şəraitinin kəskin dəyişilməsinə adaptasiya olunmaq, yüksək məhsuldarlıq və
s.)
mövcuddur və saxlanılır. Lakin əldə olunan məlumatların təhlili göstərir
ki, heyvandarlıq resurslarının genetik bazasının-genofondunun çox sürətlə
davam edən eroziyaya uğraması onun davamlı inkişafına ciddi maneçilik
törədir.
Dünya əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsini təmin
edən ən başlıca və aparıcı amil sayılan heyvanların genetik resurslan üzrə
FAO-nun qlobal genetik bankına əsasən hazırda heyvanların 7616 növündə
eroziyalaşma aşkar olunub. Onların 20%-i isə təhlükə qarşısında olmaqla
genetik fondunu artıq itirmək üzrədir. Son 6 il ərzində 62 heyvan növünün
nəsli tamamilə kəsilmişdir. Bu isə heyvanların növ müxtəlifliyinin hər ayda
birinin nəslinin itməsi deməkdir. Qeyd edilən böhranın bu cür dmamik
inkişafı BMT, FAO və bütün nüfuzlu beynəlxalq təşkilatların olduqca ciddi
narahatlığına və həmin vəziyyətdən çıxış yollarını axtarmağa vadar etmişdir.
Bu gün dünyanın əhalisi çox olan bir çox dövlətlərində (Hindistan, Çin,
Əfqanıstan, Afrika ölkələri və s.) artıq ərzaq çatışmazlığı qlobal problemə
çevrilib.
Heyvanların genetik bankının eroziyasının qarşısının tezliklə
alınmadığı təqdirdə ərzaq qıtlığı və böhranı daha da kəskinləşəcək və
bəşəriyyət iiçün qlobal problem və ağır
neqativ fəsadlar törədəcəkdir.
Y uxanda qeyd edilən rəqəmlər heyvanların bankının genetik eroziyasının
yalnız çox cüzi bir hissəsini əks etdirir. I Ieyvan növlərinin resursları, xüsusilə
növ səviyyəsində onların quruluş və sayının müəyyən edilməsi müxtəlif
ölkələrdə hələ də qeyri-adekvatdır, xeyli çətinlik törədir. Belə ki, hazırda
mövcud olan heyvan növlərinin 36%-nin genetik resursu və statusu
haqqında hələ do ətraflı məlumat yoxdur. Bu hal iri buynuzlu heyvanların,
ən əsası isə yüksək məhsuldar qaramal növlərinin genetik bankı haqqında
müvafiq məlumatların toplanması prosesində daha qabanq surətdə binizə
verir. Bunun ən başlıca səbəbi isə dünyanın bir çox ölkələrində intensiv
heyvandarlığın inkişaf etdirilməsinə fikir verilməməsi, ciddi nəzarət olun
maması, kiçik, pərakəndə tosərrüfatçılığa geniş yer və üstünlük verilmişdir.
Bundan başqa bəzi ölkələrdə ekoloji böhran və kataklizmlərin (leysan
yağışlar, güclü sel və daşqınlar, qasırğalar, tornodalar, suııamilər, qlobal
iqlim anomaliyaları, buzlaqların sürətlə əriməsi, zəlzələ, vulkan püskürmələri
və s.) arealının gündən günə geniş vüsət alması, dinamik inkişafı,
müharibələr, etnik münaqişələr, terrorçuluq aksiyaları da heyvandarlığın
intensiv texnologiyalar və sənaye istiqamətində sürətlə, dayanıqlı inkişafına
və gen bankının diskriminizusiyasına
böyük zəmin yaradır, onu ləngidir.
Heyvanların
genetik diskriminasiya və eroziyasının
qarşısının alınması
üçün FAO və digər beynəlxalq nüfuzlu təşkilatlar hazırda yüksək məhsuldar
heyvanların, xüsusilə törədicilərin genetik populyasiyalarının saxlanması,
inkişafı üçün dünyanın bütün ölkələrində həmin növlərin xüsusi, mərkəzləş
dirilmiş, sənaye texnologiyaları əsasında formalaşmış iri fermaların yaradıl
ması qərarına gəlmişlər. Həmin damazlıq təsərrüfatları qorunan, nəzarət al
tında olan, mühafizə edilən coğrafi ərazilərdə yaradılmalı və bütün inkişaf
etmiş ölkələr onlara maliyyə dəstəyi göstərməli, həm də onlardan bəhrələn
419
məli, öz təsərrüfatlarını yüksək məhsuldar növ və cinslərlə zənginləşdir
məlidir. FAO yüksək məhsuldar heyvanların
genetik resurslarının statusunun
in vivo saxlanması məqsədilə onların genetik materialının (spermatozoidlərin)
maye azotda in vitro
konservasiya olunmasını tövsiyə etmişdir. FAO-nun
tövsiyəsinə görə iri cins heyvandarlıq fermaları təbii otlaq, çəmənlik və biçə
nək sahələri ilə zəngin olan landşaftlarda yaradılmalıdır. Həmin təsərrü
fatlarda seleksiya işlərinin düzgün planlaşdırılması, uçotu və proqnozlaşdı
rılması üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin (zootexniklər,
baytarlıq təbabəti həkimləri, aqronom-entemoloqlar, litopatoloqlar, mexa
nizatorlar, texniklər, iqtisadçılar və s.) hazırlanması məsələləri də FAO-nun
yeni külliyyatında əsas prioritet sayılır. Lakin inkişaf etmiş ölkələrin əksəriy
yətində bu prioritet istiqamətə yetərincə önəm verilmir.
Külliyyatdakı
məruzələrin 48%-ində ölkə səviyyəsində yüksək məhsuldar cins törədicilərin
genetik materialının in vivo, 63%-ində isə onun in vitro konservasiyası ölkənin
milli strategiya proqramına daxil edilməyib.
Bəzi ölkələrdə isə heyvanların
genetik resurslarının saxlanması və inkişafı üçün xüsusi seleksiya proqram
ları hələ də hazırlanmayıb, digərlərində isə bu məsələ olduqca primitiv və
parakəndə formadadır. Dünya ölkələrində heyvandarlığın davamlı, daya
nıqlı və rasional inkişafını təmin etmək, tənzimləmək üçün
lokal (yerli)
heyvan növlərinin və cinslərinin
spesifik xüsusiyyətləri analiz edilməli və
seleksiya prosesi zamanı nəzərə alınmalıdır. FAO-nun hazırladığı materialda
bütün dünya ölkələrinin onun təşəbbüsünə qoşulması və ərzaq qıtlığının
qarşısının alınması bir nömrəli prioritet sayılır. FAO-nun tövsiyyələrində
dünyanın inkişaf etmiş, inkişafda olan və geridə qalan ölkələrinin hamısında
heyvanların biomüxtəlifliyinin genetik resurslarının saxlanması və inkişafı
üçün fermer təsərrüfatlarına da maliyyə dəstəyi göstərilməsinə və müvafiq
şərait yaradılmasına çox böyük önəm verilmişdir.
420