Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə41/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   130

 

123 


vafiq  iĢ  dəftəri  və  müəllimlər  üçün  nəzərdə  tutulan  metodik 

vəsaitdən ibarətdir. 

 

 

         Əvvəlki dərsliklərdən hazırlanmasına  görə fərqlənən dərs-



liklər  paraqraflardan  ibarət  tədris  vahidindən  və  hər  belə  va-

hiddən  sonra  isə  inteqrasiya  resurslarından,  yekunlaĢdırıcı  qiy-

mətləndirmə  vasitələrindən,  yəni  test  tapĢırıqlarından  ibarətdir. 

Ümumiyyətlə,  yeni  dərsliklərdəki  materiallar Ģagirdlərin  yaĢ və 

anlama səviyyələrinə, habelə arzu və istəklərinə uyğun seçilir. 

         2.  Dərsliyin  istiqamətləndirici  məzmuna  malik  olması. 

Ġndi  dərsliklər  informasiya  yığını  olmaqdan  çox  istiqamətlən-

dirici  məzmuna  malik  olmalıdır.  Yəni  dərslikdə  verilən  ma-

teriallar  öz  ardıcıllığı,  öz  strukturu  ilə  hər  Ģeydən  əvvəl  Ģagirdi 

fəaliyyətə  təhrik  etməli,  idraki  bacarıqlarını  formalaĢdırmalıdır. 

ġagirdlər  dərslikdən  istifadə  nəticəsində  axtarıĢa,  tədqiqatçılığa 

sövq  olunmalıdır.  Ona  görə  ki,  müasir  təhsil  konsepsiyası  ənə-

nəvi  didaktik  sistemdən  fərqli  olaraq  koqnitiv  strukturların  in-

kiĢafı  problemini  sadəcə  olaraq  hafizə  məkanında  deyil,  yeni 

psixoloji  məkanda,  təfəkkür  və  hiss  məkanında  həll  edir.  Krea-

tivlik  ön  plana  çəkilir.  Dərsliyin  məzmunu  Ģagirdlərin  tətbiq-

etmə, təhliletmə, anlama, nəticəçıxarma və s. bacarıqlarını  inki-

Ģaf etdirməlidir. 

        3.  Dərsliyin  inteqrativ  xarakter  daĢıması.  Qeyd  edildiyi 

kimi  dərsliyin  ən  vacib  xüsusiyyətlərindən  biri  Ģəxsiyyəti    for-

malaĢdırmaqdır.  Cəmiyyətə  yararlı,  hərtərəfli  Ģəxsiyyət  forma-

laĢdırmaq üçün isə yalnız nəzəri bilikləri bilmək və yaxud prak-

tik çalıĢmaları həll etmək kifayət deyildir. ġagird həm də biliyi 

həyata  tətbiq  etməyi,  araĢdırmalar  aparmağı,  öyrəndiklərindən 

müstəqil həyatda istifadə etməyi də bacarmalıdır.  

Deməli, dərslik  komplekti:  

 



təhsil  prosesində  müəllim-Ģagird  fəaliyyətinin    tam  tə-

səvvür  olunmasını  və  üzvi  Ģəkildə  əlaqələndirilməsini 

təmin edir; 

 



müəllimin  planlaĢdırmadan  qiymətləndirməyə    qədər  

bütün fəaliyyətini istiqamətləndirir




 

124 


 

Təlim  prosesində  Ģagirdlərin  müstəqilliyinin  və  tətbiq 



bacarıqlarının geniĢlənməsinə imkan yaradır.  

 

Standartların dərsliklərlə reallaĢdırılması. 



 

 

 



Dərslik-məzmun  standartlarının  reallaĢdırılması  üçün 

mühüm  vasitə  olub  müəllim-Ģagird  (tədris-təlim)  fəaliyyətinin 

tənzimlənməsinə xidmət edir. 

Müəllim üçün vəsait-təlimin  səmərəli təĢkilində müəllim 

üçün istiqamətverici rol oynayır.  



ĠĢ  dəftəri-Ģagirdlərin  təlim  prosesində  əldə  etdikləri 

biliklərin müstəqil Ģəkildə tətbiqinə imkan yaradan vasitədir. 

  

Müasir fənn kurikulumlarında təlim strategiyaları 

 

        Təlim strategiyaları müasir fənn kurikulumunun tərkib his-

sələrindən  biridir.  Təlim  strategiyalarına  daxildir:  1)təlimin  təĢ-

kilinə  verilən  tələblər;  2)təlimin  forma  və  üsulları;  3)  planlaĢ-

dırma. 



 

125 


 

 

1.Təlimin təĢkilinə verilən əsas tələblər bunlardır: 

 

pedaqoji  prosesin  tamlığı  -  pedaqoji  prosesdə  təlim 



məqsədləri  kompleks  (inkiĢafetdirici,  öyrədici,  tərbiyəedici) 

həyata  keçirilir,  real  nəticələrlə  yekunlaĢan  müəllim  və  Ģagird 

fəaliyyətini əhatə edir; 

 



təlimdə  bərabər  imkanların  yaradılması-bütün 

Ģagirdlərə eyni təlim Ģəraiti yaradılır və pedaqoji proses onların 

potensial imkanları nəzərə alınmaqla tənzimlənir;  

 



Ģagirdyönümlülük-Ģagird  pedaqoji  prosesin  mərkə-

zində  dayanır.  Bütün  tədris  və  təlim  iĢi  Ģagirdlərin  maraq  və 

tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, 

potensial imkanlarının inkiĢafına yönəldilir; 

 

inkiĢafyönümlülük-Ģagirdlərin  idrak  fəallığı  izlənilir, 



nailiyyətləri  təhlil  edilir,  bilik,  bacarıq  və  vərdiĢlərinin  inkiĢaf 

səviyyəsi tənzimlənir; 

 

fəaliyyətin  stimullaĢdırılması-pedaqoji  prosesin  sə-



mərəli  və  effektiv  qurulması,  Ģagirdlərin  təlimə  marağının 

artırılması  üçün  onların  fəaliyyətindəki  bütün  irəliləyiĢlər  qeyd 

olunur və dəyərləndirilir, nəticə etibarı ilə Ģagirdlərin daha uğur-

lu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;  

 

dəstəkləyici  mühitin  yaradılması-pedaqoji  prosesin 



münasib  maddi-texniki  baza  əsasında  və  sağlam  mənəvi-psi-

xoloji mühitdə təĢkil edilməsi keyfiyyətin və səmərəliliyin yük-

səldilməsi üçün əlveriĢli və təhlükəsiz təlim Ģəraiti yaradır. 

 

 

Təlim 

strategiyalarına 

daxildir

 

Təlimin təĢkilinə 

verilən tələblər

 

Təlimin forma və 



üsulları 

        

 

PlanlaĢdırma 

 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə