96
müəllim daima çalıĢmalıdır ki, hər hansı rast gəldiyi yazılı mə-
sələlərə deyil, yalnız sübut olunmuĢ, elmi status almıĢ məsə-
lələrə istinad etsin. Dərs prosesində Ģagirdləri elmin yeni nailiy-
yətlərinin öyrənilməsinə istiqamətləndirmək lazımdır. ġagirdlə-
rin elmi, məntiqi düĢüncələrinin üzə çıxarılıb inkiĢaf etdirilməsi
də nəzarətdə saxlanılmalıdır.
2.
Həyatla, demokratik cəmiyyət quruculuğu praktikası
ilə əlaqə prinsipi. Bu prinsip təlim prosesində inteqrasiyadan
istifadə, inteqrasiyanın təĢkili zamanı xüsusi əhəmiyyət verilən
prinsiplərdən biridir. Belə ki, hazırkı təhsilin əsas məqsədi ayaq-
ları üzərində möhkəm dayana biləcək, cəmiyyət üçün faydalı ola
biləcək, öyrəndiklərini həyata tətbiq edə biləcək Ģəxsiyyətlər
yetiĢdirməkdir. Təlim prosesində inteqrasiyadan istifadə də
məhz bu məqsədin reallaĢdırılmasına xidmət edir. Təbii ki, təd-
ris olunan fənn digər tədris fənlərindən əlavə, həm də lazımı sə-
viyyədə həyatla, mədəni-siyasi və sosial-iqtisadi hadisələrlə əla-
qələndirildikdə Ģagirdlər informasiya bolluğu Ģəraitində özləri
üçün lazım olanları seçib mənimsəyə bilərlər.
3.
Münasib Ģəraitin yaradılması prinsipi. Bu prinsip həm
pedaqoji, həm psixoloji, həm də gigiyenik Ģəraitin olması ilə
xarakterizə olunur. Məsələn, sinifdə psixoloji Ģəraiti düzgün qu-
ra bilən müəllim Ģagirdi tam anlaya bilir və beləliklə də onun
maraq və ehtiyaclarına uyğun inteqrativ dərs təĢkil edir, çünki
bu xüsusiyyətlər nəzərə alınmadan istifadə edilən inteqrasiya
informasiya bolluğundan baĢqa bir Ģey olmur.
4.
Əyanilik prinsipi. Bu prinsipə əsaslanan müəllim inteq-
rasiyanı quru sözlər üzərində deyil, Ģagirdlərin maraq və
diqqətinə səbəb olacaq əĢya və hadisələrə əsaslanaraq təĢkil edir.
Y.A.Komenski əyanilik prinsipini təlimdə “qızıl qayda” adlan-
dırırdı. Duyğularda olmayan heç bir Ģey, Ģüurda da olmadığın-
dan duyğuya əsaslanmaq lazımdır... ağıl bütün düĢüncələr üçün
materialı yalnız duyğulardan alır. Məhz elə bu fikrə əsasən də
qeyd edə bilərik ki, Ģagirdlərə iki fənn arasında inteqrasiya
əsasında dərs keçərkən hər hansı birinə aid əyanilikdən istifadə
olunsa, bu daha yaxĢı nəticə əldə olunmasına imkan verər.
97
5.
YaĢ və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi.
Fərdi xüsusiyyətlərin nəzərə alınması elə yaĢ xüsusiyyətlərinin
öyrənilməsindən baĢlanır. ġagirdlərin psixoloji inkiĢaflarının
necəliyi təlimin müvəffəqiyyətinə təsir edir. Fərdi xüsusiyyət-
lərin nəzərə alınması ilə təĢkil edilən təlim prinsipi istedadlı
uĢaqların qabiliyyətlərini inkiĢaf etdirir, digər Ģagirdlərin isə
psixoloji funksiyalarının normal inkiĢafına Ģərait yaradır.
6.
Biliyin möhkəmləndirilməsi və Ģagirdlərin dərketmə
səviyyəsinin inkiĢafı prinsipi. Belə ki, inteqrasiyadan istifadə
bilavasitə bu prinsipə əsaslanır. Çünki müəllim fənlərarasında
inteqrasiya yaradarkən müəyyən bir tədris fənninə aid bilik və
bacarıqların möhkəmləndirilməsini, və ya fənlərarasında məntiqi
əlaqə yaradaraq Ģagirdlərin dərketmə, nəticə çıxarma, müqayisə-
etmə və s. bu kimi bacarıqlarının inkiĢafını qarĢıya məqsəd
qoyur.
7.
ġüurluluq və fəallıq prinsipi. Bu prinsip Ģagirdlərin
öyrəndiklərini Ģüurlu Ģəkildə dərk edib tətbiq etməsinə əsaslanır.
Belə ki, Ģagird özü də inteqrasiya yarada bilməli, öz fikrini
digər fənlərə müstəqil Ģəkildə əsaslanmaqla ifadə edə bilməlidir.
Bundan əlavə dərs prosesində fəallıq nümayiĢ etdirən Ģagirdlərin
sayı çox olduqda dərsin keyfiyyəti də əsaslı Ģəkildə artır. Müəl-
lim çalıĢmalıdır ki, Ģagirdlərin maraq və ehtiyaclarını nəzərə
almaqla onları dərsdə fəallaĢdıra bilsin.
8.
Tərbiyəedici prinsip. Ümumiyyətlə, təhsil sistemi tər-
biyə edir. Belə ki, təlimin bütün cəhətləri, təĢkili forması, müəl-
lim –Ģagird münasibəti ümumilikdə tərbiyəvi xarakter daĢıma-
lıdır ki, təhsilin bugünkü vəzifəsi uğurla həyata keçirilsin. Ġnteq-
rativlik prinsipi onu tələb edir ki, müəllim tədris edəcəyi
mövzuya aid elə nümunələrdən, faktlardan istifadə etsin ki, bu
Ģagirdlərin psixikasında və əxlaqında müsbət dəyiĢikliklərə və
inkiĢafa yol açsın.
9.
ĠnkiĢafetdirici prinsip. Tədris prosesində inteqrasiya-
dan istifadə Ģagirdlərin istər psixi, istərsə də fiziki inkiĢafına
əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, bu prinsipdən isti-
fadə edən müəllimlər Ģagirdlərin qaçmaq, tullanmaq, əzələ-
98
lərinin inkiĢafı ilə yanaĢı, həm də idraki qabiliyyətlərinin-təfək-
kür, qavrayıĢ, hafizə, diqqət, təxəyyül və s. inkiĢafına məharətlə
nail olurlar.
10.
Təhsilverici prinsip. Məlumdur ki, elə təlim təhsil
almaqdır. Çünki real həyatda təlim və təhsil bir-birinə çevrilir.
Hər bir müəllim çalıĢmalıdır ki, tədris prosesində Ģagird-
lərin idraki qabiliyyətlərini və müstəqilliklərini inkiĢaf etdirsin,
Ģagirdlərin özlərini öyrənməyə sövq etsin. Bu münasibətdə
professor B.Əhmədovun aĢağıdakı sözləri daha dəqiq və
təsirlidir. “Bu gün müəllimin təsirinə məruz qalan gənc sabah
düĢmən qüvvələrinin də təsirinə məruz qala bilər. ġagird təsir
altına düĢməyi yox, təsirə ağıllı müqavimət göstərməyi öyrən-
məlidir, müstəqil formalaĢmalı, hər Ģeyə yaradıcı, tənqidi mü-
nasibət göstərməyi bacarmalıdır”. Hazırkı kurikulum da Ģagird-
lərin “nəyi bilməli və nəyi bacarmalı” olduğunu müəyyənləĢ-
dirmək üçün əsas təlim nəticələrini məzmun və fəaliyyətlərinin
qarĢılıqlı əlaqəsi vasitəsilə təqdim edir. Hər bir fənnə aid olan
məzmun standartlarının təyin edilməsi, həyata keçirilməsi, bu və
ya digər dərəcədə fənnin tədrisində müəyyən əhəmiyyət daĢıyan
fənlərarası inteqrasiyanın məzmunundan asılı olur.
Ġnteqrasiyaya fənlərin xüsusilə ümumtəhsil məktəblərinin
fənlərinin məzmunu və strategiyalarının hazırlanmasında istinad
olunur. Dərsdə istifadə edilən digər prinsip, metod və priyomlar
kimi inteqrasiyadan da Ģagirdlərin maraq və ehtiyacları nəzərə
alınmaqla istifadə olunur.
“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsi-
yası (Milli Kurikulumu)” sənədində tələbyönümlük, nəticəyö-
nümlük, Ģagirdyönümlük prinsipləri ilə yanaĢı, inteqrativ təlimin
əhəmiyyəti də xüsusi olaraq qeyd olunmuĢdur. Ümumtəhsil
məktəblərində fənlərin tədrisi vasitəsilə Ģagirdlərin hərtərəfli
inkiĢafına nail olunması, onların Ģəxsiyyət kimi formalaĢdırıl-
ması cəmiyyətdə və təbiətdə baĢ verən informasiya prosesləri
fonunda özlərini dərindən dərk etmələri ilə bilavasitə bağlıdır.
YetiĢməkdə olan gənc nəslin informasiya cəmiyyətinin forma-
laĢdırılması Ģəraitində müstəqil həyata hazırlanması çox aktual
Dostları ilə paylaş: |