Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə44/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   130

 

132 


Bunu  da  qeyd  edək  ki,  interaktiv  təlim  metodlarından  hər 

bir  mövzunun  tədrisində  istifadə  etmək  məsləhət  görülmür. 

Dərsdə  qarĢıya  qoyulmuĢ  məqsəd,  Ģagirdlərə  veriləcək  bilik, 

bacarıq  və  vərdiĢlərin  məzmunu,  xarakteri,  inteqrasiya  imkan-

ları, Ģagirdlərin hazırlığı, yerli Ģərait, məktəbin maddi bazası və 

s.  nəzərə  alınmaqla  interaktiv  priyomlara  müraciət  edilməlidir. 

Ġnteraktiv  metodlar  təlimin  keyfiyyətini  xeyli  dərəcədə  yüksəl-

dir, Ģagirdlərdə yeni idraki və əxlaqi keyfiyyətlər formalaĢdırır: 

müsahibini,  hər  hansı  danıĢanı  (danıĢığını),  maqnitafon,  radio, 

televiziya  veriliĢlərini  dinləməyi,  söylənilən  fikirlərə  hörmət 

etməyi, yeri gəldikdə münasibət bildirməyi, müstəqil, tənqidi və 

yaradıcı  düĢünməyi,  sərbəst  fikir  söyləməyi,  irəli  sürdüyü  fikri 

müdafiə  etməyi,  sübuta  yetirməyi,  məntiqi  təfəkkürünü  inkiĢaf 

etdirməyi, təcrübəsini və ümumi hazırlığını təhlil etməyi, özünü 

obyektiv  qiymətləndirməyi,  kollektivdə  öz  yerini  görməyi,  əqli 

və  fiziki  əmək  prosesində  kollektivin  üzvləri  ilə  əməkdaĢlıq 

etməyi,  birgə  iĢləməyi,  ümumi  əməyin  payına  düĢən  hissəni 

ləyaqətlə  yerinə  yetirməyi, kollektivin fikrinin formalaĢmasında 

fəallıq, iĢgüzarlıq göstərməyi, qrupun üzvləri, sinif kollektivi ilə 

birgə  qərar  verməyi,  qarĢıdurma  yarandıqda  müdafiə  olunmağı, 

münaqiĢəni  səbrlə,  sülh  yolu  ilə  həll  etməyi,  tolerant  olmağı, 

risqə  getməyi,  emosional  situasiyada  özünü  ələ  almağı,  özünü 

idarə etməyi, Ģəxsi sağlamlığına görə məsuliyyət daĢımağı, insa-

na, onun hüquqlarına hörmətlə, ədalətlə yanaĢmağı bacarmaq və 

s.  Ġnteraktiv  metodlarla  keçilən  dərslərdə  Ģagirdlərdə  hər  Ģeyi 

bilmək həvəsi, təĢəbbüskarlıq yüksəlir, onların öyrənmə fəallığı, 

təlimin  keyfiyyəti  və  səmərəliliyi  artır,  nəticədə  mexaniki  yad-

daĢ  deyil,  yaradıcı  təfəkkür  inkiĢaf  edir.  Ġnteraktiv  təlim  bilik, 

bacarıq,  təcrübə  və  vərdiĢlərə  yiyələnməyə,  cəmiyyətin  vətən-

daĢları  üçün  zəruri  sosial  və  intellektual  təfəkkürün,  müstəqil 

çalıĢma, müstəqil düĢünmə bacarıqlarının inkiĢafına kömək edən 

demokratik  üsullarla  aparılan  təlim  prosesidir.  Ġnteraktiv  təlim 

prosesində dərsdə  yaranan, meydana çıxan Ģagirdlərarası öyrən-

mə-öyrətmə ünsiyyəti və əməkdaĢlığı, müəllim-Ģagird birliyi və 

əməkdaĢlığı  nəzərdə  tutulur.  Ġnteraktiv  metodlar  təlim  prose-



 

133 


sində öyrənmə və  anlaĢmaya, bacarıq və keyfiyyətlərə Ģagirdlə-

rin  yiyələnməsini  həyata  keçirən  üsullar,  tərzlər,  iĢlər,  yanaĢ-

malar,  vasitələrdir.  Ən  son  tədqiqatların  nəticəsi  göstərir  ki, 

interaktiv  təlim  metodları  effektiv  nəticəni  konstruktivizm 

nəzəriyyəsinə istinad edərək təlimə ĠKT-nin yaxından tətbiqi ilə 

verir  və  öz  iĢləkliliyini  daha  da  səmərəli  edir.  Psixoloqlar  qeyd 

edirlər  ki,  informasiya  insanın  eĢitdiklərinin  10%-i,  gördüklə-

rinin  50%-i,  özü  etdiklərinin  isə  90%-i  həcmində  yaddaĢında 

qalır. ĠKT-nin bu sahədə böyük dəstəyi öyrənənin Ģəxsi araĢdır-

ması zamanı güclü  informasiya bankı  ilə təmin olunmasındadır 

(internet,  elektron  kitablar,  test  və  tapĢırıqlar  və  s.).  Ġnteraktiv 

təlim prosesində ilk baxıĢdan elə görünə bilər ki, müəllim sinif-

də fəal rol oynamır. Əslində isə müəllim Ģagirdi ruhlandıran, ona 

özünü  tapmaqda  kömək  edən  “yaradıcıya”  çevrilir.  Ġnteraktiv 

metodlar  müəllimin  təkcə  baĢqalarını  öyrətməsinə  deyil,  onun 

özünün də öyrənməsinə, daha yaradıcı və enerjili pedaqoq olma-

sına imkan verir.

1

 



        Ġnteraktiv təlim metodları həmçinin sinif otağının həmiĢəki 

tərtibatından, məĢğələlərin təĢkilinin adət etdiyimiz qaydasından 

imtina  olunmasını  tələb  edir.  ġagird  masalarının  sinif  otağında 

yerləĢdirilməsinin dörd əsas forması vardır:  

1. “Sinif” forması – ənənəvi qayda . 

2. “Kafe” forması (“diskussiya klubu”). 

3. “Ü” hərfi formasında sinif. 

4. “Dairə” formasında sinif. 

“Kafe”  forması  qruplarda  iĢ  üçün  əlveriĢlidir.  “U”  hərfi 

forması  rollu  oyunlar  zamanı,  tanıĢlıq  vaxtı,  diskussiyaların 

gediĢində  daha  səmərəlidir.  “Dairə”  forması  müxtəlif  diskus-

siyaların,  dairəvi  masaların  keçirilməsi  üçün  daha  rahatdır. 

Ġstifadə olunan bütün üsullar aĢağıda verilmiĢ komponentlərdən 

ibarət  olan  təlim  prosesinin  qanunauyğunluqlarından  irəli  gəlir: 

a) təlimin məqsədi, b)təlimin məzmunu, c) Ģagirdlərin dərketmə 

                                                           

1

Bax.: Bədiyev S.R. Yeni təlim texnologiyalarından mühazirə 



mətnləri. Bakı, 2009, s. 


 

134 


imkanları,  ç)  müəllimin  öyrətmə  fəaliyyəti  və  Ģagirdlərin 

öyrənmə  iĢi,  təlimin  təĢkilati  forması  və  s.,  d)  təlimin  nəticəsi. 

Bütün  bu  komponentlər  qarĢılıqlı  surətdə  əlaqəlidir  və  təlim 

prosesində vəhdətdə  çıxıĢ  edirlər. Onlar sabit və  təkrarlanandır. 

Buradan belə bir vacib tələb ortaya çıxır-hər hansı təlim üsulları, 

vasitələri və formalarının müəyyənləĢdirilməsi və tətbiqi zamanı 

bu  komponentlərin  qarĢılıqlı  əlaqəsini  nəzərə  almaq  zəruridir. 

Müəllim  bu  əlaqələrin  bütün  dərs  prosesi  boyu  mövcud  oldu-

ğunu  yaddan  çıxarmamalıdır.  Bunu  nəzərə  almadan  istənilən 

nəticəni əldə etmək qeyri-mümkündür. 

Kiçik  qruplarda  iĢ.  Kiçik  qruplarda  iĢ  təlim  əməkdaĢlığı 

kimi mühüm bir prinsipə əsaslanır. Kiçik qruplarda iĢ üsulu üzrə 

keçirilən dərs ənənəvi qaydada aparılan dərsdən nə ilə fərqlənir? 

Bu  cür  dərsdə  Ģagirdlər  fəal  iĢtirak  edir,  birlikdə  çalıĢırlar; 

qrupun üzvü kimi onlarda bir-birinin müddəa və rəylərini müza-

kirə  etməyə  motiv  yaranır.  Qruplarda  iĢ  tolerantlığa  (dözüm-

lülüyə)  və  nəzakətliliyə  alıĢdırır.  Qruplarda  iĢin  Ģagirdlər  üçün 

faydası aĢağıdakılardır: 

 

istedadlı  Ģagirdlər  bütün  sinfin  diqqətini  cəlb  etmədən 



öz  qabiliyyətlərini  göstərə  bilərlər  (yeniyetmələr  çox  vaxt  öz 

qabiliyyətlərini nümayiĢ etdirməyə çəkinirlər, yaĢıdlarının onları 

“müəllimin gülməĢəkəri” adlandıracaqlarından ehtiyatlanırlar);  

 



passiv  Ģagirdlər  öz  bacarıqlarını  açıqlamağa  məcbur 

olurlar (qrupda iĢ onlarda məsuliyyət hissi doğurur);  

 

 Ģagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, 



bu və ya baĢqa mücərrəd ideyaya öz Ģəxsi təcrübəsi baxımından 

yanaĢmağı öyrənirlər. 

Qruplara necə bölməli? 

-  Hər  birində  4-6  nəfərdən  çox  olmamaqla  4-6  qrup 

yaradıla  bilər.  Qrupların  çoxluğu  iĢin  nəticələrinin  təqdimatı 

üçün zəruri olan vaxtı uzadır, qrupda Ģagirdlərin sayının çoxluğu 

isə  onlardan  hər  birinin  qrupun  iĢində  fəal  iĢtirakını  məhdud-

laĢdırır. 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə