78
dövründə fonematik təhlilə geniĢ yer verilməlidir. Nitqdən
cümlənin götürülüb sözlərə ayrılması, cümlədə sözlərin sayı-
nın və ardıcıllığının müəyyənləĢdirilməsi xüsusi əhəmiyyət
kəsb edir. ġagirdlər həmin dövrdə sait və samit haqqında
ilkin anlayıĢlara yiyələnirlər. Sözlərdə saitin asanlıqla uzan-
ması, samitin isə uzanmamasını dərk edirlər.
Savad təliminin birinci günündən oxu təlimi yazı təlimi
ilə paralel gedir. Bu dövrdə yazı ləvazimatı ilə tanıĢlıq,
qaməti düzgün saxlamaq, partada düzgün əyləĢmək, dəftəri
düzgün qoymaq, yazarkən qələmi düzgün tutmaq, barmaq və
bilək əzələlərini möhkəmləndirmək, yazının gigiyenasına aid
tələblərə əməl etmək lazımdır. Savad təlimi yeni sistemdə
Ģərti və real olmaqla müxtəlif ünsiyyət situasiyasından baĢ-
lanır. Bu situasiya birinci sinif Ģagirdlərinin kommunikativ
nitq qabiliyyətinin inkiĢafı üçün daha əlveriĢli Ģərait yaradır,
dilin ən mühüm ünsiyyət vasitəsi olaraq insanların fikri və
mənəvi fəaliyyətinin ən vacib aləti kimi dərk edilməsinə kö-
mək göstərir. Məhz ünsiyyət situasiyasında birincilər ilk dəfə
dil həqiqətlərini söz, cümlə və mətn vasitəsi ilə dərk etməyə
baĢlayırlar.
Yeni kurikulumlarla iĢ prosesində ən zəruri amillərdən
biri kimi bütün müəllimlərin fəal təlim metodlarından istifadə
bacarıqlarına yiyiələnməsi mühüm vəzifələrdəndir.
Ənənəvi dərsdə Ģagirdlər məlumatları yadda saxlamağa
çalıĢırlar, müəllim isə nəticələri özü çıxararaq bilikləri hazır
Ģəkildə Ģagirdlərə çatdırır. Öyrədici fəaliyyət ilk növbədə
müəllimin fəallığı əsasında həyata keçirilir.
Hamıya məlum olduğu kimi, hər hansı bir məlumat real
həyatda tətbiq edilən zaman biliyə çevrilir. ġagirdin cavabına
qoyulan tələblərin əsasını əslində biliklərin mənimsənilmə-
sinin yoxlanılması yox, verilən məlumatların yadda saxla-
nılması təĢkil edir. Eyni zamanda, ənənəvi təlim prosesində
biliklərin praktik tətbiqini təsəvvür etmək üçün Ģagirdə
müvafiq imkanlar yaradılmır. Dərsin məzmunu, adətən daha
çox nəzəri öyrənilir və həyatın tələbatlarına uyğunlaĢdırılmır.
79
ġagirdin Ģəxsi təcrübəsi, onun tələbatları, maraqları, qabiliy-
yətləri və fərdi xüsusiyyətləri nəzərə alınmır. Bu cür prosesin
nəticəsində heç kim əmin ola bilməz ki, bütün Ģagirdlər bu
bilikləri lazımı səviyyədə dərk edəcək. ġagirdin hazır bilikləri
mənimsəməsi nəinki onun təfəkkürünün inkiĢafı üçün stimul
yaratmır, eyni zamanda idrak prosesini kütləĢdirir, uĢağı
yaradıcılıqdan, sərbəstlik, müstəqillik, təĢəbbüskarlıq kimi
keyfiyyətlərdən məhrum edir. Nəticədə təlimin səmərəliliyi
azalır, çünki onun keyfiyyəti Ģagirdin əqli qabiliyyətlərinin və
hafizəsinin inkiĢaf səviyyəsi, idrak motivasiyasının olub-
olmaması kimi psixoloji amillərdən birbaĢa asılı olur.
Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən
biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi,
qeyri-çevik olmasıdır. Müasir informasiya – kommunikasiya
dövründə elmin müxtəlif sahələrində toplanmıĢ bilik kütləsi
elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsiplərinə
əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənim-
sətmək, əslində qeyri-mümkün iĢə çevrilir. Əgər əvvəllər
bilikləri əldə etmək üçün Ģagirdi iki əsas bilik mənbəyi (müəl-
lim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr çox-
saylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəb-
dən müasir təlimin baĢlıca vəzifələrindən biri öyrənməyi
oyrətməkdir, yəni Ģagirdləri bilikləri müstəqil əldə etməyə
yiyələndirməkdir, biliklərədn çox biliklərin əldə edilməsi
yollarını öyrətməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə
dəyiĢdirilməsi, onların Ģəxsiyyətə, onun tələbatlarına yönəl-
dilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən
fəal istifadə edilməsi Ģəraitində təlim böyük səmərə verə bilər.
Eyni zamanda, Ģəxsiyyətyönümlü tədris prosesi inkiĢaf pro-
seslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı
artırmaqla Ģəxsiyyətin dəyərlərini və vərdiĢlərini formalaĢ-
dıracaqdır.
Kurikulum sadəcə tədris proqramı deyil, o, bütöv bir
təhsil prosesidir. Bu tələblərin nəzərə alınması məhz məhsul-
dar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə
80
üsullarını özündə birləĢdirən fəal(interaktiv) təlim texnolo-
giyalarına üstünlük verməyi tamamilə zəruri edir.
Fəal təlimin üstünlüklərinə baxmayaraq, müəllim
ənənəvi metodların istifadəsindən tam imtina etməməlidir.
Təlimin məqsədindən, məzmunundan, Ģagirdlərin hazırlığın-
dan asılı olaraq müəllim öz seçimini etməlidir. Məsələn,
müəllim bacarıq və vərdiĢlərin formalaĢması məqsədini qo-
yursa, o, daha çox təkrarlama metodunu üstün tuta bilər.
Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayda yeni
anlayıĢ və məlumatları bilməyi tələb edirsə, bu zaman
ənənəvi metod (izahedici) daha çox səmərə verə bilər.
Ədəbiyyat
1.Abdullayev A.S. Ġbtidai məktəbdə Azərbaycan dilinin
tədrisinin metodikası. Bakı: Maarif, 1962, 165 s.
2.Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri
üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-
IV siniflər). Bakı, 2012
3.Balıyev H.B. Ana dilinin tədrisi metodikası. Bakı: 3 №li
Sənaye Liseyi,1997, 102 s.
4.Əhmədov
Ə. Ümumtəhsil sistemində kurikulum
islahatları// Kurikulum, 2008, №1
5.Həsənov M.,Cəfərova N. Ġbtidai siniflərdə Azərbaycan
dilinin tədrisi metodikası. Bakı: Elm Nvə təhsil, 2013, 404 s.
6.Kərimov Y.ġ. Ana dilinin tədrisi metodikası. Bakı:
Nasir, 2003, 520 s.
7.Rəhimov A.N. Ana dilinin tədrisi metodikası. Bakı,
2003, 408 s.
8.Люблинская
А.А.
Детская
психология.
М.:
Просвещение, 1971
9.Николски V.A. Cочинени в средней школе. M.:
Учпедгиз, 1954
Dostları ilə paylaş: |