Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə34/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   130

 

102 


müəyyən  dəyiĢikliklər  olur.  Çünki  inteqrasiya  dərsə  verilən 

müasir  tələblərdən  biri  olsa  da,  fənlərarası  inteqrasiya  yaradar-

kən  müəllim  bilməlidir  ki,  yaxınlıq  dərəcəsinə  görə  fənlər  üç 

qrupa ayrılır. 

 

Daha yaxın və ya qohum fənlər 



 

Nisbətən yaxın fənlər 



 

Uzaq fənlər 



Birinci  qrupa  daxil  olan  fənlər  arasında  təbii  əlaqələr 

yaratmaq üçün imkanlar daha geniĢdir. Bu zaman inteqrasiyanın 

məzmunu daha rəngarəng və əhatəli olur. Yəni bu zaman : 

1.  Hər  iki  fənnə  aid  bir  bacarıq  müəyyən  bir  dərsdə  for-

malaĢdırılır  (hər  iki  fənnə  aid  məlumatlardan  istifadə  etməklə), 

təkrara yol verilmir. 

2. Ġnteqrasiya nəticəsində bir fənnə aid müəyyən bir dərsdə 

keçilən  mövzu  digər  bir  fənnə  aid  dərsdə  daha  da  təkmilləĢ-

dirilir, dərinləĢdirilir. 

3.  Qohum  fənlərə  aid  məlumat  və  faktların  müqayisəli 

öyrənilməsinə də müraciət olunur. 

Ġkinci qrupa aid fənlərin inteqrasiyasından istifadə edərkən 

müəllim mövzuyla bağlı hər hansı geniĢləndirmələr apara bilər. 

Bu zaman: 

1.  ġagirdlər  tədris  edilən  fəndən  əlavə  digər  fənlərə  aid 

məlumat və faktlar da əldə edir. 

2. ġagirdlərin əvvəlki bilik və bacarıqları möhkəmlənir. 

Uzaq  fənlərin  inteqrasiyası  isə  inteqrasiyanın  aĢağıdakı 

ümumi məzmuna malik olmasını göstərir: 

1.

 



ġagirdlər bəzi terminlərin mənasını tam anlayır. 

2.

 



Onların hazırda əldə etdikləri bilik və bacarıqların digər 

elm sahələrində də iĢə yaradığının Ģahidi olurlar. 

Birinci  sinifdə fənlərarası inteqrasiyanın məzmununa bəzi 

əlavələr edilir ki, bu da onların inkiĢafını stimullaĢdırır. Ümumi 

nəticələr: 

1.  ġagirdlər  öyrəndikləri  yeni  sözlər  əsasında  digər  fənlər 

haqqında müəyyən ilkin və sadə biliklərə yiyələnirlər. 



 

103 


2.  MüĢahidə  etdikləri  hadisələr,  əĢyalar  haqqında  danıĢ-

maqla  digər  fənlərə  aid  sadə  məlumatları  ana  dili  fənninə  daxil 

edirlər. 

3.  ġəkillər  üzrə  danıĢarkən  digər  fənlərə  aid  məlumatlara 

doğru istiqamətlənirlər. 

4. Öyrəndikləri yeni sözlərin mənasını anlamağa çalıĢarkən 

müxtəlif  fənlər  haqqında  məlumatlar  əldə  edirlər  (məsələn, 

xarici dil, informatika ). 

5.  Yaxınmənalı  və  əksmənalı,  alınma  sözləri  fəqləndirər-

kən  digər  fənlərə  aid  sadə  termin  və  adlara  müraciət  etməli 

olurlar. 

6.  Müxtəlif  bədii  mətnləri  oxuyarkən  bədii  ədəbiyyatla 

inteqrasiyaya müraciət edirlər. 

7. Hərflərin element və konfiqurasiyasını öyrənərkən daha 

çox riyaziyyatın inteqrasiyasına müraciət edirlər. 

8. Maraqlarına uyğun mətn və Ģeir nümunələri öyrənərkən 

müxtəlif  fənlərin  inteqrasiyası  dərsin  Ģagirdlər  tərəfindən  daha 

uzun müddət yadda saxlanılmasına səbəb olur. 

9.  Əməli  yazılardan  istifadə  zamanı  təsviri  incəsənət, 

informatika fənlərinin inteqrasiyasına müraciət edirlər. 

10.  Ad,  əlamət  və  hərəkət  bildirən  sözləri  fərqləndirərkən 

təbiətdə,  ətraf aləmdə  gördüklərinə  əsaslanmaqla  Ģagirdlər daha 

çox həyat bilgisi fənninə müraciət edirlər.                            

