Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə18/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   130

 

54 


məĢğələləri Ģifahi və yazılı formada keçirmək və s. tövsiyələr 

verilmiĢdir. 

Bu dövrdə ġeyxzadə Hafiz Məmmədəminin ―Nümuneyi 

tədris  və  tərbiyə”  adlı  dərs  vəsaiti  də  Bakıda  çap  olun-

muĢdur. Kitabda tədrisin səmərəli üsulundan, yazı iĢləri, söz 

və  cümlələr  üzərində  qrammatik  təhlilin  aparılmasından  və 

müəllimin dərsdə yaradıcılığından danıĢılır.  

Məmmədəli  Sadıqzadənin  ―Türk  dilinin  üsulu  tədrisi‖ 

adlı  dərs  vəsaiti  Azərbaycan  dilində  dərs  aparan  müəllimlər 

üçün metodik rəhbərlik kimi nəzərdə tutulmıuĢdur.  

XX  yüzilliyin  birinci  yarısında  maarifçi  ziyalılar,  qa-

baqcıl müəllimlər, xalq kütləsi, fəhlələrin kütləvi hərəkatları, 

hökumət  qarĢısında  mədəniyyətin  müxtəlif  sahələri,  inkiĢafı 

üçün  tələblər  qoyurdular.  Bu  tələblərdə  ən  ümdə  məsələ-

lərdən biri ana dili, söz və mətbuat azadlığı idi. Xalqın səda-

sını  eĢidən  hökumət  xalqla  müəyyən  dərəcədə  mülayim  rəf-

tara keçdi. Azərbaycanda söz azadlığına və mətbuatın yara-

dılmasına  imkan  verdi.  Əhali  tam  Ģəkildə  ana  dilində  təhsil 

almaq  hüququ  qazandı.  Ġctimai  yerlərdə  və  dövlət  idarə-

lərində ana dilinin iĢlədilməsinə icazə verildi.  

―Həyat‖, ―ġərqi-rus‖, ―Kaspi‖ qəzetlərində “Dəbistan, 

―Rəhbər‖  jurnallarının  səhifələrində  müxtəlif  məzmunlu 

pedaqoji məqalələr çap olundu.  

          Məktəblərin yeni tipli dərslik, proqram və tədris plan-

ları  ilə  iĢləməsi  üçün  müəllim  hazırlayan  məktəblər  (Gəncə, 

AğdaĢ, Göyçay, ġəki) fəaliyyət göstərdi.  

Nəriman  Nərimanov  və  H.Zərdabinin  təĢəbbüsü  ilə 

1906-cı il avqustun 15-də Bakı Ģəhərində I Müəllimlər Qurul-



tayı  çağırıldı.  Qurultayda  fənnlər  üzrə,  о  cümlədən  Azər-

baycan dili proqramları, Azərbaycan dilini tədris edən müəl-

limlər hazırlamaq və onların hüquqi məsələləri, Azərbaycan 

dilinə  aid  tədris  planı,  I-IV  siniflərdə  bədii  əsərlər,  folklor 

nümunələrinin dərslikdə verilməsi, inĢa, təsvirli yazılar, hüsn-

xət və s. kimi iĢlərin tədris olunması haqqında yekun qərara 

gəldilər. 



 

55 


II  Müəllimlər  qurultayı  1907-ci  il  avqustun  25-də  Bakı 

Ģəhərində çağırıldı. Qurultayda əsas məsələlər; tədris üsulları, 

dərsliklərin  vəziyyəti,  ərəb  əlifbasındakı  nöqsanlar,  açıq 

dərslərin  təĢkili  və  s.  iĢlər  müzakirə  olundu.  Toplantıda 

“Nicat‖, ―Səadət‖, ―Səfa‖ cəmiyyətlərinin Ģəhər və kəndlərdə 

ana  dilində  məktəblər  açması,  əhalini  savadlandırmaq  iĢləri 

təqdirə layiq görüldü. 

1914-cü  ildə  dövlət  nəzarəti  altında  olan  məktəblərin 

sayı 270-dən artıq olduğu halda, 1920-ci ildə bu məktəblərin 

sayı  369-a  çatmıĢdır.  Hətta  bəzi  məktəblər  öz  xüsusi  adı  ilə 

çağrılırdı.  Məsələn:  Ağsuda  ―Darülfün‖,  Göyçayda  ―Ġqbal‖, 

ġəkidə  ―Darül-Ģəfa‖,  Gəncədə  “Məktəbi-ruhani‖,  Bakıda 

―Qız məktəbi‖ və s. 

1920-ci  il  aprelin  28-də  Azərbaycanda  Xalq  Maarif 

Komissarlığı  öz  iĢinə  baĢladı.  Rayon  və  Ģəhərlərdə  onun 

Ģöbələri təĢkil olundu. Xalqın maariflənməsi və təhsil alması 

üçün ana dilində məktəblərin açılması ön plana çəkildi. Artıq 

1920-ci mayın 21-də Azərbaycanda ―Vahid əmək proqramı‖ 

Maarif  Komissarlığı  kollegiyasında  təsdiq  olundu  və  onun 

əsasnaməsi  hazırlandı. Proqramda  ana  dilinin  bir  fənn  kimi 

tədrisinə yer verildi. Azərbaycan dilinin tədrisində qrammati-

ka, orfoqrafiya, yazılı və Ģifahi nitq inkiĢafı tövsiyə olundu. 

1921-ci  il  dekabrın  30-da  və  1922-ci  il  yanvarın  6-da 

Azərbaycan  maarifçi  ziyalılarının  zirvə  toplantısı  keçirildi. 

Toplantıda  əsasən  ana  dilinin  inkiĢaf  məsələləri  və  ərəb 

əlifbasındakı nəzərə çarpan çətinliklər müzakirə olundu.  

Ərəb  əlifbasının  mövcudluğu  üçün  iki  məsələ  irəli 

sürüldü.  Birinci  məsələdə  ərəb  əlifbasını  saxlamaq  və  ya 

islahat aparmaq. Ġkinci məsələ ərəb əlifbasını latın əlifbası ilə 

əvəz etmək. Ġrəli sürülən hər iki məsələ ətrafında geniĢ Ģəkildə 

müzakirələr aparıldı. 

Natiqlərdən  Səməd  Ağamalıoğlu  xalqın  tez  savadlan-

masının xüsusi əhəmiyyətini vurğuladı. Natiqlər belə bir qəti 

qərar  qəbul  etdilər  ki,  33  hərfdən  və  bir  apostrofdan  ibarət 

olan  latın  əlifbası  qəbul  olunsun.  Latın  əlifbasını  xalq 



 

56 


kütlələrinə  çatdırmaq  üçün  ilk  dəfə  ―Yeni  yol‖  qəzetində, 

sonralar ―ĠĢıq yolu‖, ―Qızıl əsgər‖, ―Kəndçi‖ qəzetlərində və 

―Dan  ulduzu‖  jurnallarında  latın  əlifbası  çap  olundu. 

N.Nərimanov  latın  əlifbasını  Azərbaycan  xalqı  üçün  zəruri 

bir  məsələ  kimi  qəbul  etmiĢdir,  bu  məqsədlə  ―Bakinski 

raboçi‖  (1922)  qəzetində  çıxıĢ  etmiĢdir.  Eyni  zamanda  xalq 

arasında savadsızlığı ləğv etmək məqsədi ilə kurslar açılmağa 

baĢlandı.  F.Ağazadənin  rəhbərliyi  altında  həmin  kurslara 

kömək  məqsədi  ilə  ―Qiraət  kitabı”  çap  olundu.  1927-28-ci 

tədris  illərində  məktəblərdə  Respublikada  yeni  qəbul  olun-

muĢ latın əlifbası ilə dərs keçirilməyə baĢlandı. 

S.Axundzadə,  F.Ağazadə,  Ə.Əfəndizadə  ―Yeni  türk 

əlifbası‖ adlı dərs vəsaitini latın əlifbası əsasında yazıb və çap 

etdilər.  Vəsaitin  44  səhifəsi  əlifba  təliminə  ayrılmıĢ,  qalan 

səhifələri  isə  qiraət  bölmələrinə  aid  olan  mətnlərin  tədrisi 

metodikasına yer verilmiĢdir. 



Prof. B.Çobanzadənin ―Türk dili və ədəbiyyat üsuli-təd-

ris”(1926)  kitabı  Azərbaycan  dilinin  tədrisi  üçün  ən  zəruri 

olan metodik əsərdir. Əsərdə ana dilinin tədrisi metodikasına 

dair geniĢ məlumatlar verilmiĢdir. 

1927-ci ildə Hacı Kərim Sanılı, Ġsrail Əminbəyli ―Ġkinci 

il‖  adlı  dərs  vəsaiti  yazmıĢ  və  bu  vəsait  1931-ci  ilə  kimi 

məktəblərdə istifadə olunmuĢdur. 

1932-ci  ildə  B.Çobanzadə,  C.Məmmədquluzadənin 

―Türk  dili  metodikası”  kitabı  çap  olunmuĢdur.  Kitab  yeni 

qəbul  olunmuĢ  ―layihələr  proqramı‖  əsasında  hazırlanmıĢ-

dır. Metodik vəsaitdə savad təliminin üsulları, imla və onun 

tədrisi üsulları, qiraətin tədrisi üsulları, sinifdənxaric oxunun 

aparılması haqqında və s. bölmələr verilmiĢdir. 

F.Qasımzadə yazdığı ―Ġbtidai məktəblərdə oxu dərsləri 

və onun metodikası” (1933) adlı vəsaitdə ibtidai məktəblərin 

metodikasını geniĢ və ardıcıl əhatə etmiĢdir.  

Bu  dövrdə  Y.Zeynalov,  Ə.Qafarlı  ―Yazı  nümunələri‖ 

(1941),  Ə.Qafarlı  ―Sistematik  imla  məcmuəsi‖  (1941-1946), 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə