə ki,) onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq”.
ٍتا
َّ
ن
َ
ج َو
ا
ً
فا
َ
ف
ْ
ل
َ
أ
16. “(Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar”.
Son iki ayə insanın istifadə etdiyi qida maddələrinin, həmçinin heyvanların
yediyi otların yerdən bitdiyinə işarə edir, çünki bu qidaların bir hissəsini dənlər,
digər hissəsini bitki və göyərtilər, başqa bir hissəsini isə meyvələr təşkil edir.
Doğrudur, son iki ayədə yağışın üç faydası haqqında söhbət açıldı,
şübhəsiz onun faydaları daha çoxdur. Yağışın yağması xeyir-bərəkətlərlə doludur.
O cümlədən:
a) Havanı sərinləşdirir.
b) Natəmizlikləri yuyub aparır.
c) Xəstəlik səbəblərini azaldır.
d) İnsanlara xoş əhval-ruhiyyə bəxş edir.
f) İnsanın bədəninin 70%-ni su təşkil edir.
Quranın açıq-aşkar bildirdiyinə görə, bütün canlı varlıqların yaranması və
yaşaması suya bağlıdır. Belə ki, “Ənbiya” surəsi 30-cu ayədə buyurur: ”....Biz hər
bir canlı varlığı sudan yaratdıq!”.
h) Bütün fabrik və zavodlar su olmadan iflic vəziyyətə düşər.
g) Təbiət özünün füsunkar gözəlliyini itirər.
j) Dünya ticarətində yükdaşınmanın böyük hissəsi su yolu ilə həyata keçir.
Sual: Bəhs etdiyimiz ayələrlə “məad” məsələsinin nə əlaqəsi vardır?
Cavab:
1. Bütün bu nemətlərin xatırlanması, yaradılış aləmindəki dəqiq nizam-
intizam Allahın qüdrətinə, onun hər şeyə qadir olmasına aydın dəlildir. Belə ki,
Quran məadı inkar edənlərin cavabında buyurur: “Məgər göyləri və yeri yaradan
kəs onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). Odur kamil
surətdə yaradan və (hər şeyi) bilən”.
5
2. Digər tərəfdən bu əzəmətli yaradılış aləmi, kainat mütləq bir hədəf və
məqsəd üzərinə yaradılmışdır və sadəcə bu maddi dünya həyatı üçün deyildir.
Allahın hikməti tələb edir ki, bu yaranış daha böyük hədəflər üçün, yəni əbədi
həyat və cənnət üçün olsun.
3. Yatıb-ayılmağın özü ölüb-dirilməyin bir nümunəsidir.
4. İnsanların gözü önünüdə ölmüş torpaqların yağış vasitəsilə yenidən
canlanması məadı, qiyaməti xatırladır və ölümdən sonrakı həyata işarə edir.
5
“Yasin” surəsi, ayə 51.
------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
8
Öncəki ayələrdə məadın haqq olması barədə müxtəlif dəlillərə işarə
olundu. Bu ayədən etibarən surənin axırınadək “böyük xəbərin” baş verməsi,
bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur.
ا
ً
تا
َ
قي ِم
َ
نا
َ
ك ِل
ْص َفْلا َم ْوَي َّن
ِإ
17. “Həqiqətən, ayrılıq günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda
yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır”.
Bu günün “Ayrılıq günü” adlandırılmasında çox incə məqamlar vardır. O
böyük gündə – Qiyamət günündə olan ayrılıqları bəyan edir:
a) Haqq ilə batilin ayrılması
b) Möminlərlə günahkarların ayrılması
c) Ata-ananın övladından ayrılması
d) Qardaşın qardaşdan ayrılması
f) Yaxşı əməlin pis əməldən ayrılması.
Sonrakı ayədə o böyük günün ən mühüm hadisələrindən biri haqqında
danışılır:
ا
ً
جا َو
ْ
ف
َ
أ
َ
نو
ُ
ت
ْ
أ
َ
ت
َ
ف ِرو
ُّصلا
ي ِ
ف
ُ
خ
َ
ف
ْ
ن
ُ
ي َم ْو
َ
ي
18. “Sura üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz”.
“Nəfx” sözü üfürmək, “sur” sözü isə şeypur mənasındadır. Bu ifadələr
ikinci surun çalınması ilə yeni həyatın başlanmasını bəyan edir.
Quran ayələrindən istifadə olunur ki, Qiyamət öncəsi iki böyük hadisə –
“Sura üfürülmə” baş verəcəkdir. Birinci hadisədə, yəni Sura birinci dəfə üfürüləndə
dünya quruluşu bir-birinə dəyəcək, yer üzərində və göylərdə olan varlıqların
hamısı öləcək. İkinci hadisə zamanı isə (sura ikinci dəfə üfürüləndə) dünya yenidən
qurulacaq. Ölülər diriləcək, qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün dəstə-
dəstə qiyamət səhnəsinə gələcəklər.
ا
ً
با َو
ْ
ب
َ
أ
ْ
ت
َ
نا
َ
ك
َ
ف ُءا َم َّسلا ِت
َ
ح ِت
ُ
ف َو
19. “(O gün) göy açılar (yarılar) və qapılar şəklinə düşər”.
Sual: Ayədə qeyd olunan “qapılar” və “göyün açılması” ifadəsindən
məqsəd nədir?
Cavab: Bu barədə söylənilən bir neçə fikri nəzərinizə çatdırırıq:
1. “Qeyb” aləminin qapıları dünyaya açılacaq, maneələr, pərdələr kənara
çəkiləcək. Mələklər aləmi ilə insanlar aləmi bir-birini müşahidə edəcək.
2. Səma qatlarında və planetlərdə o qədər yarıqlar əmələ gələcək ki, sanki
qapılara çevriləcək.
3. İnsan indiki şəraitdə göylərdə, planetlərdə hərəkət edə bilmir (olsada
çox az insan). Elə bil göyün qapıları insanların üzünə bağlanıb, amma qiyamətdə
insan bu yer kürəsindən azad olacaq, göylər aləminin qapısı onun üzünə açılacaq
və o, yüksəklərə səfər edəcək.
Başqa sözlə desək, o gündə ilk olaraq göy parçalanacaq, yeni göylər və yer
onun yerini alacaq. Belə ki, Allah-taala “İbrahim” surəsi 48-ci ayədə buyurur: “Bu
yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı
və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının
(bütün ölülərin mühasibə və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir
olacağı gündə!”.