Qeyd  etdiklərimizdən  belə  qənaətə  gəlirik  ki,  inteqrasiya 

ibtidai siniflərdə Ģagirdlərin təlim fəaliyyətinin yüksəldilməsində 

mühüm rol oynayır. Onu da deməliyik ki, digər təlim formaları 

kimi,  inteqrasiyanın  da  görünən  və  bir  də  görünməyən,  lakin 

böyük rol oynayan tərəfləri vardır. Bu tərəfləri məzmunda qeyd 

edə  bilməsək  də,  onu  söyləyə  bilərik  ki,  inteqrasiya  Ģagirdlərə 

yalnız  biliklər  və  fənlər  arasında  olan  əlaqələri  aĢkarlamağa 

imkan  vermir,  həm  də  onları  gələcək  həyata  hazırlayır,  onlarda 

bir  sıra  qiymətli  xarakter  xüsusiyyətlərinin  meydana  gəlməsinə 

səbəb  olur.  Məsələn,  Yeni  kurikulumlar  əsasında  yaradılan    I 

sinif    “Ana    dili”  dərsliyində  hər  hansı  bir  mövzunu  götürək. 

Məsələn, Zahid Xəlilin  “Mən rəngləri tanıyıram” Ģerini götürək: 



 

104 


Mən rəngləri tanıyıram deyir –Elman. 

Səma-mavi, yumurta- ağ 

Sapsarıdır günəbaxan, 

Qırmızıdır-gülöyĢə nar. 

Yarpaq-yaĢıl 

Kömür-qara, 

Dəniz-göydür. 

            Qızılıdır boranılar. 

 

 

 



 

 

Bu  Ģeirin  tədrisi  zamanı  müəllim  həm  ana  dili  və  təsviri 



incəsənət  fənlərini,  həm  də Azərbaycan  dili  və  fiziki tərbiyənin 

inteqrasiyasından istifadə edə bilər. Fikrimizi əsaslandırmazdan 

əvvəl  qeyd  edək  ki,  Ana  dili  fəninin  tədrisi  prosesində  fənlər-

arası  inteqrasiyadan  istifadə  imkanları  çox  güclüdür.  Belə  ki, 

yaradılan incəsənət nümunələri, tutaq ki, rəssamlıqda əgər rəng-

lərin, tonların, çalarların  dili  ilə  danıĢırsa,  əgər musiqidə  yaran-

mıĢ  əsərlər  səslərin,  notların,  akkordların  və  sairənin  dili  ilə 

danıĢırsa, Azərbaycan dilində də yaradılmıĢ əsərlər üçün də va-

sitə  səslər,  sözlər,  söz  birləĢmələri  və  cümlələrdir.  Bu  Ģeir 

nümunəsini Ģagirdlərə tədris etməzdən əvvəl müəllim Ģagirdlərin 

rənglər  haqqında  olan  marağı,  onların  rəng  çalarları,  rəsm 

əsərləri  haqqında  olan  məlumat  səviyyəsi  ilə  tanıĢ  olmalı,  bu 

barədə  onlarla  söhbət  aparmalı,  rənglərin  dilindən,  yaratdığı 

möcüzəli  nümunələrdən  onlara  söhbət  açmalı,  hətta  bu  haqda 

hər hansı rəsm əsəri nümayiĢ etdirməlidir. Sonra Ģagirdlərə evdə 

müstəqil  iĢləmək  üçün  mövzuyla  əlaqədar  rəsm  əsərləri  də 

tapĢırmaq  olar.  Təbii  ki,  bütün  bunlar  dərsə  marağı  daha  da 

artırar,  həm  də  dərsin  daha  yaxĢı  qavranılmasına,  uzun  müddət 

yadda qalmasına Ģərait yaradar. 

         Dərs  prosesində  inteqrasiyanı  həm  də  elə  təĢkil  etmək 

lazımdır ki,  Ģagirdlər düĢünməyə, tədqiqatçılıq  aparmağa özləri 

də bilmədən sövq olunsunlar. Məsələn, elə I sinif həcmində olan 

bir tədqiqat sualı qarĢıya qoymaq olar. ġeirdə məlumdur ki, əĢ-

yalar rənglərinə görə verilir. ġagirdlərə təbiətdə gördükləri daha 

hansı əĢyaların  rənglərinə görə fərqləndiyini tapmağı tapĢırmaq 

olar və ya Ģeirdə təbiətdə olan əĢya və hadisələrin rəngi verilib, 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə